Məhkəmə qərarları › İş №2(103)-4335/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4335/2023

15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4335/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: Nisyə satılmış əşyaya görə borcun ödənilməsi tələbi, sübutetmə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “nisyə satılmış əşyaya görə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh1 (əvvəllər “Quliyeva” soyadını daşımışdır) qızıl-zinət əşyalarının alğısatqısı ilə məşğuldur.

2. Cavabdeh1 2018-ci ildə müxtəlif tarixlərdə İddiaçı qızıl-zinət əşyaları (qramını 100-150 manata) nisyə olaraq almış, həmin qızılların bir qisminin pulunu sataraq iddiaçıya ödəmiş, lakin sonra ödəyə bilməmişdir.

3. İddiaçı xx.xx.2019-cu il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində tanışı X2 pulunu ödəməsi üçün 220.000 manat dəyərində qızıl-zinət əşyalarını vermiş, Xanım Quliyeva dekabr ayınadək verdiyi qızılları satıb ona düşən payı versə də, 2018-ci ilin dekabr ayından etibarən ödənişləri dayandırmışdır.

4. Həmin şikayət ərizəsi əsasında toplanmış material üzrə Nərimanov PRİ-nin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X8 əməlində cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış X12 bildirmişdir ki, 2018-ci ilin dekabr ayınadək aldığı qızılları satıb 73.000 manat ödəniş etmişdir. Lakin qalan ödənişləri ödəyə bilməmişdir. İddiaçı verməli olduğu borcdan imtina etmir. Sadəcə hazırda maddi çətinliyi olduğuna görə pulu ödəyə bilməmişdir. Aldığı qızılların bir qismini nisyə satmış, bir qismini isə lombarda girov qoyaraq pul götürmüşdür. Aldığı qızıl-zinət əşyalarını və onların məbləğini öz dəftərində qeyd etmişdir, hazırda həmin dəftər yanında olmadığı üçün məbləği dəqiq bilmir. Lazım olacağı təqdirdə dəftəri təqdim edərək dəqiqləşdirə bilər.

5. Həmin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda (səh.17, abzas 5) qeyd olunmuşdur ki, araşdırma zamanı bütün xüsusatlar yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı tələbi mülki xarakterlidir. Yəni İddiaçı gəlir əldə etmək məqsədilə aralarında olan qarşılıqlı razılaşma əsasında 2018-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində tanıdığı X9 müxtəlif miqdarda qızıl-zinət əşyaları vermiş, sonuncu da həmin qızılları satdıqdan sonra dekabr ayınadək 73.000 manat ödəniş etsə də, dekabr ayından sonra maddi vəziyyəti ilə bağlı qalan 220.000 manat dəyərində qızıl-zinət əşyalarının pulunu vaxtında ödəyə bilməmişdir. Bununla da tərəflər arasında mülki mübahisə yaranmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 843/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X9 qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir.

7. Fiziki şəxs X13 tərəfindən verilmiş (VÖEN: **********) xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı sorğu edərək, 2018-ci il ərzində qızıl-zinət əşyalarını açıq bazarda alışsatış qiyməti barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Qızıl–zinət əşyalarının alqı-satqısı və qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan fərdi sahibkar bildirmişdir ki, 583 ayarlı hazır qızıl məmulatının 1 qramının qiyməti təqribən 100-110 manat, 750 əyarlı hazır qızıl məmulatın dəyəri 120-130 manat civarında olmuşdur. Brilliant qaşlı hazır qızıl məmulatın dəyəri çəkisindən asılı olaraq 3.000-5.000 manat arasında dəyişmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 200.000 manat, Cavabdeh3 10.000 manat və Cavabdeh2 10.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, İddiaçı təqribən 2018-ci ilin sentyabr ayından bir neçə ay ərzində özünə və ailə üzvlərinə məxsus, həmçinin tanıdığı şəxslərdən aldığı qızıl-zinət əşyalarını satılması üçün müxtəlif vaxtlarda və yerlərdə olmaqla cavabdehlərə vermiş, onlar isə bir müddət sonra həmin əşyaların dəyərini İddiaçı ödəmiş, qeyd olunan şəkildə alış-verişləri bir neçə dəfə təkrarlanmışdır. Nəhayət 2018-ci ilin dekabr ayında cavabdehlərdən Cavabdeh1 satılması üçün onlara verilmiş qızıl-zinət əşyalarının qalıq dəyəri olan 220.000 manat pulu maddi çətinlikləri ilə əlaqədar olaraq razılaşdırılan vaxtda ödəyə bilməyəcəklərini bildirmiş və onlara möhlət verilməsini istəmişdir. Cavabdehlər onlara verilmiş möhlət müddəti ərzində də pulu ödəməmişlər. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və şikayət üzrə aparılmış araşdırma ilə qeyd olunan hallar öz təsdiqini tapmışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aparılan təhqiqat üzrə vermiş olduqları izahatlarında iddianın əsaslarını təsdiq etmişlər.

10. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, qeyd edilən pul tələbinə dair iş üzrə iddiaçının gəlini X5 iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq, X9 qarşı 220 000 manat pul borcunun qaytarılması tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(006)-843/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bu barədə X5 və ayrıca İddiaçı onun qızına qarşı Nərimanov RPİ-nə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin çıxartdığı qətnamə haqqında məlumat verməyərək şikayət etmiş, lakin sübuta yetirilmədiyindən şikayət ərizəsi rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, Pikəxanım Vəzirovaya qarşı tələbi sübutla yetirilməmişdir. Hazırki mülki iş üzrə iddiaçı Xanım Vəzirova eyni predmetlə məhkəməni yayındıraraq, qərəzli olaraq onun digər rayonda, yəni Xətai rayonunda qeydiyyatda olmağından, Quliyeva (Əliyeva) Xanım Ələvəz qızının anası olmağından istifadə edərək, həmin tələblə, həmin predmetlə ona qarşı əsassız iddia qaldırmışdır. Onun nə X5, nə də İddiaçı ilə heç bir iş birliyi olmayıb, aralarında heç bir müqavilə, saziş və alış-veriş olmayıb. Bu məsələnin ona heç bir aidiyyəti yoxdur, iddiaçı əvvəllər şikayət etdiyi instansiyalarda (polis bölmələrində, eyni tələblə Bakı şəhəri Nəsimi rayon məhkəməsində) onun adı hallanmamışdır, iddia ərizəsi qərəzli və əsassızdır.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1 200.000 (iki yüz min) manat və Cavabdeh3 10.000 (on min) manat pulun tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun alınıb İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir (hakim X10)

12. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 12.1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki işə baxış protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 10 mart 2021-ci il tarixli məhkəmə baxış iclasında xx.xx.1985-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, qızıllar iddiaçının olmuşdur, özü vasitəçi kimi iştirak etmişdir. İlk əvvəl-yay aylarında cavabdehlərə gümüş, sonra yəni, sentyabrda qızıl vermişlər. Aralarında belə bir alver olmuşdur. Yekuna qədər onlara 73 min pul ödənilmişdir. Həmişə mal verəndə 10 faiz ilkin ödəniş edirdilər. Bu proseslər 2018-ci ilin sentyabr ayında başlanıb. Həmin ilin dekabr ayında isə dedilər ki, avtoqəza olub vəziyyət pisdir. Cavabdehlər dekabr ayına qədər müəyyən ödənişlər etmişlər, lakin daha sonra etməmişlər. Ancaq Xanım demişdir ki, dəmiryolunda işləyir, pulu var, ödəyəcəklər. Bu alverlə bağlı dəftər də var, hamısı orada yazılmışdır. Amma cavabdehlərin burada imzası yoxdur. Hal-hazırda cavabdehlərin 220 min manat borcları var, qayınanası onlara, yəni Leylaya və Xanıma 2018-ci ilin dekabrından sonra 2 kilodan çox, təxminən 2600 qram qızıl verib. 12.2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki işə baxış protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, ümumiyyətlə Xatirəni tanımır, onların internetdə tanış olmaları yalandır, iddiaçının qızı və onun qızı Pikəxanımı bir ortaq tanışları tanış edib. Nə qızıl götürülmüşdürsə, dəyərini ödəmişlər, qalsa-qalsa 2-3 min borc qalmışdır, əvvəl qızı ilə birgə yaşamışdır, bütün məsələləri qızı ona danışırdı. Cəmi 2-3 kilo qızıl almışdırlar, onun da pulu ödənilmişdir. Adi məhkəmədə iştirak üçün bildirişə qol çəkilir, necə ola bilər ki, 220 minlik qızıl alına və müqavilə bağlanmaya. Xahiş edir ki, iddia tələbi rədd edilsin. İddia tələbi qanunsuz və əsassızdır, əvvəllər də eyni tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilə bilməz, əks halda iş üzrə icraata xitam verilməlidir. 12.3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-843/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X9 qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. 12.4. xx.xx.2021-ci tarixli dinləmə protokolundan görünür ki, XİAOMİ markalı MDG6 modellı telefona baxış keçirilmişdir, X20 alan (***-***-**-**): xx.xx.2019-cu il tarixli mesajın mətni: “Xala salam, mən xanıma yazdım, xanıma mesaj getmədi. Xala o malları verəcəm mən. Mən Xanıma dünən yazdım, başa saldım o malları verəcəm, necə verəcəm demişəm başına dönüm. Mən o qızdan pul da götürüb onu da gətirib verəcəm. Bir səbrin olsun xahiş edirəm”; “Xala salam. Xala başına dönüm, qızı gözləyirəm, xəbər eləsin gedib görüşəcəm, onunla görüşüb verəcəm. Birdən bugün gec olmuş olsa, ola ki sabah qız nə versə gətirib hamısını verəcəm sizə”; “Ay xala (əsəbi halda) axşamın xeyir, sənə yazdım axı, dedim bu günü gözləyirəm. Olmasa sabaha həll olmalıdı inşallah.” xx.xx.2019-cu il tarixli mesajın mətni: “Xala salam, zəhmət olmasa bir dənə xanıma deyin də, mal çıxaracam, mən 6-cı gün qız mal verəcək mənə. Nə götürüm təcili nə lazımdı ona. İki dənə mal çıxardacam nə çıxardım.”; “Xala dedim axı, başına dönüm qızdan gözləyirəm, necə olur olsun çatdıracaq, məndə sizə çatdıracam. O pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki. Sizdən artıq onu gözləyirəm”. xx.xx.2019-cu il: “Xala mən dünən də oxumuşam mesajınızı, bugün də oxumuşam. Nə qardaşım, nə dayılarım, nə xalalarımdan heç birinin aidiyyəti yoxdur, kimlə görüşmək istəyirsiniz, görüş, mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər. Onlar yaxşı adamdılarsa yaxşı olsunlar mən pis. Xanıma da dedim ki, Xanım mama işdədi mama ilə danışım, xəbər eləyəcəm. Mən vaxtını və saatını deməmişəm, heç nə də deməmişəm bu vaxt bu saatda. Qaldı pul məsələsinə, dedim Xanım səbr elə, mən məsələləri yoluna qoyacam, az qalıb. Yəni malı da verəcəm, pulu da verəcəm”. 12.5. Həmçinin həmin tarixli dinləmə protokolundan görünür ki, (Xanım gəlin nar (070-362- 61-01 Forvard)) xx.xx.2019-cu il tarixli səs yazının mətni: “Bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum 220 mindir də, düzdür bacı? Keçən dəfə danışdıq ki, ayda 2 mindən 5 minə qədər danışdıq ki, ödəyəcəm mən sənə. İnşallah 15- 25-nə kimi vaxt istəyirəm, bilirsən alacağım var, onu alıb verəcəm sənə. Birdə ki, mal verəcəm, mənə borclu olan mənə mal verəcək, mən də götürüb sənə verəcəm. Maksimum ayın sonuna kimi həm pul verəcəm, həm mal verəcəm. Ərizəni yaz ki, razılaşmışıq, mən də sonra gedib yazacam ki, ayda bu qədər ödəyəcəm. Mən sənə ayda o pulu ödəməsəm, onsuz də sən yenə şikayət edə bilərsən. O iltizamı mən yazıb versəm, o kağız səndə olsa, mən ödəməsəm sən yenə şikayət edə bilərsən. Onda işə daha başqa cür baxacaqlar, onda daha ciddi baxacaqlar. İş getsə o yana aləm bir birinə dəyəcək, mən uje özümün də, anamın da canını qurtarmaq məcburiyyətindəyəm ki, tutulub getməyəm. Mamanı qoydum qırağa, onsuz da ona bir şey eləməyəcəklər, nə olsa mənə olacaq bu hamilə vəziyyətimlə. Bu uşaqla mən ora gedib çıxmamaq üçün gərək canımı qurtaram. Ona görə deyirəm ki, gəl razılıqa gələk, o işi göndərir. Mənə dedi göndərir, mən də dedim göndərin, mən uje bilmirəm o adama nə cavab verim. Xanım, gəl mən sənə möhlətimi də deyim, xahiş də eləyim, yalvarıram da dönə-dönə xahiş edirəm, anlaşa biləriksə, inşallah anlaşarıq. Mən avqust, sentyabr, oktyabr ayına 3 ayı, ayına 2 min ödəyim sənə. Oktyabr ayından sonra ayına 5 min ödəyim. Razısansa mən birisi gün gedim danışım Cabir müəllimlə. Gedim kağız yazım, sən də gəlib yazarsan. Yəni birisi gün gedim ərizəni yazım, avqust, sentyabr, oktyabr ayına 2 min manatdan ödəyim, ondan sonra 5 min ödəyim. Əgər razısansa mən bu dəqiqə onu edə bilirəm. Xanım, əlimi hara atıramsa, bütün işlərim hamısı darmadağındı. Mən səndən 3 ay istəyirəm, bax avqustun 29-u 2 min verəcəm, sentyabrın 29-u, oktyabrin 29-u ayda sənə 2 min verəcəm. Bacı ondan sonra noyabrın 29-30 ayda sənə 5 mindən verəcəm, bacı razılığa gələ biliriksə, gəl bunun razılığına gələk. Birisi gün mən gedim yazım verim, bu cürə həll edək bacı. Mən səndən xahiş edirəm, bu qədər güzəştə getmisən, bu qədər başa düşmüsən, bu qədər hər şeyi eləmisiz, bilirəm, allah razı olsun, allah elədiklərini sənin də, balavın da, yoldaşının da, qayınanavın da qarşısına çıxartsın. Axrıncı dəfə bunu sizdən xahiş edirəm, sentyabra da o torpağı da düzəldib çalışacam götürüm verim ki, hansınsa birinin borcundan bağlayasan”. 12.6. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 2018-ci ilin sentyabr ayında qızıl alqısatqısına dair qarşılıqlı razılaşma olmuşdur. Cavabdeh1 və Cavabdeh3 qızıl-zinət əşyalarını iddiaçıdan satmaq məqsədilə götürmüşlər. Tərəflər arasında qızıl-zinət əşyalarının bir qramının alğı-satqı qiyməti 100-150 manat razılaşdırılmışdır. Bununla belə, qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyərinin iddiaçıya tam olaraq qaytarılmasını təsdiq edən, iddia tələbi üzrə həmin cavabdehlərin öhdəliklərinin yerinə yetirilməsini istisna edən, həmçinin digər Cavabdeh2 qızıl-zinət əşyalarına görə öhdəliklərinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. 12.7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya borcunun olması tərəflərin izahatları (Cavabdeh3: “cəmi 2-3 kilo qızıl alınıb, onun da pulu ödənilib”), şahid ifadələri (“şahid P.D.Vəzirova: “hal-hazırda 220 min borcları var, mənim vasitəmlə qaynanam onlara iki kilodan çox qızıl verib, təxmini 2600 qram”), telefon yazışmalarına və səs dinləmələrinə dair protokollar (xx.xx.2019-cu il tarixdə - “Mən o qızdan pul da götürüm, onu da gətirib verəcəm, bir səbrin olsun xahiş edirəm”; xx.xx.2019-cu il tarixdə – “qızdan gözləyirəm necə olur olsun çatdıracaq, çatdıracaq mən də sizə çatdıracam, o pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq, onu gözləyirəm” xx.xx.2019-cu il tarixdə - “nə qardaşım, nə dayılarım, nə xalalarımdan heç birinin aidiyyəti yoxdur, kimlə görüşmək istəyirsən görüş, mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər”; “qaldı pul məsələsinə, dedim Xanım, səbr elə, mən məsələləri yoluna qoyacam az qalıb, yəni malı da verəcəm, pulu da verəcəm” xx.xx.2019- cu il tarixdə - “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum iki yüz iyirmi mindir də düzdür bacı?”), Cavabdeh1 məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizalarının keçirilməsində iştirak etməkdən imtinaya dair akt, təhqiqat materialları (Qərar və izahatlar) ilə müəyyən olunmuş hallarla tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, 2-3 kq. qızıl almaları barədə etiraf həmin qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasına dair cavabdehlərdə sübut etmə vəzifəsi yaradır. Lakin buna dair sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə iddia tələbinin həmin cavabdehlərə münasibətdə əsaslı olması qənaətinə gəlmişdir. 12.8. Məhkəmə, iddia tələbinin “digər Cavabdeh2 10.000 manat pulun alınması” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı bu hallara dair sübutetmə yükü daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1ci, 442-ci, 443.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.2-ci, 77.1-ci, 97.5-ci, 119.1-ci və 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən birgə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır, onların iddiaçıya borcu yoxdur, təqdim edilmiş sübutlar cavabdehlərin iddiaçıya borcu olduğunu təsdiq etmir, məhkəmə yanlışlıqla və ya qərəzli olaraq iddia tələbini təmin etməklə qanunsuz və əsassız qərar qəbul etmişdir. İddia tələbi üzrə məhkəmə prosesinin uzun çəkməsinin əsas səbəbkarı iddiaçı tərəfin vəsatətləri və hərəkətləri olmuşdur. Cavabdeh tərəfi lazımınca məlumatlandırmayan məhkəmə isə cavabdehin vəkilinin işlə tanış olmasına mane olmaqla yanaşı iddiaçı tərəfin də iştirakı olmadan yekun məhkəmə aktı çıxarmışdır. Həqiqətə nail olmaq üçün hər iki tərəfin iştirakı vacib olsa da məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Vəkil2 məhkəmə iclasında iştirak edərkən iş materialları ilə tanış olmaq üçün vaxt istəsə də məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəf iddia tələbində göstərilən halları sübut etməmişdir. Halbuki tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən etməli, qanunla müəyyən olunmuş qaydada əldə etdiyi səhih, düzgün məlumatları mötəbər sübut kimi hesab etməli idi. İş materiallarına diqqət etdikdə məlum olur ki, məhkəmə tərəfindən sübutlar hərtərfli araşdırılmamış və nəticə olaraq bu sübutlara qərəzli yanaşma mövcud olmuşdur. Məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. İddiaçının gəlini X3 iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq X9 qarşı 220 000 manat pul borcunun qaytarılması tələbinə dair iddiası Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bu hal müəyyən edilsə də, məhkəmə tərəfindən tədbir görülməmiş və aydınlaşdırılmamışdır. Hətta bu hala qətnamədə belə hüquqi münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tələblərini pozmuşdur.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 11 yanvar 2023-cü il tarixli, 2(103)-568/2023 nömrəli qətnaməsi ilə (hakimlər - A.N.İmanov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və Q.A.Əsgərov) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki: 17.1. Hazırki halda Cavabdeh1 200.000 manat, digər Cavabdeh3 isə 10 000 manat dəyərində qızılın verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya borcunun olması tərəflərin izahatları (Cavabdeh3: “cəmi 2-3 kilo qızıl alınıb, onun da pulu ödənilib”), şahid ifadələri (“şahid P.D.Vəzirova: “hal-hazırda 220 min borcları var, mənim vasitəmlə qaynanam onlara iki kilodan çox qızıl verib, təxmini 2600 qram”), telefon yazışmalarına və səs dinləmələrinə dair protokollar (xx.xx.2019-cu il tarixdə - “mən o qızdan pul da götürüm onu da gətirib verəcəm bir dənə səbrin olsun xahiş edirəm”; xx.xx.2019-cu il tarixdə – “qızdan gözləyirəm necə olur olsun çatdıracaq, çatdıracaq mən də sizə çatdıracam, o pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq, onu gözləyirəm” xx.xx.2019-cu il tarixdə - “nə qardaşımla, nə dayılarımla, nə xalalarımdan heç birinin aidiyyəti yoxdur, kimlə görüşmək istəyirsən görüş mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər”; “qaldı pul məsələsinə dedim Xanım səbr elə, mən məsələləri yoluna qoyacam az qalıb, yəni malı da verəcəm, pulu da verəcəm” xx.xx.2019-cu il tarixdə - “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum iki yüz iyirmi mindir də düzdür bacı?”), Cavabdeh1 məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizalarının keçirilməsində iştirak etməkdən imtinaya dair Akt, təhqiqat materialları (Qərar və izahatlar) ilə müəyyən olunmuş hallarla tam sübuta yetirilir. 17.2. Göründüyü kimi, cavabdehlər 2-3 kq qızıl almaları barədə etirafda həmin qızılzinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasını qeyd edirlər. Bu halda sübutetmə yükü dəyişir və prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarına əsasən qızılın dəyərinin qaytarılmasını subutetmə vəzifəsi cavabdehlərin üzərinə düşür. 17.3. Cavabdehlər qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasını qeyd etsə də, bu halı təsdiq edəcək əsaslı və şübhə yaratmayan sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 200.000 manat və Cavabdeh3 10.000 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və Cavabdeh1 Məhkəmə fonoskopik ekspertizasında iştirak etməsinin zəruriliyi, ondan imtina etmənin nəticələri barədə məhkəmə tərəfindən məlumatlandırılmışdır. Tədqiqat üçün nümunənin alınması barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə 2(011)- 3604/2021 saylı mülki iş üzrə nümunə verən şəxs Cavabdeh1 nümunənin götürülməsi prosesində iştirak etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 17.4. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci, 600.1-ci və 600.4cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 142-ci, 77.1ci, 372.6-cı, 384.0.1-ci və 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2068/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(103)-568/2023 saylı qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və iş qətnamənin ləğv olunmuş hissəsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin normaya əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşə baxmış məhkəmələr də işin həllinə bu normanı tətbiq etmiş, işin hallarını həmin normanın dispozisiya şərtlərinə əsasən yoxlayaraq müəyyən etmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 2018-ci ilin sentyabr ayında qızıl alğı-satqısına dair qarşılıqlı razılaşma olmuşdur. Cavabdeh1 və Cavabdeh3 qızıl-zinət əşyalarını iddiaçıdan satmaq məqsədilə götürmüşlər. Tərəflər arasında qızıl-zinət əşyalarının bir qramının alğı-satqı qiyməti 100- 150 manat razılaşdırılmışdır. Bununla belə, qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyərinin iddiaçıya tam olaraq qaytarılmasını təsdiq edən, iddia tələbi üzrə həmin cavabdehlərin öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmələr bu zaman sübut kimi Cavabdeh1 Nərimanov PRİnin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarında əksini tapmış izahatına, bu tarixdən sonra Cavabdeh3 ümumilikdə 2-3 kiloqram qızıl alındığı barədə verdiyi izahatına, habelə Cavabdeh1 220 000 manat borcu qalmasına dəlalət edən tərəflərin telefon yazışmalarına və səs dinləmələrinə dair protokollara əsaslanmışdır. Apellyasiya instansiya məhkəməsi qızılın dəyərinin qaytarılmasının sübutetmə vəzifəsinin cavabdehlərin üzərinə düşdüyü, lakin bu cür sübutun təqdim olunmadığı qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni Cavabdeh1 aid hissədə əsaslı hesab etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi Cavabdeh3 etiraz dəlillərini ayrılıqda təhlil etməmiş, ona aid hissədə nəticəyə gələrkən, onun tərəfindən iddia tələbinə qarşı irəli sürdüyü etiraz dəlillərini tam və hərtərəfli araşdırılmamış, həmin dəlillərə düzgün qiymət verilməmişdir. Belə ki, Cavabdeh3 iddia tələbinə yazılı etirazında bildirmişdir ki, “onun nə X5, nə də İddiaçı ilə heç bir iş birliyi olmayıb, aralarında heç bir müqavilə, saziş və alış-veriş olmayıb. Bu məsələnin ona heç bir aidiyyəti yoxdur”. Məhkəmə Cavabdeh3 bu dəlilini təhlil edib cavablandırmamış, Cavabdeh3 cavabdehliyini məhz hansı sübut əsasında müəyyən etdiyini əsaslandırmamışdır. Məhkəmənin istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh3 verdiyi izahat, məzmun baxımından onun borclu olmasını birmənalı təsdiq etmədiyi halda məhkəmə həmin izahatı ətraflı təhlil etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 dəlillərinə düzgün qiymət verilməməsi baxımından müəyyənlik prinsipinə cavab verməmişdir. Kassasiya instansiyası məhkəməsi Cavabdeh2 iddia üzrə cavabdeh olmadığı halda iddiaçının onu məhkəmə aidiyyətini dəyişmək məqsədi ilə cavabdeh göstərməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsas hesab etməmişdir. Belə ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın verilməsi və cavabdehləri seçmək iddiaçının iradəsi əsasında müəyyən olunur. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər. İddiaçı Pikəxanımla olan səs yazılarını öz maraqlarına uyğun istifadə etməsi ilə bağlı dəlillə bağlı kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında əksini tapmışdır. Konstitusiya Məhkəməsinin bu qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir və başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsinin yolverilən olduğunu bildirir. Cavabdeh1 qızılların pulunun qaytarılması ilə bağlı danışıqları həm iddiaçı, həm də iddiaçının gəlini Pikəxanım Vəzirova ilə olmuşdur. Konkret halda bu şəxslər - Pikəxanım Vəzirova və iddiaçı mübahisə üzrə əlaqədar şəxslərdir. Cavabdeh1 “X5 iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq, X9 qarşı 220000 manat pul borcunun qaytarılması tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 843/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir” dəlili də bu faktı aşkar təsdiq edir. Borcun iddiaçıya deyil, onun gəlini Pikəxanım Vəzirovaya olduğu barədə dəlillər də əsassızdır. Çünki cavabdeh polis şöbəsində iddiaçının şikayəti əsasında xx.xx.2019-cu il tarixdə izahat verərkən onun iddiaçıya borclu olmadığını bildirməmişdir. Əksinə, verdiyi izahatında İddiaçı olan borcunu ödəməkdən imtina etmədiyini bildirmişdir. İşə birinci instansiya məhkəməsində baxılanda da bu cür etiraz dəlili irəli sürülməmişdir. Fonoskopik ekspertizanın keçirilməsində Cavabdeh1 iştirakının təmin edilməməsi barədə dəlil apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb rədd edilmişdir. Kassasiya instansiya məhkəməsi bu hissədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, fonoskopik ekspertizanın keçirilməsində Cavabdeh1 iştirakının təmin edilməməsi barədə dəlilə münasibətdə kassasiya instansiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə cavabdehi ekspertizada iştirakla bağlı lazımi qaydada məlumatlandırmışdır, bundan əlavə, cavabdeh ekspertizada iştirakının təmin olunmadığını qeyd etməsinə baxmayaraq, konkret olaraq səs yazılarının ona aid olmadığı barədə dəli irəli sürməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin Cavabdeh3 aid hissədə təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, o, müxtəlif vaxtlarda cavabdehlərə satmaq üçün nisyə qızıl-ziynət əşyaları verirdi, ondan qızıl almağa Cavabdeh3 və Cavabdeh1 hər ikisi də gəlirdi. Cavabdeh3 qızılı alıb Cavabdeh1 verirdi. Cavabdeh2 isə taksi sürücüsü idi, o da iddiaçıdan qızıl almışdır. Cavabdehlər qızılı alanda ilkin ödəniş edirdi, qalan məbləği isə hissə-hissə verməli idilər. Qızıldan başqa o, cavabdehlərə nisyə bahalı şubalar, üst geyimləri də satmışdır. İş materiallarında olan dəftərdə verilən bütün qızıllar və həmin qızıllara görə edilən ödənişlər öz əksini tapmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellayasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, verilən suallara cavab olaraq bildirmişdir ki, istinad etdiyi dəftərdə imzalar yoxdur. Qızılın satışı ilə Cavabdeh1 məşğul olurdu, o, Gənclik, Qara Qarayev metro stansiyalarının qarşısında Cavabdeh3 qızıllar vermişdir, o, təxmini olaraq hesablama apararaq, Leyla Talıbovanın ona 10 000 manat borcunun olması qənaətinə gəlmişdir. Cavabdeh2 avtomobili var idi, o qızılları evdən gəlib götürürdü. Onun səhhətində problemlər olduğundan ilk əvvəl gəlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir, lakin ondan əvvəl o, cavabdehlər barəsində polis idarəsinə şikayət yazmışdır.

24. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

30. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları nəzərə alıb, Cavabdeh3 apellyasiya şikayətinə uyğun olaraq, qətnaməni yalnız “Cavabdeh3 10.000 (on min) manat pulun İddiaçı xeyrinə tutulması” hissəsində yoxlayır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisəyə Cavabdeh3 ilə bağlı hissədə düzgün hüquqi qiymət verməmiş, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən Cavabdeh3 apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu cavabdehdən iddiaçının xeyrinə 10 000 manat pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

32. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin qətnaməsinin yalnız “Cavabdeh3 10.000 manat pulun İddiaçı xeyrinə tutulması” hissəsində yoxlanılmasını nəzərə alıb, apellyasiya şikayətinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onunla Cavabdeh1 arasında olduğu kimi, onunla Cavabdeh3 arasında da əşyaların nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin yarandığını iddia edir və bu münasibətlər çərçivəsində sonuncuya 10.000 manat dəyərində əşyanı nisyə verdiyini, lakin həmin əşyaların dəyərinin bügünədək ona ödənilmədiyini bildirir.

33. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

35. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

36. Bu baxımdan iddiaçı cavabdehlə aralarında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olmasını və bu münasibətlər çərçivəsində dəyəri 10.000 manat olan əşyaları onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə verməsini və bu məbləğin bügünədək ödənilmədiyini ardıcıllıqla sübut etməli idi. Lakin iddiaçı öz mövqeyinə uyğun olaraq hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə bu halları etiraf etmir, iddiaçı ilə aralarında belə bir münasibətlərin yaranmadığını, aralarında hər hansı müqavilə və ya saziş bağlanmadığını, alış-verişin olmadığını bildirir. İş materiallarında olan sübutlarla isə Cavabdeh3 iddiaçıya nəinki 10.000 manat, ümumiyyətlə hər hansı məbləğdə borcunun yaranmadığı müəyyən edilir.

37. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı cavabdehlərə, o cümlədən Cavabdeh3 qarşı iddia üzrə irəli sürdüyü tələbləri 3 dəfə dəyişmiş və bu cavabdehdən ilk olaraq müştərək qaydada 220.000 manat, sonra fərdi qaydada 100.000 manat, daha sonra isə 10.000 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı isə məhkəmə iclasında iddiaçı Gənclik və Qara Qarayev metro stansiyalarının qarşısında Cavabdeh3 qızıl-zinət əşyaları verdiyini, təxmini olaraq aparılmış hesablamaya əsasən Cavabdeh3 ona 10.000 manat məbləğində borcunun olması qənaətinə gəldiyini bildirmişdir. Halbuki, iddiaçı iddia qaldırmazdan əvvəl bu cavabdehin ona olan borcu barədə dəqiq məlumatlara və sübutlara malik olmalı və buna uyğun tərəfindən hesablamalar aparmaqla iddia tələbini irəli sürməli idi. Hər bir halda, iddiaçının 220.000 manat tələb etməsinə baxmayaraq, birdən-birə 120.000 manat aşağı düşərək, cavabdehdən yalnız 100.000 manat, daha sonra isə ümumiyyətlə 10.000 manat tələb etməsinin səbəbi olmalı idi. Lakin tələbin qiymət etibarı ilə bu qaydada dəyişməsinin səbələləri iddiaçı tərəfindən nə şifafi, nədə ki, yazılı şəkildə açıqlanmamış, o cümlədən onun tərəfindən təqdim edilmiş tələbin dəyişdirilməsi barədə ərizələrdə bu məsələlərə aydınlıq gətirilməmişdır. İddiaçı ümumiyyətlə təxmini hesablamanın hansı qaydada aparılmasını izah edə bilməmişdir (sadə dildə deyilsə, hansı qeydə, hansı sənədə baxıb hesablama aparmışdır). İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə (cild İ, i.v. səhifə 89) ) şəxsən özü qeyd edir ki, “baxmayaraq ki, Cavabdeh1 220.000 manat məbləğində borcunun olduğunu etiraf edir və borcun ona aid olduğunu bildirir, hesab edir ki, borcun 100.000 manat məbləğində hissəsi də Cavabdeh3 tutulmalıdır.” Lakin niyə belə hesab etməsi ilə bağlı həmin ərizədə bir cümlə belə yazılmır. Başqa sözlə, iddiaçı sadəcə olaraq belə hesab edir, eyni zamanda niyə belə hesab etməsinin əsaslandırılmalı olmasını zəruri hesab etmir.

38. İddiaçının haqq-hesab apardığı və verilmiş, habelə dəyəri ödənilmiş əşyaların əks olunduğu dəftərdə də (üzərində qızıl gül olan və “ÜMUMİ DƏFTƏR” sözləri yazılmış) cavabdehlə bağlı hər hansı qeyd aparılmamışdır. Qeyd edilənlər, habelə iddiaçının təxmini aparılmış hesablamalara əsasən cavabdehin 10.000 manat borcunun olması qənaətinə gəlməsi barədə fikirləri iddiaçıda cavabdehin borcu ilə bağlı hər hansı sübutun olmamasını təsdiq edir.

39. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, hazırki iddiadan əvvəl iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə, onun gəlini isə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkməsinə müraciət etmişdir. Həm şikayət, həm də iddia ərizəsində məhz X8 220.000 manat borcunun olduğu göstərilmişdir. Hətta şikayət və iddia ərizəsində sonuncu dəfə 2018-ci ilin dekabr ayının ortalarında məhz X9 çatdırılması üçün digər Cavabdeh2 çəkisi 118 qram olan 16.500 manat dəyərində qızıl-zinət əşyaların verildiyi göstərilmişdir. Lakin Cavabdeh3 münasibətdə belə təfərrüatlı açıqlama verilməmişdir. Yalnız şikayət ərizəsində cavabdehlərə, o cümlədən Cavabdeh3 hissə-hissə qızıl-zinət əşyalarının verildiyi qeyd edilmiş, lakin bu zaman Cavabdeh3 hansı dəyərdə qızıl-zinət əşyasının verilməsi bildirilməmişdir.

40. İddia üzrə tələb edilən məbləği təsdiq edən sübut kimi təqdim edilmiş mesajların və səs yazılarının mətnləri də məhz X9 aiddir və həmin mətnlərin birində X12 (“Bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum 220 mindir də, düzdür bacı? Keçən dəfə danışdıq ki, ayda 2 mindən 5 minə qədər danışdıq ki, ödəyəcəm mən sənə.....) 220.000 manat məbləğində borcunun olmasını etiraf edir. Lakin Cavabdeh3 aid belə bir mesaj və ya səs yazısı, o cümlədən hər hansı məbləğdə borcun qaytarılması vədi və ya təklifi mövcud deyil. Başqa sözlə bütün yazışmaların tərəfi qismində cavabdeh X12 çıxış edir və pulun qaytarılması ilə bağlı təkliflər və vədlər də onun tərəfindən verilir. Ümumiyyətlə iddiaçı tərəfindən məhz borclu kimi Cavabdeh3 adının çəkildiyi səs yazısı və ya mesajın olması müəyyən edilmir.

41. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-fonoskopik ekspertizası da məhz X12 barəsində təyin edilmişdir. Cavabdeh2 da (həmçinin, cild İ, i.v. səh.107) bir qızıl işinin olması barədə məlumatın ona X12 tərəfindən verildiyini, qızıl-zinət əşyalarının məhz sonuncunun tapşırığı əsasında lombarda təhvil verdiyini bildirir. Onun Xanım və Leyladan qızıl alması, verilən pulu qarşı tərəfə aparması barədə izahatı isə Cavabdeh3 iddiaçıdan qızıl-zinət əşyalarını nisyə alması kimi qiymətləndirilə bilməz. Belə ki, qızıl-zinət əşyalarının artıq cavabdeh X8 istifadə və sahibliyində olması zamanı bu əşyaların və ya onların satışından əldə edilmiş pulun iddiaçıya çatdırılması üçün Cavabdeh2 Cavabdeh3 tərəfindən verilməsi sonuncunun məhz cavabdeh X8 tapşırığı əsasında hərəkət etməsi kimi qiymətləndirilməlidir.

42. Bununla belə, Cavabdeh3 iddiaçı ilə hər hansı iş birliyinin olması, aralarında hər hansı müqavilənin və ya sazişin bağlanması, habelə bu cavabdehin iddiaçıdan nisyə olaraq hər hansı dəyərdə əşyalar götürməsi, ona pul verməsi və ya pulun verilməsi barədə vəd verməsi, ümumiyyətlə onların adi qaydada ünsiyyətdə olmaları müəyyən edilmir. Bu da öz növbəsində ona qarşı irəli sürülmüş iddianın rədd edilməsini şərtləndirir.

43. Beləkilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 İddiaçı xeyrinə 10.000 manat mbləğində pul tutmaqda halı olmamışdır. Hüquqi nəticə etibarı ilə bu məbləği cavabdehdən əsassız olaraq tutmuşdur. Bu səbəbdən Cavabdeh3 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni ondan 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385, 392-393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi qismən, “Cavabdeh3 10 000 (on min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar