Məhkəmə qərarları › İş №2(103)-4341/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4341/2024

22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4341/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “əsassız varlanma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi, məhkəmə aktının preyudisiallığı”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ünvan 1 ünvanında yerləşən 95,8 kv.metrlik fərdi yaşayış evi 11 sentyabr 2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

2. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(012)-1618/2021 nömrəli qətnaməsinə əsasən, Cavabdeh iddiası qismən təmin edilmiş, sözügedən fərdi yaşayış evinə dair X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı həmin evdən çıxarılması, habelə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 20000 manat pul vəsaitinin Cavabdeh İddiaçı geri qaytarılması qərara alınmışdır.

3. Qətnaməyə əsasən iddiaçı Cavabdeh qardaşı oğlu xx.xx.1973-cü il təvəllüdlü X4 “X6, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli “X5 qəyyumluğa verilməsi barədə” Sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X5 üzərində əmisi, yəni Cavabdeh qəyyum təyin olunması qərara alınmışdır.

4. Həmçinin qeyd edilən qətnaməyə görə satıcı X9 ilə alıcı, iş üzrə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə satıcı sözügedən fərdi yaşayış evini alıcıya 20000 manata satmışdır. Qətnamədə qeyd edilmişdir ki, məhkəməyə etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X7 müqavilə üzrə 20000 manat pul vəsaitindən savayı, əlavə 17500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) onun xeyrinə 47254 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi kimi 261,7 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, iddiaçı 24 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95,9 kv.metr olan fərdi yaşayış evini 38000 manata X3 almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Aydın Rəhimov fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cavabdeh qərarla Aydın Rəhimov üzərində qəyyum təyin edilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.5-157.7., 1091.1, 1091.2 və 1095-ci maddələrinə istinad etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-1618/2021 nömrəli qətnaməsinə əsasən iddiaçının X9 ilə arasında yuxarıda göstərilən evin alğısatqısına dair müqavilə etibarsız hesab edilmiş, onun adına həmin evlə bağlı verilmiş çıxarış ləğv edilmiş, iddiaçının həmin evdən çıxarılması, müqavilə üzrə ödənilmiş 20000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmışdır.

8. İddiaçı evi alarkən notariusdan kənar Aydın Rəhimova 17500 manat pul ödəmiş, evi aldıqdan sonra oranı əsaslı təmir etdirmiş, bunun üçün 29754 manat xərc çəkmişdir. Çünki iddiaçı evi təmirsiz vəziyyətdə almışdı, evi alandan sonra təmir etdirmişdir. Beləliklə ev iddiaçıya 67254 manata başa gəlmişdir, lakin məhkəmə qətnaməsi ilə ona 20000 manat qaytarılıb. Buna görə də 47254 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.

9. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evdə aparılmış təmirin tarixi və dəyərini müəyyən etmək üçün tikinti-texniki ekspertizası təyin etmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 10/2680 saylı müvafiq rəyinə əsasən tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin sual üzrə tədqiqat aparılmamışdır. Evdə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri isə 12285 manatdır.

11. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə X9 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Həmin məsələyə həm yerli, həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələrində baxılmış və heç bir məhkəmədə iddiaçının Aydın Rəhimova müqavilədən kənar qaydada hər hansı məbləğ ödəməsi öz əksini tapmamışdır. Hazırkı məhkəmədə də iddiaçı tərəf bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçıya həmin ev satılarkən təmirli vəziyyətdə olmuşdur. Bu, şahid ifadəsi ilə sübut olunmuşdur. Həmçinin, ekspert rəyi ilə evin təmirinə xərclənmiş təxmini məbləğ müəyyən edilsə də, təmir işlərinin hansı dövrü əhatə etməsi müəyyənləşdirilməmişdir. Yəni, iddiaçının evi təmir etməsinə dair də sübut mövcud deyil.

12. Birinci instansiya məhkəməsində şahid X10 göstərmişdir ki, o, iddiaçını tanımır. 2019-cu ildə X12 kəndində yerləşən 3 otaqlı evində təmir işləri görmüş, təxminən 3 ay orada işləmişdir. Aydın Rəhimovun yeznəsi ona təmirlə bağlı 10-11 min manat, zəhmət haqqı kimi isə 3-4 min manat pul vermişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin iddia tələbinin 17500 manat hissəsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 sentyabr 2021-ci il tarixli, 2(012) 1618/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı evin alınması üçün Aydın Rəhimova verdiyi 20000 manatdan əlavə verdiyi 17500 manatın ona ödənilməsini tələb etsə də, məhkəmə buna dair hər hansı sübutun təqdim edilməməsi əsası ilə Aydın Rəhimovun qəyyumu olan cavabdehdən 20000 manatın tutularaq iddiaçıya ödənilməsini qərara almışdır. Hazırkı məhkəmə iclasında da iddiaçı göstərilənlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

15. İddia tələbinin 29754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə evin təmirinə sərf edilmiş vəsaitin təqribi məbləği ekspert rəyi ilə müəyyən olunsa da, bu təmir işlərinin məhz iddiaçı tərəfindən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətini də müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş X10 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə təmir işləri apardığını bildirmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.3 və 88-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1124/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə tərkibi tərəfindən iddiaçının nümayəndəsi və üçüncü şəxsin oğlunun iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmişdir. Mənzilin açarları üçüncü şəxsin oğlu tərəfindən təqdim edilmişdir. Mənzil təmirsiz olmaqla, yalnız arakəsmə divarlar hörülmüşdür. İddiaçı tərəf həmin işlərin üçüncü şəxs tərəfindən aparıldığını təsdiq etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, həmin iş üzrə cavabdeh olan İddiaçı iddia ərizəsinə etirazında göstərmişdir ki, o, Aydının təşəbbüsü ilə Sumqayıt şəhər 4 saylı notarius kontoruna gedib 20000 manat verərək alğısatqı müqaviləsini bağladıqdan sonra notariat kontorunun həyətində öz maşınında Aydına 17500 manat pulu sayaraq vermişdir. X14 aldığı ev tam təmirsiz olmuşdur. Alandan sonra o, Aydının özünün tapdığı ustalar vasitəsi ilə 20000 manatlıq təmir işləri aparmışdır. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X7 müqavilə üzrə 20000 manat pul vəsaitindən savayı 17500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab etmişdir. İddiaçı isə hazırda yenə notariusdan kənar ödədiyini iddia etdiyi 17500 manatı və təmir xərcini, lakin bu dəfə 29754 manat göstərərək tələb etmişdir. İddiaçı “notariusdan kənar” verilmiş 17500 manat tələbinin məhkəmə tərəfindən rədd olunması ilə razılaşsa da, təmir xərci hissəsində məhkəmənin düzgün nəticəyə gəlmədiyi qənaətindədir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi həm subyektiv, həm də obyektiv tərkib baxımından hazırkı iş üzrə preyudisiyal əhəmiyyətə malikdir, ona görə də həmin halın yenidən sübut edilməsinə yol verilmir. Eyni tərəflərin iştirak etdiyi başqa iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi halı (faktı) təkzib edilmişdir. Belə olan vəziyyətdə, həmin halın (faktın) hazırki işin icraatı çərçivəsində yenidən sübut edilməsinə yol verilmir. Apellyasiya instansiya məhkəməsi onu da vurğulamışdır ki, əvvəlki və hazırkı işdə təmir xərcinin fərqli məbləğdə göstərilməsi də vəziyyəti dəyişmir, çünki məbləğ iddianın predmetinə yox, obyektinə aid olan məsələdir. Yəni, əvvəlki işdə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi faktı müəyyən edilmədiyindən, hazırkı işdə təmir xərcinin fərqli həcmdə (məbləğdə) göstərilməsi işə yenidən baxılmasına əsas vermir. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq iddiaçının bu dəlillərinə münasibət bildirilmiş və mübahisəli yaşayış evinin iddiaçı tərəfindən təmir edilməsi sübuta yetirilməmişdir. Qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

21. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2046/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1124/2024 saylı, 13 fevral 2024cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, məhkəmə apellyasiya instansiyası məhkəməsinin Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisal əhəmiyyətli qərarlar yanaşmasını əsaslı hesab etmir. Belə ki, preyudisal əhəmiyyətli məhkəmə aktı kimi istinad edilən Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin işdə Rəhimov X11 rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi, ev 9B ünvanında yerləşən 95,8 kv.metrlik fərdi yaşayış evinə dair X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə Cavabdeh iddiası qismən təmin edilmiş, müqavilə etibarsız hesab edilmiş, İddiaçı həmin evdən çıxarılmış, eləcə də xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 20000 manat pul vəsaitinin Cavabdeh İddiaçı geri qaytarılması qərara alınmışdır. İstinad edilən qətnamədən görünür ki, İddiaçı mübahisədə adı keçmiş evdə 20000 manatlıq təmir işlərinin aparılmasını göstərmiş, məhkəmə İddiaçı buna dair sübut təqdim etməməsi səbəbindən yalnız əqd üzrə ödənilmiş 20000 manat pulun İddiaçı qaytarılmalı olması nəticəsinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il qərarında belə nəticəyə gəlinib ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi belə olub ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisial məhkəmə aktı kimi istinad edilən qətnamə üzrə iddianın predmeti alğısatqı müqaviləsinin etibarsızlığı və onun nəticələrinin aradan qaldırılması olmuşdur. Həmin işdə cavabdeh (hazırkı işdə iddiaçı) İddiaçı iddiaya etirazı əqdin etibarlı olması ilə bağlı olmuş, eyni zamanda İddiaçı alğı-satqı predmeti olmuş evdə 20000 manatlıq təmir işləri görməsini də qeyd etmişdir. Adı çəkilən işdə iddiaçının təmirlə bağlı xərclərə dair etirazının iddiadan müdafiə vasitəsi olub-olmaması, məhkəmələrin cavabdehin etirazını məhz iddiadan müdafiə kontekstində araşdırıb-araşdırmaması preyudisial məhkəmə aktı kimi istinad edilən qətnamədən görünmür. Qeyd edilməlidir ki, əhəmiyyətsiz əqdin nəticəsi olaraq əqdin predmeti olmuş əmlakın təmirinə çəkilmiş xərcin iddiadan müdafiə vasitəsi kimi geri tələb edilməsi və məhkəmənin də bu kontekstdə araşdırma aparıb müəyyən etdiyi hallar sonradan tərəflər üçün preyudisial əhəmiyyətə malik ola bilərdi. Lakin istinad edilən məhkəmə aktından məhkəmənin bu yöndə araşdırma aparması müəyyən edilmir. Həmin iş üzrə qətnamədə məhkəmə yalnız cavabdeh İddiaçı əqdin etibarsızlığı ilə bağlı iddiaya etirazında olan dəlillərə qiymət vermiş, eyni zamanda cavabdehin təmir xərci ilə bağlı sübut təqdim etməməsini qeyd etmişdir. Halbuki cavabdehin etirazında təmir xərci ilə bağlı dəlillər iddiadan müdafiə vasitəsi kimi araşdırılıb qiymətləndirildiyi halda tərəflər üçün preyudisial xarakterli ola bilərdi. Başqa sözlə, cavabdehin alğı-satqı predmeti olmuş evdə təmir xərci ilə bağlı etirazı istinad edilən işdə iddianın predmetinə aid olmamış, nə də bu etirazın həmin məhkəmə araşdırmasında iddiadan müdafiə olub-olmaması hazırkı işə baxan məhkəmələr tərəfindən həmin işin materialları tələb edilib baxılmaqla müəyyən edilməmişdir. Belə olan halda, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisial məhkəmə aktı kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Həmçinin Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin preyudisial məhkəmə aktı kimi qiymətləndirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 23 fevral 2016-cı il qərarda əks edilən hüquqi mövqeyinə də uyğun olmamışdır. Həmin qərar da hüquqi mövqe belə olmuşdur ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı apellyasiya şikayətində qətnamənin tələbin 29754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətində göstərmişdir ki, təqdim edilmiş maklerlərin (X13 (***-***-**-**) və X1 (***-***-**-**) izahatlarından və mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən da görünür ki, iddiaçı sözügedən evi təmirsiz vəziyyətdə almış, oranı təmir etdirmişdir. Şahid ifadəsində guya evdə təmir işlərini 2019-cu ildə apardığını bildirmişdir. Lakin işin materiallarından görünür ki, X9 ilə arasında alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır və iddiaçı evi təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə almışdır. X9 ilə daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanan zaman A.Rəhimov “X6” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs idisə, belə olan halda o, bu xəstə vəziyyətində necə usta işlədə və ona bu işinə görə pul verə bilərdi. Məhkəmə şahid ifadəsi ilə bağlı araşdırmamışdır ki, X10 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə hansı konkret təmir işləri aparmış, bu təmir nə qədər vaxt çəkmiş və bu işlərə görə nə qədər əmək haqqı almışdır. İddiaçı evi Aydın Rəhimovdan alandan sonra sonuncu 1 ay orada qalmışdır və həmin müddətdə də A.Rəhimov həmin evi təmir etdirə bilməzdi. Məhkəmənin iş üzrə təyin etdiyi ekspertizanın rəyi müəyyən şübhələr doğurmuşdur. Təqdim edəcəyi SD diskə baxış keçirilərkən orada göstərilənlərin iş materiallarında olan mənzilin fotoşəkilləri ilə eynilik təşkil etməsi, evin təmirsiz vəziyyətdə olması, orada olan maklerlərin, Aydının həyat yoldaşı Təranənin də iştirak etmələri, evin təmirsiz vəziyyətdə qiymətinin 40000 manat olmasına dair danışıqlar olması müşahidə olunacaqdır.

b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

26. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

27. İşə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh səbəbini göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi üçün əsasdır.

31. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

33. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

34. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

35. Mübahisələndirilən, yəni hazırkı apellyasiya icraatının predmeti olan iddanın təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

36. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddanın təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində faktiki halları Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından və cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia həmin hissədə qismən haqlı sayılır.

37. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

38. İşə baxan kassasiya instansiyası məhkəməsi birinci və bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsinin iddanın təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

39. Belə ki, birinci instansiya məhkəməsi evin təmirinə sərf edilmiş vəsaitin təqribi məbləği ekspert rəyi ilə müəyyən olunsa da, bu təmir işlərinin məhz iddiaçı tərəfindən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyini göstərsə də, bu qənaət əsaslı sayıla bilməz. Çünki işdə təmirin iddiaçı tərəfindən həyata keçirilməsinə dair kifayət qədər sübutlar mövcuddur. Belə ki, işdə olan mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən də görünür ki, iddiaçı sözügedən evi təmirsiz vəziyyətdə almış və oranı təmir etdirmişdir.

40. Bundan əlavə təmir-tikinti müddətinin müəyyən edilməməsi də iddianın bu hissədə əsassızlığına dəlalət etmir. Çünki təmir-tikinti işləri evin iddiaçının mülkiyyətinə keçməsindən sonra həyata keçirilmişdir. Burada təmirin müddətinin müəyyən edilə bilməməsi əksinə iddianı əsaslı edən fakt hesab edilir.

41. Məhkəmədə şahid qismində dindirilmiş X10 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə təmir işləri apardığını bildirsə də bu ifadə də mötəbər sübut hesab edilə bilməz. X17 psixi xəstəlikdən əziyyət çəkən və fəaliyyət qabiliyyəti olmayan şəxs kimi təmir-tikinti işlərini sifariş verməsi inandırıcı və ağlabatan sayılmır.

42. Bununla yanaşı, məhkəmə tərkibi bu hissədə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlir. Çünki iddiaçı təmir-tikintiyə 29754 manat xərcləndiyini göstərsə də buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi dəyərinin 12285 manat olduğu müəyyən edilmişdir. Ona görə də iddia bu məbləğdə qismən təmin edilməlidir.

43. Düzdür, evin təmirli olub-olmaması tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəsinin predmetinə aid olmadığı üçün həmin qətnamələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, tərəflərin həmin işə baxılarkən istinad etdikləri və məhkəmənin müəyyən etdiyi hallar hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən birgə sübutlarla yanaşı sübut kimi qiymətləndirilməlidir.

44. Şərh olunanlara əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni - təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; Cavabdeh 12.285 (on iki min iki yüz səksən beş) manat alınaraq İddiaçı ödənilməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 12.285 (on iki min iki yüz səksən beş) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar