Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4331/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi X4, X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(011)-3503/2021 nömrəli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 verdiyi şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı Bakı şəhəri Cavabdeh2 icra məmuru X3 icraatında olan 20.07.2020-ci il tarixli e101071/2020-1-0 nömrəli icra sənədinin icra edilməsinə və icra məmurunun icra prosesi keçirilməsi barədə hərəkətlərinin hazırkı mərhələdə qanunsuz hesab edilməsinə, Bakı şəhəri Cavabdeh2 hərəkəti-hərəkətsizliyi barədə məhkəmənin icraatında hazırki iddia ərizəsinə baxıldığından, icra məmuru tərəfindən Azərbaycan Respublikası İcra haqqında Qanununun 18ci maddəsinin tələbləri rəhbər tutularaq icra prosesinin müvəqqəti dayandırmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(011)-3503/2021 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı Bakı şəhəri Cavabdeh2 icra məmuru X3 icraatında olan 20.07.2020-ci il tarixli e101071/2020-1-0 nömrəli icra sənədinin icra edilməsinə və icra məmurunun icra prosesi keçirilməsi barədə hərəkətlərinin hazırkı mərhələdə qanunsuz hesab edilməsinə, Bakı şəhəri Cavabdeh2 hərəkəti-hərəkətsizliyi barədə məhkəmənin icraatında hazırki iddia ərizəsinə baxıldığından, icra məmuru tərəfindən Azərbaycan Respublikası “İcra haqqında “ Qanununun 18-ci maddəsinin tələbləri rəhbər tutularaq icra prosesinin müvəqqəti dayandırmasına dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(011)-3503/2021 nömrəli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(011)-3503/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər şikayəti müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş üzrə iddianın yolverilməzliyinə görə qəbuldan imtina edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə inzibati mübahisədir və inzibati orqanın hərəkətsizliyindən və inzibati orqanın üzərinə vəzifə qoyulmasına dair iddialara ümumi məhkəmələr tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 04.04.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə Kollegiyası qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Həmçinin, Kollegiya qeyd edir ki, mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunarkən İcra və Probasiya Şöbəsi məhkəmə qətnaməsinin icrası çərçivəsindən kənara çıxmaqla qanunsuz hərəkətlərə yol verərsə, bu zaman icra işi üzrə borclu və ya tələbkar olmayan şəxslə icra probasiya şöbəsi arasında yaranan mübahisə inzibati mübahisə olmaqla inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Kollegiya hazırkı halda inzibati mübahisə olmadığını, lakin ərizənin şikyət deyil, iddia ərizəsi formasında iddia icraatı qaydasında verildiyini nəzərə alaraq hesab edir ki, Şikayət qismən təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(011)-3503/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı Bakı şəhəri Cavabdeh2 icra məmuru X3 icraatında olan 20.07.2020-ci il tarixli e101071/2020-1-0 nömrəli icra sənədinin icra edilməsinə və icra məmurunun icra prosesi keçirilməsi barədə hərəkətlərinin hazırkı mərhələdə qanunsuz hesab edilməsinə, Bakı şəhəri Cavabdeh2 hərəkəti-hərəkətsizliyi barədə məhkəmənin icraatında hazırki iddia ərizəsinə baxıldığından, icra məmuru tərəfindən Azərbaycan Respublikası İcra haqqında Qanununun 18ci maddəsinin tələbləri rəhbər tutularaq icra prosesinin müvəqqəti dayandırmasına dair iddia ərizəsi üzrə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4331/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4331/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver