Məhkəmə qərarları › İş №2(103)-4422/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4422/2021

27.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4422/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və əqdin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-239/21 saylı 16.03.2021-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 35.000 ABŞ dolları borcun, borcun vaxtında qaytarılmamasına görə 7000 ABŞ dolları faizlər olmaqla, cəmi 42000 (qırx iki min) ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manatın və 30 manat dövlət rüsumun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 511.6 kv m olan əmlak kompleksinin Cavabdeh2 bağışlaması haqqında müqavilənin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* saylı 25.01.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 onun xeyrinə 35.000 ABŞ dolları borcun, borcun vaxtında qaytarılmamasına görə 11.319 ABŞ dolları faizlərin, hüquqi yardıma görə ödənilmiş 3000 manatın, mənəvi ziyana görə 5000 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh1 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 511,6 kv.m olan əmlak kompleksinin Cavabdeh2 bağışlaması haqqında müqavilənin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh2 adma verilmiş RX seriyalı, ******* saylı 25.01.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 onun xeyrinə 35.000 ABŞ dolları borcun, borcun vaxtında qaytarılmamasına görə 7000 ABŞ dolları faizlərin, hüquqi yardıma görə ödənilmiş 3000 manatın, mənəvi ziyana görə 5000 manatın və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini оnunlа əsаslаndırmışdır ki, 08.01.2016-cı il tarixdə sadə yazılı formada bağlamış borc müqaviləsinə əsasən, cavabdehə 100000 ABŞ dolları borc vermiş və cavabdeh bu borcu 08.01.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 pulun bir qismini ona qaytarsa da, 35000 ABŞ dollarını bu günə kimi qaytarmamışdır. Bu faktın təsdiqi kimi 28.01.2020-ci il tarixdə cavabdeh ona yazılı iltizam verərək vəd ermişdir ki, həmin məbləği 2021-ci ildə qaytaracaq. Lakin, bu qədər uzun müddət borcun qaytarılmasını gözləmək niyyətində deyil. Eyni zamanda, bütün bu müddət ərzində Cavabdeh1 iddiaçıya vədlər vermişdir ki, tezliklə şəriki ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarının yanındakı torpaq sahəsi haqqında məhkəmə mübahisəsini bitirəcək və bundan dərhal sonra ya torpağı satıb 35000 ABŞ dolları borcunu ödəyəcək, və yaxud borcun təminatı kimi həmin torpaq sahəsini ona girov qoyacaq. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 eyni məzmunda vədiəri X3 da vermiş, lakin, əslində Cavabdeh1 həm onu, həm də Sultanova Asyanı aldatmışdır. Onlardan xəbərsiz Cavabdeh1 torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır. Bu uydurma əqd vasitəsilə Cavabdeh1 həm ona, həm də Sultanova Asyaya olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh1 qeyd edilən torpağı oğlu Cavabdeh2 bağışlamaq niyyətində olduğunu deməmişdir. Əksinə bu torpaqı tezlikdə satacağını və satışdan əldə olunan vəsait hesabına ona və Asya Sultanovaya olan borclarını ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6212/2018 saylı 25.09.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 14.08.2017-ci il tarixli, 2(006)2843/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehə qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakdakı payların müəyyən edilməsi və əmlakdan payın naturada ayrılması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 3014-cü məhəllədə yerləşən 0,3022 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 976,6 kv.metr, əsas sahəsi 774,5 kv.metr, köməkçi sahəsi 202,1 kv.metr olan əmlak kompleksi kimi müəssisədə (ticarət mərkəzinin) iddiaçının payı 1/2 hissədə, cavabdehin payı isə 1/2 hissədə müəyyən olunmuş, eyni zamanda həmin əmlak kompleksi kimi müəssisənin (ticarət mərkəzinin) real bölgüsünün həyata keçirilməsi və tərəflərə 1/2 hissədə pay hüququ ilə məxsus olan əmlak kompleksi kimi müəssisənin (ticarət mərkəzinin) “C” və “K” tikililəri arasındakı giriş hissəsindən başlayaraq sahənin orta hissəsi ilə (“D” və “H” tikililərinin divarından 8 metr aralı) “D” tikilisinin arxa divarına qədər sərhəd hasarı, eləcə də tərəfındən inşa edilmiş binanın arxa hissəsində, transformator yerləşən sahədə binanın divarından 3-3,4 metr aralı sərhəd hasarının çəkilməsi və həmin sahənin 2 hissəyə bölünməklə tərəfındən inşa edilmiş binanın sağ tərəfində yerləşən sahəyə giriş-çıxış üçün qapı açılmaqla, “E”, “F”, “H” və “K” tikililəri erləşən sahənin həmin tikililərlə birlikdə, eləcə də XX tərəfındən inşa edilmiş binaya girişdən sağ tərəfdə və binanın arxa hissəsindəki bölünmüş torpaq sahəsinin naturada ayrılaraq XX +mülkiyyəlinə, "3", “C”, “D” tikililəri yerləşən sahənin həmin tikililərlə birlikdə, eləcə də əmlak kompleksinə 2-ci giriş tərəfdə olan və XX tərəfındən inşa edilmiş binanın arxa hissəsindəki bölünmüş torpaq sahəsinin naturada ayrılaraq XXmiilkiyyətinə verilməsi qət edilmişdir. Eyni zamanda qətnamə tərəflərə 1/2 pay hüququ ilə məxsus olan və real bölgüsü həyata keçirilmiş sözügedən əmlak kompleksi kimi müəssisəyə (ticarət mərkəzinə) dair Reyestr Xidmətində müvafiq qeydiyyatın aparılması və paylara dair çıxarışın verilməsi üçün əsas hesab edilmiş və daşınmaz əmlakın real bölgüsü həyata keçirilərkən görüləcək işlərlə (hasarın çəkilməsi, qapının açılması) bağlı xərclər tərəflərə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.05.2018-ci il tarixli, 2(103)-585/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 14.08.2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25.09.2018-ci il tarixli 2(102)-6212/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarında həmçinin qeyd edilmişdir ki, “...işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, mülkiyyətdə olan 0,3022 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 976,6 kv.metr, əsas sahəsi 774.5 kv.metr, köməkçi sahəsi 202,1 kv.metr olan əmlak xompleksi kimi müəssisə (ticarət mərkəzi) ümumi birgə mülkiyyət hüququ üzrə tərəflərin adlarına daşınmaz əmlakın dövlət reyestrində 17 yanvar 2009-cu il tarixdə qeydə alınmışdır.” Beləliklə, həmin qərardan görünür ki, Cavabdeh1 mülkiyyətində, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 3014- cü məhəllədə yerləşən 0,3022 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 976,6 kv.metr, əsas sahəsi 774,5 kv.metr, köməkçi sahəsi 202,1 kv.metr olan əmlak kompleksi kimi müəssisədə (ticarət mərkəzinin) 1/2 hissəsi olub. Yasamal rayon Məhkəməsinn 2(004)-110/2020 saylı 21.02.2020-ci il larixli qətnaməsində göstərilmişdir ki, “məhkəmə işin faktiki hallarına əsasən iddiaçı X2 23.01.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə tərəf olmamasını və həmin müqavilənin etibarsızlığına dair tələblə çıxış etmək hüququnun yaranmamasını, iddiaçı X4 ilə Cavabdeh1 arasında 14.03.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinin şərtlərində kreditə görə faiz ödənilməsinin nəzərdə tutulmamasını, həmçinin, mənəvi ziyan vurulmasının əsaslandırılmadığını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia ərizəsi torpaq sahəsi ilə bağlı cavabdehlər arasında bağlanmış 23.01.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* saylı 25.01.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, borcun vaxtında qaytarılmamasına görə 37.440 ABŞ dolları faizlərin, 20.000 manat mənəvi və maddi ziyanın tutulması hissələrində təmin ecdməməlidir.” Beləliklə, məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh1 iondan xəbərsiz borcun ödənilməsində istifadə olunması nəzərdə tutulan daşınmaz əmlakı oğluna bağışlamışdır və bu yol ilə qəsdən özünün ödəmə qabiliyyətini pisləşdirmiş, ona olan borcunun qaytarılmasını çətinləşdirmişdir. Cavabdehin bağladığı bağışlama müqaviləsi yalançı əqdir və onun bağlanmasında məqsəd cavabdehin ona və X3 olan borclarının qaytarılımasından yayınmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh 35000 ABŞ dolları borcunu 08.01.2017-ci il tarixə kimi qaytarmalı idi. Beləliklə, cavabdeh 4 il müddətinə borcun qaytarılmasını gecikdirmişdir. Bu səbəbdən borcun üzərinə 20% gecikdirmə faizi hesablanmalıdır. Həmin məbləğ 35.000*20%=7000 ABŞ dolları təşkil edir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Məhkəmə iddia üzrə iddiaçı X1 fikirləri əsasında iddianı qismən təmin etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən 12 aprel 2016-cı il tarixində yazılmış əlyazmanın kimi tərəfindən yazılmasını və kimin tərəfindən imza edilməsini araşdırmamış və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmədə cavabdehin iştirakı təmin edilməmişdir. İştirakı təmin edilsə idi keçirilən ekspertiza nəticəsində bəlli olacaqdıki həmin əlyazma cavabdehə aid deyil. Lakin məhkəmə bu halı araşdırmamış və hüquqlarını pozan qətnamə qəbul etmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini, şikayətlə razı olmayaraq rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş tərəflər arasında 08.01.2016-cı il tarixdə sadə yazılı formada bağlamış borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 100.000 ABŞ dolları məbləğində faizsiz pul verilmişdir. Həmin müqavilənin arxa hissəsində tərəflərin imzası ilə təsdiq olunmuş 28.01.2020-ci il tarixli iltizama əsasən cavabdeh aldığı 100.000 ABŞ dollarından iddiaçıya 65.000 ABŞ dollarını qaytardığını göstərmiş, qalan 35.000 ABŞ dollarını isə 2021-ci ildə qaytarmğı öhdəsinə götürmüşdür Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından görünür ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh1 səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar