Məhkəmə qərarları › İş №2(103)-4395/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4395/2021

17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4395/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili və İddiaçı4 nümayəndəsi-vəkili Vəkil, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin nümayəndəsi X13, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda X8 vərəsələri qismində) və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı (“xxxx” MTK və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilməklə) “əmlakların həbsdən azad edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)-86/2021 saylı qətnaməsindən iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda X8 vərəsələri qismində) və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən onlara məxsus aşağıdakı əmlakların həbsdən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər: • X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 615B saylı mənzil; • X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; • X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; • X3 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil; • 47.169 manat dəyərində olan X3 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X34” markalı avtomaşın; • cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat; • İddiaçı1 adına “X26” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; • müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat hissəsi ödənilmiş İddiaçı1 adına “X26” kompleksində 609A saylı mənzil; • İddiaçı2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; • İddiaçı4 adıa olan AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X33” markalı avtomaşının; • İddiaçı4 məxsus “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı 3.032,26 manat; • X8 adına “X26” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; • X8 adına “X26” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; • müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat hissəsi ödənilmiş X8 adına “X26” kompleksində 1202A saylı mənzil; • müqavilə qiyməti 608.260 manat olan və 407.406 manat hissəsi ödənilmiş X8 adına “X26” kompleksində 1201A saylı mənzil. İddia tələbi onunla əsaslandırılmışdır ki, sadalanan əmlakların üzərinə həbs qoyulması onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Əliyev X20 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğlərdə gəlirlər əldə edir. Rusiya Federasiyası vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin gəlirləri haqqında” arayışlardan görünür ki, İddiaçı1 gəliri 2007-ci ildə 23,294,743 rubl (məzənnə ilə 931790 ABŞ dolları), 2008-ci ildə 23499972 rubl (məzənnə ilə 979166 ABŞ dolları), 2009-cu ildə 23490296 rubl (məzənnə ilə 783010 ABŞ dolları), 2010-cu ildə 24700015 rubl (məzənnə ilə 823334 ABŞ dolları), 2011-ci ildə 26599986 rubl (məzənnə ilə 886666 ABŞ dolları), 2012-ci ildə 29699615 rubl (məzənnə ilə 989987 ABŞ dolları) olmuşdur. Göründüyü kimi, İddiaçı1 illik rəsmi gəlirləri 2007-2012-ci illər arası hər il üçün 1 milyon ABŞ dollarına yaxın olmuşdur. Qeyd edilən faktlar müvafiq rəsmi arayışlarla təsdiq edilir və onun adına olan əmlakların qanuni gəlirlər hesabına əldə edilməsini sübut edir. Bundan əlavə, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın həyat yoldaşından ayrılması ilə bağlı müvəqqəti yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsusdur. Bundan əlavə, "X26" kompleksindəki 1.759.500 manat dəyərində olan X3 adına yazılmış “xxxx” MTK-nın Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 615B saylı mənzil və həmin kompleksdəki 40 və 236 saylı dayanacaqlar İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun “xxxx” ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş və həmin mənzillərin faktiki sahibi İddiaçı1dur. Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 615B saylı mənzil, həmin kompleksdə olan 63.000 manat dəyərində qiymətləndirilmiş 40 nömrəli avtomobil dayanacaq sahəsi və 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun “xxxx”ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş, həmin mənzillərin faktiki sahibi İddiaçı1dur, Əliyeva (Seyidova) Ülviyyə Akif qızının həmin əmlaklara aidiyyatı yoxdur. 515.200 manat dəyərində olan X3 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil isə 2000-ci ildən əvvəl alınmışdır. Həmin mənzilə tələb yönəldilməsinə dair ittiham aktında heç bir qeyd olmamışdır, bu, Ağır Cinayətlər məhkəməsinin hakimi tərəfindən səhv olaraq, hökmə daxil edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın (Əliyevanın) yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev İİ, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızılzinət əşyaları, 3,215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsus olmuşdur. Həmin mənzilə münasibətdə məhkəmə tərəfindən haqlı olaraq müsadirə tətbiq edilməmişdir. Bununla bağlı məhkəmə hökmündə də xüsusi olaraq qeyd edilmişdir ki, “Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X8 mülkiyyətində olan ... Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə X14 müstəqil əmək fəaliyyəti ilə məşğul olduğundan və adı çəkilən daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir”. Göründüyü kimi, qeyd edilən mənzil xüsusi müsadirəyə məruz qalmadığı halda, ümumiyyətlə, İddiaçı3 həmin mənzilin mülkiyyətçisi, nə sahibi olmadığı halda, həmin mənzildən götürülmüş pul və zinət əşyalarının İddiaçı3 məxsus olmadığı aşkardır. 47.169 manat dəyərində qiymətləndirilmiş X3 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X34” markalı avtomobil X10 özünə məxsus olmuş “Lexus RX-300” markalı avtomobilin satışından əldə etdiyi vəsait hesabına almışdır. İddiaçı4 məxsus 48.217,20 manat dəyərində olan AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X33” markalı avtomaşın və onun “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat İddiaçı4 xüsusi mülkiyyəti olmaqla, cinayət işinə heç bir aidiyyatı yoxdur və yuxarıda istinad edilən məhkəmə hökmü və qərarında da bu hal sübut edilməmişdir. X8 adına olan əmlaklara münasibətdə qeyd olunmalıdır ki, İddiaçı2 mərhumun arvadı, İddiaçı1 mərhumun oğlu, İddiaçı3 isə mərhumun qızı olmaqla X8 hüquqi varisləridir. 02 sentyabr 2017-ci il tarixdə X14 vəfat etmişdir. Bu barədə 3 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən 07.09.2017-ci il tarixli, AZ-İ 897182 saylı “Ölüm haqqında Şəhadətnamə” verilmişdir. İddiaçıların X8 vərəsəsi olmaları həmçinin Bakı şəhəri 29 saylı notariat kontorunun 03 yanvar 2019-cu il tarixli, 1 saylı Arayışı ilə də təsdiq edilir. İddiaçı2 mərhum əri X14 ilə rəsmi nikahda olmuşdur və mərhumun adına olan əmlaklar onların birgə nikahı dövründə əldə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)-86/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “X26” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərin həbsdən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. İddiaçılar apelyasiya şikayətində qətnamənin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, onlar əmlakın həbsdən azad edilməsi üzrə hüquqlarını məhz Cinayət Prosessual Məcəlləsinin 253.0-cı maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirmək qərarına gəlmişlər və bu səbəbdən də hökmdən verilmiş apelyasiya şikayətlərini geri götürmüşlər. Məhkəmənin həmçinin öz qətnaməsini əsaslandırmaq üçün Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinad etməsi də prosessual hüquq normasının düzgün tətbiq edilməməsidir. İddiaçı1, İddiaçı2, İddiaçı4 həmin hadisəyə heç bir aidiyyəti yoxdur, onlar həmin cinayət işi üzrə nə təqsirləndirilən şəxs, nə də “üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxs” qismində mülki cavabdeh kimi çıxış etməmişlər. Onların mülkiyyətində olan əmlakların Vergilər Nazirliyinin əslində mövcud olmayan “mülki iddiasının” ödənilməsinə yönəldilməsi də hüquqi cəhətdən tamamilə əsassızdır. Məhkəmə cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərə istinad edərək, X8 uzun müddət əmək fəaliyyəti ilə məşğul olmasına və öz ixtisası üzrə bir çox nailiyyətlər əldə etmiş şəxs olmasını nəzərə aldığını qeyd etməklə, onun əmlakları üzərinə həbs qoyulmasının əsassız olması nəticəsində gəlsə də, nəzərdən qaçırmışdır ki, İddiaçı2 adına olan əmlaklar da X14 ilə birgə nikah dövründə əldə edilmiş əmlaklardır və belə olan halda, həmin əmlakların da əldə edilməsinin legitimliyi şübhə altına alına bilməzdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edilmişdir. Apelyasiya şikayətinə görə maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17.06.2020-ci il tarixli 1(102)-300/2020 nömrəli qanuni qüvvəyə minmiş qərarından da göründüyü kimi müsadirə edilən əmlakların Ü.A.Seyidovanın cinayət yolu ilə əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə qohumları - X8, İddiaçı1, İddiaçı2, İddiaçı4 və Seyidov X9 adına sənədləşdirməsi məhkəmə araşdırmaları zamanı tamamilə sübuta yetirilmişdir. Məhkəmə qərarından da göründüyü kimi həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə qərar qəbul edərkən bildirmişdir ki, üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan “xxxx” MTK cinayət işi çərçivəsində hər hansı işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü mübahisələndirmək imkanı olmadığını, belə olan halda isə iddia tələbinin “X26” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərə münasibətdə əsaslıdır. Bununla bağlı bildirilir ki, eyni cinayət işi ilə əlaqədar, sadəcə icraatı ayrı şəkildə aparılmış digər (iş nömrəsi: 1(102)808- 18 nömrəli, 30.10.2018-ci il tarixli) işdə “xxxx” MTK-nın sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək mənzillərin xüsusi müsadirə edilməsi məsələsi həll edilərkən onların iştirakının təmin edilmədiyindən, onların iştirakının təmin edilməsi barədə təqdimat verilməsini xahiş etmişdir. Ali Məhkəmənin sədri tərəfindən təqdimat verildikdən sonra “xxxx” MTK-nın sədri yeni ərizə ilə müraciət edərək əvvəlki müraciətinin geri qaytarılmasını xahiş etmişdir. Bununla əlaqədar Ali Məhkəmənin sədri də təqdimatı geri götürdüyü barədə müraciət etmiş və təqdimat geri qaytarılmışdır. Göründüyü kimi ümumilikdə “xxxx” MTK-nın məhkəmə proseslərindən xəbəri olmuş və digər bununla əlaqədar işdə təqdimatla çıxış etdiyini və sonradan bundan imtina etdiyi məhkəmə qərarında da öz əksini tapmışdır. Başqa sözlə məhkəmənin indiki halda “xxxx” MTK-nın hüquqlarının pozulması ilə əlaqədar bildirdiyi fikrilərin heç bir hüquqi əsası olmamışdır. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən hüquqi şəxsin hüquqlarının pozulduğunu bildirsə də, indiki qərarı ilə dövlətə çatmalı olan vergilərin hansı qaydada ödənilməsini aydınlaşdırmamışdır. Kollegiyanın 03.05.2021-ci il tarixli iclasında X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf öz apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi İdarənin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. “xxxx” MTK-nın nümayəndəsi isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçıların apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edilməmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,94 ha torpaq sahəsinə və Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzilinə aid hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmünün hökm etdi hissəsində qeyd olunmuşdur ki, “... cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 1.759.500 manat dəyərində olan X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 615B saylı mənzil; 63.000 manat dəyərində olan X3 adına “xxxx” MMCdən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X8 adına “X26” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X8 adına “X26” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı1 adına “X26” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; 3.212.600 manat dəyərində olan X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 1709 saylı bağın 0,04ha hissəsi; 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 58 №-li evin, 9 nömrəli mənzili; 515.200 manat dəyərində olan X3 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 60 saylı evin 9 saylı mənzil; 47.169 manat dəyərində olan X3 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X34” markalı avtomaşın; 50.313,60 manat dəyərində olan Seyidov X9 adına qeydiyyata alınmış AZ**-XG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; 134.169,60 manat dəyərində olan Seyidov X9 adına qeydiyyata alınmış AZ**-FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X36” markalı avtomaşın; 48.217,20 manat dəyərində olan İddiaçı4 adına qeydiyyata alınmış AZ**-CD- *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X33” markalı avtomaşın barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin daşınar və daşınmaz əmlaklar xüsusi hərrac vasitəsilə satılsın, əmlakların satışından əldə olunan pul vəsaiti Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə İddiaçı4 Mirmehdi oğlunun “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın yaşadığı mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat, eləcə də Rəhim Hacıyevin istintaq zamanı ödədiyi 104.600 manat pul Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X8 adına “X26” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X8 adına “X26” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X26” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılsın, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin, yerdə qalan məbləğlər isə “X26” kompleksinin mülkiyyətçisinə ödənilsin”. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 1(103)-708/2018 saylı qərarından görünür ki, həmin qərarla maraqlı şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, eləcə də X8 hüquqi varislərinin (İddiaçı1, İddiaçı2 və X3) nümayəndəsinin apelyasiya şikayətlərinin baxılmasına xitam verilmiş, apelyasiya protesti, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apelyasiya şikayətləri təmin olunmamış; Bakı Ağır Cinayətlər Məhkəməsinin X2 haqqındakı 14 mart 2018-ci il il tarixli hökmü dövlət ittihamçısı apelyasiya protestinə, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 30.10.2019-cu il tarixli, 1(102)-1087/2019 saylı qərarından görünür ki, həmin qərarla məhkum X10 barəsində Bakı Apelyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, zərərçəkmiş şəxslər “xxxx Services Limited” şirkəti, “AMEK X27.Limited” şirkəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 1(102)-300/2020 saylı qərarından görünür ki, həmin qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X3 barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarından məhkum Ülviyyə Seyidovanın müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş X3 barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə istinad edərək hazırki iddianı qaldırmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Kollegiya əvvəla qeyd edir ki, hazırki iddia tələbinin prosessual əsasını CPM-in 253cü maddəsi təşkil etmir. Belə ki, qeyd edilən norma cinayət mühakimə icraatı qaydasında ibtidai araşdırma zamanı üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi qaydasını müəyyən edir. Hazırki iddianın prosessual əsasını Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsi təşkil edir. Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsinə əsasən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir (183.1). Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir (183.2). Göründüyü kimi, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququnun mübahisələndirilməsinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır və həll edilir. Hazırki iddia tələbi də yekun məhkəmə qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququ ilə bağlı olduğundan mülki mühakimə icraatı çərçivəsində baxılması qanuni və əsaslıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündən müəyyən edilir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi əsası ilə aşağıdakı daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur: - 1.759.500 manat dəyərində olan X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 615B saylı mənzil; - 63.000 manat dəyərində olan X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; - 63.000 manat dəyərində olan X3 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; - 63.000 manat dəyərində olan X8 adına “X26” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; - 63.000 manat dəyərində olan X8 adına “X26” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; - Müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X8 adına “X26” kompleksində 1202A saylı mənzil; - Müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X8 adına “X26” kompleksində 1201A saylı mənzil; - Müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X26” kompleksində 609A saylı mənzil; - 63.000 manat dəyərində olan İddiaçı1 adına “X26” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; - 1.408.000 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 185 nömrəli binanın 1-ci yarımzirzəmisində 176 kv.m ölçüdə qeyri yaşayış sahəsi; - 509.200 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən 185 nömrəli binada 134,3 kv.m qeyri yaşayış sahəsi; - 664.200 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 185 nömrəli binada 246 kv.m ümumi sahədən ibarət olan 2 nömrəli mənzil; - 234.900 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 32 nömrəli mənzil; - 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzil; - 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 1-ci giriş, 36 nömrəli mənzil; - 372.600 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 2-ci giriş, 8 nömrəli mənzil; - 461.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 1-ci giriş, 31 nömrəli mənzil; - 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,94 ha torpaq sahəsi; - 966.299 manat dəyərində olan X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dəniz yolu ünvanında mülkiyyətində olan 0,84026 ha torpaq sahəsi; - 3.212.600 manat dəyərində olan X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1709 saylı bağ sahəsinin 0,04 ha hissəsi; - 702.000 manat dəyərində olan X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1708A saylı bağ sahəsinin 0,06 ha hissəsi; - 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 58 nömrəli evin, 9 nömrəli mənzili; - 515.200 manat dəyərində olan X3 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil; - 47.169 manat dəyərində olan X3 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X34” markalı avtomaşın; - 50.313,60 manat dəyərində olan Seyidov X9 adına qeydiyyata alınmış AZ**-XG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; - 134.169,60 manat dəyərində olan Seyidov X9 adına qeydiyyata alınmış AZ**-FE- *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X36” markalı maşın; - 76.518,60 manat dəyərində olan X8 adına qeydiyyata alınmış AZ**-BR-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı maşın; - 48.217,20 manat dəyərində olan İddiaçı4 adına qeydiyyata alınmış AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X33” markalı maşın. Həmçinin, İddiaçı4 Mirmehdi oğlunun “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı 3032,26 manat vəsaitin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş əmlakların siyahısından görünür ki, Ülviyyə Seyidova ilə yanaşı onun atası Akif Əliyev və anası İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakların da üzərinə həbs qoyulmuşdur. Hökmdə qeyd edilmişdir ki, «Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində konkret olaraq hansı əmlakların xüsusi müsadirə əsasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alına bilinməsi göstərilmişdir və həmin maddənin tələbinə əsasən yalnız və yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və əmlakın xüsusi müsadirə edilməsindən bəhs olunur. Üzərinə həbs qoyulmuş əmlakların siyahısından görünür ki, Ülviyyə Seyidova ilə yanaşı onun atası Akif Əliyev və anası İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakların da üzərinə həbs qoyulmuşdur. Lakin məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Ülviyyə Seyidovanın atası X14 uzun müddət (hazırki dövrədək) əmək fəaliyyəti ilə məşğul olmuş və öz ixtisası üzrə bir çox nailiyyətlər əldə etmiş şəxs olmuşdur. X8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dəniz yolu ünvanında mülkiyyətində olan 0,84026 ha torpaq sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1708A saylı bağ sahəsinin 0,06 ha hissəsi; İddiaçı2 mülkiyyətində olan ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasında 134,3 kv.m və 176 kv.m qeyri-yaşayış sahələri; Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 185 185 ünvanında inşa edilmiş yaşayış binasında 246 kv.m ümumi sahədən ibarət 5 otaqlı 2 nömrəli mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 1-ci giriş, 31 nömrəli mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 1-ci giriş, 36 nömrəli mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 2-ci giriş, 8 nömrəli mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 32 nömrəli mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə X14 müstəqil əmək fəaliyyəti ilə məşğul olduğundan və adı çəkilən daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir, həmçinin X8 adına qeydiyyata alınmış AZ**-BR-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşının üzərinə qoyulmuş həbs götürülməli və həmin əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir». ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş 23.01.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 (Satıcı) ilə İddiaçı2 (Alıcı) arasında bağlanılmış 23.01.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolunda mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m ümumi, 170,2 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını Alıcının mülkiyyətinə verir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.03.2009-cu il tarixli 2(102)-357/09 nömrəli Qərarından da görünür ki, U.R.Məmmədov 02.11.2006-cı il tarixdə mülkiyyətində olan 106,3 kv.m qeyri-yaşayış sahəsini və 0,84 ha torpaq sahəsini Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş müqaviləyə əsasən X12, X6 isə 23.01.2007-ci il tarixdə mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m qeyri-yaşayış sahəsini Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən İddiaçı2 satmışdır. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,84 ha torpaq sahəsi 2006-cı il tarixdə X14 tərəfindən alınmış, Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi də təxminən eyni ərəfədə - 23.01.2007-ci il tarixdə İddiaçı2 tərəfindən alınmışdır. Akif Əliyev və Elmira Saibovna (ər-arvad) tərəfindən ayrı-ayrı alqı-satqı müqaviləsi ilə eyni ərazidə olan iki torpaq sahəsi alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən X12 məxsus Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,84 ha torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülsə də, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi üzərində olan həbs götürülməmişdir. İş materiallarından aydın olur ki, Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi 2007-ci ildə Elmira Saibovna tərəfindən özünün (ola bilər mərhum ərinin) qazancı hesabına alınmışdır, bu əmlakın Ülviyyə Seyidovanın cinayət yolu əldə etdiyi vəsait hesabına alınması inandırıcı və ağlabatan hesab edilmir, ona görə də Kollegiya hesab edir ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi həbsdən azad edilməlidir. Bundan başqa ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş 26.02.2003-cü il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən ünvan 8 ünvanda yerləşən 4 otaqlı 184 kv.m ümumi sahədən ibarət 9 saylı mənzili X10 tərəfindən alınmışdır. Apelyasiya baxışı zamanı X15 ərizə ilə müraciət edərək, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş və Kollegiya tərəfindən o, işə cəlb edilmişdir. Ərizədən və iş materiallarından müəyyən edilir ki, Seyidov X15 ilə Əliyeva (Seyidova) Ülviyyə Akif qızı 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, nikahın pozulması haqqında şəhadətnamədən də görünür ki, 2018-ci ildə nikahları ləğv edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60, 9 saylı mənzil 2003-cü ildə yəni, Ülviyyə Seyidova ilə X32 birgə nikah dövründə əldə edilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən müəyyən edilir ki, Ülviyyə Seyidova 2004cü il tarixdən Şirkətdə işləməyə başlamışdır. Belə olan halda, həmin əmlakın Ülviyyə Seyidova tərəfindən cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilməsi qənaətinə gəlmək və bu əsasla üzərində həbsin saxlanılması yolverilməzdir. Kollegiya qeyd edir ki, X15 qeyd edilən əmlak ilə bağlı iddia tələbi irəli sürməsə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizəsində birgə nikah dövründə əldə edildiyini iddia etdiyi əmlakların, o cümlədən qeyd edilən mənzilin həbsdən azad edilməli olduğunu göstərmişdir. Kollegiya hesab edir ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60, 9 saylı mənzilin üzərində həbsin saxlanılması üçüncü şəxs qismində cəlb edilmiş X9 mənafeyinə toxunur və onun hüquqlarını pozur. X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60, 9 saylı mənzili həbsdən azad edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddia təmin edilmiş və X10 və X4 müştərək qaydada 4.869.054,46 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Hökmdə göstərilmişdir ki, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607986 manat olan və 407126 manat ödənilmiş X8 adına “X26” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X8 adına “X26” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan və 204207 manat ödənilmiş İddiaçı1 adına “X26” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılmalı, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməli, yerdə qalan məbləğlər isə “X26” kompleksinin mülkiyyətçisinə ödənilməlidir. İş materiallarından müəyyən edilir ki, “X26” kompleksində yerləşən müqavilə qiyməti 607986 manat olan 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat olan 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan 609A saylı mənzillərin dəyəri tam ödənilməmiş (1201A və 1202A saylı mənzillərin dəyərinin 66%, 609A saylı mənzilinin isə dəyərinin 33% ödənilmişdir) və belə olan halda mənzillərin alıcıları olan X14 və İddiaçı1 həmin mənzillərə mülkiyyət hüququ əldə etməmiş və onların mənzillərin satıcısı - “xxxx” MTK qarşısında öhdəlikləri icra edilməmiş qalmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, belə olan halda həmin mənzillərin üzərində həbsin saxlanılması bir tərəfdən mənzillərin alıcılarının həddən artıq əsassız yüklənməsinə (icra olunmamış müqavilələr üzrə cərimələrin ödənilməsi və s.), digər tərəfdən isə işə ümumiyyətlə heç bir aidiyyəti olmayan hüquqi şəxsin əhəmiyyətli dərəcədə zərər çəkməsinə səbəb olacaq. Hökmdə qeyd olunan mənzillərin xüsusi hərrac vasitəsilə satılaraq, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 407126 manat, 407406 və 204207 manatın cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin isə “X26” kompleksinin mülkiyyətçisinə ödənilməsi nəzərdə tutulmaqla əslində müqavilə hüququnun təsir dairəsində olan məsələlər birtərəfli olaraq həll olunmuş, alıcıların icra olunmamış öhdəlikləri və satıcının hüquqları qeyri-müəyyən vəziyyətdə saxlanılmışdır. Üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan “xxxx” MTK cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü mübahisələndirmək imkanı olmamışdır. Belə olan halda məhkəmə iddia tələbinin “X26” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərə münasibətdə əsaslı olması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, həmin hissədə məhkəmənin qənaəti qanuni və əsaslıdır. Həmin mənzillərin dəyəri tam ödənilmədiyindən müvafiq olaraq Akif Əliyev və İddiaçı1 mülkiyyət hüququ əldə etməmişdir, mülkiyyətçi olan “xxxx” MTK isə cinayət işi üzrə cəlb edilməmişdir. İddia tələbinin qalan hissələri ilə bağlı da Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin şikayətinin dəlilləri əsassızdır. Kollegiya onu da qeyd edir ki, hökmlə təmin olunan və X10 və X4 müştərək qaydada tutulmalı olan mülki iddianın həcmi 4.869.054,46 manat olduğu halda, təkcə X7 aid edilərək üzərinə həbs qoyulmuş əmlakların (daşınar və daşınmaz əmlaklar, qızıl-zinət əşyaları, nağd pul və s.) dəyəri təxminən 8.800.000 manat təşkil etmişdir. Başqa sözlə, hazırki iddianın qismən təmin edilməsi cinayət işi üzrə təmin edilmiş mülki iddianın ödənilməsinə mane olmur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. İddiaçıların apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)- 86/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60, 9 saylı mənzilə aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60, 9 saylı mənzil həbsdən azad edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar