Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-4387/2025 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh “X6 GMBH” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı X11 cavabdeh “X6 GMBH” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi və əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6 GMBH” şirkətinin Azərbaycan Respublikasındakl filialından iddiaçının xeyrinə 37200 ( otuz yeddi min iki yüz) manat əsas borcun, 300 (üç yüz) manat vəkil xidmətlərinə görə ödənilmiş pulun, 202 manat ödənilmiş dövlət rüsumunun, cəmi 37.702 ( otuz yeddi min yeddi yüz iki ) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X11 ilə “X6 GMBH” Şirkətinin Azərbaycandakı filialı arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsi üzrə ##.##.2022-ci il tarixdən etibarən aylıq 1200 manat hesablanmaqla, ümumilikdə 37200 manat icarə haqqının “X6 GMBH” Şirkətinin Azərbaycandakı filialından tutularaq X4 xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 202 manat dövlət rüsumunun əvəzinin X6 GMBH” Şirkətinin Azərbaycandakı filialından tutularaq X11na ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh X6 GMBH” Şirkətinin Azərbaycandakı filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya icraatında olanrkən ##.##.2026-cı il tarixdə iddiaçı X11nın nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək hazırki iş üzrə iddiaçının iddiadan imtina etmək istədiyini, bu hərəkətin nəticələrinin onun tərəfindən iddiaçıya izah edildiyini bildirmiş, iş üzrə icraata xitam verilıməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfin iddiadan imtinası qəbul olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Kollegiya hesab edir ki, iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verildiyindən ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. Bundan əlavə, kollegiya hesab edir ki, audit rəyinin verilməsi ilə əlaqədar təqdim edilmiş xərc 3000 manat məbləğində olsa da 500 manat məbləğ ağlabatan məbləğdir. Beləliklə, kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 126 (bir yüz iyirmi altı) manat pul iddiaçı X11ndan alınaraq, Az.MEM, VÖEN 1700326621, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ013601**********3944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilməli, audit rəyinin alınması ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul iddiaçı X11ndan alınaraq “X1” MMC-nin təqdim etdiyi hesaba (Hesab №: AZ03AIIB40060019440801138118, VÖEN: 3900494561) köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı X11nın iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 126 (bir yüz iyirmi altı) manat pul iddiaçı X11ndan alınaraq, Az.MEM, VÖEN 1700326621, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ013601**********3944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilsin. Iş üzrə audit rəyinin alınması ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul iddiaçı X11ndan alınaraq “X1” MMC-nin təqdim etdiyi hesaba (Hesab №: AZ03AIIB40060019440801138118, VÖEN: 3900494561) keçirilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova Hakimlər Xumar Mərdanova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(103)-4387/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4387/2025
23.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver