Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4382/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(003)-57/2025 saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı bağ sahəsinə müdaxilələrin aradan qaldırılmaqla inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin sökülməsi, bağ sahəsinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsi tələbinə dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə (bundan sonra – Məhkəmə) göndərilmişdir. Daha sonra Xəzər Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixdə Məhkəməyə sorğu ilə müraciət edərək, iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnamədən İddiaçı tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirmiş və həmin apellyasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün mülki işin Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267 və 269-cu maddələrinin tələblərinə əsaslanaraq hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, qeyd edilən prosessual normaların tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4382/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4382/2025
11.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver