Məhkəmə qərarları › İş №2(103)-4369/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4369/2023

04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4369/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər: Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (İmişli rayon İcra və probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) «öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və ödənilməli maddi zərərin silinməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)-2779/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (İmişli rayon İcra və probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) «öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və ödənilməli maddi zərərin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)- 2779/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (İmişli rayon İcra və probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) «öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və ödənilməli maddi zərərin silinməsi» tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi və iddiaçıya qaytarılması qərara alınmış, iddiaçıya icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbində qeyd etdiyi məsələlər icra mərhələsində həll olunmalı məsələlərə aid edilməklə, səlahiyyətli icra məmuru tərəfindən həyata keçirilməli olduğundan, həmin səlahiyyətlərin, o cümlədən iddiaçının hazırki tələbinin məhkəmə qaydasında həll edilməsi yolverilməzdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməklə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri: Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 15 dekabr 2019-cu il tarixdə, saat 08-00 radələrində AR DİN Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinin tutucu qrupunda polis serjantı kimi xidmət aparan zaman idarə etdiyi «Volksvagen Polo» markalı ** PR *** dövlət nömrə nişanlı xidməti avtomobil Bakı şəhəri, Biləcəri qəsəbəsi, “1 May” yaşayış massivi ilə hərəkət edərkən sol tərəfdən hərəkətdə olan «Hyndai» markalı ** UV *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra himayəsində yaşlı valideynləri, heç bir yerdə işləməyən həyat yoldaşı və iki körpə övladının olmasına, həmçinin yol-nəqliyyat hadisəsinin qəsdən deyil, ehtiyyatsızlıqdan baş verməsinə baxmayaraq, Azərbaycan Respublikası Cavabdeh rəhbərliyi onu baş vermiş yol-nəqliyyat hadisəsinə görə tutduğu vəzifədən azad etmişdir. Azərbaycan Respublikası Cavabdeh həmçinin ona qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə qeydiyyatda olduğu yer üzrə İmişli Rayon Məhkəməsinə müraciət edərək baş vermiş yolnəqliyyat hadisəsində xidməti avtomobilin zədələnməsi nəticəsində guya İdarəyə 18.540 manat məbləğində maddi ziyan dəydiyini bildirərək, ondan 18.540 manat və 30 manat dövlət rüsumu tutulub İdarənin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(036)- 106/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası DİN BMİ-nin ona qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, ondan 13.708 manat və dövlət rüsumuna görə 30 manatın tutulub iddiaçı Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin hesabına keçirilməsini qət etmişdir. Tərəfindən İmişli Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(036)-106/2021 saylı qətnaməsindən Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Həmçinin işə Şirvan Apelyasiya Məhkəməsində baxıldığı müddət ərzində «Volksvagen Polo» markalı ** PR *** dövlət nömrə nişanlı avtomobil tərəfindən öz vəsaiti hesabına tam şəkildə təmir olunaraq saz və işlək vəziyyətə gətirilmişdir. O, bu barədə Şirvan Apelyasiya Məhkəməsində işə baxan hakimlərə və Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin və Binəqədi Rayon Mühafizə İdarəsinin rəhbərliyinə bildirmiş və avtomobili öz vəsaiti hesabına təmir etdirdiyinə görə iddia tələbindən imtina olunmasını xahiş etmişdir. Lakin heç kim onun dəymiş zərəri aradan tam şəkildə qaldırdığına, yəni «Volksvagen Polo» markalı ** PR *** dövlət nömrə nişanlı avtomobili öz vəsaiti hesabına tam şəkildə təmir etdirərək saz və işlək vəziyyətə gətirdiyinə əhəmiyyət verməmişdir. Nəticədə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)1728/2021 saylı qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(036)- 106/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)1728/2021 saylı qanunsuz və əsassız qətnaməsinin və DİN Baş Mühafizə İdarəsinin əsassız iddia tələbinin ləğv olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə mahiyyəti üzrə baxılmazdan öncə vəkili tərəfindən Azərbaycan Respublikası Cavabdehnə xx.xx.2022-ci il tarixli, 011/126 saylı məktubla müraciət edilərək Azərbaycan Respublikası Cavabdeh Binəqədi Rayon Mühafizə İdarəsinin xidməti istifadəsində olan «Volksvagen Polo» markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobilin tərəfindən öz vəsaiti hesabına təmin edilərək tam şəkildə saz vəziyyətə gətirildiyi bildirilmiş və avtomobilin ondan təhvil alınması, həmçinin qeyd edilən avtomobilə dəymiş zərər tərəfindən aradan qaldırdığından, avtomobil tam saz vəziyyətə olduğundan, yəni dəymiş zərər artıq mövcud olmadığından AR DİN-nin Baş Mühafizə İdarəsinin ona qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsindən imtina edilərək mülki işin məhkəmə mübahisəsinə son qoyulması xahiş edilmişdir . Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, e-2(006)- 2779/2023 nömrəli qərardadı ilə şikayət ərizəsi təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Tətbiq edilən hüquq normaları: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1. icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. “İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki, belə olan halda bunlar xüsusi normalardır. Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə tutmuşdur. “İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1. ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3. hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-106/2021 saylı icra sənədi üzrə tələbin yerinə yetirildiyini, lakin ona qarşı əsassız tələblərin irəli sürüldüyünü qeyd edərək, bu hallara son qoyulması xahiş edilişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Cavabdeh Binəqədi Rayon Mühafizə İdarəsinin xidməti istifadəsində olan «Volksvagen Polo» markalı **-PR-*** dövlət nümrə nişanlı avtomobilin tərəfindən öz vəsaiti hesabına təmin edilərək tam şəkildə saz vəziyyətə gətirmiş, və avtomobilin ondan təhvil alınması, həmçinin qeyd edilən avtomobilə dəymiş zərər tərəfindən aradan qaldırıldığından, avtomobil tam saz vəziyyətə olduğundan, yəni dəymiş zərər artıq mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu dəlili ilə bağlı artıq kassasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən iddiaçının təmirinə 5.255 manat xərc çəkməsi, nəqliyyat vasitəsini tam saz vəziyyətdə təhvil verməsi, habelə hazırki iddianın 13708 manat məbləğdə təmin edilməsi və nəticədə arada yaranan fərqin tərəflər öz aralarında qarşılıqlı şəkildə həll edə bilərlər. Bu barədə mübahisə yarandıqda isə cavabdeh ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla pozulmuş hesab etdiyi hüququnun bərpa edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyasının bu mövqeyi iddiaçıya hazırki iddianın deyil, icra mərhələsində həll olunmalı məsələlərlə bağlı hüququnun pozulduğu hallar üçün nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, hazırki tələbə icra icraatı qaydasında baxılıb həll edilməli olmasına baxmayaraq, iddiaçı öz müraciətini mülki məhkəmə icraatı qaydasında “iddia ərizəsi” formasında tərtib etməklə, məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (İmişli rayon İcra və probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) «öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və ödənilməli maddi zərərin silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı tərəf şikayətində iddia tələbinin icra sənədinin icra olunması ilə bağlı olmadığını qeyd etsə də hazırki iddia tələbində qeyd etdiyi məsələlər icra mərhələsində həll olunmalı məsələlərə aid edilməklə, səlahiyyətli icra məmuru tərəfindən həyata keçirilməli olduğundan, həmin səlahiyyətlərin, o cümlədən iddiaçının hazırki tələbinin məhkəmə qaydasında həll edilməsi yolverilməzdir. Həmçinin qərardaddan da görünür ki, məhkəmə iddiaçıya icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasını da izah etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İcra haqqgnda” Qanunun 87ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməli olmasına dair mövqeyi ilə də razılaşır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)- 2779/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar