Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4360/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «pul» tələbinə dair mülki iş üzrə Açar sözlər: (ilkin alğı-satqı müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 MMC-nin nümayəndəsi X10 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-655/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1.422550 ha torpaq sahəsindən 0.77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduqdan sonra ******* manat İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişdirlər.
2. Belə ki, Müqavilənin 3-cü bəndində qeyd edilir ki, Cavabdeh2 MMC satılacaq torpaq sahəsini ******* manata qiymətləndirir və gələcəkdə həmin torpaq sahəsini həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə torpaq sahəsini gələcəkdə ******* manata almağı öhdəsinə götürür. İddiaçı satış məbləğindən 750000 manatını hazırda notariusun bankda açdığı depozit hesabı vasitəsilə Cavabdeh2 MMC-yə ödəyir. Satış qiymətindən qalan 790000 manatı isə torpaq sahəsinin alqısatqısına dair əsas müqavilə bağlanarkən Satıcıya ödəməyi öhdəsinə götürür.
3. Həmin Müqavilənin 4-cü bəndində qeyd edilir ki, tərəflər razılığa gəlirlər ki, satıcı müqavilə şərtlərinə əməl etməsə əmlakı satmaqdan imtina edərsə, Alıcı tərəfindən Satıcıya ödənilən ilkin məbləği və əlavə olaraq 200000 manat kompensasiya şəklində Alıcıya ödəməyi öhdəsinə götürür.
a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən 750000 (yeddi yüz əlli min) manat vəsaitin, 200000 (iki yüz min )manat kompensasiya məbləğinin, müqavilənin rəsmləşdirilməsi üzrə ödənilən 115 (yüz on beş) manat vəsaitin və iddia ərizəsinin verilməsinə ğörə ödənilən 1240,12 (min iki yüz qırx man 12 qəp.) manat dövlət rüsumunun müştərək qaydada cavabehlərdən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, satıcı kimi çıxış edən Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 ilə 04 dekabr 2024-cü il tarixində Bakı şəhəri 51 saylı notariat ofisində 3M-3399 reyestr nömrəli ilkin alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə görə tərəflər xx.xx.2025-ci il tarixə kimi DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********92-12301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən “Satıcı” Cavabdeh2 MMC mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsinin 0,77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduğundan sonra ******* ( bir milyon beş yüz qırx min) manata “Alıcı”-İddiaçı satılması və alqısatqı müqaviləsinin bağlanması barədə razılığa gələrək bu müqaviləni bağladılar. Müqavilənin 2-ci bəndinə görə satılacaq torpaq sahəsi DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92-12301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən “Satıcı” Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Müqavilənin 3-cü bəndinə görə “Satıcı”- Cavabdeh2 MMC-nin torpaq sahəsini 1540000( bir milyon beş yüz qırx min) manata qiymətləndirir və gələcəkdə torpaq sahəsinin həmin qiymətə “Alıcı”- İddiaçı satmağı,“Alıcı”- İddiaçı isə torpaq sahəsini gələcəkdə 1540000( bir milyon beş yüz qırx min) manata almağı öhdəsinə götürür. “Alıcı”- İddiaçı satış məbləğindən 750000(yeddi yüz əlli min) manatını hazırda notariusun bankda açdığı depozit hesab vasitəsi ilə “Satıcı”-Cavabdeh2 MMC ödəyir. Tərəflər arasında hesablaşma qaydası: “Satıcı” bildirir ki, alıcı tərəfindən ödənilən 750000(yeddi yüz əlli min) manatı tam şəkildə "xxxx" ASC-in xx.xx.2024 il tarixli 15/00825 saylı məktubuna əsasən borclu olduğu bankın AZ82AİİB******************** saylı hesabına notariusun bankda açılan depozit vasitəsilə köçürməsini təmin etməyimizi xahiş etmişdir. Satış qiymətindən qalan 790000(yeddi yüz döxsan min) manatı isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlayarkən “Satıcı”-ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki,“Satıcı” müqavilə şərtlərinə əməletməsə,əmlakısatmaqdan imtina edərsə “Alıcı” tərəfdən “Satıcıya” ödənilən ilkin məbləği və əlavə olaraq 200000 (iki yüz min) manat kompensasiya şəklində “Alıcı”-ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə görə müqavilənin rəsmləşdirilməsi üzrə xərclər “Alıcı”-İddiaçı tərəfindən ödənilir. Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər-hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanıb 750000 (yeddi yüz əlli min) manat vəsait "xxxx" ASC-in xx.xx.2024 il tarixli 15/00825 saylı məktubuna əsasən Cavabdeh2 MMC-nin borclu olduğu bankın AZ82AİİB******************** saylı hesabına notariusun bankda açılan depozit hesabı vasitəsilə köçürüləndən və əmlak ipotekadan azad olandan sonra Cavabdeh1 bildirdi ki, əsas alqı-satqı müqaviləsiCavabdeh2 MMC ilə bağlansa 300 min manata yaxın vəsaiti o vergi kimi ödəməli olacaqdır, bu ona sərf etmir, ona görə vaxtilə şəxsi mülkiyyətində olan (və Cavabdeh2 MMC-yə bağışladığı) ünvan 3 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsindən ibarət əmlakı geri, öz adına qaytarıb çıxarışı alandan sonra ilkin alqı-satqı müqaviləsində göstərilən kimi Cavabdeh2 MMC ilə deyil öz adından alqı-satqı müqaviləsi bağlaya bilər. Artıq aydın oldu ki, Cavabdeh1 məni aldadaraq oyuna gətirdi, 750000 (yeddi yüz əlli min) manat vəsaitim əlimdən getdi, ilkin alqı-satqı müqaviləsində göstərilən əmlak artıq Cavabdeh2 MMC-nin yox Cavabdeh1 mülkiyyətində idi. Çarəm kəsildi bundan sonra baş verənlər Cavabdeh1 fırıldağına uyğun getməyə məhkum olundu. Cavabdeh1 bildirdi ki, mülkiyyətində olan 1.422550 ha torpaq sahəsindən 70-80 sot torpaq sahəsini satıb əldə edəcəyi vəsaitdən mənim 750000 (yeddi yüz əlli min) manat vəsaitimi qaytara bilər təki müştəri gətirim ki, həmin satışdan sonra pulumu qaytara bilsin daha sonra əğər istəsəm mənə qaytaracağı dövlət rüsumunun ödənilməsi haqqında məlumat 750000 (yeddi yüz əllimin) manata mənə 30-40 sot torpaq sahəsi sata bilər. Cavabdeh1 mənə qurduğu oyundan ehtiyatlanan qardaşım vəd verdiyi 400 min manatı mənə borc verməkdən imtina etdiyindən və əldə az pulum olduğundan iki şəxsə müraciət edərək birgə torpaq sahəsi almağı təklif etdim. Beləliklə, 13 dekabr 2024-cü il tarixində 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1.42255 ha olan torpaq sahəsindən 1/3 hissə, 0,264277 ha X11, 1/3 hissə, 0,264276 ha Yusubov NofəlAbbas oğluna 1/3 hissə, 0, 264277 ha İddiaçı cəm şəkildə ******* (bir milyon iki yüz yetmiş üç min) manat qiymətinə ala bildik. Əmlakın dəyəri notariat ofisinin depozit hesabına ödənildi və Cavabdeh1 həmin pulu depozit hesabından çıxardı lakin mənim 750000(yeddi yüz əlli min) manat pul vəsaitimi qaytarmadı. Onunla aparılan danışıqlar heç bir nəticə vermədi. Bu səbəbdən ilkin alqı-satqı müqaviləsinin 7-ci bəndinə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı oduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hesab edirəm ki, ilkin müqavilə üzrə öhdəliklər lazımınca icra edilmədiyinə görə cavabdehlər müqavilənin 4-cü bəndinə əsasən 750000 (yeddi yüz əlli min) manat ödənilən ilkin məbləğini, 200000 (iki yüz min )manat kompensasiya məbləğini və müqavilənin rəsmləşdirilməsi üzrə ödənilən 115(yüz on beş)manat məbləğini mənə ödəməlidirlər.
6. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdehin nümayəndəsi və vəkili 30 aprel 2025-ci il tarixdə hazırlıq iclasında bildirmişdir ki, bundan əvvəl təqdim etdiyi 26 oktyabr 2024-cü il tarixli "Beh haqqında müqavilə" guya iddiaçı ilə cavabdeh arasında bağlanmışdır. Bu həqiqəti əks etdirmir. Belə ki, iddiaçının cavabdehlə beh haqqında müqaviləsi olmamış yalnız 04 dekabr 2024- cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Məlumata görə "Beh haqqında müqavilə"-nin tərəfi olan şəxs və ya şəxslər daha sonra cavabdehlə anlaşa bilməmişlər və bu səbəbdən behləri qaytarılandan sonra iddiaçı ilə xx.xx.2024-cü il tarixdə məlum ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Yəni ilkin alqı-satqı müqaviləsi bağlanandan əvvəl həmin "Beh haqqında müqavilə"lər artıq qüvvəsini itirmişdir ki, cavabdeh iddiaçını öz məkrli planlarının qurbanına çevirməsinə nail olmuş və tərəflər ilkin alqı-satqı müqaviləsini bağlamışlar. xx.xx.2024-cü il tarixli "xxxx"MMC ilə bağlanan İlkin alqı-satqı müqaviləsinə əsasən "xxxx"MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsini 0,77 ha torpaq sahəsini iddiaçıya satılması şərtləndirilmişdir. Lakin 13 dekabr 2024-cü il tarixli alqı satqı müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsinin 0,77 ha deyil 0.79 ha sahəsi (0,264277 ha+0,264276ha+0,264277ha) iddiaçı ilə digər iki şəxsin hər birinə 0,264277 ha yəni 26 sot olmaqla satılmışdır. Bu iki sot ona görə fərq etmişdir ki, torpaq sahəsinin bölgü sxemini uyğunlaşdırmaq gərəkirmiş. Yəni satılmış ümumi 79 sot torpaq sahəsi alqı-satqı müqaviləsində cəm 1.422550 ha şəkildə deyil satılan 79 sot torpaq sahəsinin 1/3 hissəsi kimi göstərilmişdir. Ən əsası xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə görə iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilmiş 750000 manat vəsaiti Cavabdeh1 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanandan sonra əldə edəcəyi vəsaitdən geri qaytararaq ilkin alqı-satqı müqaviləsinə xitam veriləcəyini bildirsədə bu qaytarma məsələsini müxtəlif bəhanələrlə 26 dekabr 2024-cü il tarixə kimi uzatmışdır. 26 dekabr 2024-cü il tarixdə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsindən (bizə satdığı 79 sot torpaqdan sonra) qalan 63 sot torpaq sahəsi üçün yeni müştəriyə sotunu 30000 manata satılmasına razılıq əldə edib və ilkin olaraq 15 sotunu 30000 manata Araz Əliyev adlı şəxsə satmışdır, bu alqı-satqı elektron notariat sistemində öz əksini tapmışdır. Bundan sonra Cavabdeh1 mənə bildirmişdir ki torpağı bizə ucuz satdığına görə 750000 manatı qaytarmayacaq, sizlər məni aldataraq torpağı ucuz almısınız, sizdən 13 gün sonra torpağın sotunu 30 minə satdığıma görə sizə satdığım torpağı əlinizdən geri alacam, nə 750000 manat, torpağı geri qaytarın. Daha sonra nümayəndəsi və vəkili Vəkil2la qızı X19 arasında hüquqi yardım müqaviləsi bağlatdıraraq özünü guya fəaliyyət qabiliyyəti olmayan şəxs etmək xülyası ilə Səbail Rayon Məhkəməsinə (iş № 2(009)- 400/2025) müraciət etdirmişdir və həmin ərizə ilə yanaşı MTT barədə ərizə ilə müraciət edərək aldığımız torpaq üzərinə qadağa qoydurmuşdur. Həmin qadağa 29 yanvar 2025-ci il tarixdə qüvvədən düşmüşdür və biz torpağı başqa birisinə dəyər dəyməzinə satdıq. Möhtərəm hakim! "xxxx" MMC xx.xx.2024- cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əməl etməmiş və 750000 manat pul vəsaitimi ələ keçirəndən sonra faktiki olaraq dələduzluq əməli törətmişdir. Cavabdeh1 ilə bağlanmış 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinin xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə bağlanmış ilkin alqı-satqı müqaviləsinə heç bir aidiyyəti yoxdur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-655/2025 saylı qətnaməsi ilə (sədrlik edən – İ.Rüstəmli) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə Cavabdeh1 pulun tutulması tələbini əsassız hesab edərək mövqeyini onunla əsaslandırmışdır ki, 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən də görünür ki, həmin müqavilənin tərəfləri İddiaçı və Cavabdeh2 MMC-dir. Cavabdeh1 həmin müqavilənin bağlanmasında tərəf deyildir. Belə olan halda həmin müqavilə üzrə Cavabdeh1 heç bir öhdəliyi yaranmır. Belə ki, Cavabdeh1 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyin daşıyıcısı olmamaqla həmin müqavilə üzrə İddiaçı qarşısında heç bir məsuliyyət daşımır.
9. İddia tələbinin Cavabdeh2 MMC-dən pulun tutulması” hissəsini də əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, işdə olan Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1.422550 ha torpaq sahəsindən 0.77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduqdan sonra ******* manat İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Tərəflər eyni zamanda razılaşmışdırlar ki, satılacaq torpaq sahəsi barəsində əmlak ipoteka yüklülüyündən azad edildikdən sonra ******* manat qiymətə Cavabdeh2 MMC ilə İddiaçı alqı-satqı bağlayacaqdırlar. İddiaçının özünün də ərizəsində təsdiq etdiyi kimi torpaq sahəsi yüklülükdən azad edildikdən sonra iddiaçının özünün də razılığı ilə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Başqa sözlə artıq Cavabdeh2 MMC-nin mülkiyyətindən çıxmışdır. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh1 sözügedən torpaq sahəsinin 15 və 18 sotlarının müvafiq olaraq X22 və X2 barədə 26 oktyabr 2024-cü il tarixdə həmin şəxslərlə beh müqaviləsi bağlamışdır. Göründüyü kimi beh müqaviləsi ilkin alqı-satqı müqaviləsindən daha öncə bağlanılmışdır. İddiaçı ərizəsində habelə qeyd edir ki, Cavabdeh1 ona bildirmişdir ki, 1.422550 ha torpaq sahəsindən 70-80 sot torpaq sahəsini satıb, onun 750.000 manat pulunu qaytaracaq. Halbuki işdən görünür ki, ilkin alqı-satqı müqaviləsində satılacaq əmlakın dəyəri ******* manat müəyyən edildiyi halda, həmin əmlak 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə 12730000 manat qiymətə iddiaçıya və digər alıcılara satılmışdır. Göründüyü kimi əmlak alıcıların xeyrinə olaraq daha aşağı qiymətə onlara satılmışdır ki, bu da həmin müqavilənin bağlanmasında satıcının maraqlarının üstün saxlanıldığı iddiasını təkzib edir. İddiaçı eyni zamanda ərizəsində qeyd edir ki, Cavabdeh1 əmlakı mülkiyyətinə keçirdikdən sonra iddiaçını aldatmış və onu başqa alıcılar da tapmağa məcbur etmişdir və bundan sonra o, özü X22 və X12 müraciət edərək, onunla birgə sözügedən torpaq sahəsini almağı təklif etmişdir. Halbuki işdən görünür ki, həmin şəxslər sözügedən əmlakın alqı-satqısına dair Cavabdeh1la İddiaçı daha öncə razılaşmış və bunun üçün beh də ödəmişlər. Bu səbəbdən iddiaçının istinad etdiyi bu əsaslar iş materialları ilə öz təsdiqini tapmır. Daha sonra iddiaçı ərizəsində qeyd edir ki, cavabdeh sözügedən əmlakı ilkin alqı-satqı müqaviləsi üzrə ona satmaqdan imtina etmiş, iddiaçı isə Cavabdeh1 onu aldatması nəticəsində məcbur qalaraq N.Yusubov və B.Əliyev ilə birlikdə sözügedən əmlakın alqı-satqısını təşkil etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, ilk öncə işdə cavabdehin sözügedən əmlakı iddiaçıya satmaqdan imtina etməsini təsdiq edən sübutlara rast gəlinmir. Habelə iddiaçı sözügedən torpaq sahəsinin razılaşdırılmış hissəsinin ilkin alqı-satqı müqaviləsi ilə razılaşdırılmış şəkildə ona satılmadığını bildikdə 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmək və MMC-dən ilkin alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməsini tələb etmək imkanına malik olmasına baxmayaraq, bunu etməmiş və digər alıcılarla birlikdə əmlakın alqı-satqısında iştirak etmiş və əmlakın 1/3 hissələrdə digər alıcılar tərəfindən də alınmasına razılıq vermişdir. Bundan başqa iddiaçı ilkin alqı-satqı müqaviləsini MMC ilə bağlamasına baxmayaraq özü də təsdiq etdiyi kimi əmlakın MMC-nin mülkiyyətindən Cavabdeh1 mülkiyyətinə keçirilməsinə razılıq verərək, əmlakla bağlı alqı-satqı əqdini artıq MMC ilə deyil, Cavabdeh1la bağlayacağının fərqində olmuşdur. Halbuki bu halda da sözügedən razılığı verməkdən imtina edərək, MMC-dən onunla əmlak barəsində alqı-satqı bağlamasını tələb edə bilərdi. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı ilkin alqı-satqı müqaviləsindən məlumatlı olduğu halda əmlakın MMC-nin mülkiyyətindən Cavabdeh1 mülkiyyətinə keçirilməsinə razılıq verməklə, habelə könüllü olaraq, mübahisəli əmlakı digər alıcılarla şərikli şəkildə qiymətini ödəyərək əldə etməklə, ilkin alqı-satqı müqaviləsinin şərtlərinin artıq tərəflər üçün əhəmiyyətini itirdiyinin fərqində olmuş və 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsini imzalamaqla ilkin alqı-satqı müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış öhdəlikləri qüvvədən salmışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 326, 328.1, 329.2,331.1, 385, 402.1, 402.3, 402.5, 404.1, 404.2, 443.1, 443.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçını aldadaraq bildirmişdir ki, əsas alqı-satqı müqaviləsi Cavabdeh2 MMC ilə bağlansa 300 min manata yaxın vəsaiti o vergi kimi ödəməli olacaqdır, bu ona sərf etmir, ona görə vaxtilə şəxsi mülkiyyətində olan (və Cavabdeh2 MMC-yə bağışladığı) Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 150B ünvanında yerləşən 1.422550 ha torpaq sahəsindən ibarət əmlakı geri, özadına qaytarıb çıxarışı alandan sonra ilkin alqı-satqı müqaviləsində göstərilən kimi Cavabdeh2 MMC ilə deyil öz adından alqı-satqı müqaviləsi bağlaya bilər. “Müqavilənin qüvvədən düşməsi üçün hüquqi əsaslar Mülki Məcəllənin 328-ci maddəsində nəzərdə tutulmuşdur. Qüvvədən düşmə şərtlə bağlanmış əqdlərə şamil olunur. Tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi müddət müəyyən edilmədən şərtlə bağlanmış əqddir. Yəni əmlak ipoteka yüklülüyündən azad edildikdən sonra iddiaçının mülkiyyətinə verilməli idi. Bu şərt baş versə də, cavabdeh iddiaçını aldadaraq əmlakın verilməsindən yayınmaq üçün cavabdeh MMC ilə arasında olan bağışlama müqaviləsinə xitam vermişdir. Lakin bu hal iddiaçının iradə ifadəsi nəzərə alınmadan baş vermişdir və cavabdehi ilkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Cavabdehin X12 18 sot torpaq satacağı barədə 26 oktyabr 2024-cü il tarixli beh müqaviləsində imzanın X12 məxsus olub-olmaması məhkəmə tərəfindən araşdırılmayıb. Hesab edir ki bu barədə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməlidir. 26 oktyabr 2024-cü il tarixli beh müqaviləsində X12 18 sot, X15 isə 15 sot torpaq satılması nəzərdə tutulsa da 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə görə, X15 26,42 sot (iddiaçıya 26,42 sot və X11 26,42 sot) satılması hansı zərurətdən yaranması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. İlkin alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan alınan 750000 manat vəsaitin cavabdeh tərəfindən ona geri qaytarılmasına, qaytarılmayıbsa həmin vəsaitin necə olması aydınlaşdırılmayıb. Yəni cavabdehin iddiaçıdan 750000 manat və 13 dekabr 2024-cü il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı ilə digər iki şəxsdən ******* manat vəsait alması göz qabağındadır. Cavabdeh tərəfindən faktiki olaraq ******* manat qarşılığında ******* manat vəsaitin əldə etməsinə rəğmən məhkəmə hesab etmişdir ki, əmlak alıcıların xeyrinə olaraq daha aşağı qiymətə iddiaçıya və digər alıcılara satılmışdır. Belə olan halda iddiaçının xeyrinə nə (hansı məbləğdə xeyrinə və ya ziyanına) olması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı oduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İlkin alqı-satqı müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyinə görə cavabdehlər müqavilənin 4-cü bəndinə əsasən 750000 (yeddi yüz əllimin) manat ödənilən ilkin məbləğini, 200000 (iki yüz min) manat kompensasiya məbləğini iddiaçıya ödəməlidirlər. Belə ki tərəflərin razılığı ilə ilkin alqı-satqı müqaviləsinin müddəti xx.xx.2025-ci ilə kimi, yəni bir ay müəyyənləşdirildiyindən və cavabdehlər həmin müddətdə müqavilə şərtlərinə əməl etmədiyinə görə məsuliyyət daşımalı olduğu halda məhkəmə bunu və ya əksini sübut etməmişdir. İlkin alqısatqı müqaviləsində nəzərdə tutulan şərtlərə əməl olunubmu, müqaviləyə xitam verilibmi, əməl olunmayıbsa və xitam verilibsə 750 000 manat vəsait cavabdehdən geri iddiaçıya qaytarılıbsa, qaytarılmayıbsa və ya əvəzləşdirilibsə bu halların heç biri məhkəmə qətnaməsində sübut olunmayıb. Qətnamədə göstərilmişdir ki, “ iddiaçının özünün də ərizəsində təsdiq etdiyi kimi torpaq sahəsi yüklülükdən azad edildikdən sonra iddiaçının özünün də razılığı ilə Cavabdeh1 mülkiyyətinə keçmişdir.” Bu həqiqətdən uzaqdır. Belə ki, nə xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsində nə də iddia ərizəsində torpaq sahəsinin ipoteka yüklülüyündən azad olunmasından sonra Cavabdeh1 mülkiyyətinə keçməsinə dair məlumat yoxdur. Əksinə xx.xx.2024-cü il tarixli ilkin alqısatqı müqaviləsində və iddia ərizəsində torpaq sahəsinin ipoteka yüklülüyündən azad olunmasından sonra məhz Cavabdeh2 MMC ilə alqı-satqı müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur ki, cavabdeh buna əməl etməmiş iddiaçını aldatmış, pulunu alandan sonra fakt qabağında qoymuşdur. Bundan başqa, qətnamədə göstərilmişdir ki, “ iş materiallarından görünür ki, Cavabdeh1 sözügedən torpaq sahəsinin 15 və 18 sotlarının müvafiq olaraq X22 və X3 barədə 26 oktyabr 2024-cü il tarixdə həmin şəxslərlə beh müqaviləsi bağlamışdır” X7 ilə bağlanmış 26 oktyabr 2024-cü il tarixli beh müqaviləsində yenə də tərəf kimi, yəni mülkiyyətçi kimi Cavabdeh2 MMC çıxış etmişdir və Cavabdeh2MMC-də satıcı kimi çıxış edəcəkdi. X9 dediyinə görə 26 oktyabr 2024-cü il tarixli beh müqaviləsini ümumiyyətlə görməmiş və imzalamamışdır. Eyni zamanda 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsində alıcılar arasında X16 yoxdur. Bundan başqa qətnamədə göstərilmişdir ki, “ Halbuki işdən görünür ki, ilkin alqı-satqı müqaviləsində satılacaq əmlakın dəyəri ******* manat müəyyən edildiyi halda, həmin əmlak 13 dekabr 2024-cü il tarixli alqısatqı müqaviləsi ilə ******* manat qiymətə iddiaçıya və digər alıcılara satılmışdır. Göründüyü kimi əmlak alıcıların xeyrinə olaraq daha aşağı qiymətə onlara satılmışdır ki, bu da həmin müqavilənin bağlanmasında satıcıların maraqlarının üstün saxlandığı iddiasını təkzib edir”. Bu məhkəmə tərəfindən tamamilə yalnış yanaşmadır. Belə ki, ******* manatla ******* manat arasında fərq 750000 manat deyil cəmi 267000 manatdır. Yəni məhkəmənin mövqeyinə görə torpaq alıcıları satıcının 750000 manat iddiaçıya geri qaytarmaq əvəzində (üç alıcıya) cəmi 267000 manat enməsi ona dəlalət edir ki, iddiaçı heç bir ziyan etməmişdir. Halbuki üç alıcıdan yalnız biri, iddiaçı ilkin alqı-satqı müqaviləsi bağlayaraq 750000 manat ödəniş etdiyinə görə cavabdeh söz verdiyi kimi üç alıcıdan aldığı ******* manat məbləğini iddiaçıya qaytarmalı idi. Məhkəmə 750000-267000=483000 manat fərqi nədənsə ümumiyyətlə unutmuşdur. Bu fərqin aqibətindən qətnamədə ümumiyyətlə söhbət getmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia qaldıraraq ondan 04 dekabr 2024-cü il tarixində Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-3399 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi müqaviləsi üzrə öhdəliklərini güya icra etməməsini əsas gətirərək ondan ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən vəsaitin və kompensassiyanın tutulması ilə bağlı iddia tələbi ilə çıxış edir. Halbuki, sözügedən ilkin alqı-satqı müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən tam, vicdanla və artıqlaması ilə icra edildiyindən, İddiaçı iddia tələbi əsassızdır, əsassız varlanma və hüquqlardan sui-istifadəyə əsaslanır, ona görə də məhkəmə haqlı olaraq onun pul tələbini rədd etmişdir. Belə ki, hələ 26 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən 1,42255 ha torpaq sahəsinin 15 sotunun və ünvan 6 ünvanında yerləşən 10 sot torpaq sahəsinin beh verən X5 üçün sonuncu tərəfindən Cavabdeh1 25 min manat məbləğində beh verilməsi ilə bağlı Beh müqaviləsi bağlanılmışdır. Eyni tarixdə, yəni 26 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən 1,42255 ha torpaq sahəsinin 18 sotunun ayrılaraq beh verən X1 üçün sonuncu tərəfindən Cavabdeh1 25 min manat məbləğində beh verilməsi ilə bağlı Beh müqaviləsi bağlanılmışdır. 04 dekabr 2024-cü il tarixində Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 3M-3399 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1,42255 ha torpaq sahəsinin 0.77 ha torpaq sahəsi hissəsini ipoteka yüklülüyündən azad edildikdən sonra 1,54 milyon manata İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı razılığa gəlmiş, Alıcı İddiaçı satış məbləğindən 750 000 manat hissəsini notariusun depozit hesabı vasitəsilə cavabdehə ödəmiş, qalan 790 000 manat hissəsini isə əsas alqı-satqı müqaviləsi bağlanan zaman ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, cavabdehin həmin ilkin alqısatqı müqaviləsi üzrə öhdəliyi ipoteka olan sözügedən müəssisəyə məxsus torpaq sahəsinin 0,77 ha hissəsini torpaq sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra iddiaçıya satmaqdan ibarət olmuşdur. Cavabdeh1 sözügedən ilkin alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icra edilməsi istiqamətində aşağıdakı tədbirləri həyata keçirmişdir: İlk növbədə iddiaçı tərəfindən ilkin alqı-satqı zamanı ödənilmiş 750 min manat vəsaitdən "xxxx" ASC qarşısında müvafiq kredit öhdəliklərini icra edərək ilkin alqı-satqı predmetini -Cavabdeh2 MMC-nin mülkiyyətində olan torpaq sahəsini ipotekadan çıxarmış, onun üzərindən onun əsas alqı-satqının aparılması üçün əsas maneəni, yəni ipoteka məhdudiyyətinin aradan qaldırılmasına nail olmuşdur. Daha sonra, cavabeh Cavabdeh1 iddiaçının özünün də ərizəsində təsdiq etdiyi kimi torpaq sahəsi yüklülükdən azad edildikdən sonra iddiaçının özünün də razılığı ilə torpağı Cavabdeh2 MMC-dən öz mülkiyyətinə keçirmiş, bunun üçün "xxxx" MMC ilə 07 dekabr 2024-cü il tarixli Reyestrdə 3M- 3458 № ilə qeydiyyata alınmış “Əmlak kompleksinin bağışlama müqaviləsinin ləğvinə dair Müqavilə” bağlayaraq, müəssisə ilə arasında bağlanmış 4Ə-106 reyestr nömrəli 04 may 2011-ci il tarixli Bağışlama müqaviləsini ləğv etmiş, bununla da həmin müəssisəyə tərəfindən hədiyyə edilmiş DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********84-12301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2011 tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 7 ünvanda mülkiyyətində olan 3.02868 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 5486.4 kv.m. olan A, B, K, L sektorlarında, 4548,6 kv.m. tikintialtı sahəsini və ümumi sahəsi 4970,6 kv.m. əmlak kompleksini və 14225,5 kv.m. torpaq sahəsini öz mülkiyyətinı qaytarmışdır. Beləliklə, Cavabdeh1 ilkin alqı-satqı müqaviləsi üzrə müəssisənin satış öhdəliyinin icrasını təmin etmək üçün sözügedən əmlakın İddiaçı ilə satışını həyata keçirmək məqsədilə əmlakı satışa hazırlamış, bununla bağlı zəruri sənədləşmə işlərini aparmışdır. Bundan sonra, İddiaçı özünün təklifi və təkidi ilə 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin gələcəkdə alqı-satqı müqaviləsi bağlanması ilə bağlı şərtləri aşağıdakı qaydada icra edilərək AN-İ ******* saylı 13 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı Cavabdeh1 tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 1.42255 ha torpaq sahəsi hər biri 1/3 hissə (0,264277 ha) olmaqla və hər payın qiyməti 424 333 manat olmaqla X4, X15, İddiaçı satılmışdır. Tərəflər arasında istinad olunan müqavilələri vahid kontekstdə təhlil etdikdə diqqəti cəlb edən aşağıdakı nüansları məhkəmə kollegiyasının nəzərinə çatdırmağı vacib hesab edir: 1. 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin icrası qaydasında bağlanmış AN-İ ******* saylı 13 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin alıcılarından biri olan X22 həm də sözügedən ilkin alqı-satqı müqaviləsindən xroniki baxımdan əvvəl, yəni hələ 26 oktyabr 2024-cü il tarixdə sözügedən daşınmaz əmlakla bağlı bağlanmış “Beh müqaviləsi”nin tərəfi, yəni beh verəndir. Üstəlik də AN-İ ******* saylı 13 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin müqavilədə İddiaçı ilə yanaşı Ş.Bağırov və Nofəl Yusubov da eyni müqavilədə hissəvi alıcı qismində iştirak etmişdir. Bu isə İddiaçı müqavilənin məzmunundan, iştirakçı tərəflərdən xəbərdar olduğunu, məhz onun razılığı və təklifi ilə belə konfiqurasiyanın aparıldığını təsdiq edir. Əgər həmin alqı-satqı müqaviləsində sözügedən konfiqurasiya – digər iki şəxsin (biri isə daha öncə beh müqaviləsi bağlamışdır) alıcı qismində iştirakı, torpaq sahəsinin hissəvi alışı İddiaçı iradəsinə zidd baş vermiş olsa idi və İddiaçı 04 dekabr 2024-cü il tarixli ilkin alqı satqı müqaviləsinin bu formatda icrasını qəbul etməmiş olsa idi o zaman belə müqavilənin bağlanması ilə razılaşmaz, etirazını bildirər və ilkin alqı-satqı müqaviləsi üzrə kreditor kimi bu formatda icranı qəbul etməzdi. Bu fakt bir daha təsdiq edir ki, 04 dekabr 2024-cü il tarixli ilkin alqısatqı müqaviləsi üzrə satıcı cavabdehin öz öhdəliklərini 13 dekabr 2024-cü il tarixli istinad olunan alqı-satqı müqaviləsi formatında və həmin müqavilədəki satıcılar və paylar konfiqurasiyasında icrası məhz İddiaçı təşəbbüsü, razılığı və iradəsi ilə baş vermişdir. Həmçinin 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti ilə 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin predmet ölçülərini müqayisə etdikdə görürürk ki, alqı-satqı zamanı Cavabdeh1 ilkin alqı-satqı müqaviləsində nəzərdə tutduğundan daha artıq ölçüdə torpaq sahəsini alıcıya təqdim etmiş, bununla da ilkin alqı-satqıdakı öhdəliklərini artıqlaması ilə və vicdanla icra etmişdir. Məlumat üçün qeyd etməyi zəruri hesab edir ki, İddiaçı (daha doğrusu onun qardaşı Elmar Nəbiyev) əvvəlcə həmin torpaq sahəsini təkbaşına almaq istəmiş, daha sonra sözügedən 2 alıcını da Cavabdeh1 hissəvi alış üçün müştərək alıcı qismində təklif etmişdir. Görünür ki, maddi imkanı kifayət etmədiyindən və ya alqı-satqını təkbaşına aparmaq üçün zəruri vəsaiti təkbaşına əldə edə bilmədiyindən İddiaçı digər iki alıcını da alqı-satqı prosesinə cəlb etmişdir. Təsadüfi deyildir ki, 13 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin 5-ci bəndindən görünür ki, alıcılar, o cümlədən İddiaçı satış qiymətinin özlərinə düşən hissəsinin qalan məbləğini (174 333 manat) 17 dekabr 2025- cü il tarixdə Cavabdeh1 ödəməyi öz üzərinə götürmüşlər. Bu fakt bir daha İddiaçı 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsini təkbaşına apardığı halda, onun icrası qaydasında aparılmış 13 dekabr 2024-cü il tarixli Alqı-satqı müqaviləsinə daha iki alıcını çox güman ki maliyyə çatışmazlığı nəticəsində cəlb etməli olduğunu, Satıcı Cavabdeh1 üçün isə satıcı kimi alıcıların sayının və ya torpaq sahəsinin alış formasının (tam və ya hissəvi) heç bir fərq və ya əhəmiyyət kəsb etmədiyi üçün alıcı İddiaçı bu təşəbbüsünə və təklifinə etiraz etmədiyinə dəlalət edir. Qeyd olunan dəlillər alqı-satqının əsl təşəbbüskarı və fondakı əsas fiquru olan İddiaçı qardaşı X29 Əhmədova vatsap proqram təminatı vasitəsilə alqı-satqıdan əvvəl ünvanladığı səs yazısının məzmunu ilə də uyğunluq təşkil edir. İddiaçı formal mülahizələrə, həqiqətə uyğun olmayan və işin həqiqi halları ilə ziddiyyət təşkil edən müddəalara əsaslanan apellyasiya şikayətində və daha öncəki iddia ərizəsində 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsində ondan qeyri iştirak edən iki alıcını güya məcbur qalıb Cavabdeh1 təklifi ilə sonradan tapdığını qeyd etsə də, elə həmin alqı-satqı müqaviləsindəki müştərək alıcılardan biri olan X22 həm də hələ 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən xroniki baxımdan əvvəl, yəni hələ 26 oktyabr 2024-cü il tarixdə sözügedən daşınmaz əmlakla bağlı bağlanmış “Beh müqaviləsi”nin tərəfi, yəni beh verəndir. Bu fakt isə bir daha iddia ərizəsindəki apellyatorun bu dəlilini təkzib edir. Bununla yanaşı, iddia ərizəsində göstərilir ki, “Cavabdeh1 bildirdi ki, mülkiyyətində olan 1.422550 ha torpaq sahəsindən 70-80 sot torpaq sahəsini satıb əldə edəcəyi vəsaitdən mənim 750000 (yeddi yüz əlli min) manat vəsaitimi qaytara bilər təki müştəri gətirim ki həmin satışdan sonra pulumu qaytara bilsin daha sonra əyər istəsəm mənə qaytaracağı 750000 (yeddi yüz əlli min) manata mənə 30-40 sot torpaq sahəsi sata bilər.” 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsində tərəflərlərin müqavilə üzrə qarşılıqı hesablaşma qaydalarını müəyyən edən 5-ci bəndindən görünür ki, hər bir alıcı, o cümlədən İddiaçı satıcıya, yəni iddiaçı Cavabdeh1 torpaq sahəsinin ona satılan hissəsinin satış məbləğinin 250 min manat hissəsini müqavilənin bağlandığı tarixdə ödəyir, qalan 174333 manat hissəsini isə xx.xx.2024-cü il tarixdə ödəməyi öz üzərinə götürür. Əgər İddiaçı iddia ərizəsində istinad olunan xüsusat işin həqiqi halları ilə uyğunluq təşkil etmiş olsa idi, o zaman nəinki İddiaçı müqavilənin bağlandığı xx.xx.2024-cü il tarixdə satıcı Cavabdeh1 250 min manat ödəməsindən, habelə xx.xx.2024-cü il tarixədək 174333 manat pul məbləği ödəmək öhdəliyi götürməsindən söhbət gedə bilməzdi, hətta Cavabdeh1 müqavilə üzrə alıcıların ona ödədiyi (və) və ya ödəyəcəyi vəsaitlərin 750 min manatını İddiaçı ödəmək öhdəliyindən söhbət gedərdi. Müqavilənin qeyd olunan şərti isə iddiaçının iddia ərizəsində göstədiyi bu xüsusatı təkzib edir. Beləliklə, tərəflər arasında 4 dekabr 2024-cu il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı təşəbbüsü ilə həmin müqavilə üzrə öhdəliklərin novasiyası həyata keçirlmiş, sonuncunun istəyi ilə müştərək alıcılar cəlb edilmiş, satıcı Cavabdeh1 isə buna etiraz etməmiş və nəticə etibarilə Cavabdeh1 ilkin alqı-satqı müqaviləsi üzrə öhdəlikləri xx.xx.2024- cü il tarixli alqı-satqı müqaviləsini bağlamaqla həyata keçirmiş, buna qədər isə həmin öhdəliyin icrasına şərait yaratmaq üçün əmlakı hüquqi cəhətdən satışa hazırlamışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, Cavabdeh1 qızı X19 Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qalıdaraq atası Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və daşınmaz əmlakın ilkin hüquqi vəziyyətə qaytarılması tələbi ilə çıxış etmiş, iddia ərizəsini atasının parkinson xəstəsi olması, fəaliyyət qabiliyyətinin olmaması, gələcəkdə vərəsəlik hüquqi ilə miras hüququnun olduğu həmin əmlakın kənar təsirlər nəticəsində tənasübsüz aşağı qiymətə satıldığını (“Caspian Valuation” qiymətləndirmə şirkətinin rəyinə əsasən əmlakın real bazar qiymətinin 3.465.000,0 (üç milyon dörd yüz altmış beş min) manat təşkil etdiyini) əsas gətirmişdir. Görünür ki, məhz Cavabdeh1 qızı Aytən Tağıyevanın həmin iddiasından sonra hazırki iş üzrə İddiaçı həmin iddiadan özünü bu formada sığortalamaq və ya qisas almaq (əvəz çıxmaq) məqsədilə hazırki iddianı qaldırmışdır. Təsadüfi deyildir ki, qeyd olunan xüsusatlar iddiaçının iddia ərizəsində də öz əksini tapmışdır. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə haqlı və əsaslı olaraq mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi müəyyənlik baxımından Cavabdeh1 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə de-yure tərəf olmamış, müqavilə İddiaçı və "xxxx" MMC arasında bağlanmış, belə olan halda həmin müqavilə üzrə Cavabdeh1 heç bir öhdəliyi yaranmır. Belə ki, Cavabdeh1 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyin daşıyıcısı olmamaqla həmin müqavilə üzrə İddiaçı qarşısında heç bir məsuliyyət daşımır. Bu baxımdan Cavabdeh1 deyure tərəf olmadığı və heç bir öhdəlik daşımadığı həmin ilkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası istiqamətində tərəflərə könüllü surətdə köməklik göstərməsi istiqamətində həyata keçirdiyi tədbirlər məhz onun vicdanlılıq və ədalət prinsipləri ilə fəaliyyət göstərdiyinə dəlalət edir. Apellyasiya şikayətinin 26 oktyabr 2024-cü ll tarixli Beh müqaviləsində X12 məxsus imza xətt nümunəsinin mübahisələndirilməsi ilə bağlı dəlili ilə əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının birinci instansiya məhkəməsindəki icraat zamanı bunu mübahisələndirmədiyi halda və bununla bağlı məhkəməyə hər hansı vəsatət təqdim etmədiyi halda apellyasiya şikayətində belə bir əsassız dəlil irəli sürməsi iddiaçının səmimi olmadığını və çaşqınlıq yaratmağa çalışdığını təsdiq edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, pulu ancaq qəbul edən adam çıxara bilər. Alan pulu depozitə qoyur, satan da həmin pulu çıxardır.
15. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, ilk günlərdən vəkil müqavilələrin tərtibatında iştirak edib. Sənədlərdən də görünür ki, ilkin müqavilə ilə sonrakı müqavilənin arasında hər-hansı bir bağlantı yoxdur. Hazırda təqdim edilən sənədlər birinci instansiya məhkəməsində təqdim edilməyib, ola bilər ki, onlar özləri tərtib ediblər. Qanunda birbaşa göstərişdir ki, daşınmaz əmlakın alqı-satqısı notariat qaydasında qeydə alınmalıdır. Onlarda (iddiaçıda) notariat əqdi var, lakin qarşı tərəfdə belə bir sənəd yoxdur. Bunların hamısı məhkəmə prosesinin süni şəkildə uzadılmasına xidmət edir, maddi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. O, hesab edir ki, həmin sənədlər sübut kimi qəbul edilməməlidir.
16. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iddiaçının nümayəndəsi X23 izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, əvvəldən məsələ belə olub ki, Əbil adında makler ona (Elmana) dedi ki, Əhmədlidə bir sotu 25 min manata olan torpaq sahəsi satılır. O, 25 min manata razılaşmadı, daha sonra 20 min manata təklif edildi o da qəbul etdi. Daha sonra həmin makler dedi ki, onlar 20 min manata o halda razılaşırlar ki, o, ən azından milyon yarımlıq torpaq alsın, o da təxmini 75 sot edirdi. O *(Elman) da qardaşı İddiaçılə danışdı, dedi iki nəfər alsınlar bu torpağı, sənədləşdirilmə də Elnurun adına olsun. Nofəl Yusubov onlara 50 min manat beh verdi. 1 ay da möhlət aldılar ki, pulu hazırlasın və alqı-satqı müqaviləsi bağlasınlar. xx.xx.2024cü il tarixdə Cavabdeh1 qızı Leyla Əhmədova gəldi və Yasamalda evi olduğunu, evin girovda olduğunu, Bankın evini alacağını bildirdi. Dedi ki, evi girovdan azad edə bilmək üçün 300 min manat pul lazımdır. Onlar da dedi ki, torpağı almaq üçün hələ pulu tam yığmamışlar. Həmin ərazidə 10 sot və 142 sot torpaq sahələri var idi, Leyla Əhmədova təklif etdi ki, 10 sot torpaq sahəsini birinci alsınlar və pulu versinlər. xx.xx.2024-cü il tarixdə 10 sot torpaq sahəsi və onun içində 455 kv/m-lik 1960-cı illərdən qalma bir tikili ilə bağlı alqı-satqı müqaviləsi bağladılar. 350 min manat pul verdilər ki, vergilər də çıxıldıqdan sonra 300 min manat əldə qalsın. Daha sonra onlar əsas alınmalı torpaq sahəsi üçün pulu hazırladılar və notariusa gedəndə məlum oldu ki, cavabdeh tərəfin "xxxx" ASC-yə də borcu var və həmin torpaq da girovdadır. Bu zaman artıq o (Elman) razılaşmadı. "xxxx" ASC-nin məktubun gətirdilər, razılaşma bu formada oldu ki, notarius vasitəsi ilə onlar Cavabdeh2 MMC ilə müqavilə bağlasınlar 750 min manatı "xxxx" ASC-yə köçürdülər. xx.xx.2024-cü il tarixdə 750 min manatı onlar hesaba qoydu. Cavabdeh1 dedi ki, Cavabdeh2 MMC ilə müqaviləyə xitam verilsin, sonra 750 min manatı qaytaracaqlar. O, (Elman) xx.xx.2025-ci il tarixdə ölkə xaricinə çıxdı, Nofəl Yusubova dedi ki, 523 min manatı ver, o qayıdandan sonra müqaviləyə xitam verəcək. xx.xx.2024-cü il tarixdə o, Azərbaycana qayıtdı, dedi ki, xitam verək müqaviləyə dedilər bayram qabağıdı bayramdan sonra xitam verilər. xx.xx.2025-ci il tarixdə Aytən Əhmədova məhkəməyə müraciət edib ki, atası Cavabdeh1 parkinson xəstəsidir, torpağı səhvən satıb. İndi isə deyirlər ki, torpağı qaytar, 750 min manatı qaytarsınlar və 200 min cəriməni də ödəsinlər. Cavabdeh2 MMC ilə olan müqavilələrinə xitam verilmədiyi üçün həmin müqaviləyə əsasən ödənilmiş 750 min manatı yeni müqavilədə əvəzləşdirməmişlər. 750 min manatı ödəmişlər, 523 min manatı da Nofəl Yusubov ödəyib. Ona (Elmana) dedi ki, pulu yoxdur, torpaq sahəsini alsın, onlar da borcu bağlayıb, Cavabdeh2 MMC ilə bağlanılmış müqaviləyə xitam versinlər. Ümumilikdə onlar (Elman və iddiaçı) onlara 50 min manat beh, 350 min manat 10 sot torpaq üçün, xx.xx.2024-cü il tarixdə 110 min manat pulla maşınını əvəzləşdirmişdir, ondan sonra 750 min manatı Cavabdeh2 MMC-yə vermişdir, 1 milyon 273 min manat pulu da sonuncu müqavilədə vermişdir. Yekun olaraq bunların toplamı 2 milyon 533 min manat pul edir, həmin pulun müqabilində əgər torpaq sahəsi alınsaydı 120-130 sot torpaq edirdi. O, isə 89 sot torpaq almışdır, 1 milyon 780 min manat verməli idilər. 750 min manat əlavə pul vermişlər.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, 100000 manat noyabr ayında ödənilmiş behdir, 200000 manat torpağa görə Nofəlin ödədiyi məbləğdir. 17000 manat 750000 manat banka qoyulanda Cavabdeh1 verilən puldur. 170000 manat maşının puludur. Qarşı tərəf bunların hamısını qəbul edir. X24 özü yazılı mülahizəsində 750000 manatın qarşısında Bank sözü qeyd edib. 750000 manat bir dəfə ödənilib, ikinci dəfə elə bir pul ödənilməyib. Cavabdeh1 sonda 523000 manat ödənilməli olub. Cəmi 523000 manat pul çıxarılıb. Saday müəllim ümumiyyətlə o pulu götürməyib. Bunların hamısı kompleks bir müqavilədir. Müqavilə üzrə öhdəlik icra edilib. Əslində həmin torpaq üçün başqa bir alıcı ilə razılaşdırılma olub, lakin torpaq Elman Nəbiyevə satıldı. Həmin digər alıcı torpağı daha baha qiymətə almağa razılaşma olub. Bundan sonra onlar (cavabdeh tərəf) iddia qaldırdılar və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı ərizə ilə müraciət etdilər. Bununla da qarşı tərəf hazırki iddia ilə müraciət etdi.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X20 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, onlar torpağı 20 min manatdan satırdılar. Notariusda onlara dedilər ki, bu torpağı qiymətindən qat-qat aşağı satmaq olmaz. Ona görə də sənədləşdirmədə 30 min manat kimi qeyd etdilər və onlar 750000 manat pul ödənişi etdilər. Pulun 523000 manatı onlara çatdı, qalan pulu isə götürdülər. Alqı-satqını edəndə o, onlara dedi ki, ilkin alqı-satqı müqaviləsini ləğv etsinlər. Onlar yeni il ərəfəsi olduğu üçün gəlmədilər, ləğv edə bilmədilər, qaldı. Hər alqı-satqıda onlar onlara pul qaytarmışdır. Suala cavab olaraq bildirir ki, atası alğı-satqı müqaviləsini imzaladı. 5 nəfər aşağı düşdülər. Notariusun depozit hesabından pulu çıxardılar, 523000 manatı götürüb, qalan pulu qaytardılar. Kassada atası qol çəkdi və götürdülər.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X22 və X23 hazırkı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxslərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. 25.İşin halları odur ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1.422550 ha torpaq sahəsindən 0.77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduqdan sonra ******* manat İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişdirlər. İddiaçı satış məbləğindən 750000 manatını hazırda notariusun bankda açdığı depozit hesabı vasitəsilə Cavabdeh2 MMC-yə ödəyir. Satış qiymətindən qalan 790000 manatı isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən Satıcıya ödəməyi öhdəsinə götürür.
26. Müqavilə şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış məbləğdən 750000 manat pul vəsaiti MMC-nin borcu üzrə bankın hesabına köçürülmüşdür. 27.Bundan sonra Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında əmlak kompleksinin bağışlama müqaviləsinin ləğv edilməsinə dair müqavilə 7 dekabr 2024-cü ildə bağlanmışdır. 28.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 1,422550 ha torpaq sahəsi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyatdan alınmışdır.
29. İddiaçı bildirir ki, ilkin aqlı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC tərəfindən iddiaçıya satılmalı əmlak ipteka yüklülüyündən azad edildikdən sonra ona satılmamışdır, Cavabdeh2 MMCnin direktoru Məmmədov Saday ona bildirmişdir ki, əmlak MMC-nin adından satılsa 300 min manat vergi verməli olacaq, ona görə də Cavabdeh2 MMC-nin mülkiyyətində olan və ilkin alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmalı olan ünvan 3 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsindən ibarət əmlakı MMC-nin adından Məmmədov Sadayın öz adına bağışlasın, daha sonra öz adından iddiaçıya satsın. İddiaçı qeyd edir ki, bundan sonra da cavabdeh pulu qaytarmamış, iddiaçıya bildirmişdir ki, mülkiyyətində olan 1.422550 ha torpaq sahəsindən 70-80 sot torpaq sahəsini satıb əldə edəcəyi vəsaitdən iddiaçının 750000 (yeddi yüz əlli min) manat vəsaitini qaytara bilər, təki iddiaçı ona müştəri gətirsin ki, torpağı satıb iddiaçının pulunu verə bilsin. Buna görə də iddiaçı cavabdehin dediyi kimi müştəri qismində özü və daha iki şəxslə 13 dekabr 2024-cü il tarixli 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və cavabdeh Məmmədov Sadayın mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1,422550 ha torpaq sahəsiniin ümumilikdə ******* manat qiymətə müvafiq olaraq 1/3 hissələrdə (cəmi 0,79 ha) alıcılar - X17, X22 və İddiaçı mülkiyyətinə vermişdir. 30.İddiaçı ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş 750000 manatın geri qaytarılmadığını bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
31. İşin araşdırlması zamanı müəyyən edilmişdir ki, 13 dekabr 2024-cü il tarixli 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 (Satıcı) ilə X17 (Alıcı), X22 (Alıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1,422550 ha torpaq sahəsinin 0,79 ha hissəsini ümumilikdə ******* manat qiymətə müvafiq olaraq 1/3 hissələrdə alıcılar - X17, X22 və İddiaçı mülkiyyətinə vermişdir.
32. Bakı şəhəri 51 saylı Notariat ofisinin Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 ilə X17, X22, İddiaçı arasında mülkiyyətdə olan ünvan 4 ünvanında yerləşən mənzili xx.xx.2024-cü il tarixdə 4Ə-2632 reyestrlə yerləşdirilmiş nisyə alqı-satqı müqaviləsinə əsasən ******* manat alıcı tərəfindən tam ödənilmişdir.
33. 13 dekabr 2024-cü il tarixli 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə TT**********26225000, TT**********371250000 və TT**********208250000 nömrəli mədaxil qəbzlərinin surətinə əsasən müvafiq olaraq İddiaçı, X22 və X17 tərəfindən hər biri 250000 manat olmaqla cəmi 750000 manat notariusun depozit hesabına ödənilmişdir.
34. TT **********069523 nörməli mədaxil qəbzinin sürətindən görünür ki, X22 tərəfindən 523000 manat vəsait notariusun depozit hesabına ödənilmişdir.
35. İşin mübahisəsiz halları odur ki, tərəflər torpağın 1 sotunun 20.000 manatdan alğı-satqısı barədə razılığa gəlmişdirlər. Ümumilikdə, 89 sot torpaq ******* manata satılmışdır. Tərəflərin elektron sistem vasitəsilə təqdim etdikləri yazılı mülahizələrə əsasən müəyyən olunmuşdur ki, ******* manat vəsaitə - 79 sot torpağa görə nəzərə alınmış beh müqaviləsi üzrə ödənilmiş 100000 manat, maşının mülkiyyətə verilməsi üçün 170000 manat, sonuncu 13 dekabr 2024-cü il tarixli 4Ə- 2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə notarisunun depozit hesabına keçirilmiş 750000 manat və 523000 manat, əlavə ödəniş olaraq 17000 manat və 20000 manat, o cümlədən 10 sot üçün ayrıca ödənilmiş 200000 manat pul vəsaiti daxildir.
36. O cümlədən işin mübahisəsiz halı odur ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə İddiaçı satış məbləğindən 750000 manatını hazırda notariusun bankda açdığı depozit hesabı vasitəsilə Cavabdeh2 MMC-yə ödəmişdir. 37.İddiaçının mübahisələndirdiyi hal odur ki, ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş 750000 manatı cavabdeh sonda geri qaytaracağını vəd etsə də geri qaytarmaqdan boyun qaçırır. 38.Cavabdeh tərəfin mübahisələndirdiyi hal odur ki, 13 dekabr 2024-cü il tarixli 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə 750000 manat ödənilməmiş, ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş 750000 manatla əvəzləşdirilmişdir.
39. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X20 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, onlar torpağı 20 min manatdan satırdılar. Notariusda onlara dedilər ki, bu torpağı qiymətindən qat-qat aşağı satmaq olmaz. Ona görə də sənədləşdirmədə 30 min manat kimi qeyd etdilər və onlar 750000 manat pul ödənişi etdilər. Pulun 523000 manatı onlara çatdı, qalan pulu isə götürdülər. Alqı-satqını edəndə o, onlara dedi ki, ilkin alqı-satqı müqaviləsini ləğv etsinlər. Onlar yeni il ərəfəsi olduğu üçün gəlmədilər, ləğv edə bilmədilər, qaldı. Hər alqı-satqıda onlar onlara pul qaytarmışdır. Suala cavab olaraq bildirir ki, atası alğı-satqı müqaviləsini imzaladı. 5 nəfər aşağı düşdülər. Notariusun depozit hesabından pulu çıxardılar, 523000 manatı götürüb, qalan pulu qaytardılar. Kassada atası qol çəkdi və götürdülər. 40.Deməli, Cavabdeh1 övladı olan digər Cavabdeh2 MMC-nin nümayəndəsi X20 təsdiq etdi ki, 13 dekabr 2024-cü il tarixli 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi Cavabdeh1 (Satıcı) ilə X17 (Alıcı), X22 (Alıcı) və İddiaçı (Alıcı) arasında bağlanarkən beşinci şəxs olaraq o da notariusda iştirak etmişdir. Həmin müqavilə üzrə notarisun depozit hesabına 750000 və 523000 manat ödənildi. Atası qol çəkib götürdü. Lakin 750000 manatı geri qaytardı ki, ilkin alğı satqı müqaviləsi üzrə ödənilmiş 750000 manat vəsaitlə əvəzləşdirilsin. 41.Kollegiya qeyd edir ki, 13 dekabr 2024-cü il tarixli 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X14 Əli oğlu, X22 və İddiaçı tərəfindən ayrıayrılıqda 250000 manat, cəmi 750000 manatın notariusun depozit hesabına köçürülməsi təsdiq olunur. 42.Kollegiya hesab edir ki, cavabdeh tərəf 750000 manatın geri qaytarılmasını mötəbər sübutlarla təsdiq edə bilmir. İlk növbədə nəzərə alınmalıdır ki, ilkin alğı-satqı müqaviləsinin, habelə 13 dekabr 2024-cü il tarixli alğı-satqı müqaviləsinin tərəfləri notariat ofisində iştirak etdikləri halda onlara ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin əvəzləşdirilməsi, geri qaytarılması ilə bağlı bir ərizə tərtib etməyə maneə olan hal mövcud olmamışdır. 43.Bundan əlavə, ilkin alğı satqı müqaviləsi üzrə 750000 manat yalnız İddiaçı tərəfindən ödənildiyi halda, əsas alğı-satqı müqaviləsi üzrə 750000 manat üç nəfər - X17, X22 və İddiaçı tərəfdən ödənilmişdir. 44.Bundan əlavə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında qeyd edir ki, “X24 özü yazılı əlyazma vərəqdə 750000 manatın qarşısında Bank sözü qeyd edib. 750000 manat bir dəfə ödənilib, ikinci dəfə elə bir pul ödənilməyib”. 45.Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, ödəniş məbləğləri ilə bağlı məhkəməyə təqdim edilmiş əlyazmada olan imzanın iddiaçının qardaşına məxsus olması qeyd edilsə də iddiaçı bu halı təkzib etmişdir. Daha sonra sonuncu mülahizəsində Cavabdeh1 nümayəndəsi bir növ imzanın Cavabdeh1 aid olması və onun öz imzasını tanıya bilməyəcək dərəcədə xəstə olması ilə əlaqələndirmişdir. 46.Kollegiya qeyd edir ki, həmin əlyazmada sadəcə ödəniş məbləğləri qeyd edilmişdir. Belə müəyyən olunur ki, həmin hesablaşmaları qeyd etməklə vasitəçiyə ödənilməli olan məbləğ müəyyən edilmişdir. Əlbəttə ki, torpağın satılması üçün vasitəçiyə ödənilməli məbləği müəyyən etmək üçün bir dəfə ödənilən 750000 manat ödəniş nəzərə alınmalıdır. İlkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş vəsait nəzərə alınmamalı idi. Yaxud da, həmin yazı Cavabdeh1 tərəfindən yazılıb, 750000 manatın qarşısında “bank” sözünü qeyd etməsi o anlama gəlmir ki, notariusun depozit hesabına ikinci dəfə ödənilən 750000 manat ödənilməmiş, yaxud qaytarılmış sayılmalıdır. 47.Bundan əlavə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 mülahizəsində qeyd edir ki, İddiaçı qardaşı və iş üzrə nümayəndəsi Elman Nəbiyevin audio səs yazısının mətnini qeyd etmiş və vasitəçi Əbil adlı şəxsin şahid olaraq dinlənilməsini xahiş edir. 48.Kollegiya qeyd edir ki, həmin səs yazısında ümumilikdə neçə sot torpaq almaları və buna görə edilən ödəniş barədə danışılır. Onsuz da torpağın 1 sotunun 20.000 manatdan razılaşmaları və ümumilikdə 89 sot torpağa görə ******* manat hesablaşmaları işin mübahisəsiz halıdır. Həmin səs yazısında əsas alğı-satqı müqaviləsi üzrə ödənilən 750000 manatın qaytarılması və ilkin alqısatqı müqaviləsi üzrə ödənilən 750000 manatla əvəzləşdirmə barədə danışılmır. Onsuz da Cavabdeh2 MMC-nin nümayəndəsi X20 təsdiq etdi ki, 13 dekabr 2024-cü il tarixli 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cavabdeh1 (Satıcı) ilə X17 (Alıcı), X22 (Alıcı) və İddiaçı (Alıcı) arasında bağlanarkən beşinci şəxs olaraq o da notariusda iştirak etmişdir. Həmin müqavilə üzrə notarisun depozit hesabına 750000 və 523000 manat ödənildi. Atası qol çəkib götürdü. Lakin, 750000 manatı geri qaytardı ki, ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş 750000 manat vəsaitlə əvəzləşdirilsin. Yəni pulun qaytarılıb əvəzləşdirməsində Əbilin iştirak etməsi qeyd edilməmişdir. 49.Kollegiya qeyd edir ki, hər iki müqavilə üzrə 750000 manatın ödənilməsi işin mübahisəsiz halıdır. 13 dekabr 2024-cü il tarixli müqavilə üzrə üç nəfər alıcı tərəfindən notarisunun depozit hesabına ödənilmiş 750000 manatı Cavabdeh1 kassada qəbul etdikdən sonra geri qaytarması mötəbər sübutla da təsdiq olunmalıdır. Yalnız məntiqi ardıcıllıqla əvəzləşdirilməsi qənaətinə gəlinməsi mülki prosessual qanunvericiliyə ziddir. 50.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 51.Kollegiya iddia tələbini Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 750000 manatın tutulması hissəsində əsaslı hesab edir.
52. Belə ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən tərəflər ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1.422550 ha torpaq sahəsindən 0.77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduqdan sonra ******* manat İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişdirlər.
53. Belə ki, Müqavilənin 3-cü bəndində qeyd edilir ki, Cavabdeh2 MMC satılacaq torpaq sahəsini ******* manata qiymətləndirir və gələcəkdə həmin torpaq sahəsini həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə torpaq sahəsini gələcəkdə ******* manata almağı öhdəsinə götürür. İddiaçı satış məbləğindən 750000 manatını hazırda notariusun bankda açdığı depozit hesabı vasitəsilə Cavabdeh2 MMC-yə ödəyir. Satış qiymətindən qalan 790000 manatı isə torpaq sahəsinin alqısatqısına dair 13 dekabr 2024-cü il tarixli müqavilə bağlanarkən Satıcıya ödəməyi öhdəsinə götürür. 54.Göründüyü kimi iddiaçı 750000 manat vəsaiti notariusun bankda açdığı depozit hesabı vasitəsilə Cavabdeh2 MMC-yə ödəmişdir.
55. Qeyd edilən Müqavilənin 4-cü bəndində tərəflər razılığa gəlirlər ki, satıcı müqavilə şərtlərinə əməl etməsə əmlakı satmaqdan imtina edərsə, Alıcı tərəfindən Satıcıya ödənilən ilkin məbləği və əlavə olaraq 200000 manat kompensasiya şəklində Alıcıya ödəməyi öhdəsinə götürməsi qeyd edilir. 56.Lakin işin mübahisəsiz halıdır ki, iddiaçıya torpaq satılmasından imtina edilməmiş, ona sonda torpaq satılmışdır. İddiaçı özü də sonradan torpağın alğı-satqı müqaviləsinin Cavabdeh1 ilə bağlanmasına razılaşmışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının 200000 manat kompensasiya və müqavilənin rəsmiləşdirilməsi üçün ödənilən vəsaitin qaytarılması tələbi əsassızdır.
57. Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC-dən 750000 (yeddi yüz əlli min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilən rüsumun əvəzi olaraq 1040 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilən rüsumun əvəzi olaraq 520 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-655/2025 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 750000 (yeddi yüz əlli min) manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilən rüsumun əvəzi olaraq 1040 (bir min qırx) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilən rüsumun əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə tutulsun. Qalan hissədə rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Məhəmməd Rüstəmli