Məhkəmə qərarları › İş №2(103)-4392/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4392/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4392/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X26 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5, Cavabdeh «xxxx» QSC-nin nümayəndəsi (vəkili) X9, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkili) X10 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «pul tələbi» barədə iddiası, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh «xxxx» QSC-yə qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-192/2021 saylı qətnaməsindən iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 220000 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» QSC ilə İddiaçı nümayəndəsi X13 arasında 22 avqust 2017-ci il tarixli ilkin alqı-satqı barədə razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən «xxxx» QSC-nin Bakı şəhər İcra Hakimiyyəıinin 7/437 saylı, 10 dekabr 1990-cı il tarixli Binəqədi RİH-nin 378 saylı 27.05.1993-cii il tarixli sərəncamına əsasən cəmiyyətin balansına verilmiş Bazar Kompleksinə aid olan Biləcəri qəsəbəsi Ordubadi 1 ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m. olan ikimərtəbəli ticarət obyekti X7 220000 manata satılması razılaşdırılmışdır. İlkin alqı-satqı olaraq X13 tərəfindən beh olaraq 110000 manat X11 ödənilmişdir. Yerdə qalan 110000 manat X13 tərəfindən 1 ay ödənilməsi öhdəsinə götürülmüşdür. Daha sonra cavabeh müəssisənin direktoru tərəfindən 22.08.2017-ci il tarixli alqı-satqı müqaviləsində aşağıdakı məzmunda qeyd yazılmışdır: «Adı çəkilən obyektin tam pulunu aldım 220000 manat aldım. Obyekt özəlləşdirildikdən sonra alqı-satqı zamanı İddiaçı 50000 manat ödəməyi öhdəsinə götürür». Qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə baxmayaraq müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmiş, həmçinin qeyri-yaşayış sahəsinin dəyəri olan 220000 manat məbləğində pul iddiaçıya ödənilməmişdir. Dəfələrlə müraciət olunsa da, nəticəsi olmamışdır. Həmçinin, cavabdeh 2 ildir pulu özündə saxladığından ona illik 5 faiz olmaqla 22000 manat pul da ödəməlidir. Eyni zamanda, cavabdehin hərəkətləri nəticəsində əsəb və sarsıntı keçirmiş, ona mənəvi zərər dəymişdir. Mənəvi zərəri 10000 manat qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bununla yanaşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdeh «xxxx» QSC-yə qarşı «pul tələbi» barədə iddia verərək, cavabdehdən 220000 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 22.08.2017-ci il tarixli ilkin alqı-satqı barədə razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən «xxxx» QSC-nin Bakı şəhər İcra Hakimiyyəıinin 7/437 saylı, 10 dekabr 1990-cı il tarixli Binəqədi RİH-nin 378 saylı 27.05.1993-cii il tarixli sərəncamına əsasən cəmiyyətin balansına verilmiş Bazar Kompleksinə aid olan Biləcəri qəsəbəsi Ordubadi 1 ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m. olan ikimərtəbəli ticarət obyekti X7 220000 manata satılması razılaşdırılmışdır. İlkin alqı-satqı olaraq X13 tərəfindən beh olaraq 110000 manat X11 ödənilmişdir. Yerdə qalan 110000 manat X13 tərəfindən 1 ay ödənilməsi öhdəsinə götürülmüşdür. Əgər deyilən bir ay müddətində qeyd edilən məbləğ ödənilməzsə verilmiş behin geri qaytarılması tərəflər arasında razılaşma əsasında adı çəkilən obyekt yalnız satıldıqdan sonra həyata keçirilməlidir. Daha sonra cavabeh müəssisənin direktoru tərəfindən 22.08.2017-ci il tarixli alqı-satqı müqaviləsində aşağıdakı məzmunda qeyd yazılmışdır: «Adı çəkilən obyektin tam pulunu aldım 220000 manat aldım. Obyekt özəlləşdirildikdən sonra alqı-satqı zamanı İddiaçı 50000 manat ödəməyi öhdəsinə götürür». Qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə baxmayaraq müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmiş, həmçinin qeyri-yaşayış sahəsinin dəyəri olan 220000 manat məbləğində pul iddiaçıya ödənilməmişdir. Həmçinin, cavabdeh 2 ildir ki, 220000 manat pulu özündə saxladığından ona Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla 22000 manat pul da ödəməlidir. Eyni zamanda, cavabdehin aldığı pulu qaytarmaması və ya əmlakı verməməsi nəticəsində əsəb və sarsıntı keçirmiş, nəticədə ona mənəvi zərər dəymişdir. Mənəvi zərəri 10000 manat qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 192/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) hər iki iddia ərizəsinin təmin olunmaması qət olunmuşdur İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını, iddiaların təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsi, cavabdeh tərəfindən saxta sənədin təqdim olunmasını, oradaki imzanın həqiqiliyinin yoxlanılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsi, cavabdeh tərəfindən saxta sənədin təqdim olunmasını, oradaki imzanın həqiqiliyinin yoxlanılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində son məhkəmə iclası zamanı 22 avqust 2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin saxtalaşdırılmış nüsxəsini təqdim edərək, həmin müqavilənin arxasında sadə yazılı formada razılaşma olmasını, həmin razılaşmaya əsasən guya özəlləşdirmənin Məmmədli Ayxanın öz öhdəsinə götürməsini, obyektin özəlləşdirilməsi hər hansı səbəbdən baş tutmasa, məsuliyyətin Məmmədli Ayxanın daşımasını, adı çəkilən obyektin alqı-satqısı baş tutmamış sayılmasını, eyni zamanda ona ödənilmiş pulun qaytarılmasının ancaq və ancaq göstərilən obyekt satıldıqdan sonra mümkün olmasını bildirmişdir. Halbuki, tərəflər arasında belə bir razılaşma olmamış, həmçinin oradakı imzaları Ayxan Məmmədli icra etməmişdir. Bu səbəbdən də məhkəmədən həmin sənədin sübut kimi qəbul edilməməsi, imzanın yoxlanılması üçün məhkəmə xəttşünaslıq ekspertizasının təyin olunması xahiş edilmiş, lakin məhkəmə hər hansı araşdırma aparmadan saxta sənədi sübut kimi qəbul edərək yekun məhkəmə aktı qəbul etmişdir. Bu səbəbdən də müstəqil ekspertizaya müraciət edərək, təqdim edilmiş həmin sənəddə olan imzanın Ayxan Məmmədliyə məxsus olub-olmamasının yoxlanılmasını xahiş etmiş, «X14» 05 mart 2021-ci il tarixli ekspert rəyi ilə imzaların Ayxan Məmmədliyə məxsus olmaması müəyyən olunmuşdur. Həmin ekspertiza rəyini məhkəmə kollegiyasına təqdim etmişlər. Ümumiyyətlə işdə olan digər sübutlar iddianın əsaslı olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Cavabdeh tərəf 220000 manat pulun alınmasını təsdiq etdikləri halda, onun qaytarılmaması üçün formal dəlillər irəli sürürlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, «xxxx» QSC ilə X13 arasında 22 avqust 2017-ci il tarixli ilkin alqı-satqı barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən 220000 manat pulun tərəflərindən alınmasını təsdiq edirlər. Cavabdeh tərəf lakin alqısatqının baş tutması üçün səy göstərmiş, lakin müəyyən səbəblərdən əmlakın özəlləşdirilməsi mümkün olmamışdır. Müqaviləyə görə pulun qaytarlıması yalnız əmlak başqasına satıldıqdan sonra həyata keçirilə bilər. Bu barədə tərəflərindən birinci instansiya məhkəməsinə təqdim olunmuş müqavilənin arxa tərəfində tərəflər arasında əlavə razılaşma barədə müvafiq qeyd aparılmışdır. İddiaçı hazırki iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Çünki, o müqavilənin tərəfi olmamışdır. X2 ilə «xxxx» QSC arasında bağlanmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı rədd etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan 22 avqust 2017-ci il tarixli, 22/y saylı ilkin alqı-satqı barədə razılaşma müqaviləsindən görünür ki, həmin müqavilə «xxxx» QSC-nin direktoru X15 ilə X13 arasında bağlanılmış, müqaviləyə əsasən, tərəflər, Bakı şəhər İcra Hakimiyyətinin 7/437 saylı 10 dekabr 1990-cı il tarixli, Binəqədi RİH-nin 378 saylı, 27.05.1993-cü il tarixli sərəncamına əsasən «xxxx» QSC-nin balansına verilmiş Bazar Kompleksinə aid olan, Biləcəri qəsəbəsi Ordubadi-1 ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m. olan ikimərtəbəli ticarət obyektinin «xxxx» QSC tərəfindən X7 220000 manata satılması, X13 tərəfindən beh olaraq 110000 manat pulun ödənilməsi, yerdə qalan 110000 manat pulun X13 tərəfindən 1 ay ödənilməli olması razılaşdırılmış, eyni zamanda 1 ay müddətində göstərilən məbləğin (qalıq 110000 manat) ödənilmədiyi təqdirdə verilmiş behin qaytarılmasının adı çəkilən obyektin satılmasından sonra həyata keçirilməsi razılaşdırılmışdır. İşdə olan sadə yazılı formada tərtib edilmiş qəbzdən görünür ki, «xxxx» QSC-nin direktoru X15 obyektin tam pulu olan 220000 manatı almasını imzası və hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir. İşdə olan X8 və X4 notariat qaydasında təsdiq edilmiş 09 sentyabr 2017-ci il tarixli və 10 sentyabr 2017-ci il tarixli ərizələrindən görünür ki, X16 və X12 təsisçiləri olduqları «xxxx» QSC-yə məxsus Bakı şəhər İcra Hakimiyyətinin 7/437 saylı 10 dekabr 1990-cı il tarixli qərarına və Binəqədi RİH-nin 378 saylı, 27.05.1993-cü il tarixli sərəncamına əsasən «xxxx» QSC-nin balansına verilmiş Bazar Kompleksinə aid olan 500 kv.m. olan ikimərtəbəli iaşə obyektinin iddiaçıya satılmasına etiraz etməmişlər. İşdə olan «xxxx» QSC-nin baş direktoru Ə.Kərimovun Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 19 sentyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, «xxxx» QSCnin balansına verilmiş sahəsi 500 kv.m olan obyektinin iddiaçının adına sənədləşdirilməsinə etirazının olmamasını göstərmişdir. Birinci instansiya məhkəməsi - tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olmasını, müqavilənin şərtlərinə görə pulun geri tələb edilməsinin yalnız əmlak satıldıqdan sonra razılaşdırıldığını, həmçinin pulun tələb edilməsi hüququnun iddiaçılardan hansına mənsub olmasının iddiaçılar tərəfindən əsaslandırılmamasını qeyd edərək iddiaların təmin olunmaması nəticəsinə gəlmiş, lakin qətnaməni işin hallarına uyğun əsaslandırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətlərinə əsasən ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməldiir ki, işin mübahisə olunmayan hallarına əsasən - X13 ilə «xxxx» QSC arasında 22 avqust 2017-ci il tarixli, 22/y saylı ilkin alqı-satqı barədə razılaşma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən müqavilə tərəfləri «xxxx» QSC-nin balansına verilmiş Bazar Kompleksinə aid olan, Biləcəri qəsəbəsi Ordubadi-1 ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m. olan ikimərtəbəli ticarət obyektinin «xxxx» QSC tərəfindən X7 220000 manata satılması barədə razılığa gəlmişlər. Həmin pul vəsaitindən X13 tərəfindən dərhal beh olaraq 110000 manat pul ödənilmiş, sonradan isə qalıq 110000 manat pul da ödənilmiş, beləliklə müqavilədə göstərilən pul vəsaiti tam olaraq ödənilmişdir. Lakin, sonradan müqavilədə göstərilən daşınmaz əmlakın alqı-satqısı cavabdeh tərəfindən həyata keçirilməmiş, həmçinin ödənilmiş 220000 manat pul qaytarılmamışdır. Cavabdeh tərəf qeyd edilən halları təsdiq etsə də, etirazının əsası kimi - ödənilmiş 220000 manat pulun yalnız obyekt satıldıqdan sonra qaytarılmalı olmasını göstərmişdir. Halbuki, tərəflər arasında bağlanmış 22 avqust 2017-ci il tarixli müqavilənin şərtlərində qalıq 110000 manat pulun 1 ay müddətində ödənilmədiyi halda verilmiş behin (110000 manat) qaytarılmasının adı çəkilən obyektin satılmasından sonra həyata keçirilməsi razılaşdırılmışdır. Göründüyü kimi, X13 müqavilə ilə üzərinə düşən öhdəliyi, yəni 220000 manat pulun tam ödənilməsini vaxtında yerinə yetirmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən müqavilənin qeyd edilən şərtinə istinad etməsi əsaslı sayıla bilməz. Beləliklə, işin müəyyən olunmuş hallarından, toplanmış sübutlardan və araşdırılmış sübutlardan aydın olur ki, müqavilə üzrə 220000 manat pul vəsaiti cavabdehə ödənilmiş, lakin sonuncu üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, eyni zamanda alınmış həmin pul vəsaiti də qaytarılmamışdır. Belə olan halda X13 ödənilmiş həmin pul vəsaitini (220000 manat) cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində (son məhkəmə iclası zamanı) 22 avqust 2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin digər nüsxəsi olduğunu iddia etdiyi müqaviləni təqdim edərək, həmin müqavilənin arxasında sadə yazılı formada razılaşma olmasını, həmin razılaşmaya əsasən obyektin özəlləşdirilməsinə çəkilən lazımi xərclərin Eldəniz tərəfindən ödənilməklə, özəlləşdirmənin Məmmədli Ayxanın öz öhdəsinə götürməsini, obyektin özəlləşdirilməsi hər hansı səbəbdən baş tutmasa, məsuliyyətin Məmmədli Ayxanın daşımasını, adı çəkilən obyektin alqı-satqısı baş tutmamış sayılmasını, eyni zamanda ona ödənilmiş pulun qaytarılmasının ancaq və ancaq göstərilən obyekt satıldıqdan sonra mümkün olmasını göstərmişdir. İddiaçı tərəf həmin müqavilə nüsxəsinə etiraz etmiş, müqavilənin saxta olmasını, X6 imzalarının saxtalaşdırılmasını, müqavilənin arxasında olan razılaşmanın bağlanmamasını və s. göstərmiş, bu halın müəyyənləşdirilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizasının təyin olunması xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, müqavilələrin adi gözlə baxdıqda fərqli tərtibatının olmasına baxmayaraq, cavabdeh tərəfin təqdim etdiyi müqavilənin və müqavilənin arxasında sadə yazılı formada olan razılaşmanın həqiqiliyini yoxlamamış, həmin məhkəmə iclasında iddianın rədd olunması barədə yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, cavabdeh tərəf əvvəlki etirazlarında sonradan belə bir razılaşmanın mövcudluğunu bildirməmiş, həmin sənədi əvvəlki məhkəmə iclaslarında təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə nəyə görə sonradan təqdim edilmiş müqavilənin digər tərəfin etirazlarına baxmayaraq mötəbər sübut kimi qəbul etməsini ümumiyyətlə əsaslandırmamışdır. Bu səbəbdən də iddiaçı tərəf sübutların əldə olunması üçün özəl ekspertə müraciət etmək məcburiyyətində qalmışdır. MPM-nin 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. MPM-in 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. MPM-in 101-1.3-cü maddəsinə əsasən ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. Apellyasiya baxışı zamanı təqdim edilmiş «X14» 05 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Ə.L.Kərimov və A.İ.Məmmədli arasında bağlanaraq imzalanması iddia edilən iki ədəd sənədin - tarixi 22 avqust 2017-ci il göstərilən «İlkin alqı-satqı barədə razılaşma müqaviləsi» adlı möhürsüz sənədin və tarixi 21 oktyabr 2017-ci il göstərilən «Razılaşma şərtləri» adlı əlyazma şəklində tərtib olunmuş sənədin – kserosurətlərində alıcı kimi «A.İ.Məmmədli» sözünün qarşısındakı imzalar X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, ekspertiza rəyi ilə cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi qeyd edilən sənəddə olan imzaların X13 tərəfindən icra olunması müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi iddiaçı tərəfin təqdim etdiyi müqavilənin həqiqiliyini mübahisələndirməmişdir. Həmin müqavilənin əslinin arxasında isə tərəflər arasında hər hansı əlavə şərtlərin razılaşdırılması barədə qeyd mövcud deyildir (iddiaçı tərəfin təqdim etdiyi müqavilənin əsli işə əlavə olunmuşdur). Həçminin, iddiaçı tərəfin təqdim etdiyi, həqiqiliyi mübahisələndirilməyən müqavilənin sonunda (üz vərəqinin aşağı tərəfində) müqavilədə göstərilən 110000 manat pulun alınması barədə hüquqi şəxsin direktoru Ə.L.Kərimov tərəfindən əlyazma formasında aparılmış qeyd olduğu halda, cavabdehin nümayəndəsinin təqdim etdiyi müqavilənin analoji hissəsində belə bir qeyd mövcud olmamışdır. Belə olan halda, cavabdehin nümayəndəsi tərəfindən sonradan təqdim edilmiş müqavilənin həqiqiliyinə əsaslı şübhə yaranır. Cavabdehin nümayəndəsi isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfin izahatı da özü-özlüyündə X6 iddiasının qeyd edilən hissədə rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işdə olan sübutları da nəzərə alaraq hesab edir ki, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi müqavilə etibarlı (həqiqi) olmamaqla, X1 iradə ifadəsi kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iddiası cavabdehdən 220000 manat pulun tutulması hissədə əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, X6 iddiası qalan hissədə (öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22000 manat pul, mənəvi zərərin əvəzi kimi 10000 manat) təmin oluna bilməz. Çünki, iddiaçı həmin hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MM-nin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası təmin oluna bilməz. Çünki, o, müqavilə tərəfi olmamış, bu səbəbdən də müqavilə üzrə ödənilmiş pulun qaytarılmasını tələb etməkdə subyektiv (tələb) hüquqları yaranmamışdır. Ödənilmiş pul vəsaitinin İddiaçı məxsus olması ilə bağlı məsələ isə onunla X13 arasında həll oluna bilər və bu hal hazırki mübahisənin qanuni həlli baxımından maneə təşkil etmir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiası qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021ci il tarixli, 2(001)-192/2021 saylı qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, «xxxx» QSC-dən X6 xeyrinə 220000 (iki yüz iyirmi min) manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə, həmçinin İddiaçı iddiası təmin olunmamalıdır. Həmçinin işdə olan qəbzdən görünür ki, iddiaçı X13 tərəfindən iddianın qaldırılması üçün 30 manat pul vəsaiti (dövlət rüsumu) ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin də cavabdehdən alınıb iddiaçı X7 verilməsi hissədə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «pul tələbi» barədə iddiası, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh «xxxx» QSC-yə qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-192/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 192/2021 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh «xxxx» QSC-dən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 xeyrinə 220000 (iki yüz iyirmi min) manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu vəsaiti tutulsun. X6 iddiası qalan hissədə, həmçinin İddiaçı iddia ərizəsi təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar