Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4311/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov İkram Sabir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh ASC-nin sədri X3, cavabdehin vəkili X5, Maraqlı şəxs nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ümumi yığıncağın protokolunun ləğvi barədə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qərardadından Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Maraqlı şəxs tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşnmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 08 fevral 2021-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, iddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə CavabdehASC-nin ayrılma qaydasında yenidən təşkili ilə müraciətin və qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsinin qadağan edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankına əsas səhm sahibinə məxsus 84 908 ədəd adi adlı səhmin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşnmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə isə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınmaz əmlakların başqa hüquqi şəxslərin və ya fiziki şəxslərin mülkiyyətinə keçirilməsi barədə müraciətin icrasının qadağan edilməsinə barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2021 saylı 17.03.2021-ci il tarixli, qərardadı ilə (Cavabdeh ASC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə Cavabdeh ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə müraciətin və qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsinin qadağan edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankına əsas səhm sahibinə məxsus 84 908 ədəd adi adlı səhmin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşnmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə isə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınmaz əmlakların başqa hüquqi şəxslərin və ya fiziki şəxslərin mülkiyyətinə keçirilməsi barədə müraciətin icrasının qadağan edilməsi qərara alınmışdır. Cavabdeh ASC qərardaddan şikayət verərək, iddia ərizəsində qeyd edilən mübahisənin kommersiya mübahisəsi olduğu halda məhkəmə tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisə kimi mülki məhkəmə icraatı qaydasında icraata qəbul edilməsinin tamamilə mülki prosessual qanunvericiliyin tələblərinə zidd olduğunu, belə ki, iş üzrə iddiaçı və cavabdeh arasında olan münasibətlərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər, kommersiya münasibətləri olduğu və iddia ərizəsinə əsasən mübahisənin predmeti Cəmiyyətin idarə edilməsi ilə bağlı yaranmış fikir ayrılığının kommersiya maraqlarının toqquşmasından bəhs edildiyini, iddia ərizəsinin özündə də iddia tələbi birbaşa olaraq Mülki Məcəlləsinin normalarına istinad edilərək səhmdar cəmiyyətinin idarə edilməsi ilə bağlı yaranmış mübahisə və ümumi yığıncağın protokolunun ləğv edilməsi tələbi barədə olduğunun qeyd edildiyini, yəni səhmdarla səhmdar Cəmiyyəti arasında olan münasibətlərin, sahibkarlıq fəaliyyətindən əmələ gələn münasibətlər olduğu, belə ki, burda mübahisənin bir səhmdarın digər səhmdarlarla birgə təsərrüfat aparmaması, səhmdarın öz iradə ifadəsini bildirərək ona çatacaq əmlakını götürərək, Cəmiyyətdən ayrılmasını tələb etdiyini və bununla bağlı qərarın səhmdarların ümumi yığıncağında qəbul edildiyini, Səhmdar Cəmiyyətinin idarə edilməsi əmlakına dair sərəncam verilməsinə bağlı mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, kommersiya münasibətləri olduğu bu münasibətlərlə bağlı mübahisələrin heç bir halda ümumi məhkəməyə aid ola bilməməsi, beləliklə, məhkəmənin digər məhkəməyə aidiyyəti olan işi öz icraatına qəbul etməklə, MPM-ə zidd olaraq iddianın təmini haqqında qərardad çıxarması, məhkəmə tərəfindən MPM-nin aidiyyətə dair tələbləri pozularaq işin icraata qəbul edilməsi, iddia tələbi səhmdarların növbədənkənar ümumi yığıncağın protokolunun ləğv edilməsi olduğu halda cavabdeh olaraq Cavabdeh ASC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə Cavabdeh ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə müraciətin və qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi qadağan edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankına Maraqlı şəxs mülkiyyətində olan 84 908 ədəd adi adlı səhmin dövriyyədən çıxarılaraq ləğv edilməsi qadağan edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə isə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınmaz əmlakların başqa hüquqi şəxslərin və ya fiziki şəxslərin mülkiyyətinə keçirilməsi barədə müraciətin icrasının qadağan edilməsinin qanunsuz və əsassız ləğv edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin iddianın təmin edilməsinə dair 2(004)-2505/2021 saylı 17.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iddianın təmin edilməsinə dair 2(004)-2505/2021 saylı 17.03.2021 -ci il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25, 26, 32, 158, 162, 163-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qərardad MPM-nin tələbləri pozularaq qəbul edildiyindən aşağıdakı əsaslar nəzərə alınmaqla ləğv edilməlidir. İddia ərizəsində qeyd edilən mübahisənin kommersiya mübahisəsi olduğu halda məhkəmə tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisə kimi mülki məhkəmə icraatı qaydasında icraata qəbul edilməsi tamamilə mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iş üzrə iddiaçı və cavabdeh arasında olan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər, kommersiya münasibətlərindədir və iddia ərizəsinə əsasən mübahisənin predmeti Cəmiyyətin idarə edilməsi ilə bağlı yaranmış fikir ayrılığı kommersiya maraqlarının toqquşmasından bəhs edilir. İddia ərizəsinin özündə də birbaşa olaraq Mülki Məcəlləsinin normalarına istinad edilərək səhmdar cəmiyyətinin idarə edilməsi ilə bağlı yaranmış mübahisə ilə bağlı ümumi yığıncağın protokolunun ləğv edilməsi barədə iddia tələbi barədədir. Yəni səhmdarla səhmdar Cəmiyyəti arasında olan münasibətlər, sahibkarlıq fəaliyyətindən əmələ gələn münasibətlərdir. Belə ki, burda mübahisə bir səhmdarın digər səhmdarlarla birgə təsərrüfat aparmamasıdır. Səhmdar öz iradə ifadəsini bildirərək ona çatacaq əmlakı götürərək Cəmiyyətdən ayrılmasını tələb edir. Səhmdar Cəmiyyətin idarə edilməsi əmlaka sərəncam verilməsinə dair mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, kommersiya münasibətləridir bu münasibətlərlə bağlı mübahisələr heç bir halda ümumi məhkəməyə aid ola bilməz. Beləliklə, məhkəmə digər məhkəməyə aidiyyəti olan işi öz icraatına qəbul etməklə, MPM-ə zidd olaraq iddianın təmini haqqında qərardad çıxarmışdır. Bundan başqa məhkəmə iddia tələbi ilə bağlı olmayan, mübahisə predmetinə aid olmayan, başqa şəxsin mülkiyyətində olan 84908 ədəd adi adlı səhmlərin dövriyyədən çıxarılaraq ləğv edilməsinin Azərbaycan Respublikasının Mərkəzi Bankına qadağan etmişdir. Bu qərardadın qərar hissəsindən də aşkar görülür. Məhkəmə hüquqları məhdudlaşdırdığı şəxsin, yəni onun adını belə göstərə bilməmiş, mücərrəd olaraq “əsas səhm sahibinə məxsus” səhmlər göstərmişdir. Aşkar görsənir ki, o, Maraqlı şəxs işdə tərəf deyil və işdə tərəf olmadığı halda, mülkiyyətinə dair mübahisə olmadığı mülkiyyət hüquqlarının məhdudlaşdırılması birbaşa MPM-ə ziddir. Hazırkı işdə o, cavabdeh deyil və iş üzrə cavabdeh olan Cavabdeh ASC-nin hər-hansı bir əmlakı onda yoxdur. Cavabdeh ASC-nin hər-hansı bir əmlakının onda olmadığı halda onun əmlakı barəsində belə bir qərar qəbul edilməsi qanunvericiliyin normasının kobud şəkildə pozulması və onun mülkiyyət hüququnun pozulması deməkdir, birbaşa mübahisə ilə bağlı olmadığı halda mülkiyyət hüququnun pozulması və bundan başqa Cəmiyyətin fəaliyyətinə maneələr yaratma və bu azmış kimi onun kommersiya fəaliyyətinə maneə kimi qiymətləndirilməlidir. Bundan başqa iddia tələbi ilə iddianın təmini tədbiri arasında heç bir əlaqə yoxdur. Belə ki, iddiaçının iddia tələbi səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun ləğv edilməsidir. Bu isə öz növbəsində daşınmaz əmlakların başqa hüquqi şəxslərin və ya fiziki şəxslərin mülkiyyətinə keçirilməsi barədə müraciətin icrasının, eyni zamanda Cavabdeh ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə müraciətin və qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsinin qadağan edilməsi, onun mülkiyyətində olan 84908 ədəd adi adlı səhmin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsinə əsas ola bilməz. İddia təmin tədbiri hüquqi mahiyyətinə görə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının mümkünsüzlüyünə şübhə yarandığı və icrasının mümkün olmayacağı halda cavabdehə məxsus əmlakının üzərində sərəncam vermək hüququnun cavabdehə qadağan edilməsindən ibarətdir. İddiaçının iddia tələbinin əsaslı olub olmaması şübhə altında olduğu halda məhkəmə Cavabdeh ASC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə Cavabdeh ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə müraciətin və qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsinin qadağan edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankına onun mülkiyyətində olan 84908 ədəd adi adlı səhmin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə isə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınmaz əmlakların başqa hüquqi şəxslərin və ya fiziki şəxslərin mülkiyyətinə keçirilməsi barədə müraciətin icrasının qadağan edilməsi barədə qərardad qəbul edir və bununla kifayətlənməyərək həmin qərardadın qəbul edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Bundan başqa hazırkı məhkəmə mübahisəsinin uzun sürməsini nəzərə alsalar məhkəmənin qəbul etdiyi qərardada əsasən o, mülkiyyətində olan səhmlər üzərində sərəncam verə bilməyəcəkdir, Yeni yaranan, təsisçisi olduğun məhdud məsuliyyətli cəmiyyətin sahibkarlıq fəaliyyəti iflic olacaq ki, bu da öz növbəsində onun sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması, mülkiyyətçi kimi əmlakın üzərində sərəncam vermək və eyni zamanda ona məxsus səhmlərini dövriyyədən çıxarmaq hüququndan məhrum etməklə yanaşı kommersiya maraqlarının da tənəzzüllə uğraması ilə nəticələnəcək. Bütün bu qeyd edilənlər nəticəsində məhkəmə qərardadına əsasən ona, sahibkarlıq fəaliyyətinin məhdudlaşdırıldığı üçün külli miqdarda ziyan vurulmuş olacaqdır. Əgər həbs qoyulması zərurəti vardısa onda ilk növbədə mübahisə predmeti olan əmlakının üzərinə həbs qoyulmalı idi. Hazırkı halda isə mübahisə səhmdarların ümumi yığıncağın protokolunun ləğv edilməsidir ki, burada hər hansı bir əmlak mübahisələndirilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə (004)-2505/2021 saylı işi üzrə 30.03.2021-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, mübahisənin kommersiya mübahisə olduğunu, sahibkarlıq fəaliyyətindən doğan məsələ olduğunu, iş üzrə Maraqlı şəxs tərəf kimi getmədiyini, lakin məhkəmə tərəfindən onun səhmlərinə həbs qoyulduğunu, Nəzrinin səhmlərini götürmək istədiyini, ASC-nin yenidən təşkil edildiyini, əsas paya Nəzrinin malik olduğunu, ASC yenidən təşkil edildiyi halda səhmlərin dəyərinin daha da artacağını, Nəzrinin səhmlərinin məsələ ilə heç bir bağlılığının olmadığını, ümumi yığıncaq keçirilən zaman hər bir iştirakçının fikrinin dinlənildiyini bildirmiş və qərardadın ləğv ediləsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi vəkil X6 şikayəti müdafiə edərək, Ali Məhkəmə tərəfindən bu məsələyə münasibət bildirildiyini, səhmdarların ümumi yığıncağında digər səhmdarların iştirak ediklərini, iddiaçının ASC-dən çıxmasına razılıq verdiklərini, iddiaçının bildirişin ona çatmadığını bildirsə də, səhmdarların çağırışının ona çatması barədə sənəd olduğunu, iddiaçının məqsədinin səhmini baha qiymətə satması olduğunu, daha sonra iki dəfə yenə iclas keçirildiyini, Nəzrinin səhmlərinin bu mübahisəyə heç bir aidiyyatının olmadığını, həmçinin aidiyyatla bağlı məhkəməyə müraciət etdiklərini bildirmiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin sədri X7 apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X8 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 77, 88, 157-164, 263-269, 236, 386, 388, 395, 397.2-ci maddələrinə əsasən hesab edir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir, lüzumsuz məhdudiyyətlərə səbəb olsa da, nisbi tarazlığı qorumaqla iddia təmini tədbirinin həyata keçirilməsi gələcəkdə məhkəmə tərəfindən nəzarət etməli olan qətnamənin icrasına və məcburi icra tədbirlərinin həyata keçirilməsinin mümkünlüyünə təminatdır. Diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi işin hallarını müvafiq araşdırmaqla ərizədə tələb edilən və ya başqa təminat tədbirlərindən birini (və ya bir neçəsini) müəyyən etməlidir. Əks (iddia tələbinin təmin və ya qismən təmin edildiyi) təqdirdə mülki icraatın vəzifələrinə zidd sui-istifadəyə və özbaşınalığa şəraitin yaranması istisna edilmir ki, bunu da qanunvericilik yolverilməz hal kimi qəti olaraq qadağan etmişdir. İşdən görününr ki, məhkəmə aidiyyəti ilə əlaqədar ərizə verilsə də birinci instansiya məhkəməsi tərəfindən buna qiymət verilməmişdir. Şikayət hədləri bu məsələyə qiymət verilməsini istisna etsə də mübahisələndirilən dəlillərə aid hissədə qeyd edilməlidir ki, prosessual əhəmiyyət və iyerarxiya baxımından məhkəmə aidiyyatı ədalət mühakiməsinin təməl prinsipləri ilə bağlılıq təşkil edir və bu məsələnin müzakirəsinin sonraya saxlanılması lüzumsuz olaraq məhkəmə araşdırılmasının müddətlərinə təsir etməklə birbaşa konstitusiya müdafiəsi altında olan hüquqların pozulmasına şərait yaradır. Hazırki iddia təmini tədbiri üzrə məhkəmə aktı qəbul edilən zaman isə ərizədə qeyd edilən iddianın təmin edilməsi üçün görülən tədbirlərin iddia ilə əlaqəsi araşdırılmamış, iddianın həddi və həcmi, mübahisənin predmeti və aidiyyatı, digər şəxslərin hüquqlarının zərurətsiz məhdulaşdırılması halları müzakirə edilməmiş, prosessual zərurət səbəbləri müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, prosessual qanunvericilik iddianı təmin etmək üçün tədbirləri, onların ardıcıllığını və zəruri hallarda iddianı təmin etmək məqsədi ilə Mülki Prosessual Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirlərin (bir neçə növünün) tətbiq edilməsini nəzərdə tutmuşdur. Burada əsas diqqət iddianı təmin etmək tədbirinin qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə xidmət etməsidir. Ona görə şikayətlər qismən təmin edilməklə, səlahiyyəti həddində işə baxan məhkəmə tərəfindən iddia tələbinə aidiyyəti və mütənasiblik baxımından iddianın təmin edilməsi tədbiri ərizəsinə yenidən qanunvericiliklə müəyyən edilmiş qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin və Maraqlı şəxs şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2021 saylı mülki işi üzrə 17.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddianın təmini tədbiri ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-4311/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4311/2021
26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver