Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4362/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh4 "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sm katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh4 "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-193/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İlk iddia üzrə iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun yaşayışın 3-cü mərtəbəsində 205 m2 ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh4 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh4 "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən əmlakın dəyəri olan 500.000 manat pulun "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 193/2023 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdehlər Cavabdeh4, X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh4, X3, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində 205 m2 ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin ilk iddia üzrə Cavabdeh4 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən ilk iddia üzrə Cavabdeh4 hər ay 500 manat kirayə haqqının ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh4 "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
4. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1 və 8.1.4-cü maddələrinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar 790 manat dövlət rüsumu ödəmişdir.
8. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçı qanunvericiliyin qeyd olunan normalarına uyğun olaraq həmin məbləğin 50 faizi, yəni 395 manat ödəməli olduğu halda, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.
9. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
10. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
11. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 193/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.