Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4323/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3370/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Cavabdeh qarşı Cavabdeh münasibətdə 50000 manat kredit öhdəliyinə öhdəliyin kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 1628/2017 saylı qətnamsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək mübahisələndirilən qətnamə ləğv edilmiş, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmaqla 50.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 7E-3531 nömrəli, xx.xx.2018-ci il tarixli ərizə Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış və ərizədə qətnamənin icraya yönəldilmədən icrasına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024- cü il tarixli ərizəyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə verdiyi ərizəsindən aldadılma səbəbindən imtina etdiyinə dair ərizəni imzalamışdır. xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edən Cavabdeh icra sənədinin icra edilməsi üçün göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2024-cü ildə 2(103)-3452/2018 saylı icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və icra bildirişi ona təqdim edilmişdir. İddiaçı tərəfindən ərizə ilə icra şöbəsinə müraciət olunaraq xx.xx.2018-ci il tarixli ərizə ilə pulun tam olaraq ödənildiyi nəzərə alınmaqla icraata xitam verilməsi xahiş olunmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli "İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, N° eİ61456/2024-15-23-003 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu İddiaçı icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/20İ8 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. N.Qarayevə tərəfindən icra şöbəsinə ünvanlanmış müraciətlərə heç bir cavab verilmədiyindən və yaxud hər hansı qərar qəbul olunmadığına görə borclu müvafiq qayadada icra məmurunun hərəkətlərindən şikayət vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin İş N 8(005)- 579/2024 İ4.11.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətindən borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 saylı, 05.03.20l8-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı 50000 manat məbləğində pulu tələbkar Cavabdeh ödəməlidir. Lakin borclu məhkəməyə xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, qətnamənin icra edilməməsini xahiş etmişdir. Daha sonra tələbkar xx.xx.2024-cü il tarixdə notarial ofisinə müraciət edərək, xx.xx.2018- ci il tarixdə verdiyi ərizədən aldınılması səbəbi ilə imtina etmişdir. Bundan sonra tələbkar Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 2(103)-3452/2018 saylı iş üzrə icra sənədinin icraya yönəldilməsini xahiş etmişdir. İcra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərar və icra bildirişi ona təqdim edilmişdir. Göründüyü kimi tələbkarın borcun ödənilməsinə dair ərizəsi məhkəmə qətnaməsi qəbul edildikdən sonra məhkəməyə təqdim edilmiş və bu əsasla məhkəmə qətnamənin icrası ilə bağlı icra şöbəsinə icra vərəqəsi göndərməmişdir. 6 ildən sonra tələbkar məhkəməyə borcun ödənilməsinə dair ərizənin aldadılaraq verilməsi səbəbi ilə icra sənədinin verilməsini xahiş etmiş, məhkəmə həmin ərizə əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icraya yönəltmiş və icra məmuru icra sənədinin icrası ilə bağlı qanunamüvafiq hərəkətlər həyata keçirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3370/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı öhdəliyə xitam verilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 233.1, 234.1, 261.0.1; “ İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.2, 8.5, 20.1, 20.2, 87.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 50000 manat pulun cavabdeh X2 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh Sumqayt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 7E-3531 nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qətnamənin icraya yönəldilmədən icrasına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə verdiyi ərizəsindən aldadılma səbəbindən imtina etdiyinə dair ərizəni imzalamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək icra sənədinin icra edilməsi üçün göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2024-cü ildə 2(103)- 3452/2018 saylı icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və icra bildirişi ona təqdim edilmişdir. Nübar Qarayeva tərəfindən ərizə ilə icra şöbəsinə müraciət olunaraq xx.xx.2018-ci il tarixli ərizə ilə pulun tam olaraq ödənildiyi nəzərə alınmaqla icraata xitam verilməsi xahiş olunmuşdur. Nübar Qarayevə tərəfindən icra şöbəsinə ünvanlanmış müraciətlərə heç bir cavab verilmədiyindən və yaxud hər hansı qərar qəbul olunmadığına görə borclu müvafiq qayadada icra məmurunun hərəkətlərindən şikayət vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətindən borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-460/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadı ilə borclu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. hazırki mübahisə qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlıdır. Məhkəmə hesab edir ki, qətnamə üzrə öhdəliklərin icra edilibedilməməsinin müəyyən edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həll edilməli olan məsələdir. Bu məsələ icra icraatı qaydasında icra məmuru tərəfindən həll edilir. İcra məmurunun hərəkət və ya hərəkətsizliyindən isə icra icraatı qaydasında məhkəməyə şikayət verilə bilər. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri: İddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3370/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 548-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır, qərardad ləğv edilməli işə mahiyyəti üzrə baxılmamlıdır.İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı icra icraatı çərçivəsində müvafiq addımlar atılmış və məsələ məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)- 579/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətindən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. B a k ı Apellyasiya Məhkəməsinin 8(103)-460/2024 nömrəli, 24.l2.2024-cü il tarixli qərardadı borclu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bu baxımdan, hesab edir ki, işin icraatına xitam verilməsinə dair məhkəmənin gəldiyi nəticə əsassız olmaqla işin hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12619/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı icra sənədinin icraatına xitam verilməsi barədə iddiası mümkün sayılmamışdır.Göründüyü kimi borclu icra icraatı çərçivəsində mümkün hər iki varinatdan istifadə edərək - MPM-nin tələblərinə uyğun icra məmurunun fəaliyyət göstərdiyi rayon məhkəməsinı, eyni zamanda İPM-nin tələblərinə uyğun olaraq inzibati məhkəməyə müraciət etmişdir.İcraçının hərəkətindən şikayət üzrə işə baxan rayon məhkəməsi və onun qərarından verilmiş şikayət üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin qərarlarında qeyd olunmuşdur ki, tələbkarın borcun ödənilməsinə dair ərizəsi icra zamanı verilmədiyindən və həmin ərizə məhkəmə təqdim olunsa da, məhkəmə ərizəni nəzərə almayaraq, icra sənədini icraya yönəltmişdir. Dolayısı ilə bu mübahisəyə icra icraatı mərhələsində qiymət verilməsi mümkün deyildir. Bundan başqa, hazırki işin hallarından müəyyən olunur ki, tələbkar pulu aldığına dair etirafedici hərəkətini qəbul etmir və pulu tələb edir, bununla bağlı tərəflər arasında mübahisə var, bu baxımdan qeyd edilən məsələlərin icra icraatı mərhələsində müəyyən edilməsi mümkün deyildir. Bu baxımdan, hesab edirik ki, işin icraatına xitam verilməsinə dair məhkəmənin gəldiyi nəticə əsassız olmaqla işin hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3370/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İcra haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 261-262, 385, 387, 397-ci maddələrinə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, hazırki münasibətlərə aid prosessual qanunvericiliyin düzünə istinadlar əsasında tərtib edilmiş qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən etmir, qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, hazırki iddianın mülki icraat qaydasında mümkünlüyü qeyd edilən məbləğə aid məhkəmə qərarı olmadığı halda ola bilərdi. Halbuki hazlrki halda artıq məhkəmə qərarı və onun icrası barədə icraat mövcud olduğundan iddiaçı borclu qismində ödənişin cavabdehə tələbkar qismində ödədiyini icra məmuruna sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3370/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4323/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4323/2025
28.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver