Məhkəmə qərarları › İş №2(103)-4391/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4391/2024

18.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4391/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1756/2024 nömrəli, 17 may 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, İddiaçı1 məxsus 20000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, Cavabdeh təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı2 məxsus 12000 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya 12000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Məmmədov Xəqanini təxminən 1998-ci ildən qonşu kimi tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Xəqanini təsadüfən 2019-cu ilin yay aylarında Bakı şəhərində görmüş və bir-biri ilə əlaqə saxlamaq üçün mobil nömrələrini vermişlər. Bundan təxminən bir ay sonra Xəqani zəng edib bildirmişdir ki, sələmə girovsuz pul istəyən olsa xəbər elə, ancaq inandığın insanlar olsun ki, səhər arada qalmayaq, bu işdə yaxşı xeyirləri də olacaq, çünki girovsuz pul olduğundan sələm (faiz) yüksəkdi, ordan onların də xeyri vardır. O, belə bir adam olsa xəbər edəcəyini demişdir. Təxminən 2019- cu ilin oktyabr ayının 3-5 aralığında o, idman layihələrinin təşkili ilə bağlı zərərə düşdüyündən Xəqaninin mobil nömrəsinə zəng edib 4000 dolların 3-4 günlük lazım olduğunu bildirmişdir. Təxminən bir neçə saat sonra Xəqani zəng edib 4000 dollar hazırdır deyərək, onu Mehdiabad qəsəbəsinə adını xatırlamadığı bir kafeyə çağırmışdır. X2 əmisioğlu olduğunu bildirdi və 4000 dollar Samirdən alıb sayaraq ona vermişdir. Daha sonra isə Xəqani bildirdi ki, “özün bilirsən ki, bu günkü gün heç kim heç kimə girovsuz pul vermir, bu məbləği də sənə girovsuz verdiyimizdən 3 gündən sonra tam olaraq 4000 dolları və əlavə 1500 dollar faizlə birlikdə qaytarmalı olacaqsan”. Arada olan razılaşmaya əsasən 3 gün tamam olduqda Xəqani zəng edib pulu istəyəndə bir az möhlət verilməsini istəmişdir. Xəqani 3 gün yenidən tamam olan kimi ardıcıl olaraq zəng edərək pulu tələb etməyə başlamışdır. Oktyabr ayının təxminən 20-si Xəqani zəng edərək demişdir ki, “gözün aydın, bunu istəyirdin?, dörd fara mercedesimi satıb sənin şişib 20000 manat olmuş borcunu bağladım.”. Bununla da, o, anlamışdır ki, “Xəqani onu yükləyir”. Oktyabr ayının sonları Xəqaniyə 5.000 dollar təklif etsə də razı olmamışdır. Əvəzində onu biabır edəcəyini bildirərək, əmisi, atasının adlarını da bu məsələyə qataraq saytlara verəcəyini bildirib, onu təhdid edərək özündən asılı vəziyyətə gətirməyə çalışmışdır. Noyabr ayının sonlarından artıq Samir də onu yığaraq pulu tələb etməyə başladı. O, isə onlara həmin 20000 manatı verməyəcəyini, yalnız götürmüş olduğu məbləği qaytaracağını bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortaları Xəqani zəng edərək qohumu Əli adlı şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində seçilmiş olmuş həbs qətimkan tədbirinin məhkəmədə ev dustaqlığı ilə əvəz edilməsində köməklik etməyini bildirmişdir. Xəqani bu işi həll edəcəyi təqdirdə aralarında olan dırnaq arası şişirdilmiş 20000 manatın faizlərini sildirəcəyini demişdir. O, bir neçə vəkil tanışları ilə məsləhət etdikdən sonra Əlinin işinə məhkəmədə baxıldığı təqdirdə onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ehtimalının böyük olduğunu və bu məsələ üçün 12.000 manatın lazım olacağını bildirmişdir. Bir neçə gün sonra Xəqani zəng edərək onu Bakı şəhəri Məmməd Araz küçəsində yerləşən “Avesta” Holdinqin qarşısına çağırmışdır. Orada ona 10000 manat pul vermiş, qalan 2000 manatı isə 2 gün sonra verəcəyini demişdir. Təxminən 3-4 gün sonra Xəqani zəng edərək 2000 manatı da çatdırmaq istədiyini bildirmişdir, onun işi olduğu üçün taksi sürücüsü Zəfəri göndərmişdir ki, Xəqanidən 2000 manatı götürərək ona çatdırsın. Zəfər də pulu Xəqanidən götürüb ona çatdırmışdır. Aradan təxminən bir neçə həftə keçdikdən sonra Xəqaniyə zəng edərək bildirmişdir ki, Əlinin ev dustaqlığı məsələsi əmələ gəlmir, görüşək pulu sənə qaytarım. Xəqani bu sözlərdən əsəbiləşərək telefonu bağlamışdır. Təxminən 1 saat sonra Xəqani zəng edərək demişdir ki, “işi nəyin bahasına olursa olsun həll etməlisən, mən o, adamın yanında hörmət sahibiyəm, ev dustaqlığı alınmasa da məhkəmənin sonunda hansısa qaydada buraxılmalıdır.”. O, bu işin mümkün olmadığını israrla bildirdikdə, Xəqani bildirmişdir ki, “özün bil işi həll etməsən, Əlinin çatası 12000 manat puldan əlavə 8000 manat da tələb edir, ümumilikdə 20000 manat verəcəksən”. Sonradan izahat vermək üçün prokurorluğa gedəndə orada məlum olmuşdur ki, Xəqani Əlinin işinə görə 20000 manat pul alıb xərclədiyi 8000 manatı onun boynuna atır. X4 Nazirliyinin rayon üzrə yanğın söndürmə xidmətinə qohumunu düzəltmə təklifini dekabr ayında etmişdir. Xəqani bildirmişdir ki, onun qohumunun 6-7 min manat pulu var, onun həmin vəzifəyə düzəltməyə kömək etsə, o pulu borcdan çıxacaq, lakin öncədən pul verməyəcək. O, şişirdilmiş 20.000 manat pulun qaytarılmasına vaxt udmaq üçün yalandan guya bir nəfər hörmətli şəxsə bu işin həll edilməsində yardımçı olmasını dediyini, lakin həmin şəxsin Respublikadan kənarda olmasını, gələndə bu işi həll edə biləcəyini Xəqaniyə bildirmişdir. Xəqani mütəmadi vaxtlarda həmin adamın gəlməsi barədə zəng edib soruşduqda, o da müxtəlif bəhanələrlə vaxtı uzadırmış. O, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhqiqatçının çağırışı ilə idarəyə gedərək izahatını verdikdən sonra, Xəqani onunla əlaqə saxlayaraq telefonda bildirmişdir ki, Əli Məhərrəmovun yanında hörmətdən düşməmək üçün Əli Məhərrəmovu zərərçəkmiş kimi tanıyacaqlar və onun qarşısında etibardan tam düşməməsi üçün ifadəsində guya onun işi ilə bağlı pulu Bakı Apellyasiya məhkəməsində rəhmətə getmiş hakim Əflatuna verməsini desin, o da öz növbəsində Əlini razılığa gətirəcək ki, ondan 20000 manat əvəzinə 8000 manatı almaz, eləcə 12000 manat pul qaytararsan. O, Xəqaniyə inanıb ifadəsində Əli ilə bağlı epizodda Xəqani dediyi kimi ifadə vermişdir. Sonradan barəsində həbs qətimkan tədbiri seçildiyi üçün ondan öncə də üzləşmədə onun yalanlarla üzünə durmasından sonra anlamışdır ki, Xəqani onu inandıraraq aldatmışdır. Eyni zamanda hökmdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs Cavabdeh özünü təqsirli bilməyərək ifadəsində İddiaçı1 pulu faizlə borc alması, İddiaçı2 oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə söz versə də, bunun müqabilində hər hansı məbləğdə pul almaması, Əli Məhərrəmovun həbsdən azad edilməsi üçün 20000 manat deyil 12000 manat pul alması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən müəyyən olunmuşdur ki, onun həmin ifadəsi iş üzrə şahid ifadələri, üzləşdirmə istintaq hərəkətləri, məhkəməfonoskopik ekspertizasının rəyi, "xxxx" MMC-dən 13 avqust 2020-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirilməsi protokolunda göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Cavabdeh məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir.

2. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2028/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmü təqsirləndirilən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilmiş, təqsirləndirilən Cavabdeh təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli 14 avqust 2020-ci il tarixdən hesablandığından və hazırda 03 il 03 ay 08 gün müddətində həbsdə olmaqla cəzasını çəkdiyi nəzərə alınaraq, cəzasını çəkmiş hesab edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla 2019-cu ilin oktyabr ayının əvvəllərində ondan yəni, İddiaçı1 birbaşa yolla özü Töhfə adlı restoranda, 1 həftə sonra Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsi 32/15-də pulu götürərək bu günə kimi geri qaytarmamışdır. Belə ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla 2019-cu ilin noyabr ayının əvvələrində ondan yəni, İddiaçı2 pul alaraq bu günə kimi qaytarmamışdır. Cavabdeh barəsində cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cavabdeh tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində olan xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək, həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilmiş, Cavabdeh 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablandığından və hazırda 03 il 03 ay 08 gün müddətinə həbsdə olmaqla cəzasını çəkdiyi nəzərə alınaraq, cəzasını çəkmiş hesab edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bu günə qədər Cavabdeh aldadaraq onlardan aldığı 32000 manat məbləğində pulu onlara qaytarmaqdan imtina edir. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 33300 manat məbləğində pulun və həmçinin tərəflərindən ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1756/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 20000 manat məbləğində pul vəsaitinin İddiaçı1 və 12000 manat məbləğində pul vəsaitinin İddiaçı2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün 190 manat dövlət rüsumunun 97%, yəni 184 manatının Cavabdeh İddiaçı2 xeyrinə tutulması, qalan 3%, yəni 6 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən göründüyü kimi cinayət işində şahid qismində ifadə verən hazırda isə İddiaçı2 ümumiyyətlə onu tanımamış və ona pul verməmişdir. Bundan başqa iddiaçı Şahverdiyev Samirin tələb etdiyi 20000 manatın 10000 manatını Zərifə Əliyeva adına göz xəstəxanasının qarşısında verməsi faktı öz təsdiqi tapmamış, cinayət işində əldə edilmiş anten məlumatlarına əsasən mən heç vaxt həmin ərazidə olmamışam. Məhkəmə tərəfindən istinad olunan cinayət işini materiallar tam araşdırılmamış, halbuki, məhkəmənin istinad etdiyi hökmün qəbul edilməsinə səbəb olan bütün cinayət işinin araşdırılması, orda olan izahatların araşdırılaraq hüququ qiymət verilməsi üçün vəsatət təqdim etmişdim. İddiaçıların iddia ərizəsində tələb etdikləri məbləğ mənim tərəfimdən qəbul edilməmiş, cinayət işində bu etiraf edilməmiş, iddiaçılar onlara vurulan ziyan kimi tələb etdikləri vəsaitin məbləğini sübut edə bilməmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

11. 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

19. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən, qətnamə iddia tələbinin təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1756/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

28. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

30. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

31. Hazırkı iş üzrə mülki işin materialları, iddiaçıların məhkəmə iclasında verdikləri izahatları və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündə cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı1 20000 manat məbləğində pul vəsaiti və İddiaçı2 12000 manat məbləğində pul vəsaiti alınmış və həmin məbləğlər hazırki günədək iddiaçılara geri qaytarılmamışdır.

32. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, İddiaçı1 məxsus 20000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, Cavabdeh təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı2 məxsus 12000 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya 12000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Məmmədov Xəqanini təxminən 1998-ci ildən qonşu kimi tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Xəqanini təsadüfən 2019-cu ilin yay aylarında Bakı şəhərində görmüş və bir-biri ilə əlaqə saxlamaq üçün mobil nömrələrini vermişlər. Bundan təxminən bir ay sonra Xəqani zəng edib bildirmişdir ki, sələmə girovsuz pul istəyən olsa xəbər elə, ancaq inandığın insanlar olsun ki, səhər arada qalmayaq, bu işdə yaxşı xeyirləri də olacaq, çünki girovsuz pul olduğundan sələm (faiz) yüksəkdi, ordan onların də xeyri vardır. O, belə bir adam olsa xəbər edəcəyini demişdir. Təxminən 2019- cu ilin oktyabr ayının 3-5 aralığında o, idman layihələrinin təşkili ilə bağlı zərərə düşdüyündən Xəqaninin mobil nömrəsinə zəng edib 4000 dolların 3-4 günlük lazım olduğunu bildirmişdir. Təxminən bir neçə saat sonra Xəqani zəng edib 4000 dollar hazırdır deyərək, onu Mehdiabad qəsəbəsinə adını xatırlamadığı bir kafeyə çağırmışdır. X2 əmisioğlu olduğunu bildirdi və 4000 dollar Samirdən alıb sayaraq ona vermişdir. Daha sonra isə Xəqani bildirdi ki, “özün bilirsən ki, bu günkü gün heç kim heç kimə girovsuz pul vermir, bu məbləği də sənə girovsuz verdiyimizdən 3 gündən sonra tam olaraq 4000 dolları və əlavə 1500 dollar faizlə birlikdə qaytarmalı olacaqsan”. Arada olan razılaşmaya əsasən 3 gün tamam olduqda Xəqani zəng edib pulu istəyəndə bir az möhlət verilməsini istəmişdir. Xəqani 3 gün yenidən tamam olan kimi ardıcıl olaraq zəng edərək pulu tələb etməyə başlamışdır. Oktyabr ayının təxminən 20-si Xəqani zəng edərək demişdir ki, “gözün aydın, bunu istəyirdin?, dörd fara mercedesimi satıb sənin şişib 20000 manat olmuş borcunu bağladım.”. Bununla da, o, anlamışdır ki, “Xəqani onu yükləyir”. Oktyabr ayının sonları Xəqaniyə 5.000 dollar təklif etsə də razı olmamışdır. Əvəzində onu biabır edəcəyini bildirərək, əmisi, atasının adlarını da bu məsələyə qataraq saytlara verəcəyini bildirib, onu təhdid edərək özündən asılı vəziyyətə gətirməyə çalışmışdır. Noyabr ayının sonlarından artıq Samir də onu yığaraq pulu tələb etməyə başladı. O, isə onlara həmin 20000 manatı verməyəcəyini, yalnız götürmüş olduğu məbləği qaytaracağını bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortaları Xəqani zəng edərək qohumu Əli adlı şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində seçilmiş olmuş həbs qətimkan tədbirinin məhkəmədə ev dustaqlığı ilə əvəz edilməsində köməklik etməyini bildirmişdir. Xəqani bu işi həll edəcəyi təqdirdə aralarında olan dırnaq arası şişirdilmiş 20000 manatın faizlərini sildirəcəyini demişdir. O, bir neçə vəkil tanışları ilə məsləhət etdikdən sonra Əlinin işinə məhkəmədə baxıldığı təqdirdə onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ehtimalının böyük olduğunu və bu məsələ üçün 12.000 manatın lazım olacağını bildirmişdir. Bir neçə gün sonra Xəqani zəng edərək onu Bakı şəhəri Məmməd Araz küçəsində yerləşən “Avesta” Holdinqin qarşısına çağırmışdır. Orada ona 10000 manat pul vermiş, qalan 2000 manatı isə 2 gün sonra verəcəyini demişdir. Təxminən 3-4 gün sonra Xəqani zəng edərək 2000 manatı da çatdırmaq istədiyini bildirmişdir, onun işi olduğu üçün taksi sürücüsü Zəfəri göndərmişdir ki, Xəqanidən 2000 manatı götürərək ona çatdırsın. Zəfər də pulu Xəqanidən götürüb ona çatdırmışdır. Aradan təxminən bir neçə həftə keçdikdən sonra Xəqaniyə zəng edərək bildirmişdir ki, Əlinin ev dustaqlığı məsələsi əmələ gəlmir, görüşək pulu sənə qaytarım. Xəqani bu sözlərdən əsəbiləşərək telefonu bağlamışdır. Təxminən 1 saat sonra Xəqani zəng edərək demişdir ki, “işi nəyin bahasına olursa olsun həll etməlisən, mən o, adamın yanında hörmət sahibiyəm, ev dustaqlığı alınmasa da məhkəmənin sonunda hansısa qaydada buraxılmalıdır.”. O, bu işin mümkün olmadığını israrla bildirdikdə, Xəqani bildirmişdir ki, “özün bil işi həll etməsən, Əlinin çatası 12000 manat puldan əlavə 8000 manat da tələb edir, ümumilikdə 20000 manat verəcəksən”. Sonradan izahat vermək üçün prokurorluğa gedəndə orada məlum olmuşdur ki, Xəqani Əlinin işinə görə 20000 manat pul alıb xərclədiyi 8000 manatı onun boynuna atır. X4 Nazirliyinin rayon üzrə yanğın söndürmə xidmətinə qohumunu düzəltmə təklifini dekabr ayında etmişdir. Xəqani bildirmişdir ki, onun qohumunun 6-7 min manat pulu var, onun həmin vəzifəyə düzəltməyə kömək etsə, o pulu borcdan çıxacaq, lakin öncədən pul verməyəcək. O, şişirdilmiş 20.000 manat pulun qaytarılmasına vaxt udmaq üçün yalandan guya bir nəfər hörmətli şəxsə bu işin həll edilməsində yardımçı olmasını dediyini, lakin həmin şəxsin Respublikadan kənarda olmasını, gələndə bu işi həll edə biləcəyini Xəqaniyə bildirmişdir. Xəqani mütəmadi vaxtlarda həmin adamın gəlməsi barədə zəng edib soruşduqda, o da müxtəlif bəhanələrlə vaxtı uzadırmış. O, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhqiqatçının çağırışı ilə idarəyə gedərək izahatını verdikdən sonra, Xəqani onunla əlaqə saxlayaraq telefonda bildirmişdir ki, Əli Məhərrəmovun yanında hörmətdən düşməmək üçün Əli Məhərrəmovu zərərçəkmiş kimi tanıyacaqlar və onun qarşısında etibardan tam düşməməsi üçün ifadəsində guya onun işi ilə bağlı pulu Bakı Apellyasiya məhkəməsində rəhmətə getmiş hakim Əflatuna verməsini desin, o da öz növbəsində Əlini razılığa gətirəcək ki, ondan 20000 manat əvəzinə 8000 manatı almaz, eləcə 12000 manat pul qaytararsan. O, Xəqaniyə inanıb ifadəsində Əli ilə bağlı epizodda Xəqani dediyi kimi ifadə vermişdir. Sonradan barəsində həbs qətimkan tədbiri seçildiyi üçün ondan öncə də üzləşmədə onun yalanlarla üzünə durmasından sonra anlamışdır ki, Xəqani onu inandıraraq aldatmışdır.

33. Eyni zamanda hökmdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs Cavabdeh özünü təqsirli bilməyərək ifadəsində İddiaçı1 pulu faizlə borc alması, İddiaçı2 oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə söz versə də, bunun müqabilində hər hansı məbləğdə pul almaması, Əli Məhərrəmovun həbsdən azad edilməsi üçün 20000 manat deyil 12000 manat pul alması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən müəyyən olunmuşdur ki, onun həmin ifadəsi iş üzrə şahid ifadələri, üzləşdirmə istintaq hərəkətləri, məhkəməfonoskopik ekspertizasının rəyi, "xxxx" MMC-dən 13 avqust 2020-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirilməsi protokolunda göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Cavabdeh məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir.

34. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2028/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmü təqsirləndirilən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilmiş, təqsirləndirilən Cavabdeh təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli 14 avqust 2020-ci il tarixdən hesablandığından və hazırda 03 il 03 ay 08 gün müddətində həbsdə olmaqla cəzasını çəkdiyi nəzərə alınaraq, cəzasını çəkmiş hesab edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur.

38. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

39. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər

40. Apellyasiya şikayətinə əsasən, cavabdehin mübahisələndirdiyi hal məhkəmə hökmündən göründüyü kimi, cinayət işində şahid qismində ifadə verən hazırda isə İddiaçı2 ümumiyyətlə onu tanımaması və ona pul verməməsidir. Bundan başqa iddiaçı Şahverdiyev Samirin tələb etdiyi 20000 manatın 10000 manatını Zərifə Əliyeva adına göz xəstəxanasının qarşısında verməsi faktı öz təsdiqi tapmamış, cinayət işində əldə edilmiş anten məlumatlarına əsasən cavabdeh heç vaxt həmin ərazidə olmamışdır. Cavabdehin apellyasiya şikayətinin əsası qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlıdır.

41. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırda apellyasiya şikayəti ilə cavabdeh barəsində olan cinayət işinə dair materialları faktiki olaraq mübahisələndirir. Kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdehin iddiaçılara münasibətdə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi sübut olunmuşdur.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1756/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar