Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4405/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(006)-1292/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh1" QSC və Cavabdeh2nə qarşı (“X2” MMC üçüncü şəxs qismində cəlb edilməklə) “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli X3 134 nömrəli protokolun etibarsız hesab edilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtarana kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi ilə bağlı icra məmuru Azər Heydərovun icraatında da olan icra işinin icrasınının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında xx.xx.2018-ci il tarixli X3 134 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi barədə 2(006)- 6051/2020 saylı mülki iş var və məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 15:30-a təyin olunmuşdur və sonradan təxirə salınaraq xx.xx.2021-ci il tarixə təxirə salınmışdır və bu barədə ona e-məhkəmə vasitəsi ilə elektron bildiriş gəlmişdir, məhkəmə iclası “COVİD-19” virus xəstəliyi ilə əlaqədar olaraq qeyri-müəyyən vaxta təxirə salınmışdır. Əlavə olaraq qeyd edir ki, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Heydərova xx.xx.2020-ci il tarixdə poçtla göndərməklə ərizə ilə müraciət edərək xahiş etmişlər ki, xx.xx.2018-ci il tarixli X3 134 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi barədə verdiyi iddia ərizəsinə Nəsimi rayon Məhkəməsində baxılıb qanuni qüvvəyə minən qərar olana qədər, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinində göstərilən mənzildən çıxarılma tələbinin yerinə yetirilməsi ilə bağlı icraatında olan icra işinin icrasının dayandırılması barədə qərar qəbul edilsin. Lakin Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən verdikləri ərizəyə hüquqi qiymət verməyərək icra vərəqəsi üzrə icra işini Cavabdeh1 QSC bankın hüquqşünası ilə bərabər davam etdirərək icra haqqında qanunun 17.1.4, 19.1.3-cü maddələrinin tələblərinə riayət etmirlər və mübahisəli mənzildə yaşayan məhkəmənin icraatında olan mülki iş üzrə iddiaçılara zəng edərək hədə-qorxu gələrək mənzildən çıxmalarını, əks halda polislə çölə tökəcəklərini bildirərək iddiaçılara vəonların ailə üzvlərinə stres və qorxu yaşadırlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2018-ci il tarixli X3 134 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi barədə verdiyi iddia ərizəsinə Nəsimi rayon Məhkəməsində baxılıb qanuni qüvvəyə minən qərar olana qədər, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi ilə bağlı icra məmuru Azər Heydərovun icraatında da olan icra işinin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(106)-1292/2021 saylı qərardadı ilə “iddianı təmin etmək” haqqında ərizəsi rədd edilmişdir. Qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılır ki, iddiaçılar tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Heydərova xx.xx.2020-ci il tarixdə poçtla göndərməklə ərizə ilə müraciət edərək xahiş edilmişdir ki, xx.xx.2018-ci il tarixli X3 134 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi barədə verdikləri iddia ərizəsinə Nəsimi rayon Məhkəməsində baxılıb qanuni qüvvəyə minən qərar olana qədər, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən mənzildən çıxarılma tələbinin yerinə yetirilməsi ilə bağlı icraatında olan icra işinin icrasını dayandırılması barədə qərar qəbul etsin. Lakin Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən verilən ərizəyə hüquqi qiymət verilməyərək icra vərəqəsi üzrə icra işini “Cavabdeh1“QSC bankın hüquqşünası ilə bərabər davam etdirərək icra haqqında qanunun 17.1.4, 19.1.3-cü maddələrinin tələblərinə riayyət etməyərək, mübahisəli mənzildə yaşayan Nəsimi rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçılıra bankın əməkdaşları tərəfindən zəng edilərək hədə-qorxu gələrək mənzildən çıxmalarını, əks halda polislə yaşayış yerindən məcburi çıxarılacaqlarını bildirərək iddiaçılara və onların ailə üzvlərinə stres və qorxu yaşadırlar. Mübaisəli mənzil formal hərrac keçirilməklə 36500 manata rəsmiləşdirməklə cavabdeh “Cavabdeh1“QSC tərəfindən əsassız və qanunsuz olaraq öz mülkiyyətinə keçirilmişdir. Lakin həmin mənzilin real bazar dəyəri 90000 manatdan çoxdur. Həmin mənzildə 12 nəfərlik 3 ailə üzvü yaşayır və Nəsimi rayon Məhkəməsinin icraatında olan xx.xx.2018-ci il tarixli X3 134 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minən qətnamə olana qədər həmin şəxslərin mənzildən atılması ədalətsizlik olar. Nəzərə alınsa ki, həmin 12 nəfərdən 6 nəfəri azyaşlı və məktəblidir və onların yeganə yaşayış ünvanları olan mənzildən küçəyə atılması böyük sosial və ictimai problemlərin yaranmasına səbəb olacaqdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-1292/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 ərizəni əsassız hesab edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Nəsimi rayon İcra və Probasiya Şöbəsi, 3-cü şəxs “X2” MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-ci maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinin tələblərinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Beləliklə, icra qanunvericiliyinə əsasən borclu tərəfindən müvafiq mübahisənin qaldırıldığı təqdirdə icra sənədi üzrə icraatın dayandırılması icra hərəkətlərini həyata keçirən icra məmurunun vəzifələrinə aid edildiyindən məhkəmə, bu məsələyə iddianı təmin etmə tədbirinin tətbiqi vasitəsilə müdaxilə etmək səlahiyyətinə malik deyildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir, iddiaçılar İddiaçı1 və İddiaçı2 “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi ilə bağlı icra məmuru Azər Heydərovun icraatında da olan icra işinin icrasınının dayandırılması” barədə ərizəsi əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(106)- 1292/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4405/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4405/2021
21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver