Məhkəmə qərarları › İş №2(103)-4330/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4330/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4330/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı2, İddiaçı3 və Hüseyn X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olundan müştərək qaydada 33.428,40 manat (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mənzil şəraitlərini yaxşılaşdırmaq üçün qaytarmaq şərti ilə İddiaçı2 borc pul istəmişdir. İddiaçı2 da ona müxtəlif vaxtlarda vahid niyyətlə oğlanları iddiaçlar İddiaçı3, İddiaçı1 vasitəsi ilə müxtəlif üsullarla pul verilmişdir. Belə ki, İddiaçı3 xx.xx.2018-ci il tarixdə “QNB Finansbank” vasitəsi ilə 2000 TL (642,80 AZN), xx.xx.2018-ci il tarixdə “Finansbank” vasitəsi ilə 5974 TL (1969,60 AZN), xx.xx.2018-ci il tarixdə “X7” vasitəsi ilə 30.000 TL (9891 AZN) pul verilmiş, Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bundan başqa İddiaçı1 2018-ci ilin noyabr ayında 3000 AZN, 2018-ci ilin dekabr ayında 3000 AZN, 2019-cu ilin yanvar ayında 300 AZN pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir. Bundan da başqa, İddiaçı1 xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 5925 AZN pul verilmiş, Cavabdeh1 qardaşı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Ümumilikdə, iddiaçılar tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 33.428,40 AZN pul verilmişdir. Cavabdehlər öhdəliyə əsasən 33.428,40 AZN pul qaytarmağı öhdəsinə götürmüşlər. 33.428,40 AZN məbləğində pul vəsaiti cavabdehə verilməsinə baxmayaraq, cavabdehlər öhdəlik üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bununla da, cavabdeh öhdəlik şərtlərini pozmaqla, habelə iddiaçı qarşısında həmin öhdəliyini icra etməməklə, aldıqları 33.428,40 AZN məbləğində pulun qaytarılması ilə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də cavabdehlər Səfərov X2 Emin Hacıağa olundan müştərək qaydada 33.428,40 AZN (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) AZN pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 ödənilməlidir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Cəmilə Musayeva) ilə İddiaçı2 “pul” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilmiş, 11.925 (on bir min doqquz yüz iyirmi beş) manat, 37.974 (otuz yeddi min doqquz yüz yetmiş dörd) türk lirəsi (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 “pul” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı3 “pul” tələbinə dair iddiasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. İddiaçı2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişdir.

5. İddiaçı qətnamənin qismən ləğv edilib, iddianın tam təmin edilməsi, cavabdeh qətnamənin iddia təmin edilən hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

6. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə: 1) İddiaçı2 iş üzrə verdiyi izahatında təsdiq etmişdir ki, qızını Cavabdeh1 vermək istəməmiş, əvvəldən ona qarşı münasibəti yaxşı olmamışdır, lakin qızı təkid etdiyi üçün evlənmişlər, Cavabdeh1 ondan pul istəməmiş, qızı onun adından pul istəyib. Qızı işləyəndə borcu qaytaracağını bildirib. Məsələ pulda deyil, məsələ ədalətin bərpa olunmasındadır. Boşanmasalar, pulu geri istəməyəcəkdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Y.Səfərova bildirmişdir ki, atasından ev almaq üçün pul istəmişdir ki, işləyib o, özü qaytaracaq; 2) qanunvericilik normalarına əsasən, tərəflər arasında borc münasibətləri olsa idi belə guya verilən borc məbləğinin 3.000 manatdan çox olması halında onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı və müqavilənin qanunla müəyyən edilmiş bağlanma qaydasına riayət edilməli idi; 3) tərəflər arasında həqiqətən 33.428,40 manat məbləğdə pul vəsaitinin borc kimi İddiaçı2 tərəfindən Cavabdeh1 verilməsini təsdiq edən heç bir sübut məhkəmə araşdırılması zamanı təqdim edilməmiş və həmin hal məhkəmə araşdırılması zamanı İddiaçı2 tərəfindən sübuta yetirilməmişdir. İddiaçının tələbi yalnız iddia ərizəsində göstərilən və məhkəmə iclasında inkar edilmiş əsassız xüsusatlarla əsaslandırılmışdır; 4) İddiaçı2 16 fevral 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 “ev almaq üçün qaytarmaq şərtilə” borc pul verdiyini göstərdiyi halda (5.10-cu bənd), hazırkı iddia ərizəsində “mənzil şəraitinin yaxşılaşdırılması üçün” borc verildiyini göstərmişdir. Bu cür dəyişdirmənin səbəbi o olmuşdur ki, Cavabdeh1 artıq 2012-ci ildə Ankara şəhərində özü və ailəsi üçün ev almışdı (5.3-cü bənd). Hazırkı iş üzrə şahid olan Y.Hüseynova isə tərəflər arasında nikahın pozulması ilə bağlı iş üzrə ekspertiza tədqiqatı zamanı 31 may 2021-ci il tarixdə keçirilmiş “psixoloji söhbət-müsahibə” zamanı bildirmişdir ki, Zamin Ankarada dava-dərman işinə baxmış, özü isə həkim işləyərək Ankara şəhərində ev almışlar (MEM-in 21 iyun 2021-ci il tarixli 11/144 nömrəli rəyi). Tərəflər arasında nikahın pozulması ilə bağlı iş üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə İddiaçı2 isə həmin iş üzrə bildirmişdir ki, uşağın müalicəsinə 80.000 dollar pul xərcləmiş, Zamin uşağın adına olan hesabdakı pulu götürərək ev almış və qızını evdən çıxarmışdır (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(006)-362/2021 nömrəli qətnaməsi). Ümumiyyətlə, məhkəmə “tərəflərin şifahi borc münasibətlərində olmasını” müəyyən edərkən, bunun detallarını, öhdəliyin yaranıb-yaranmaması, əgər borc kimi alınmış bir məbləğ vardırsa onun nə vaxt icra ediləcəyi barədə sübutların olmasını araşdırmalı idi; 5) Məhkəmənin İddiaçı2in iddiasını təsdiq edən sübutlar qismində bank köçürmələri barədə qəbzlərə istinad etməsi də tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qəbzlərin heç biri İddiaçı2in adından Cavabdeh1 pul köçürülməsi barədə deyil. Bu qəbzlər iddiası rədd edilmiş İddiaçı1 və İddiaçı3in adından köçürülən pullar barədədir ki, onların da iş prosesi ilə əlaqədar köçürülməsini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdə ümumiyyətlə İddiaçı2in adı keçmir və ona aidiyyəti yoxdur.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6922/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat:

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1526/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6922/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissədə ləğv edilmiş və iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsində ikinci icraat: Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı2 ilə Cavabdeh1 arasında heç bir borc münasibəti olmayıb, çünki tərəflər arasında münasibətlər soyuq olmuş, onlar danışmamışlar, iddiaçının təqdim etdiyi qəbzlərdə iddiaçı və cavabdehin adı qeyd edilməyib, iddiaçının qızı izahatında pulu atasından özü üçün istədiyini, işləyib qaytaracağını bildirmişdir, iddiaçı özü Cavabdeh1 qızını boşadığı üçün ondan pulu tələb etdiyini bildirmişdir, əslində həmin pulun Cavabdeh1 bir aidiyyəti olmadığını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

13. İddiaçı3 tərəfindən xx.xx.2018-ci il tarixdə “QNB Finansbank” vasitəsi ilə 2.000 TL (642,80 AZN), xx.xx.2018-ci il tarixdə “Finansbank” vasitəsi ilə 5.974 TL (1.969,60 AZN), xx.xx.2018-ci il tarixdə “X7” vasitəsi ilə 30.000 TL (9.891 AZN) pul verilmiş, pul Cavabdeh1 tərəfindən qəbul edilmişdir.

14. İddiaçı1 tərəfindən 2018-ci ilin noyabr ayında 3.000 AZN, 2018-ci ilin dekabr ayında 3.000 AZN, 2019-cu ilin yanvar ayında 300 AZN pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir.

15. İddiaçı1 tərəfindən xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3.000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3.000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 5.925 AZN pul verilmiş, pul Cavabdeh1 qardaşı Cavabdeh2 tərəfindən qəbul edilmişdir.

16. xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli çıxarışlara görə, İddiaçı3 adlı şəxs tərəfindən Cavabdeh1 hesabına müvafiq olaraq 30.000 TL; 2.000 TL və 5.974 TL məbləğdə pul köçürülmüşdür.

17. xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli çıxarışlara görə, İddiaçı1 İlham oğlu tərəfindən Cavabdeh2 Hacıağa oğlunun hesabına müvafiq olaraq 3.000 manat; 3.000 manat və 5.925 manat məbləğdə pul köçürülmüşdür.

18. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Xırdalan şəhərində yerləşən ev cavabdeh Zaminlə nikaha qədər onun adına alınmışdı. Xırdalan şəhərində yerləşən evi Zamin təmir etdirmişdir. Zaminin dediyinə görə 17000 ABŞ dolları təmirə xərc çəkmişdir. Ev 67000 manata satıldı, həmin pulun 10.000 manatını Zamin götürdü, qalan 57000 manatını atasına verildi. Evi satmaqda məqsəd atası onlara daha böyük və mərkəz hissələrdə ev almaq idi. Atası ev almadı, çünki onun və uşağın təhsil xərclərini atası ödəyirdi. Onlar Bakıya gələndə Zamin dedi ki, nə olur olsun ev Zaminin adına alınmalıdır. Anası, atası və o birlikdə ev almağa getdi, həmin vaxt Zaminin şəxsiyyət vəsiqəsinin vaxtı bitmişdi. Zamin elə olan halda evin qardaşı Eminin adına alınmasını bildirdi. O, atasına dedi ki, əgər evin pulunu onun atası və anası verirsə o zaman ev onun qardaşının adına alınmalıdır. Bu halı isə o və atasından başqa heç kim bilmirdi. Çünki Zamin Bakıda ev alınmasa Türkiyəyə qayıtmayacağını deyirdi. Onun qardaşı və atası tərəfindən 33000 manat Zaminə özünə ev alsın deyə borc verilmişdir. Eminə verilən pulun məbləğini dəqiq bilmir. Zamin Türkiyədə idi deyə nağd pul formasında Eminə verilib. Qardaşı görüşüb verib, həmin vaxt o, özü də Türkiyədə idi. Onlara atası qardaşının adına Biləcəri qəsəbəsində yerləşən evi almışdır. Zamin evdə mübahisə saldı ki, ev onun adına alınmalıdır. Zamin pulu qardaşı və onun vasitəsilə atasından istəyib. Qardaşı ona demiş, o da atasından pul istəmiş ki, işləyib o, özü qaytaracaq. O, Zaminlə nişanlı olan vaxtdan həmişə aralarında pula görə söz-söhbət olurdu.

19. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, o, Turalı Zaminlə əlaqəsinə görə tanımışdır. 30-35 ildir ki, tanışdırlar. Zamin ona zəng etdi ki, Tural pul istəyir. Təxmini 2 il bundan əvvəl, 2019-cu ilin iyun/iyul aylarında, o, 10000 ABŞ dollar məbləğində pulu Zaminə, Zamin də Turala vermişdir. Ancaq pulu çox gecikdirdi, 4-5 ay sonra qaytardı. Bir dəfə 5000, sonra 3000, qalanı da Eminlə qaytardı. Səs yazılarında da aydın şəkildə görünür. Zaminin kimdənsə borc aldığını görməmişdir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;

21. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;

22. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

25. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1526/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6922/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissədə ləğv edilərək və iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, Cavabdeh1 şikayətinə əsasən, İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

29. Apellyasiya instansiya məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsinin İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissədə ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (102)-1526/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı tarixli qərarının 29-cu bəndində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində irəli sürdüyü heç bir dəlilə heç bir konkret münasibət bildirməmiş, hüquqi qiymət verməmiş, hansı dəlillərlə razılaşdığını, hansılarla razılaşmadığını öz aktında əsaslandırmamış, bu məqsədlə sadəcə “...apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, ...” məzmunda ifadədən istifadə etmişdir.

30. Həmin qərarın 35-ci bəndində qeyd etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən, həmçinin, tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yarandığı dəqiqləşdirilməli, o cümlədən İddiaçı2in onun qızı ilə Cavabdeh1 boşanmasa idilər pulu geri istəməyəcəyi barədə izahatının iddiaçının mübahisəli pul məbləğini borc müqaviləsi üzrə deyil də, bağışlama müqaviləsinə əsasən cavabdehə verdiyinə dəlalət edib-etməməsi məsələsinə də qiymət verilməlidir.

31. İddia tələbini həmin hissədə təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir.

32. Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı2 iş üzrə verdiyi izahatında təsdiq etmişdir ki, qızını Cavabdeh1 vermək istəməmiş, əvvəldən ona qarşı münasibəti yaxşı olmamışdır, lakin qızı təkid etdiyi üçün evlənmişlər, Cavabdeh1 ondan pul istəməmiş, qızı onun adından pul istəyib. Qızı işləyəndə borcu qaytaracağını bildirib. Məsələ pulda deyil, məsələ ədalətin bərpa olunmasındadır. Boşanmasalar, pulu geri istəməyəcəkdi. Rayon məhkəməsində şahid qismində dindirilmiş Y.Səfərova bildirmişdir ki, atasından ev almaq üçün pul istəmişdir ki, işləyib o, özü qaytaracaq. Tərəflər arasında həqiqətən 33.428,40 manat məbləğdə pul vəsaitinin borc kimi İddiaçı2 tərəfindən Cavabdeh1 verilməsini təsdiq edən heç bir sübut məhkəmə araşdırılması zamanı təqdim edilməmiş və həmin hal məhkəmə araşdırılması zamanı İddiaçı2 tərəfindən sübuta yetirilməmişdir. İddiaçının tələbi yalnız iddia ərizəsində göstərilən və məhkəmə iclasında inkar edilmiş əsassız xüsusatlarla əsaslandırılmışdır. Ümumiyyətlə, məhkəmə “tərəflərin şifahi borc münasibətlərində olmasını” müəyyən edərkən, bunun detallarını, öhdəliyin yaranıb-yaranmaması, əgər borc kimi alınmış bir məbləğ vardırsa onun nə vaxt icra ediləcəyi barədə sübutların olmasını araşdırmalı idi. Məhkəmənin İddiaçı2in iddiasını təsdiq edən sübutlar qismində bank köçürmələri barədə qəbzlərə istinad etməsi də tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qəbzlərin heç biri İddiaçı2in adından Cavabdeh1 pul köçürülməsi barədə deyil. Bu qəbzlər iddiası rədd edilmiş İddiaçı1 və İddiaçı3in adından köçürülən pullar barədədir ki, onların da iş prosesi ilə əlaqədar köçürülməsini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdə, ümumiyyətlə, İddiaçı2in adı keçmir və ona aidiyyəti yoxdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, İddiaçı2in qızı, Cavabdeh1 keçmiş arvadı Y.Səfərova izahatında qeyd etmişdir ki, pulu ev almaq üçün atasından o istəyib, Zamin həmin vaxt onun atası ilə danışmırdı, pulu istəyəndə nə vaxt qaytaracağını bildirməmiş, demişdir ki, özü işləyib qaytaracaq, 2019-cu ilin iyun ayında qurtarmışdır, 2020-ci ildə Zaminlə ayrılmışdır (1-ci cild, i/v 143).

34. Kollegiya qeyd edir ki, bununla İddiaçı2dən pulun Cavabdeh1 yox, iddiaçının qızı Y.Səfərovaya verilməsi barədə Cavabdeh1 dəlili təsdiq olunur.

35. Eyni zamanda, apellyasiya şikayətinin iddaçı İddiaçı2in Cavabdeh1la münasibətlərinin yaxşı olmaması barədə dəlili də təsdiq olunur.

36. Kollegiya qeyd edir ki, İddiaçı2 tərəfindən Cavabdeh1 borc verilməsi barədə biri digərini tamamlayan sübut təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

38. Birinci instansiya məhkəməsi iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab etmişdir.

39. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, həmin pul köçürmələrinə dair bank qəbzlərində pulun iddiaçı tərəfindən Cavabdeh1 verildiyi müəyyən edilmir, çünki həmin qəbzlər onların adına deyil.

40. Bundan əlavə, qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı2 tərəfindən Cavabdeh1 borc pul məbləği verməsinə dair biri digərini tamamlayan və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübut təqdim edilmədiyindən, əksinə İddiaçı2 qızı Y.Səfərova birinci instansiya məhkəməsində verdiyi izahatında Cavabdeh1la evli olduğu vaxt pulu atasından özü üçün istədiyini, işləyib qaytaracağını bildirdiyini, pulun isə 2019-cu ildə qaytarıldığını qeyd etdiyindən, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Nəticə:

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

44. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı2 alınaraq Cavabdeh1 verilməlidir.

45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yoxlanılan İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı2 alınaraq Cavabdeh1 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar