Məhkəmə qərarları › İş №2(103)-4348/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4348/2025

29.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4348/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-287/2025 saylı işi üzrə 30 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2335/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.A.Qafari) iddia qismən təmin edilərək, Cavabdeh və X6 müştərək qaydada İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyana görə 80000 manat pulun tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2014-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, C.İ.Səfiyeva və V.T.Həsənov) iddiaçıların apellyasiya şikayəti rədd, cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2013cü il tarixli qətnaməsi qismən -iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə də iddianın rədd olunmuş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4893/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Ə.Ə.Şadıyev və R.Ə.Ağayev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1804/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə (hakimlər T.M.Əliyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçıların apelyasiya şikayəti rədd edimiş, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qətnaməsi qismən cavabdeh Zaur Fərəcovdan iddiaçıların xeyrinə vurulmuş maddi ziyana görə 80000 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddiaçıların iddia tələbi rədd edilib, eyni zamanda qətnamə Cavabdeh iddiaçıların xeyrinə vurulmuş maddi ziyana görə 80000 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-1804/2015 nömrəli icra vərəqəsi verilmiş, qətnamənin xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minməsi qeyd olunmuş və icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra şöbəsinin 22484-8154\-6 №-li, xx.xx.2015-ci il tarixli bildirişdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsində göstərilən tələbin könüllü sürətdə icra olunması üçün 10 gün müddət təyin olunması və əks halda icra sənədinin məcburi qaydada icra edilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Sabunçu rayon İcra şöbəsinin «Borclunun axtarışı haqqında» xx.xx.2018-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh qeydiyyatda olan ünvanda olmadığından barəsində axtarış elan olunmuşdur. Sabunçu rayon İcra şöbəsinin 9841\2015-4-2 №-li, xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, «Borclunun axtarışı haqqında» xx.xx.2018-ci il tarixli qərar icra olunması üçün AR DİNnin Bakı şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh, yeni faktiki ünvanıünvan 3a və probasiya şöbəsinə göndərilməsini xahiş etmiş və ərizənin doğruluğunu təsdiq etmişdir. Sabunçu rayon İcra şöbəsinin “İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi icra olunması üçün Xətai rayon İcra və Probarsiya şöbəsinə göndərilmişdir. Bundan sonra, Xətai rayon İcra və probasiya şöbəsi (icra məmuru Ceyhun Həmidov) tərəfindən xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və Cavabdeh xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmiş, xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş (həmin Aktda qeyd olunmuşdur ki, Cavabdeh ünvan 4 ünvanında da yaşamır) və iddiaçılara “Borclunun məcburi gətirilməsi haqqında” 2(103)-1804/2015 nömrəli xx.xx.2021-ci il tarixli məlumat verilmişdir. Lakin qanuni qüvvədə olan məhkəmə qətnaməsi hal-hazıradək icra olunmamışdır. Cavabdeh qətnamənin icra olunması üçün ötən 9 il ərzində ümumiyyətlə hər hansı bir hərəkət etməmiş və pul məbləğinin tələbkara ödənilməsi istiqamətində açıq-aşkar qanunsuz hərəkətsizlik göstərmişdir. Açıq-aşkardır ki, Cavabdeh Sabunçu rayon İcra şöbəsindən gizləndiyi kimi, yaşadığı ünvanı düzgün göstərməməklə Xətai rayon İcra şöbəsini də bilə-bilə aldatmış və nəticə etibarı ilə hal-hazıradək gizlənməkdə davam etməklə qanunsuz olaraq qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınır. Bir fakt da xüsusi olaraq qeyd edilməlidir ki, Cavabdeh icra hərəkətlərinə süni surətdə maneə yaratmaq üçün, icra vərəqəsinin verilməsindən təqribən 6 il keçdikdən sonra kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3869/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər X1 edən, məruzəçi, X3 və X10) Cavabdeh kasasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2015-ci il tarixli, 2(103)-1804/2015 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 2 övladı (Zaur və Fuad adlı) ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 18-19 radələrində Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, 452 saylı bağ evinə özbaşınalıq və həyasızlıqla daxil olmuş və həmin bağ evində 10 nəfərə yaxın qonaqların olmasına baxmayaraq, 2 oğlu ilə birlikdə etik normalarına sığmayan hərəkətlər törətməklə və eləcə də qışqır-bağır salmaqla həmin bağ evinin onlara təhvil verilməsini tələb etmişlər. Halbuki, qanuni qüvvədə olan 2 saylı Bİİ Məhkəməsinin 2-1(82)- 2512/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli icra vərəqəsində, Xəzər rayon icra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2013-cü il tarixli qərarında, “tələbin könüllü icrası barədə” xx.xx.2013-cü il tarixli bildirişdə İddiaçı1 borclu qismində göstərilmədiyi halda, cavabdeh Xəzər rayon icra şöbəsi tərəfindən İddiaçı1 həmin icra işinə cəlb olunması, ondan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,07 ha olan 452 nömrəli bağ sahəsinin boşaldılması və həmin bağ sahəsinin Cavabdeh təhvil verilməsi tələbi kimi hərəkətləri qanunsuz hesab edilmiş və bu cür hərəkətlərə son qoyulması qərara alınmışdır. Açıq-aşkardır ki, qanunvericiliyin tələblərinə görə, yəni hüquqi müstəvidə həll edə bilmədikləri məsələləri, Cavabdeh 11 ildən sonra 2 oğlu ilə özbaşnalıq və həyasızlıqla həyata keçirməsinə cəhd etmişlər. Lakin, onların bilə-bilə və açıq-aşkar qanunsuz hərəkətləri ifşa olunmuş və bundan sonra onlara bildirilmişdir ki, məhkəmə qətnaməsi ilə borclu olduğu 80000 manat pul vəsaiti, eyni zamanda həmin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ödənişin icra olunması gününə, 80 000 manat borcun illik 5% miqdarında olan faiz məbləğləri və 80000 manat borcun indeksasiya məbləği ödənildiyi halda, bağın təhvil verilməsi mümkündür. Bir sözlə, Cavabdeh qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunması istiqamətində nəticəvi hərəkət etməməklə yanaşı, məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin icra edilməsində açıq-aşkar qanunsuz hərəkətsizlik göstərir və hal-hazırda da davam etdirməkdə israrlı olduğunu açıq-aşkar bəyan etdirir. Xüsusi olaraq qeyd olunmalıdır ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. İddiaçı göstərilənləri nəzərə alaraq, qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin ödənilməsində cavabdeh tərəfindən edilən hərəkətlərin və hərəkətsizliyin qanunsuz hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1804/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında iddiaçıların xeyrinə tutulmalı olan 80000 manat pul məbləğində, qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr, yəni 9 il üçün 36000 manat faizin, mənəvi zərərə görə 1000 manatın, hüquqi yardıma görə 200 manatın və ödənilmiş dövlət rüsumu 201 manatın Cavabdeh tutulması və iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 287/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Məcəlləsinin 445, 449.1, 449.3, 449.4; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli 7 №li qərarının 1, 2, 8-ci bəndinə,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hazırda sözügedən icra sənədinin cavabdeh tərəfindən icra edilmədiyinə əsaslanaraq, cavabdehdən faizlərin və mənəvi ziyana görə pul vəsaitinin tutulmasını xahiş etsə də, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilmiş, 15 mart 2013-cü il tarixli müqavilə əsasında borclu Cavabdeh verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 nömrəli bağ torpaq sahəsini tələbkar İddiaçı1 təklif edilməsi və borclu barəsində inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətsizliyi qanunsuz hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2015-ci il tarixli, 2(103)-1804/2015 nömrəli icra sənədi üzrə hərəkətlərinin davam etdirilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidova həvalə edilmişdir. Həmçinin Xətai rayon İcra şöbəsinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Görülmüş icra tədbirləri nəticəsində borclunun təqaüdündən ümumilikdə 5281,43 manat məbləğində pul tutularaq şöbənin depozit hesabına köçürülmüşdür. Həmçinin işdə olan sübutlarla təsdiq edilir xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsi tələbkar İddiaçı1 təklif olunmuş və tələbkar tərəf xx.xx.2025-ci il tarixli müraciətində göndərilmiş təklifi qəbul etməyə hazır olduğunu bildirmişdir. Verilmiş təqdimat əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsində həbs qoyulmuşdur . Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 445 və 449-cu maddələrinə əsaslanaraq, cavabdehə qarşı məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində faizin və mənəvi zərərin tutulmasını tələb etsə, MM-in 449.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq mülki işdə olan sübutlarla təsdiq ediımişdir ki, qətnamə qismən icra edilmişdir, həmçinin qətnamənin tam icra olunması üçün borclu tərəfindən əvvəllər də təklif olunmuş torpaq sahəsi məhkəmə icraatı dövründə iddiaçı (tələbkar) tərəfindən qəbul edilmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində də sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2335/2013 saylı, 18 iyun 2013-cü il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun cavabdehlər X16, "xxxx" MMC, Cavabdeh və X11 qarşı “cavabdehlərin hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, bu cür hərəkətlərə və hərəkətsizliyə son qoyulması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və X6 müştərək qaydada İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması qət edilmişdir ; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh və X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qətnaməsi qismən, X6 İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması hissəsində ləğv edilərək İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun iddia ərizəsi həmin hissədə təmin edilməmiş, qətnamə Cavabdeh İddiaçı1 və İddiaçı2 Ağəli oğlunun xeyrinə, vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır;- Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3869/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarının surətinə əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır ; - Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin borclunun axtarışı haqqında 18 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh barəsində axtarış elan edilmişdir ; - Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 14 avqust 2020-ci il tarixli qərarının surətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədi icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir ; - Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında 20 oktyabr 2020-ci il tarixli qərarın surətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır ;- Xətai rayon icra şöbəsinin böyük icra məmuru C.Həmidov, icra məmuru T.Rəhimov, hal şahidləri X4 və X7 iştirakları ilə tərtib edilmiş 02 aprel 2021-ci il tarixli aktın surətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh yaşayış ünvanı kimi göstərilən ünvan 7 keçirilmiş, lakin borclu həmin ünvanda aşkar olunmamışdır. Qonşuluqda yaşayan şəxslərlə aparılan profilaktik söhbət zamanı borclunun yeni yaşayış yeri barədə məlumat əldə olunmamışdır ; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2512/2013 saylı, 18 sentyabr 2013-cü il tarixli qərarının surətinə əsasən, Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 29 may 2013-cü il tarixli icra vərəqəsində Xəzər rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” 18 iyun 2013-cü il tarixli qərarında, “tələbin könüllü icrası barədə” 18 iyun 2013-cü il tarixli bildirişdə İddiaçı1 borclu qismində göstərilmədiyi halda, cavabdeh Xəzər rayon İcra şöbəsi tərəfindən S.V. Şərifovun həmin icra işinə cəlb olunması, ondan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 0,07 ha olan 452 nömrəli bağ sahəsinin boşaldılması və həmin bağ sahəsinin Cavabdeh təhvil verilməsi tələbi kimi hərəkətləri qanunsuz hesab edilmiş və bu cür hərəkətlərə son qoyulması qərara alınmışdır; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadının surətinə əsasən, şikayətçi İddiaçı1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayət təmin edilmiş, 15 mart 2013-cü il tarixli müqavilə əsasında borclu Cavabdeh verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 nömrəli bağ torpaq sahəsini tələbkar İddiaçı1 təklif edilməsi və borclu barəsində inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətsizliyi qanunsuz hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2015-ci il tarixli, 2(103)-1804/2015 nömrəli icra sənədi üzrə hərəkətlərinin davam etdirilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidova həvalə edilmişdir ; - Xətai rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1804/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh İddiaçı1 və Şərifov Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manat pul tutulmalıdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun təqaüdündən ümumilikdə 5281,43 manat məbləğində pul tutularaq şöbənin depozit hesabına köçürülmüşdür. Həmçinin xx.xx.2023- cü il tarixdə icra sənədi icra olunması üçün borclunun iş yeri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilmiş, lakin tutulmalar barədə şöbəyə rəsmi məlumat verilməmişdir. Hazırda Cavabdeh rəsmi işləmir. Verilmiş təqdimata əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən xx.xx.2023-cü il tarixli müqavilə əsasında borclu Cavabdeh verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsini tələbkar İddiaçı1 təklif edilməsi vəzifəsi və borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsi Xətai rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsi tələbkar İddiaçı1 təklif olunmuş və tələbkar tərəf xx.xx.2025-ci il tarixli müraciətində göndərilmiş təklifi qəbul etməyə hazır olduğunu bildirmişdir. Verilmiş təqdimat əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsində həbs qoyulmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə,125-ci maddəsinin 7-ci hissəsinə, 129-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 445.7, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9.3, 10-1.3, 78.1-1, 81, 88; Mülki Prosessual Məcəllənin 135.6, 217.5, 231.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, EMİS-dəki e-kabinetdə istər iddiaçıların, istərsə də cavabdehin “Xətai rayon İcra şöbəsindən sübutların tələb edilməsi barədə” vəsatəti ümumiyyətlə qeydə alınmamışdır. İddiaçıların nümayəndəsi olaraq qeyd edir ki, “Onlar tərəfindən Xətai rayon İcra şöbəsindən Sübutların tələb edilməsi barədə” vəsatət verilməmişdir. Deməli, cavabdeh tərəfindən də EMİS-də “Xətai rayon İcra şöbəsindən Sübutların tələbi ilə əlaqədar” Vəsatətin qeydə alınmaması halı, onu sübut edir ki, Xətai rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayış və həmin arayışa edilmiş qoşma sənədlər yalnız və yalnız məhkəmənin öz təşəbbüsü ilə tələb edilmişdir. Xüsusi olaraq qeyd edir ki, məhkəmənin 2(011)-6400/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı ilə- mülki işin məhkəmə iclasında baxılması 29 yanvar 2025-ci il tarixinə saat 15:30-a təyin edilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Arayışın xx.xx.2025-ci il tarixdə tərtib edildiyi müəyyən edilir. Deməli, güman edilməsi şübhə doğurmur ki, məhkəmə iddianın rədd olunması üçün hər hansı bir əsas tapa bilmədiyinə görə, yəni iddia tələbinin əsaslı olduğunu yəqinki müəyyən etdiyi üçün və eyni zamanda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaması üçün, ilk öncə iddianı baxılmamış saxlanılması barədə 2 dəfə Qərardad çıxarır (bu barədə aşağıda daha dolğun və geniş izahat veriləcək) və bu azmış kimi məhkəmənin baxış iclası keçirildikdən və 2 dəfə növbəti tarixə təyin edildikdən sonra Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli Arayışını və qoşma edilən sənədləri qeyri-rəsmi olaraq, yəni EMİS-ndə qeydə aldırmadan təhvil götürmüş, hətta həmin sənədlər xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmənin baxış iclasında da elan edilməmiş, yəni gizli saxlanılmış (həmin halı məhkəmə iclasının video-audio görüntülərindən asanlıqla görmək və eşitmək olar) və bununla da açıq-aşkar qanunsuz hərəkətlərə yol vermiş, eyni zamanda məhkəmə iclasında tədqiq olunmadan həmin sənədləri Qətnamədə göstərərək bilə-bilə ədalətsiz Qətnamə çıxarmışdır. (bu barədə də aşağıda daha dolğun və geniş izahat veriləcək) Digər tərəfdən, hazırkı Məhkəmə işi üzrə Qətnamə xx.xx.2025-ci il tarixdə qəbul edildiyi halda, başqa bir Məhkəmə işi üzrə xx.xx.2025-ci il tarixdə çıxarılmış Qərardadı hazırkı Qətnamədə göstərilməsi, məhkəmənin birbaşa qeyd-şərtsiz və açıqaşkar qanunsuz və qərəzli hərəkətə yol verməklə bilə-bilə ədalətsiz Qətnamə çıxarılması halını sübut edir. Məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tələblərı pozulmuş, məhkəmə icraatı həqiqəti müəyyən etməməklə yanaşı, işi hərtərəfli, tam və ədalətli araşdırmamış və nəticədə əsassız Qətnamə çıxarmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, Qətnamədə əldə olunmuş nəticəyə hüquqi müəyyənlik gətirilməmişdir. Odur ki, hüquqi əsası olmayan Qətnamənin qanunu hesab edilməsi də yol verilməzdir. Açıq-aşkardır ki, iddiaçıların xeyrinə olan halların araşdırılması və nəzərə alınması məhkəmə tərəfindən təmin edilməmiş, həmin hallar gizlədilmiş və cavabdehin açıq-aşkar əsassız və qanunsuz mövqeyinin müdafiə olunması üçün hüquqi görüntü yaradılmışdır. Məhkəmənin iddiaçıya qarşı qərəzli və süründürməçilik mövqeyi bir də onunla sübut olunur ki, o, bu cür hərəkətləri bilərəkdən vahid qəsd əsasında, yəni iradəvi şəkildə həyata keçirmişdir. Belə ki, hazırkı halda icra məmurunun Tələbkara qarşı qərəzli və süründürməçilik mövqeyi məhkəmə tərəfindən əsaslı hesab edilməsi və bununla da Azərbaycan Respublikası adından çıxarılmış və icrası məcburi hesab edilən qanuni qüvvədə olan məhkəmə Qərarının kağız üzərində qalmasına səbəb olmaqla yanaşı, icra məmurunun açıq-aşkar qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində icra məmurunun məktubu əsasında Qətnamənin hissəhissə ödənilməsinə icazə verilməsi- yeni qanunsuz və əsassız təcrübənin yayılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun “A.Daşdəmirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” 27 may 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “subyektiv mənada əşya hüququ dedikdə, subyektin mülki dövriyyənin maddi obyekti kimi konkret əşya barəsində olan hüququ başa düşülür. Əşya hüququ ilə əşyanın bu və ya digər şəxsə məxsusluğu müəyyən edilir və bu hüquq mütləq xarakterə malik olması ilə səciyyələnir. Məhkəmənin İddiaçılara qarşı mövqeyinin əsassız və qanunsuz olması AR Ali Məhkəməsində formalaşmış hüquqi mövqey ilə də uzlaşmır. Qeyd olunmalıdır ki, məhkəmə- Qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış; maddi hüquq normasının tələblərini pozmuş; prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və eləcə də hüququn tətbiq edilməsində səhv buraxmış; iş üzrə mövcud olan faktlar qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilməmiş; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış; müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və bununla da əsassız və ədalətsiz Qətnamə çıxarmışdır . Danılmaz Faktdır ki, Qətnamə qəbul edilərkən, Birinci instansiya məhkəməsi cavabdehin əvəzinə açıq-aşkar qanunsuz sənədlər toplamış və topladığı sənədləri də qanunsuz tədqiq etmiş; tərəfindən qanuna müvafiq təqdim olunmuş sənədləri isə dəyərləndirməmiş və dəyərləndirməməsinin səbəbini də göstərməmiş; cavabdehin açıq-aşkar qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin hüquqi cəhətdən əsaslı görünməsi üçün aidiyyəti olmayan, müxtəlif sayda maddi-hüquq normalarını sadalamaqla əsassız hüquqi görüntü yaratmış; həqiqətin müəyyən edilməsi təmin edilməyərək, faktların gizlədilməsinə və cavabdehin hüquqlarına əsassız üstünlük verməsinə cəhd edilmiş; iddiaçılara qarşı qərəzli mövqe nümayiş etdirmiş və tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmişdir. Qətnamənin 9-cü səhifəsinin 1-4-cü abzaslarında göstərilir ki, “Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 445 və 449-cu maddələrinə əsaslanaraq, cavabdehə qarşı məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində faizin və mənəvi zərərin tutulmasını tələb etsə, MM-in 449.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq mülki işdə olan sübutlarla təsdiq ediımişdir ki, qətnamə qismən icra edilmişdir, həmçinin qətnamənin tam icra olunması üçün borclu tərəfindən əvvəllər də təklif olunmuş torpaq sahəsi məhkəmə icraatı dövründə iddiaçı (tələbkar) tərəfindən qəbul edilmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Bununla yanaşı, iddia tələbi cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində də sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır.” Məhkəmə, öz təşəbbüsü ilə açıq-aşkar qanunsuz və əsassız şifahi sorğu əsasında sübutları tələb etməklə, prosessual hüquq normasını kobud surətdə pozduğu kimi, İcra işindəki sənədləri EMİS-də qeydə aldırmamaqla və yerləşdirməməklə, eyni zamanda həmin sənədlər barədə məlumatı həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) şikayətçiyə çatdırmamaqla,yenidən prosessual hüququn imperativ normasının tələblərini pozmuşdur. “Qanuni qüvvədə olan Məhkəmə Qətnaməsi əsasında pul öhdəliyinin vaxtında ödənilməməsinə görə faiz məbləğinin tutulması ilə bağlı” oxşar məhkəmə mübahisələrinə dair məhkəmənin iddiaçıya qarşı yuxarıda göstərilən açıq-aşkar qərəzli və ədalətsiz mövqeyindən başqa, məhkəmə həm də bilə-bilə süründürməçilik mövqeyi nümayiş etdirilmişdir. Belə ki,EMİSdəki “Bildirişlər” bölməsində göstərilmişdir ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə, e- 2(011)-6400/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli Qərardad çıxarıldı və xx.xx.2024-cü il tarixdə isə, e-2(011)-6400/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il saat 10:45-ə hazırlıq iclası təyin edildi. İddia Ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim olunsa da, müddətlərlə bağlı prosessual hüquqda nəzərdə tutulmuş imperativ normanın bəzi tələbləri məhkəmə tərəfindən açıq-aşkar pozulmuşdur. Belə ki, ilk dəfə olaraq hazırlıq iclasının xx.xx.2024-cü il tarixə (40 gündən sonra), bundan sonra hazırlıq iclasının xx.xx.2024-cü il tarixə (42 gündən sonra) və növbəti hazırlıq iclasının xx.xx.2024-cü il tarixə (51 gün sonra) təyin olunması, onu sübut edir ki, hazırlıq iclasının 40 gündən gec olmayaraq keçirilmə müddəti pozulmuşdur. Bununla yanaşı, “İşlərin baxılması və həll edilməsi müddətlərini müəyyən edən” AR MPM-nin 172.1.3-cümaddəsinin tələbinə görə 4 ay müddətinin xx.xx.2024-cü il tarixdə (yəni cari ilin noyabr ayının 16 və 17-si tarixləri qeyri-iş günü olduğundan) bitdiyini nəzərə alınsa, həmin müddəanın tələbinin də pozulması açıq-aşkardır. Bundan başqa, hazırkı Məhkəmənin 2(011)- 6400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə-hər hansı bir Əsas olmadan iddia ərizəsi ilk dəfə olaraq baxılmamış saxlanılmış və tərəflərindən 50 manat dövlət rüsumu ödənilməklə həmin Qərardaddan şikayət verilmiş və elə hazırkı məhkəmənin xx.xx.2024-cü il Qərardadı ilə həmin Qərardad əsassız olduğu üçün ləğv edilmiş; məhkəmə bununla da kifayətlənməmiş, eyni əsaslarla təkrar olaraq İddia Ərizəsini baxılmamış saxlanılmasına dair 2(011)-287/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qərardad çıxarmış və yenə də tərəflərindən 50 manat dövlət rüsumu ödənilməklə həmin Qərardaddan şikayət verilmiş və elə hazırkı məhkəmənin xx.xx.2025-ci il Qərardadı ilə həmin Qərardad da əsassız olduğu üçün ləğv edilmişdir. Göstərilənlərdən başqa, məhkəmə- həmçinin qətnamənin tam icra olunması üçün borclu tərəfindən əvvəllər də təklif olunmuş torpaq sahəsi məhkəmə icraatı dövründə iddiaçı (tələbkar) tərəfindən qəbul edilməsini -qeyd etsə də, iş materiallarında həmin halı təsdiq edən ümumiyyətlə sübut mövcud deyildir. Həmin hal yalnız və yalnız məhkəmənin formal mülahizəsinə əsaslanır. Bundan başqa, məhkəmə- iddia tələbinin cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsinin sübutlarla təsdiq edilmədiyi qənaətinə gəlsə də, bu halda da haqlı olmamışdır. Artıq sübuta ehtiyac yoxdur ki, Cavabdeh qətnamənin icra olunması üçün ötən 9 il ərzində açıq-aşkar qanunsuz hərəkətsizlik göstərmiş; Sabunçu rayon İcra şöbəsindən gizləndiyi kimi, yaşadığı ünvanı düzgün göstərməməklə Xətai rayon İcra şöbəsini də bilə-bilə aldatmış və nəticə etibarilə ilə hal-hazıradək gizlənməkdə davam etməklə qanunsuz olaraq qanuni qüvvədə olan məhkəmə Qətnaməsinin icrasından yayınır; bununla da qanuni qüvvədə olan Məhkəmə Qətnaməsi hal-hazıradək icra olunmamışdır. Deməli, Məhkəmənin göstərilən mövqeyi əsaslı hesab edildiyi halda, dırnaqarası belə nəticəyə gəlmək olur ki, Cavabdeh qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunmaması üçün ötən 9 il ərzində göstərmiş olduğu açıq-aşkar qanunsuz hərəkətləri və hərəkətsizliyi insana mənəvi sarsıntı və iztirab keçirməsini deyil, göstərilən hallar və faktlar insan üçün rahatlıq, mənəvi is,rahət və məmnuniyyətlik gətirir. Bu isə absurd nəticə və məntiqdir Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyinidən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 6.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

8. Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən: 129.İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4 Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 10.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadən “ mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.”

11. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən: 1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.9. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1ci maddəsi və s.).10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü İl tarixli Qərarına əsasən: 1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. 3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır”

15. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə istinadən hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, cavabdeh tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi illərdir icra olunmamaqdadır. Bu səbəbdən də iddiaçı da kreditor kimi haqlı olaraq qanunvericiliyin ona verdiyi hüququdan istifadə edərək cavabdehdən doqquz il ərzində ödənilməyən 80000 manatın maddi zərər qismində beş faiz məbləğini tələb edir. 16.Birinci instansiya məhkəməsinin qeyd etdiyi: ”iddiaçı Mülki Məcəllənin 445 və 449-cu maddələrinə əsaslanaraq, cavabdehə qarşı məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində faizin və mənəvi zərərin tutulmasını tələb etsə, MM-in 449.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir”; “qətnamə qismən icra edilmişdir;” “qətnamənin tam icra olunması üçün borclu tərəfindən əvvəllər də təklif olunmuş torpaq sahəsi məhkəmə icraatı dövründə iddiaçı (tələbkar) tərəfindən qəbul edilmişdir” – kimi əsaslandırmalar tələb edilən məhkəmə qərarının icrasından yayınmanı doqquz ilinə aidiyyəti yoxdur. Belə ki, qeyd edilən olayların istinadlarının başlanğıcı 2025-ci ilə təsadüf edir. İddiaçı isə ona dəymiş zərərin bu ilədək olan beş faiz nisbətini tələb edir. Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərə və faktiki halllara müvafiq səhv şərh etmişdir. Belə ki, kreditor zərərin böyük məbləğdə tələb etmək hüququndan istifadə etməyərək, borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün məbləğin illik beş faizin ödənilməsini haqlı olaraq minimumu tələb edir. Tələbin mənəvi zərər hissəsinə münasibətdə isə kollegiya hesab edir ki, bu hissədə tələb əsassızdır. Belə ki, cavabdeh tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmaması nəticəsində iddiaçılara hansı formada mənəvi zərərin dəydiyi sübuta yetirilmir. Bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də bu hissədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən kollegiya hesab edir ki, borclu tərəfindən az da olsa borcdan qismən ödənişin edilməsi, habelə maddi zərərin faiz məbləği hissəsində iddia tələbini tam təmin edilməsi mümkün ola bilən və iddiaçı tərəfindən 1000 manat dəyərdə qiymətləndirilən mənəvi iztirabları kompensasiya etmiş olur.

17. İş materiallarından görünür ki,iddiaçılar tərəfindən ümumilikdə 302 ( üç yüz iki) manat dövlət rüsumu, vəkilə göstərdiyi hüquqi xidmətə görə 600 ( altı yüz) manat xidmət haqqı ödənilmişdir.( iş səh 8, 68-72, 221, 240,241, 245)

18. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin ödənilməsində cavabdeh tərəfindən edilən hərəkətlərin və hərəkətsizliyin qanunsuz hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1804/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi (icra vərəqəsinə əsasən) əsasında iddiaçıların xeyrinə tutulmalı olan 80000 manat pul məbləğində, qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr, yəni 9 il üçün 36000 manat faiz hissədə, habelə dövlət rüsumlarının dəyərini təşkil edən 302 manat (üç yüz iki) və hüquqi xidmətə görə ödənilmiş 600 manat (altı yüz) məbləğində pul vəsaitlərinin tutulması hissələrdə iddia təmin edilməli, iddia tələbi qalan (mənəvi zərər) hissədə təmin edilməməlidir.

19. Belə ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan onun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri və vəkilə hüquqi xidmətə görə ödənilmiş xərclər Cavabdeh aid edilməlidir.

20. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-287/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin: Qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin ödənilməsində cavabdeh tərəfindən edilən hərəkətlər (hərəkətsizlik) qanunsuz hesab edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1804/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında iddiaçıların xeyrinə tutulmalı olan 80000 manat pul məbləğinin, qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr, yəni 9 il üçün 36000(otuz altı min) manat faizi Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğluna ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının dəyərini təşkil edən 302 manat (üç yüz iki) və vəkilə hüquqi xidmətə görə ödənilmiş 600 manat (altı yüz) məbləğində pul vəsaiti Cavabdeh tutularaq X12 və İddiaçı2 Ağaəli oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədə tərəflərə rəsmi qaydada verildikdən sonra 2 ( iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müddətində kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar