Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4388/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X12 və X10 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-494/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3300 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" Sığorta Şirkətində xx xxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində - xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Mercedes Benz” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Hyundai Grandeur” markalı **- SX-*** dövlət qeydiyyat nişanlı, X8 idarə etdiyi “Mercedes Benz” markalı **-NA-***dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Binəqədi DYPŞ-nin protokolu ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar cəmi 3300 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq ASC-yə verilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 494/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 3100 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Baş vermiş qəza nəticəsində ziyan dəymiş avtomobillərin hansı detallarının zədələnməsi məlum olmadığından, həmçinin zərərin ümumi məbləği ağlabatan hesab edilmədiyindən ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə vəsatəti təmin etsə də, ekspert qarşısında fərqli suallar qoymuş, ekspert isə məhkəməsinin qoyduğu suallara deyil, fərqli məsələlərə münasibət bildirmişdir. Ekspert rəyi natamamdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, iddiaçı və digər Cavabdeh1 qətnaməni mübahisələndirməmiş, Cavabdeh2 isə şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, ekspert rəyi ilə razılaşmır və nəticə olaraq dəymiş zərərin məbləğini mübahisələndirir. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AD 159340 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ”Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2019cu il tarixədək Cavabdeh2 etibarnamə vermişdir. “Land Rover” markalı **-ZZ-*** qeydiyyat nömrəli avtomobil xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək sığortaçı İddiaçı Sığorta Şirkətində sığorta olunmuşdur. Sığorta olunan şəxs kimi Cavabdeh2 qeyd edilmişdir. Sığorta müqaviləsinə əsasən sığortalıya əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan AP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində sürücü Ağazadə X9 prospektində qarşısında özü ilə eyni istiqamətdə hərəkət edən “Mercedes Benz” C180 markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə müvafiq ara məsafəsi saxlamamış, nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Mercedes Benz” markalı **-LR- *** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Hyundai Grandeur” markalı 10-SX910 dövlət qeydiyyat nişanlı, X8 idarə etdiyi “Mercedes Benz” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. xx xxxxxx 2019-cu il tarixli Sığorta Aktından görünür ki, sığortalı Cavabdeh2 məxsus “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində X2 məxsus “Hyundai Grandeur” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 150 manat miqdarında müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli Sığorta Aktından görünür ki, sığortalı Cavabdeh2 məxsus “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində X4 məxsus “Mercedes Benz” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1750 manat miqdarında müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli Sığorta Aktından görünür ki, sığortalı Cavabdeh2 məxsus “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində X11 məxsus “Mercedes Benz” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1400 manat miqdarında müəyyən edilmişdir. AD 159340 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə Cavabdeh2 etibarnaməsinin müddəti bitdikdən sonra “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi səbəbindən iddiaçının ona qarşı reqres hüququnun yaranması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1108.3-cü maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsində isə göstərilmişdir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilirsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırda Cavabdeh2 apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmayaraq, abtomobillərə dəymiş zərər üçün müəyyən edilmiş məbləği mübahisələndirir. İş materiallarından göründüyü kimi, avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixli 29207 saylı rəydən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1997-ci il buraxılışlı “Mercedes Benz C180” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1650,0 manat, nəzəri hesablama yolu ilə iş materiallarında olan «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2006-cı il buraxılışlı “Hyundai Grandeur” markalı **-SX- *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci 150,00 manat, nəzəri hesablama yolu ilə iş materiallarında olan «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1995ci il buraxılışlı “Mercedes Benz C 220” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci 1300 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi də ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh məhkəmə tərəfindən ekspert qarşısında fərqli suallar qoyulduğunu, ekspert tərəfindən isə həmin suallar əvəzinə başqa məsələlərə münasibət bildirdiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar avtomobillərə vurulmuş ziyanın məbləği ilə bağlı hissədə nəticəyə gəlməkdə müəyyən edilməli olan halların aydınlaşdırılmasına yol verən suallar olmuşdur. Həmçinin ekspert rəyindən də müəyyən edilir ki, ekspert tərəfindən qarşısında qoyulmuş suallara uyğun cavablar verilmişdir. Kollegiya onu da qeyd edir ki, «xxxx» MMC tərəfindən hər bir avtomobil üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli qüsur aktlarına əsasən yalnız “Mercedes Benz C180” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin axa yük qapağı və ön kapotunun və “Mercedes Benz C 220” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapotunun əvəz edilməsi zəruri hesab edilmişdir (işlənmiş ehtiyat hissələri ilə). Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğin ağlabatan və ədalətli olması barədə məhkəmənin qənaəti doğrudur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-494/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4388/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4388/2020
01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver