Məhkəmə qərarları › İş №2(103)-441/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-441/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-441/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sultanov X1 Rəsmiyyə Paşa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ildən yaşadığı və xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 170 saylı fərdi yaşayış evinin 1965-ci ildə 20 sm. enində tək daşla tikildiyini, tikinti materiallarının artıq öz istismar müddətini başa vurduğundan divarlarda tez-tez müxtəlif çatlar əmələ gəldiyini, bu səbəblə də evi ildə iki dəfə yenidən təmir etməli olduqlarını, evin sol, arxa və sağ tərəflərdən qonşularla əhatə olunduğunu və tək daşla tikilmiş ortaq və ya bitişik divarla sərhədləndiyini, üstündə ikinci mərtəbə tikmənin qonşular və ya digər üçüncü şəxslərin həyat və sağlamlığı üçün çox ciddi bir təhlükə yaratdığını, lakin 2018-ci ildə evinə bitişik qonşu evini almış yeni qonşu Cavabdeh Azərbaycan Respublikasının Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrinin tələblərinə zidd olaraq, onunla və digər qonşularla heç bir razılaşma aparmadan, ona məxsus fərdi yaşayış evinin tək qat kubiklə 1965-ci ildə tikilmiş divarının üstündə razılığı olmadan, eləcə də tikinti norma və qaydalarını pozmaqla onun evinin şiferlərini sökərək özünə 70 kv.m-dən artıq sahədə əlavə yeni ikinci mərtəbənin qeyri-qanuni tikintisini apardığını və artıq çoxdan istismar müddətini başa vurmuş evin uçma təhlükəsini daha da sürətləndirdiyini, bununla da sağlamlıqları üçün çox ciddi təhlükə yaratdığını, onun bu cür qanuna zidd hərəkətləri nəticəsində artıq həm hava axınına, həm də günəş işığına həsrət qaldıqlarını, evinə hava axınının və günəş işığının kəsilməsi səbəbilə artıq sağlamlığında da müxtəlif problemlər yarandığını irəli sürmüş, buna görə də Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 170 saylı evin sahibəsi olan cavabdehin qanunsuz tikdiyi ikinci mərtəbənin dərhal sökülərək əvvəlki vəziyyətinə qaytarılması, dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 170 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş 2-ci mərtəbənin onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması, dövlət rüsumuna görə ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, sübutlara düzgün hüquqi qiymət verməməsi, yalnız iddiaçının əsassız uydurmalarına istinad etməsi, inşa etdiyi tikilinin tikinti normalarına uyğun olmaqla iddiaçının heç bir mənafeyini pozmadığı, tikili ilə iddiaçının divarı arasında kifayət qədər geniş ərazi boşluğunun olduğu arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” predmetli iddiası Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 170k ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyasının aktı qanuni qüvvəsini almamışdır. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sökülməsini tələb etdiyi tikili ilə, İddiaçı sökülməsini tələb etdiyi tikilinin eyni tikililər olduğu müəyyənləşdirildiyindən işin icraatı xx.xx.2020-ci il tarixli qərardadla dayandırılmış, sonradan MKTB-nin iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmış və hər iki işin bir icraatda birləşdirilməsi zərurəti yaranmış, bununla belə, MKTB-nin iddiası üzrə işə təkrar apellyasiya qaydasında baxıldığı zaman həmin məsələnin müzakirəsi İddiaçı hakim Elnur Həsənova etiraz etməsi səbəbilə baş tutmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlərinin müvafiq qərardadı ilə sözügedən etiraz təmin olunmuş, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” predmetli iddiası üzrə mülki iş hakim Tofiq Səmədovun icraatına verilmişdir. İşin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur və buna görə də İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair işin icraatı təzələnməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması”, habelə prosessual qənaət prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki işin icraatı təzələnsin və iş, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki işlə birlikdə baxılması üçün həmin işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar