Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4369/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə buraxılmış prosessual müddətin bərpası haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)- 4805/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(001)- 4805/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 7700 manat məbləğində pul vəsaitinin və həmin vəsaitin məbləğindən Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 sentyabr 2020-ci il tarixə olan bank uçot dərəcəsi üzrə faizlərin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti 11 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, şikayətə prosessual müddətin bərpasına dair ərizə də əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)- 4805/2020 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(001)-4805/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti bərpa edilmişdir. Həmin qərardaddan İddiaçı verdiyi şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(001)-4805/2020 saylı qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni 31 oktyabr 2020-ci il tarixində almışdır, buna görə də qətnamədən şikayət vermə müddəti məhz bu tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı qərardad qəbul edərkən heç bir üzrlü səbəbə istinad etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materialları ilə müəyyən olunur ki, məhkəmənin 28 sentyabr 2020-ci il tarixli 2(001)-4805/2020 saylı qətnaməsi Cavabdeh qeydiyyat ünvanı üzrə ünvan 1dərilmiş, qətnamənin qəbul edilməsinə dair poçt xəbərnaməsində onu alan şəxs bölməsində “Cavabdeh” qeyd edilmiş və imza edilməmişdir. Həmçinin, qətnamənin alınma tarixi 2020-ci ilin 10-cu ayı kimi göstərilməklə yarımçıq qeyd edilmişdir. Belə olan halda, qətnamənin məhz T.Nəsibov tərəfindən qəbul edilməsinə dair yetərli sübut olmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh qətnamədən şikayət vermə müddətini buraxmasının səbəbinin üzrlü hesab edilməsi və müddətin bərpa olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 133.1, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)- 4805/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4369/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4369/2021
21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver