Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4399/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-1549/2020 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi, “Audi A5” minik markalı, ** VV ***(10 –UM-505) dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 77063(yetmiş yeddi min altmış üç) manatın və mənəvi zərərin əvəzi olaraq 30000(otuz min) manatın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Audi A5” markalı 90VV830 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi 111850 (yüz on bir min səkkiz yüz əlli) manatın, 30 (otuz) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-1549/2020 saylı qətnaməsi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, 33.027,92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı, cəmi 33.040,92 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə də rədd edilməsi, qarşılıqlı iddianın rədd edilən hissədə ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirdikləri hissələrdə qanunsuz və əsassız hesab edir. Hazırkı halda baş vermiş əməliyyatlar təsadüfi, ixtiyari və əsassız səciyyə daşımır. İddiaçı ilə cavabdeh arasında razılıq olmuş, bu razılığa əsasən əşya (nəqliyyat vasitəsi) etibarnamə əsasında iddiaçının sahibliyinə verilmiş, iddiaçı əşyaya (nəqliyyat vasitəsinə) faktik sahibliyi həyata keçirməyə, ondan istifadə etməklə onun faydalı təbii xassələrini hasil etmə, habelə ondan fayda götürməyə başlamış və bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunu təsadüfi, ixtiyari və əsassız deyil məhz bu əsasla ödəməyə başlamışdır. Göründüyü kimi, 13.08.2014-cü ildə 7E-9128 reyestr nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında notarial etibarnamənin verilməsi əslində alqı-satqı barədə əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqddir və Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Belə olan halda məhkəmənin öz əvvəlki mövqeyinə zidd olaraq “tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir” mövqeyini sərgiləməsi anlaşılan olmamaqla yanaşı məhkəmənin şərh etdiyi Mülki Məcəllənin 1091-ci maddənin şərtlərinə də ziddir və hüququn tətbiqində səhvdir. Göründüyü kimi bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunun ödənilməsi əsassız və birtərəfli qaydada əvəzsiz səciyyə daşımamışdır, məhkəmə özü də nəqliyyat vasitəsinin İddiaçı satılması qənaətinə gəlmişdir ki, belə olan halda tərəflər arasında olmuş münasibətlərə əsassız varlanma qaydaları tətbiq edilə bilməzdi. Cavabdeh 13.08.2014-cü il tarixindən sonra nəqliyyat vasitəsinə mülkiyyət hüququnu İddiaçı ötürmək və sonuncunun da bu əmlakı mülkiyyətə qəbul etmək niyyətində olsalar da ipoteka ilə yüklülük bu əməliyyatı icra etməyə imkan verməmiş, əməliyyat etibarnamə verilməsi ilə pərdələnmişdir. Cavabdeh daşınar əmlakın rəsmi reyestrində mülkiyyətçi kimi qalmaqda davam etmişdir və məntiqlidir ki, kredit borcu ödənildikdən sonra sövdələşmə şərtlərinə riayət ediləcəyi şərti ilə mülkiyyət hüququnun rəsmi ötürülməsi baş tutmalı idi. Bu baxımdan məhkəmənin "‘'Cavabdeh... mülkiyyət hüququnu bərpa etməklə ... əsassız varlanmışdır” ifadəsi hazırkı iş üçün heç bir əhəmiyyət kəsb etmir və əsassız varlanma kontekstində yararsız qənaətdir. Digər tərəfdən məhkəmə "mülkiyyət hüququnu bərpa etməklə" ifadəsində nəyi nəzərdə tutduğunu birbaşa göstərməsə də qətnamənin ümumi kontekstindən belə başa düşmək olar ki, söhbət Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə cinayət törədilməsi nəticəsində yaranmış qanunsuz vəziyyətdi aradan qaldırılaraq «Audi A5» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta etibarnamə əsasında aparılmış 02.02.2018- ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək ləğv edilməsindən gedir. Qeyd edilməlidir ki, bağlandığı andan etibarsız olan kriminal əqdin onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmaması əsas götürülməklə cinayətin nəticələrini aradan qaldıran hökmə belə yanaşma tamamilə yanlışdır. Kreditin bağlanma anında olan faktiki vəziyyət ilə, hökmün qüvvəyə mindiyi anda olan faktiki vəziyyət arasında heç bir fərq yoxdur. Belə ki, hökm kriminal nəticəni aradan qaldırmaqla kreditin bağlanma anında olan vəziyyəti bərpa etmişdir. Həmin vəziyyətdə isə İddiaçı etibarnamə ilə alqısatqı əməliyyatını yekunlaşdırması üçün sövdələşməyə uyğun şərtləri icra etməsi tələb edilirdi. Belə olan halda isə əsassız varlanma halı mövcud olmur, məhkəmə faktlara münasibətlərin mahiyyətini nəzərə almaqla, tərəflərin yalan əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməli idi. Belə yanaşma məhkəmənin tərəflər arasında alqı-satqı baş tutması barədə mövqeyinə də uyğun olardı və hal-hazırda mövcud olan daxilən ziddiyətli vəziyyət yaranmazdı. Məhkəmənin nəqliyyat vasitəsindən uzun müddət istifadənin nəticələrini nəzərə almaması hüquqdan sui-istifadə - qarşılıqlı iddianın rədd edilməsinin əsassızlığı. Əşya (nəqliyyat vasitəsi) etibarnamə əsasında İddiaçı sahibliyinə verilməklə, əşyaya (nəqliyyat vasitəsinə) onun tərəfindən faktik sahiblik həyata keçirilməyə, ondan istifadə etməklə onun faydalı təbii xassələrini hasil etmə, habelə ondan fayda götürməyə başlanıldığından iddiaçının “əsassız varlanma” tələbi, onun bu əşyanın istifadəsi nəticəsində götürdüyü faydadan kənar və təcrid edilmiş şəkildə nəzərə alına bilməzdi, nəqliyyat vasitəsindən istifadə edildiyi və nəqliyyat vasitəsinin duracağa qoyulduğu dövr üçün baş verən nəticələr və bunun iqtisadi inikası inkar edilə bilməzdi. İddiaçının bu halları hər hansı bir formada nəzərə almaqdan iddia qaldırması hüquqdan suiistifadədir və heç bir nəticə doğura bilməzdi. İddiaçı “əsassız varlanma” tələbini irəli sürürüsə, nəqliyyat vasitəsindən istifadə etdiyi və nəqliyyat vasitəsinin duracağa qoyulduğu dövr üçün Cavabdeh vəsait ödəməlidir. Məhz bu səbəbdən qarşılıqlı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin nəqliyyat vasitəsindən istifadə edildiyi dövr üçün baş verən nəticələri və bunun iqtisadi inikasını inkar etməklə, “əsassız varlanma” qaydalarını tətbiq edərək qarşılıqlı iddianı rədd etməsi qətnaməni daha da ziddiyətli etmişdir. Belə ki, əgər Cavabdeh ödənilmiş kredit vəsaitləri həcmində əsassız varlanmışdırsa və bu vəsaitləri məhrum olan İddiaçı qaytarmalıdırsa yaranmış paradoksal vəziyyət ondan ibarətdir ki; Cavabdeh - qarşı tərəfin faktiki aşındırdığı, köhnəltdiyi və üzərində hal hazırda yüklülüklər olan nəqliyyat vasitəsini əldə edir, bunun müqabilində qarşı tərəfə 33.027,92 manat pul ödəyir və nəqliyyat vasitəsindən istifadə edilən dövrə görə heç bir əvəz (kompensasiya) alımır, lakin varlanan!!! şəxsdir; İddiaçı - nəqliyyat vasitəsini idarə etməklə ondan faydalanmış, bu dövr üçün heç bir iqtisadi məsuliyyət daşımamaqla, heç bir əvəz (kompensasiya) ödəməməklə yanaşı ödədiyi kredit vəsaitlərini geri alır, lakin məhrum?!?!?! olan şəxsdir. Belə olan halda sual yaranır, əgər Cavabdeh varlanan şəxs kimi nəqliyyat vasitəsini əldə edirsə, İddiaçı məhrum olan qismində həmin nəqliyyat vasitəsinə görə banka ödədiyi vəsaiti əldə edirsə, onda köhnəlmənin, o cümlədən heç şübhəsiz iqtisadi dəyər və fayda xüsusiyyətlərinə malik olan nəqliyyat vasitəsindən istifadənin nəticələri necə həll edilməlidir və bu halda varlanan və məhrum olan şəxslər kimlərdir? Bu ritorik sual deyil və məhkəmə tərəfindən dəqiq və əsaslandırlmış cavab tələb edirdi. Cavab isə aydındır: köhnəlmiş və ondan faydalana bilməyən nəqliyyat vasitəsini əldə etmiş Cavabdeh məhrum olan, İddiaçı isə faktiki olaraq əvəzsiz qaydada nəqliyyat vasitəsindən faydalanmaqla və heç bir əvəz ödəməməklə varlanan şəxsdir. Beləliklə, məhkəmə özünün tərəflər arasında alqı-satqı baş tutması barədə mövqeyinə zidd olaraq İddiaçı xeyrinə məhrum olmuş şəxs kimi pul vəsaiti tutması şəraitində, sonuncunun nəqliyyat vasitəsindən etibarnamənin verildiyi avqust 2014 ildən nəqliyyat vasitəsinin duracağa qoyulduğu aprel 2018 tarixləri arasında faydalanmasını nəzərə almayaraq Cavabdeh qarşılıqlı iddiasını rədd etməsi hüquqi inkarçılıqdır və iş üzrə nəticə haqq-ədalət (bərabər mənafelərə bərabər münasibət) tələblərinə ziddir. Həmçinin qarşılıqlı iddianı rədd edən məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəqliyyat vasitəsindən əvəz (kompensasiya) ödənilmədən faydalanma halından irəli gələrək Cavabdeh məhrum olan, İddiaçı isə varlanan şəxs olur ki, bunun özü iş üzrə Cavabdeh ziyanına yalnız birtərfli şəkildə tətbiq edilmiş “əsassız varlanma” institutunun mahiyyətinə ziddir. Bu da onu sübut edir ki, iddiaçının əşyadan istifadənin nəticələrini nəzərə almadan irəli sürdüyü iddia tələbləri ex turpis causa (yolverilməz vicdansız davranış) hüquqdan sui-istifadədir və nəticə etibarı ilə etibarsız olduğundan bu iddia tələbi Cavabdeh iddia tələbləri ilə balanslaşdırılmadan təmin edilə bilməzdir. Hesab edir ki, İddiaçı iddiası təmin edilirdisə, ən azı avqust 2014 - aprel 2018 tarixləri arasında İddiaçı nəqliyyat vasitəsindən istifadə etməsinə görə 73050 manat (2014 - 5 ay = 9250 AZN, 2015 - 12 ay = 21000 AZN, 2016 - 12 ay 19200 AZN, 2017 - 12 ay 18000 AZN, 2018-4 ay 5600 AZN = cəmi 73050 AZN) pul əvəzinin (kompensasiyanın) Cavabdeh ödənilməli idi və qarşılıqlı iddianın rədd edilməsi əsassız olmuşdur. İddiaçının vicdansız davranışı ilə qaytarma tələbinin istisna edilməsi Hazırkı mübahisə üzrə “əsassız varlanmanın” mövcud olmaması mövqeyinə xələl gətirmədən və bu mövqeni istisna etmədən hesab edir ki, iddiaçı əldə edilmiş razılığa uyğun olaraq pul öhdəliyini icra etməməklə yanaşı, müvafiq pul məbləğinin ödənilməyəcəyi halda nəqliyyat vasitəsinə hüquqların rəsmi qaydada iddiaçının adına keçirilməsinə cavadehin qəti razılığının olmamasını bildiyi halda saxta sənədlər əsasında məhz onun mənafeyi üçün rəsmiləşdirmənin aparılmasını və onun nəticələrini qəbul etmiş, bəyənmiş və bu vicdansız davranışı ilə əvvəlcədən razılaşdırılmış məqsədə mane olan hərəkətə yol vermişdir. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.2 əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Bu əsasla əgər şərti olaraq “əsassız varlanma” mövcud olsa idi belə, hazırkı tələb istisna edilməli idi. Bu dəlili qəbul etməyən məhkəmə qeyd edir ki, “İddiaçı törədilmiş cinayətə hər-hansı aidiyyəti, onun ... cinayət əməllərində iştirak etməsi, eyni zamanda ... cinayət əməlləri barədə əvvəlcədən məlumatlı olması müəyyən edilməmişdir“. Məhkəmənin bu əsaslandırması qüsurludur və onun dəlilinə adekvat cavab hesab edilə bilməz. Onlar İddiaçı özünün bilavasitə cinayət törətməsi dəlilini irəli sürməmiş, dəlil ondan ibarətdir ki, sonuncu ərinin kriminal hərəkətinin nəticələrini qəbul etmiş, onları bəyənmişdir. Bu isə onun vicdansız davranışı hesab edilməlidir. Belə ki, məhkəmənin özünün tərəflər arasında alqı-satqı baş tutması barədə mövqeyi əsas götürülməklə bu şərtlərin icra edilməməsi halında Cavabdeh nəqliyyat vasitəsinə hüquqların rəsmi qaydada İddiaçı adına keçirilməsinə qəti razılığının olmamasını bildiyi halda nəqliyyat vasitəsini və sənədləşməni qəbul etmişdir. Hesab edir ki, bununla İddiaçı vicdansız davranış nümayiş etdirmiş, əvvəlcədən razılaşdırılmış məqsədə mane olan hərəkətə yol vermişdir. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunun ödənilməsi 24 oktyabr 2017-ci il tarixində baş tutmuşdur. Belə olan halda iddiaçının mövqeyi əsas götürülərsə, həmin tarixdən sonra məhrum olanın varlanandan əsassız varlanma nəticələrini tələb etmək hüququ yaranır. İddiaçı "əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması" tələbini 24.10.2017ci il tarixindən 2 il sonra 19.12.2019-cu il tarixində irəli sürmüşdür. Belə olan halda əsassız varlanma üzrə tələb hüququ müddətin keçməsinə görə qüvvədən düşür. Belə ki, Mülki Məcəllənin “Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi” adlanan 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Əgər şərti olaraq “əsassız varlanma” mövcud olsa idi belə, hazırkı mübahisə üzrə “əsassız varlanmanın” mövcud olmaması mövqeyimizə xələl gətirmədən və bu mövqeni istisna etmədən hesab edirik ki, istənilən halda tələb üçün müddətin keçməsi nəticəsində iddia rədd edilməli olardı. Lakin məhkəmə hesab etmişdir ki, “iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüquıqu qüvvədən düşməmiş və hazırkı iddiaya kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur'. Məhkəmə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünə istinad etməklə öz mövqeyini belə əsaslandırmışdır ki, “hökmə əsasən İddiaçı mübahisəli avtomobilin üzərində mövcud olmuş mülkiyyət hüququnu, həmin hüququn əldə edilməsinə əsas olan alqı-satqı müqaviləsi ləğv edildiyindən, itirmiş və bununla da faktiki olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır". Məhkəmənun saxta sənədlər əsasında cinayət yolu ilə bağlanmış 02.02.2018-ci il tarixli alqı- satqı müqaviləsi əsasında yaranmış İddiaçı xeyrinə əsassız və əhəmiyyətsiz reyestr qeydinə mübahisəli avtomobilin üzərində mövcud olmuş mülkiyyət hüququ kimi baxması tamamilə yanlış mövqedir. Yuxarıda da qeyd etdiyi kimi bağlandığı andan etibarsız olan kriminal əqdin onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmaması əsas götürüldükdə söhbət İddiaçı mövcud olmuş hər-hansı bir mülkiyyət hüququndan gedə bilməz. Bunun əksi kriminal əmələ müsbət mənada faydalı hüquqi nəticə verməkdir. Hökm isə sadəcə cinayətin nəticələrini aradan qaldırmışdır ki, bu zaman mülkiyyətin itirilməsinə istinad, kriminal əməlin nəticəsinin aradan qaldırılmasının “məhrum” olana öz hüququnun məlum olduğu vaxtın başlanğıcı kimi götürülməsi və iddia hüququnun yaranmasının əsası kimi çıxış etməsi hüquqi nonsensdir. Hesab edir ki, ex dolo malo 11011 oritur action (məhkəmə öz tələbini vicdansız davranışla əsaslandıran şəxsin tərəfini tutmur) klassik hüquq prinsipi əsas götürülməklə kriminal hərəkətin nəticələrinin aradan qaldırılmasının həmin kriminal əməldən zərər çəkmiş şəxsin ziyanına istifadə edilməsi tamamilə əsassızdır. Hazırkı iş üzrə 2 illik kəsici müddətin başlanğıcı hökmlə deyil, kreditin bağlanması tarixi ilə hesablanmalıdır. Belə ki, İddiaçı öz iddiasında qeyd edir ki, “avtomobilimin kreditini tam bağladım. ... Bu hadisədən sonra dəfələrlə avtomobilin mənim adıma keçirilməsi ilə əlaqədar Firəngiz Siileymanovaya müraciət etsək də, o, bundan yayındı” (bax. 2-ci səh). Həmçinin Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı cinayət işi üzrə ifadə vermiş və ifadəsinə görə “27 noyabr 2017-ci il tarixində o, Firəngizlə söhbət edərkən aralarında sözlə mübahisə yaranmış ... Ona görə də o, həmin gündən Firəngizlə bütün əlaqələrini kəsmiş, həmin vaxtdan sonra nə o, nədə ki, Firəngiz ona zəng etməmişdir. Lakin avtomobilin onun adma keçirilməsi ilə bağlı Heydər Firəngizə bir neçə dəfə zəng etmiş, lakin Firəngiz isə hər dəfə bir bəhanə gətirərək bundan yayınmışdır. ... həmçinin onlar Firəngizdən avtomobilin onun adma keçirilməsini tələb edirdilər. Lakin Firəngiz yenə də hər dəfə bir bəhanə ilə söhbətdən yayınırmış. Həyat yoldaşı Heydər Oədirovda məcbur qalıb 02 Fevral 2018-ci il tarixdə qanunsuz yolla saxta etibarnamə düzəltdirərək avtomobili Firəngizin adından onun adına keçirmişdir” (bax. 19-cu səh). Bu iki mənbədə İddiaçı özünün dediklərindən aydın şəkildə məlum olur ki, əsassız varlanma halı mövcud olsa idi, bu hal üzrə onun ödədiyi kredit ödənişlərini tələb etməsi üçün başlanğıc hansı tarixdən hesablanmalıdır. Lakin göründüyü kimi, İddiaçı vaxtında qanuni üsullara əl atmaq əvəzinə kriminal hərəkətin nəticələrini qəbul etmiş, bu kriminal əməl üzrə yaranmış nəticələr aradan qalxdıqdan sonra isə iddia qaldırmışdır ki, bu halın həmin kriminal haldan zərərçəkmiş Cavabdeh ziyanına tətbiqi haqqədalət (bərabər mənafelərə bərabər münasibət) baxımından heç bir hüquqi çərçivəyə sığmır!!! Bu ədalətsizliyin məhkəmələrin həyata keçirdiyi ədalət mühakiməsi çərçivəsində baş tutması ədalət mühakiməsinə kölgə salır və mütləq qaydada aradan qaldırılmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı teleqramla müraciət edərək, səhhəti il bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və bununla əlaqədar məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, müraciətinə hər hansı bir sübut əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 11.06.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsinə əsasən bank avtomobilin alınması məqsədilə borcalana 38.115 manat məbləğində borc verməyi, borcalan isə kredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Eyni tərəflər arasında bağlanmış 11.06.2013-cü il tarixli, 32 saylı ipoteka müqaviləsinə əsasən 11.06.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi “Audi A5 minik” markalı 90VV830 qeydiyyat nişanlı avtomobil göstərilmişdir. ƏN-İİİ seriyalı, 187809 saylı, 13.08.2014-cü il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən, Cavabdeh tərəfindən “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı avtomobili 29.09.2022-ci il tarixədək idarə etmək səlahiyyəti İddiaçı verilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı mübahisəli avtomobilin onun tərəfindən alındığı, avtomobil üzrə bütün ödənişlərin (sonuncu ödəniş daxil olmaqla) onun tərəfindən həyata keçirildiyi, cavabdehlə rəfiqə olduqları və gün ərzində bir yerdə vaxt keçirdikləri üçün avtomobil əldə edildiyi zaman etibarnaməyə ehtiyacı olmadığı, hal-hazırda isə avtomobilin Cavabdeh sahibliyində olduğu üçün məhkəmədən avtomobilin dəyəri məbləğində pulun qaytarılmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh isə mübahisəli avtomobili əldə etmək məqsədilə kredit və ipoteka müqavilələrinin onun tərəfindən bağlandığı, 06.03.2014-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsindən sonra avtomobilin gözündən düşdüyü, nəqliyyat vasitəsini etibarnamə ilə İddiaçı satdığı, 2014-cü ilin avqust ayından 2016-cı ilin sentyabr ayına qədər avtomobildən məlumatlı olmadığı, bank tərəfindən hesablanmış sonuncu ödənişi İddiaçı vasitəsilə ödədiyinə istinadən məhkəmədən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona dəymiş zərərin ödənilməsini xahiş edir. İşin mübahisələndirilən hallarını yoxlamaq məqsədi ilə məhkəmə işdə olan materiallara nəzər salmaqla hesab edir ki, ilk öncə mübahisəli nəqliyyat vasitəsinin kimin tərəfindən əldə edildiyi halı araşdırılmalıdır. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə avtomobilin Cavabdeh tərəfindən əldə edilməsi daha məntiqli görünür və həmin fakt işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə ilkin iddia üzrə cavabdeh tərəfindən bağlanmış kredit və ipoteka müqavilələri mülki, bank və notarial əməliyyatları qanunvericiliyinin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Həmin müqavilələrin etibarsız hesab edilməsi ilə əlaqədar hər-hansı tələblə məhkəməyə müraciət olunmamışdır. İddiaçı avtomobilin onun tərəfindən əldə edilməsinə baxmayaraq cavabdehlə rəfiqə olduqları və gün ərzində bir yerdə vaxt keçirdikləri üçün avtomobil əldə edildiyi zaman etibarnaməyə ehtiyacı olmadığı barədə dəlil ilə əlaqədar məhkəmə qeyd edir ki, bu dəlil mülahizə xarakter daşımaqla, heç bir sübut növü ilə təsdiq edilməməklə ağlabatan deyildir. Əksinə, “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən Cavabdeh tərəfindən əldə edildiyi, 06.03.2014-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsindən sonra avtomobili satmaq niyyətində olduğu və etibarnamə ilə avtomobili İddiaçı satdığına dair ilkin iddia üzrə cavabdehin dəlilləri işdə olan sənədlər, o cümlədən şahidin verdiyi ifadə ilə sübuta yetirilmişdir. Belə ki, iddiaçının Cavabdeh qarşı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Yuxarıda qeyd edilən araşadırmalara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir. Göründüyü kimi hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, Cavabdeh müvafiq məbləğ (8000 manat) və banka edilməli olan aylıq ödənişlər müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. İlkin ödəniş qismində ödənilməli olan 8000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi faktı öz təsdiqini tapmasa da, Cavabdeh izahatında etiraf etdiyinə əsasən müəyyən edilmişdir ki, o, banka avtomobilə görə 2014-cü ilin avqust ayından 2016-cı ilin sentyabr ayına qədər ödənişləri etməmişdir. İş materiallarında olan 14.08.2014, 01.09.2014, 19.09.2014, 17.12.2014, 27.01.2015, 17.02.2015, 13.05.2016, 04.07.2016 və 27.02.2016-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, 14.08.2014-cü il tarixdən 27.02.2016-cı il tarixədək 11.06.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsi üzrə müvafiq olaraq 1400 manat, 1700 manat, 1000 manat, 1400 manat, 2500 manat, 4000 manat, 990 manat, 1400 manat, 1400 manat, cəmi 15790 manat pul ödənilmişdir. Bundan başqa iş materiallarında olan **********9 nömrəli kassa mədaxil orderindən görünür ki, 24.10.2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün 17237,92 manat məbləğində pul “X5 Edilməsi Agentliyi” MMC-nin hesabına köçürülmüşdür. İlkin iddia üzrə cavabdeh göstərilən məbləğin İddiaçı tərəfindən banka aparıldığını etiraf etsə də, həmin pulu anası Zərifənin yanında yaşadığı evdə banka ödəmək məqsədi ilə İddiaçı özünün verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən xüsusatlar əsassızdır və mülahizə xarakteri daşımaqla öz təsdiqini məhkəmə baxışı zamanı tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən iddia tələbinin keçərliliyi qanunda nəzərdə tutulmuş və yuxarıda qeyd edilən dispozitiv şərtlərin həm də eyni vaxtda olmasından asılıdır. Belə ki, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh hal-hazırda avtomobilin üzərində mülkiyyət hüququnu bərpa etməklə ilkin iddia üzrə iddiaçının hesabına 33.027,92 manat (15.790 manat + 17.237,92 manat) məbləğində əsassız varlanmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş ilkin iddiaya etiraz ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, etirazda əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi əsası ilə iddianın rədd edilməli olması göstərilmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. İş materiallarından göründüyü kimi, qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2019-cu il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs (mülki iddiaçı) Cavabdeh təqsirləndirilən şəxs (mülki cavabdeh) X3 və mülki cavabdeh İddiaçı qarşı ‘‘avtomomobilə dair alqısatqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi və avtomobilin qaytarılması” barədə mülki iddiasının qismən təmin edilməsi, «Audi A5» markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına aparılmış 02.02.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin avtomobilin mülkiyyətçi Cavabdeh qaytarılması, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilmişdir. Qeyd edilən hökmə əsasən İddiaçı mübahisəli avtomobilin üzərində mövcud olmuş mülkiyyət hüququnu, həmin hüququn əldə edilməsinə əsas olan alqı-satqı müqaviləsi ləğv edildiyindən, itirmiş və bununla da faktiki olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmiş və hazırki iddiaya kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur. İlkin iddia üzrə cavabdeh məhkəməyə təqdim etdiyi etirazda həmçinin Mülki Məcəllənin 1093.2.2-ci maddəsinə əsasən qeyd etmişdir ki, saxta sənədlər əsasında nəqliyyat vasitəsinə hüquqların xeyrinə rəsmiləşdirməni aparmaqla və onun nəticələrini qəbul etməklə, bəyənməklə vicdansız davranmış və bununla da əvvəlcədən razılaşdırılmış məqsədə mane olan hərəkətə yol vermişdir. Lakin iş materiallarından göründüyü kimi İddiaçı törədilmiş cinayətə hər-hansı aidiyyəti, onun Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 3.300 manat cərimə cəzasına məhkum olunmuş X2 törətdiyi cinayət əməllərində iştirak etməsi, eyni zamanda Heydər Qədirovun həmin cinayət əməlləri barədə əvvəlcədən məlumatlı olması müəyyən edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılqlı iddia ərizəsində mübahisə predmeti olan avtomobildən İddiaçı qanunsuz sahibliyində və cərimə meydançasında saxlanıldığı müddət ərzində istifadə etmədiyi üçün nəqliyyat vasitəsinin aylıq ortalama kirayə (icarə) haqqını nəzərə almaq şərti ilə 111.850 manat məbləğində pulun ödənilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, obyekti nəqliyyat vasitəsi olan digər əqdlər kimi bəhs edilən kirayə münasibətləri yazılı qaydada müqavilə bağlanmaqla rəsmiləşdirilməli, kirayə haqqının hansı məbləğdə və qaydada ödənilməli olduğu isə bu müqavilədə göstərilməli idi. Beləliklə məhkəmə hesab edir ki, sözügedən icarə haqqının 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750 manat, 2016- cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400 manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat məbləğində olması faktı məhz kirayə müqaviləsinin müvafiq bəndinə əsasən təsdiq edilməli olduğu halda qarşılıqlı iddia üzrə iddiaçının hər-hansı ekspert rəyinə istinad etməsi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh məxsus “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı avtomobili 29.09.2022-ci il tarixədək idarə etmək səlahiyyətinə ƏN-İİİ seriyalı, 187809 saylı, 13.08.2014-cü il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən malik olduğu müəyyən edilmişdir. Beləliklə, onun həmin avtomobildən istifadə etməsi qanuni olmuşdur. Avtomobilin qalan müddət ərzində cərimə meydançasında saxlanması isə Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə X4 və q. barəsində aparılan ibtidai və məhkəmə araşdırmaları çərçivəsində, daha sonra isə avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7782/2019 saylı, 29.12.2019-cu il tarixli qərardadına əsasən həyata keçirilmişdir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətçisi olduğu «Audi A5» markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobildən uzun müddət ərzində istifadəsinin mümkün olmamasında cavabdehin təqsirli olduğu, onun tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olsa da, ilkin iddianın tam rədd, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Əvvəla, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələri olduğunu zənn edərək hazırki mübahisəyə həmin normaları tətbiq etmiş və bununla da səhvə yol vermişdir. Çünki, ilk iddia üzrə cavabdehin iddiaçının hesabına əsassız varlandığı iş materialları ilə təsdiq olunmur. Belə ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda , habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb olunmur(MM.m.431.1) Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir(MM.m.421.3) İşdən açıq-aşkar görünür ki, ilk iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini üçüncü şəxs kimi icra etmiş və buna borclu kimi cavabdehin razılığı tələb olunmasa da etiraz da etməmişdir. Məhkəmənin də qeyd etdiyi kimi ilk iddiaçının Cavabdeh bank qarşısında olan öhdəliyinə görə 33.027,92 manat ödəməsi işin mübahisəsiz halıdır, apellyasiya şikayətindədə və apellyasiya baxışı zamanı da qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili bu halı təkzib etmədi. Demək, ilk iddiaçının üçüncü şəxs kimi kreditoru təmin etməsi mübahisə doğurmadığından bankın Cavabdeh qarşı olan tələb hüququ avtomatik olaraq ona keçmiş olur ki, o, da bu hüququndan istifadə edərək məhkəmədə hazırki ilk iddianı irəli sürmüşdür. Düzdür, ilk iddiaçı cavabdehin onun hesabına əsassız varlandığını düşünə bilər. Ancaq məhkəmənin tərəflərin qarşılıqlı münasibətlərinə uyğun maddi hüquq normalarını tətbiq etmək vəzifəsi vardır. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin olunmalı olduğu hissədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyi üçün qətnamə ləğv edilməli, lakin iddia yenə də qismən təmin edilməlidir. Bundan başqa, qarşılıqlı iddiaçı mübahisə predmeti olmuş avtomobilin İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi 111850 (yüz on bir min səkkiz yüz əlli) manat tələb etmişdir. İşdən görünür ki, qarşılıqlı iddiaçı İddiaçı 13.08.2014-cü ildən 29.09.2022-ci il tarixədək həmin avtomobili idarə etmək səlahiyyəti vermişdir. Tərəflər arasında həmin avtomobilin kirayə yaxud icarəyə verilməsinə dair hansısa müqavilə olmamışdır. Bu da işin mübahisəsiz halıdır. Ancaq qarşılıqlı iddiaçı hesab edir ki, ən azından 2014-cü ilin avqust ayından 2018-ci ilin aprel ayınadək İddiaçı əvəz (kompensasiya) ödənilmədən ondan faydalanması haqqa-ədalətə uyğun deyil. Mübahisə predmeti olan avtomobillə bağlı tərəflər arasında hansı münasibətlərin, başqa sözlə hansı razılaşmaların olduğunu birinci instansiya məhkəməsi müəyyən etmiş və tərəflərin heç biri bunu mübahiəsələndirmir. Mübahisələndirilən hal budur ki, qarşılıqlı iddiaçı da avtomobilin ilk iddiaçının istifadəsində olduğu dövr üçün sonuncunun istifadə (kirayə) haqqı yaxud hansısa formada kompensasiya ödəməli olduğunu bildirir. Göründüyü kimi, qarşılıqlı iddiaçının iddiasının əsasını yalnız ilk iddiaçının göstərilən dövrdə həmin avtomobildən istifadə etməsinə və duracaqda qalmasına görədir. Lakin bu əsasla qarşılıqlı iddia təmin edilə bilməz. Çünki, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında razılaşma avtomobildən kirayə məqsədilə istifadə edilməsi ilə bağlı olmamışdır. Belə ki, Cavabdeh şikayətində göstərdiyi kimi qarşı tərəfdən avtomobilin faktiki aşındığına, köhnəltdiyinə yaxud dəyərinin azaldığına görə pul tələb etməmişdir. Başqa sözlə, qarşılıqlı iddianın əsası həmin avtomobildən ilk iddiaçının istifadə etməsinə görə ondan pul tələb etməsi ilə bağlıdır. Yəni, qarşılıqlı iddiaçı şikayətində ilk iddiaçının avtomobilin aşınmasına və köhnəlməsinə ona kompensasiya ödəməli olduğunu bəyan edirsə, ilk növbədə bu cür iddiası olmalı idi. Ancaq qarşılıqlı iddia bununla bağlı olmamışdır. Ona görə də, qarşılıqlı iddiaçının qeyd olunan əsasla, yəni avtomobilin istismarı və köhnəlməsi ilə bağlı iddiası olardısa qeyd olunan dəlillərlə bağlı məhkəmə tədqiqi aparıla bilərdi. Ona görə də məhkəmə nəqliyyat vasitəsindən etibarnamənin verildiyi avqust 2014 ildən nəqliyyat vasitəsinin duracağa qoyulduğu aprel 2018 tarixləri arasında qarşılıqlı iddiaçının bəyan etdiyini faydalanma kimi nəzərə ala bilməzdi və məhz bu cür qarşılıqlı iddia üzrə gəlinən nəticə də qarşılıqlı iddiaçının bəyan etdiyi kimi haqq-ədalət (bərabər mənafelərə bərabər münasibət) tələblərinə zidd ola bilməzdi. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)- 1549/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-1549/2020 saylı qətnaməsi ləğv edilsin və pul tələbinə dair ilkin iddia qismən təmin edilsin. Cavabdeh 33.027,92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı, cəmi 33.040,92(otuz üç min qırx manat, doxsan iki qəpik) manat alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) aid edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4399/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4399/2021
24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver