Məhkəmə qərarları › İş №2(103)-4325/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4325/2020

30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4325/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər X3, ləğv prosesində olan "Cavabdeh2" X8 və Azərbaycan Respublikasının Maliyyə X4rşı "artıq ödənilmiş pulun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə cavabdeh ləğv prosesində olan "Cavabdeh2" X9 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1502/2020 saylı qərardadından verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3, ləğv prosesində olan "Cavabdeh2" X8 və Azərbaycan Respublikasının Maliyyə X4rşı "artıq ödənilmiş pulun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X10 ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının tələbi Cavabdeh2 ASC ilə bağlanılmış müqavilə ilə bağlı olduğundan iş Cavabdeh2 ASC-nin ünvanı ilə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən mülki işin aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1502/2020 saylı qərardadı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin «mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair» vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Hazırda cavabdeh ləğv prosesində olan "Cavabdeh2" X9 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1502/2020 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi Cavabdeh2 ASC ilə bağlanılmış müqavilə ilə bağlı olduğundan iş Cavabdeh2 ASC-nin ünvanı ilə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsi) və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş üzrə tərəflərin subyektiv tərkibini nəzərə almaqla hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1502/2020 saylı qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır, bu səbəbdən də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1502/2020 saylı qərardadından cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh2 ASC ləğv prosesində olduğundan, bankın adından yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olduğundan, banka qarşı bütün tələblər yalnız qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürüldüyündən, bununla da cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin X1 Fonduna qarşı iddia tələbinə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Elektron Məhkəmə Sisteminin vergi ödəyicilərinin məlumatlarına dair bölməsindən görünür ki, X5 ünvan 2 ünvanında yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, iddia düzgün olaraq, aidiyyət qaydalarına riayət edilməklə Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1502/2020 saylı qəradadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar