Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-433/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-412/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-412/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən (Cavabdeh1 MTK-nın hüquqi varisi) 54.403 (əlli dörd min dörd yüz üç) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” MMC apelyasiya şikayəti verərək qətnamənin qismən “iddianın təmin edilən” hissəsində ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin İddiaçı apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5432/2020 saylı, 29 iyul 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki işin icraatı Bakı Apelyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehlər 31 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı 30 dekabr 2016-cı il tarixli barışıq sazişinin ona aid olan hissəsinin və aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilərək ləğv edilməsinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdehlər 31 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiq edilmiş reyestrdə 3M-241 nömrəsi ilə qeyd edilən 30 dekabr 2016-cı il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-3231/2020 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarına əlavə olunan sənədlərdən aydın olur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdehlər 31 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiq edilmiş reyestrdə 3M-241 nömrəsi ilə qeyd edilən 30 dekabr 2016-cı il tarixli barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia qaldırmış, hazırda həmin iş 2(103)-3231/2020 saylı nömrə ilə Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3 məhkəmədən işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası hеsаb еdir ki, hər iki mülki iş eyni tərəflərin iştirak etdiyi eyni növlü olmaqla bir-biri ilə əlaqədar olduğundan, оnlаr bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264, 366-368, 397-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər “xxxx” MMC-yə (Cavabdeh1 MTK-nın hüquqi varisi), Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 pul tələbinə dair 2(103)-433/2021 saylı mülki iş bir icraatda baxılması üçün - İddiaçı Cavabdehlər 31 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı 30 dekabr 2016-cı il tarixli barışıq sazişinin ona aid olan hissəsinin və aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilərək ləğv edilməsinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdehlər 31 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiq edilmiş reyestrdə 3M-241 nömrəsi ilə qeyd edilən 30 dekabr 2016-cı il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-3231/2020 saylı mülki işlə birləşdirilsin.
Məhkəmə qərarları › İş №2(103)-433/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-433/2021
28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver