Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4413/2023 25.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2013/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(010)-2013/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair cavabdeh tərəfindən verilən ərizə Məhkəmənin eyni saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş qərardad Məhkəmənin eyni saylı, 06 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda cavabdehin verdiyi şikayətin mümkünlüyü üçün əsaslar mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göründüyü kimi cavabdehin şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə verilsə də, qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi cavabdeh şikayəti elektron qaydada versə də, qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, cavabdeh şikayətində məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalar şəklində tərtib etməmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Suraxanı Rayon Məhkəməsinin 2(010)-2013/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-4413/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4413/2023
25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver