Məhkəmə qərarları › İş №2(103)-4370/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4370/2021

08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4370/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticəsinin - ekspert rəyinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən “Mətanət A” şirkətinin direktoru qismində Yakup Cimen tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsinin – “VAZ-2107” markalı 10- GT-737 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2018-ci il tarixli R01/12/18 saylı ekspert rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən “Mətanət A” şirkətinin direktoru qismində Yakup Cimen tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “Mətanət A” şirkətinin apellyasiya şikayətini onun adından şirkətin direktoru qismində imzalamış şəxsin müvafiq səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir və şikayətə də əlavə olunmamışdır; Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə isə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmadığı müəyyən edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən “Mətanət A” şirkətinin direktoru qismində Yakup Cimen tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Elnur Həsənov Hakimlər imzalar: Xumar Mərdanov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar