Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4422/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı - İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) iddia tələbinə dair iş üzrə (Açar sözlər: barışıq sazişi, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı - İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. "xxxx" MMC-nin 20 noyabr 2020-ci il tarixli daxili audit aktına görə, "xxxx" MMC-nin iştirakçılarının 16 oktyabr 2020-ci il tarixində keçirilən ümumi yığıncağında Cavabdeh fəaliyyətində verdiyi nöqsanlara görə baş direktor vəzifəsindən azad olması barədə qəbul qəbul edilmişdir.
2. “PraysvoterhausKupers Sentral Eyşa ənd Kokasus B.V.” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən verilmiş “xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit kartı çıxarışları xərclərinin araşdırılması ilə bağlı hesabat”da göstərilmişdir ki, Cavabdeh tərəfindən ümumi məbləği 405 828 manat olan korporativ kartlardan xərcləmələrin 325 243 manatı şəxsi məqsədlər üçün istifadə olunmuşdur.
3. "xxxx" MMC-nin baş direktoru Cavabdeh əmək müqaviləsinə 20 noyabr 2020-ci il tarixli İR 505/20 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, maddi zərərin əvəzi qismində 325 243 manat məbləğində pul vəsaitinin, 645 manat məbləğində dövlət rüsumunun və 9000 manat məbləğində vəkilə ödənilməli olan nümayəndəlik haqqının cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. "xxxx" MMC-nin iddiaçının nümayəndəsinin vəsatəti əsasında işə iddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan "xxxx" MMC-nin (bundan sonra “Cəmiyyət”) təsisçilərindən biridir və Cəmiyyətdə 73,77 faiz paya malikdir. Cavabdeh 2008-2020-ci illər ərzində Cəmiyyətin ali icra orqanı olan baş direktor vəzifəsində çalışmış və işində yol verdiyi ciddi pozuntulara görə Cəmiyyətin təsisçiləri tərəfindən tutduğu vəzifədən azad edilmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, cavabdeh iddiaçı ilə əmək münasibətlərində olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Cəmiyyətə külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh öz fəaliyyəti dövründə ona Cəmiyyət tərəfindən ayrılan və sonuncunun işgüzar fəaliyyəti məqsədilə istifadə edilməli olan korporativ plastik kartlardan şəxsi məqsədlər üçün istifadə etməklə Cəmiyyətə 354,657,31 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh bu pulları ilkin cavabdehin fəaliyyətinə heç bir aidiyyəti olmayan, sırf öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Məsələn, cavabdeh bu kartlardan istifadə etməklə özünə dəbdəbəli geyimlər və bahalı mobil telefonlar almış, şəxsi təhsil və səyahət xərclərini ödəmişdir və sair əsassız şəxsi xərcləmələrə yol vermişdir. Konkret olaraq, cavabdehin əmək müqaviləsinə xitam verilərkən onun çalışdığı son 5 il ərzində Cəmiyyətə məxsus və cavabdehin ezam xərclərinin ödənilməsi üçün nəzərdə tutulan 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləndiyi və buna görə cavabdeh tərəfindən heç bir hesabat tədim edilmədiyi aşkar edilmişdir. Emitent olaraq “Paşa Bank” və "Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş və Cəmiyyətə məxsus korporativ kartlar üzrə çıxarışlar araşdırılmış və onlar üzrə ezamiyyətə aid olmayan və şəxsi xarakter daşıyan 354,657.31 manat məbləğində xərcləmələrin aparıldığı aşkar edilmişdir. Misal olaraq, bu xərcləmələrə lüks geyim markası olan "Brioni” mağazasından 8813.44 ABŞ dolları məbləğində palpaltarın alınması, Türkiyədə 1072 ABŞ dolları məbləğində tibbi müayinə xərcləri, İstanbul otellərinin birində 13785 ABŞ dolları məbləğində qonaqlama, "NLT Telekom” mağazalar şəbəkəsindən və xaricdə "Apple” firmasının rəsmi mağazalarından saysız mobil telefon cihazlarının alınması, X2 "X4” otelində 15035 ABŞ dolları məbləğində qonaqlama və sair digər qeyri-ezam xərcləri daxildir. Xərcləmələrin xülasəsi: ABB Bank 01 yanvar 2015-31 dekabr 2016, 38,185.82 ABŞ dolları, 64,915.89 manat, şəxsi xərclər 64,915.89 manat; ABB Bank 01 yanvar 2015-31 dekar2016, 50,791.86 AbŞ dolları, 86,346.17 manat, şəxsi xərclər 54,213.50; PashaBank 01 yanvar 2018-31 dekabr 2018, 12,360.50 ABŞ dolları, 21,012.85 manat, şəxsi xərclər 21,012.85; PashaBank 01 yanvar 2019-31 dekabr 2019, 80,480.52 ABŞ dolları, 136,816.88 manat, şəxsi xərclər 136,816.88; PashaBank 01 yanvar 2020-31 dekabr 2020, 23,644.37 ABŞ dolları, 40,195.43 manat, şəxsi şəxslər 13,845.00; ABB Bank 01 yanvar 2017-31 dekabr 2020, 37,560.70 ABŞ dolları, 63,853.19 manat, şəxsi şəxslər 63,853.19; toplam 243,023.17 ABŞ dolları, 413,140.42 manat, şəxsi xərclər 354,654.31. Cavabdehin korporativ bank kartlarından şəxsi məqsədlər üçün istifadə etməsi nəticəsində Cəmiyyətə külli miqdarda zərər dəymişdir. Onu da qeyd etmək lazımdır ki, cavabdeh son 5 ildə aşağıdakı ezamiyyətlərdə olmuşdur. Ona ödənilməli olan ezamiyyə xərcləri "Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarına əsasən hesablansa idi, toplam məbləğ 35,561.30 manat təşkil edərdi ki, onun sırf ezamiyyətlə bağlı xərclədiyi məbləğ 54,483.11 manat təşkil etmişdir. Başlama: 1/24/2015, bitmə: 2/4/2015, 11 gün, ezam ölkəsi-ABŞ, günlük xərc-350, toplam-3850, toplam AZN-6545; başlama: 4\20/2015, bitmə: 4/20/2015, 1 gün, ezam ölkəsi-Almanya, günlük xərc-225, toplam-225, toplam AZN-432; başlama: 4/21/2015, bitmə: 4/24/2015, 3 gün, ezam ölkəsi-Şotlandiya, günlük xərc-170, toplam 510, toplam AZN-1178,1; başlama: 5/11/2015, bitmə: 5/15/2015, 4 gün, ezam ölkəsi Şotlandiya, günlük xərc-170, toplam 680, toplam AZN 1570.8; başlama: 5/24/2015, bitmə: 5/30/2015, 6 gün, ezam ölkəsi-Şotlandiya, günlük xərc-170, toplam 1020, toplam AZN-2356.2; başlama: 9/24/2015, bitmə: 10/2/2015, 8 gün, ezam ölkəsi- İngiltərə, günlük xərc 190, toplam 1520, toplam AZN 3511.2; başlama: xx/xx/2015, bitmə: xx/xx/2015, 4 gün, ezam ölkəsi-Kuveyt, günlük xərc 180, toplam 720, toplam AZN 1224; başlama: xx/xx/2015, bitmə: xx/xx/2015, 6 gün, ezam ölkəsi BƏƏ, günlük xərc 235, toplam 1410, toplam AZN 2397; başlama: 2/15/2016, bitmə: 2/19/2016, 4 gün, ezam ölkəsi BƏƏ, günlük xərc 235, toplam 940, toplam AZN 1598; başlama: 2/29/2016, bitmə: 3/4/2016, 4 gün, ezam ölkəsi Türkiyə, günlük xərc 150, toplam 600, toplam AZN 1020; başlama: 3/27/2016, bitmə: 3/31/2016, 4 gün, ezam ölkəsi göstərilməyib, günlük xərc 350, toplam 1400, toplam AZN 2380; başlama: 4/12/2016, bitmə: 4/15/2016, 3 gün, ezam ölkəsi Rusiya Federasiyası, günlük xərc 150, toplam 450, toplam AZN 765; başlama: 8/27/2016, bitmə: 9/2/2016, 6 gün, ezam ölkəsi göstərilməyib, günlük xərc 350, toplam 2100, toplam AZN 3570; başlama: 2/21/2017, bitmə: 2/24/2017, 3 gün, ezam ölkəsi Banqladeş, günlük xərc 155, toplam 465, toplam AZN 790.5; başlama: 7/15/2017, bitmə:7/19/2017, 4 gün, ezam ölkəsi Banqladeş, günlük xərc 155, toplam 620, toplam AZN 1054; başlama: 4/28/2019, bitmə: 5/3/2019, 5 gün, ezam ölkəsi İngiltərə, günlük xərc 190, toplam 950, toplam AZN 2194.5; başlama: 1/26/2020, bitmə: 1/31/2020, 5 gün, ezam ölkəsi göstərilməyib, günlük xərc 350, toplam 1750, toplam AZN 2975; cəmi 35561.3. Göründüyü ki, cavabdehin faktiki xərclədiyi məbləğ sırf ezamiyyətə xərclədiyi məbləği dəfələrlə aşmış və bunun nəticəsində Cəmiyyətə külli miqdarda zərər vurmuşdur. Bununla bağlı olaraq "PraysvoterhausKupers Sentral Eyşa ənd Kokasus B.V.” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən hesabat alınmışdır və həmin hesabata əsasən Cavabdeh ümumi məbləği 405828 manat olan korporativ kartlardan xərcləmələrin 325 243 manat vəsaitin şəxsi məqsədlər üçün istifadə olunduğu müəyyən olunmuşdur.
7. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddia ərizəsinə yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 49-cu maddələrinə istinad etməklə, iddiaçının işəgötürən deyil, cavabdehin rəhbəri olmuş MMC-nin təsisçisi olan xarici hüquqi şəxs olmasını göstərməklə, habelə iddia ərizəsində açıq şəkildə mübahisənin əmək mübahisəsi deyil, mülki mübahisəsi olmasını vurğulamaqla tərəflərin qarşılıqlı münasibətləri üzrə birmənalı olaraq səhv nəticəyə gəlmişdir. İddiaçı təsisçi ilə direktor arasında olan münasibətlərin işəgötürən-işçi münasibətləri, yəni əmək münasibətləri olmadığını hesab edir. Halbuki, məhz tərəflər arasında olan bu iş üzrə münasibətlərin əmək, yoxsa mülki münasibətlər olması məsələsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi 20 iyul 2022-ci il tarixli 2(102)-4218/2022 saylı qərar qəbul etmişdir. Ali Məhkəmə Qərarının 14, 15, 16, 17 və 18- ci bəndlərində açıq şəkildə təkrar-təkrar vurğulamışdır ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında olan münasibətlər əmək münasibətləridir və yaranan mübahisə də fərdi əmək mübahisədir. Odur ki, tərəflər arasındakı münasibətlər mülki deyil, əmək münasibətləridir və yaranan mübahisə də, fərdi əmək mübahisəsidir. Hər hansı subyekt iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həm həmin subyekt, həm də məhkəmə tərəfindən sözügedən subyektin bu iddianın verilməsi üçün subyektin hüququnun olubolmaması müəyyən olunmalıdır. Hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun olubolmamasını araşdırarkən birinci növbədə pul tələbinin yaranması əsasına nəzər yetirilməlidir. Belə ki, iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, onun pul tələbi cavabdeh tərəfindən ezamiyyət xərcləri üçün nəzərdə tutulmuş vəsaitin öz məqsədləri üçün xərclənməsi olmuşdur. Əmək Məcəlləsinin 175.2-ci maddəsinin "d” bəndinə əsasən xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği işçinin razılığı və ya icra sənədi olmadan işçinin əmək haqqından tutula bilər. İddiaçının təsisçisi olduğu Cəmiyyətin 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrinə əsasən Cəmiyyət cavabdehin 2020- ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə əmək haqqı və istifadə edilməmiş məzuniyyət günləri əvəzi hesablanmış məbləğ hesabına cavabdehdən 58,834.54 manat məbləğində vəsait tutulmuşdur. Tutulan vəsait də məhz ezamiyyə xərcləri üçün verilmiş avansın qalıq borcu qaytarılmadığına və xərclərlə bağlı hesabat verilmədiyinə görə tutulmuşdur. Deməli, əgər iddiaçının tələbinin əsası ezamiyyə xərcləri üçün verilmiş avansın qalıq borcunun qaytarılmamasından yaranıbsa, bu vəsait dəymiş ziyan deyil, borc hesabı olunmalı və borc münasibətlərindən irəli gələn mübahisə üzrə iddiaçı məhz Cəmiyyət olmalıdır ki, iddiaçının həmin vəsaitin tələb olunması üçün hər hansı subyektiv hüququ yoxdur (əsas: Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli və M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarlarında göstərdiyi hüquqi mövqəyi). İddiaçı isə bu mübahisəni mülki hüquq münasibətləri istiqamətində yayındırmışdır ki, məhkəmə bu mübahisəni əmək münasibətlərindən irəli gələn mübahisə kimi qəbul etməsin. Cavabdeh iddiaçının qeyd etdiyi kimi deyil, tam əksinə Mülki Məcəllənin tələbinə uyğun olaraq hərəkət etmiş, Cəmiyyəti idarə edərkən onun gəlirli olmasına, külli miqdarda mənfəət əldə edilməsinə və təsisçilərə külli miqdarda dividendlərin ödənilməsinə nail olmuşdur. Məsələn, direktorlar şurasının 29 aprel 2020-ci il tarixli iclasında cavabdehin 2016-2018-ci illərdə olan fəaliyyəti qiymətləndirilərək ona 5,000,000 manat məbləğində mükafatın verilməsi qərara alınmışdır. Şuranın 07 oktyabr 2020-ci il tarixli iclasda isə qeyd edilmişdir ki, pandemiya dövrünə baxmayaraq Cəmiyyət 11.4 min manat mənfəət əldə etmişdir ki, burada da cavabdehin xüsusi rolu olduğu vurğulanmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh 5 il ərzində 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləmişdir ki, bu vəsaitdən 354,657.31 manat məbləğində vəsait şəxsi xarakter daşımışdır. İddiaçı bu hala istinad edərkən birinci növbədə sübut etməlidir ki, vəsait xərclənərkən bank kartları cavabdehin istifadəsində olmuşdur. Belə ki, əgər iddiaçı bank kartlarının verilməsinə ezamiyyə xərcləri üçün verilmiş vəsait kimi yanaşırsa, deməli, bu kartların verilməsi kassadan nağd pulun verilməsinə bərabər tutulmalıdır. Mühasibatlıq uçotunun müvafiq qaydalarına əsasən isə kassadan nağd pulun verilməsi zamanı müvafiq sənədlər tərtib edilməli və həmin sənədlər səlahiyyətli şəxslər tərəfindən imzalanmalıdır. İddiaçı isə belə sənədləri və ya onların mövcudluğu barədə hər hansı digər sübutu məhkəməyə təqdim etməmiş, bank kartlarının cavabdehə təqdim edilməsi və onun istifadəsində olmasını (xüsusilə də, bank hesabından çıxarışlarda qeyd olunan əməliyyatlar zamanı) sübut etməmişdir. Halbuki, hər hansı təqsirli hərəkət barədə danışdıqda, birinci növbədə hərəkəti törədən subyekt müəyyən olunmalıdır. Qeyd edilir ki, təqsirli subyekt müəyyən olunmadan, ziyan-əməl səbəbli əlaqə zənciri mövcud deyil. Çünki, bu zəncirdə əməlin mövcud olması üçün bu əməli törətmiş subyekt olmalıdır ki, bank kartlarının cavabdehin istifadəsində olması sübut olunmadığına görə cavabdehin təqsirli subyekt olması da sübut edilməmişdir. İddiaçı cavabdehin ezamiyyətlərinin siyahısını göstərsə də, cavabdehin həqiqətən həmin ezamiyyətlərdə olub- olmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçının göstərdiyi ki, cavabdeh həmin vəsaiti bilavasitə ezamiyyətdə xərcləmişdirsə, cavabdeh fiziki olaraq həmin coğrafı nöqtədə olmalı idi. Həmçinin Cəmiyyətin fəaliyyətinin yoxlanması üçün hər il kənar audit keçirilir. Hətta Cəmiyyətin Nizamnaməsinin 12.3-cü maddəsinə əsasən auditor rəyi və hesabatlar olmadan ümumi yığıncaq illik balans və maliyyə hesabatlarını təsdiq etməməli, gəlir və xərcləri ayırmamalıdır. Deməli, cavabdeh tərəfindən ezamiyyə xərclərindən kənarlaşma kənar auditor tərəfindən müəyyən olunmalı idi. Halbu ki, kənar audit keçirilsə də, belə bir kənarlaşma nə mübahisələndirilən 5 il dövründə, nə də ki, əvvəlki dövrlərdə müəyyən edilməmişdir. Bundan əlavə, Cəmiyyətdə hər il gəlir və xərclər təsdiq olunur. Lakin, iddiaçı öz iddia tələblərinin "əsaslandırılması” üçün həmin gəlir və xərclər məbləğini təsdiq edən qərarı məhkəməyə təqdim etməmişdir. Bu da o deməkdir ki, iddiaçı sui-istifadə etməklə, cavabdehdən mövcud olmayan dəymiş ziyan hesabına əsassız varlanmaq niyyətindədir. 1 -ci hissədə də qeyd etdiyi kimi, Cəmiyyətin 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrinə əsasən Cəmiyyət cavabdehdən 58,834.54 manat məbləğində vəsait tutmuşdur. Lakin iddiaçı həmin məbləği iddia tələblərində nəzərə almamışdır. Bu da iddiaçının əsassız varlanma niyyətini təsdiq edən bir digər faktdır. İddiaçının cavabdehə qarşı iddiası müstəqil kənar auditor rəyindən deyil, Cəmiyyətin daxili audit xidmətinin 20 noyabr 2020-ci il tarixli aktından irəli gəlmişdir. Həmin akt da öz növbəsində Cəmiyyətin daxili audit xidmətinin rəhbəri deyil, Cəmiyyətin maliyyə direktoru tərəfindən imzalanmışdır. Yəni, Cəmiyyətin daxili audit xidmətinin aktı Cəmiyyətin subyektiv/birtərəfli mövqeyini əks etdirmir. Belə çıxır ki, daxili audit xidməti Cəmiyyətin mövqeyini əks etdirən istənilən rəy tərtib edə bilər. Audit yoxlaması aparılarkən auditin aparılması prosesini təsdiq edən sənəd kimi akt deyil, rəy tərtib olunur və həmin rəydə yoxlama zamanı tədqiq edilmiş sənədlərin siyahısı, hər bir məbləğ üçün açıqlama, hətta barəsində yoxlama aparılan şəxsin, yəni cavabdehin izahatı mövqeyi əksini tapmalıdır. Lakin iş materiallarında mövcud olan akt quru statistik rəqəmləri əks etdirir və heç bir sənədə istinad yoxdur. Əgər Cəmiyyət tərəfindən dəymiş ziyanla bağlı araşdırma aparılmışdırsa və nəticədə daxili audit aktı tərtib edilmişdirsə, bu halda Cəmiyyət Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən araşdırma aparmalı və cavabdehin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək), yoxlamanın nəticələri ilə tanış olmaq hüquqlarını təmin etməli idi. Cəmiyyət isə cavabdehin heç bir hüququnu təmin etməmiş, araşdırmanın aparılmasını təsdiq edən sənədlərdən yalnız daxili audit aktı məhkəməyə təqdim edilmişdir ki, cavabdeh heç həmin aktla da məhkəmədən qabaq tanış edilməmişdir. Ezamiyyə xərclərinin uçotu ilə bağlı məsələlər qanunvericilikdə tənzimlənsə də, korporativ prinsiplərə və beynəlxalq idarəetmə standartlarına uyğun olaraq Cəmiyyət kimi böyük müəssisələrdə bu uçotun aparılması prosedurunu tənzimləyən hər hansı qayda və ya təlimat mövcud olmalıdır. İddiaçı isə belə bir qayda və təlimat təqdim etməmişdir. Belə bir qayda və təlimat təqdim edilsəydi, oradan avansla bağlı hərəkətlərin aparılması qaydası aydın olardı. İş materiallarında olan nümayəndənin etibarnaməsindən görünür ki, notariat ofisi həmin etibarnamənin əslini deyil, fotosurətini təsdiq etmişdir. Bu da etibarnamənin mövcudluğu, nəticədə də, nümayəndənin səlahiyyətlərinin olmasına dair şübhələr yaratmışdır. İddiaçı iddia ərizəsində hazırkı işin mülki iş olmasını bildirmişdir. Halbuki, iddia ərizəsinə hazırkı etirazın dəlillərindən də göründüyü kimi, tərəflər arasındakı mübahisə Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən əmək funksiyalarının icrası ilə bağlı yaranmış fərdi əmək mübahisəsidir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən hazırkı işdə olduğu kimi maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar edildiyi gündən 1 ildir. İddiaçı isə bu müddəti xeyli ötürmüşdür. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
8. Cavabdehin digər nümayəndəsi (vəkili) Vəkil4 iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmədə iclasında izahat verərək bildirmişdir ki, Cavabdehn oğlu 29 mart 2008-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixədək cəmiyyətin baş direktoru olmuş, MMC-nin təsisçilərinin yığıncağının qərarı ilə işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdır. Daha sonra "xxxx" MMC-nin əmri ilə Cavabdeh tutduğu vəzifədən sui-istifadə edərək mülkiyyətçiyə külli miqdarda ziyan vurduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh "xxxx" MMC-nin baş direktoru (qanuni təmsilçisi) olduğu ərəfədə cəmiyyətə məxsus pil vəsaitlərindən şəxsi məqsədlər üçün istifadə edilməsi hüququna malik olmayıb. Bu barədə nə şirkətə məxsus nizamnamədə, nə də hər hansı daxili qayda və ya prosedurda Cavabdeh aid hər hansı hüquq müəyyən edilməmişdir. Buna baxmayaraq, iddia tələbində qeyd olunan məbləğlərin şəxsi məqsədlər üçün qanunsuz olaraq öz istifadəsində olan kart hesablarına "xxxx" MMC tərəfindən mədaxil edilməsi üçün Cavabdeh tərəfindən qanunsuz göstərişlər verilmiş və müvafiq vəsaitlər şəxsi məqsədlər üçün istifadə edilmişdir.
10. Birinci instansiya məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 325 243 (üç yüz iyirmi beş min iki yüz qırx üç) manat dəymiş zərərin əvəzinin və ödənilmiş 645 (altı yüz qırx beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı barədə çıxarışa əsasən "xxxx" MMC-nin payı 12,85%, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin payı-13.38% və "NOBEL OİL SERVİCES(UK) LİMİTED” (İngiltərə(Britaniya))-nin payı 73.77% təşkil edir. "xxxx" MMC hər üç təsisçinin birgə idarəetməsində olan hüquqi şəxsdir. Cavabdeh xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi "xxxx" MMC-nin baş direktoru vəzifəsində çalışmış və işlədiyi müddət ərzində verilmiş əmrlərə əsasən 20 aprel 2015-ci il tarixdən 04 mart 2016-ci il tarix də daxil olmaqla müxtəlif ölkələrdə ezamiyyətlərdə olmuşdur. İş materiallarından müəyyən olunur ki, Cavabdeh 2016-cı ildən sonrakı dövr ərzində müxtəlif ölkələrə səfərlər etsə də, onun ezamiyyətdə olması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. "xxxx" MMC-nin qəbul edilmiş nizamnaməsinə əsasən baş direktorun bir sıra səlahiyyətləri mövcuddur, belə ki, baş direktor cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etməli, onun operativ idarə olunmasını həyata keçirməli, cəmiyyətin daxili idarəetmə strukturunu, ştat cədvəlini, aralıq maliyyə hesabatlarını, aralıq mühasibat balansını və gəlir, xərc və kapital xərclərini müəyyən edən dövrü hesabatları təsdiq etməli və bu barədə Direktorlar Şurasını məlumatlandırılmalı və s. səlahiyyətləri həyata keçirməlidir. Cavabdeh "xxxx" MMC-nin baş direktoru vəzifəsində çalışmaqla ezamiyyətlə bağlı əmrlərin verilməsi, aralıq maliyyə hesabatlarının, aralıq mühasibat balansının, gəlir, xərc və kapital xərclərini müəyyən edən dövrü hesabatların təsdiq edilməsinə dair nəzarət funksiyası bilavasitə özündə olmuşdur. Bundan əlavə "PraysvoterhausKupers Sentral Eyşa ənd Kokasus B.V.” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən kredit kartı çıxarışları xərclərinin araşdırılması ilə bağlı hesabat tərtib olunmuş və aparılmış araşdırılmaya əsasən Cavabdeh tərəfindən ümumi məbləği 405828 manat olan korporativ kartlardan xərcləmələrin 325243 manat vəsait hissəsinin şəxsi məqsədlər üçün istifadə olunduğu müəyyən olunmuşdur. 11.2. İddia edilən maddi ziyanla cavabdeh şəxsin qanunazidd əməli və bu əməlin nəticəsi arasında səbəbli əlaqə mövcud olduğundan və iddiaçıya məxsus korporativ kartlardan xərcləmələrin 325243 manat hissəsinin şəxsi məqsədlər üçün istifadə olunması nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə cavabdehin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımalı olduğunu hesab edir. 11.3. "xxxx" MMC iddiaçının birgə idarəetməsində olan hüquqi şəxs olduğundan və əmək müqaviləsi Cavabdeh ilə "xxxx" MMC arasında bağlansa da, "NOBEL OİL SERVİCES(UK) LİMİTED”(İngiltərə(Britaniya)) nizamnamə kapitalında mayalarının miqdarı 73.77% olmaqla təsisçi olduğundan, həmçinin əmək müqaviləsi üzrə işçi öhdəliklərini yerinə yetirərkən işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığından və cavabdehin qanunsuz hərəkəti nəticəsində təsisçiyə ziyan vurulduğundan 325243 manat vurulmuş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 49.2-ci, 49.3-cü, 1099.2-ci, Əmək Məcəlləsinin 191-ci, 192-ci, 194-cü, 199-cu, 202-ci maddələrinə istinad etmişdir.
13. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv olunmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
15. Apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün hesab edildikdən sonra tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladıqları barışı sazişi elektron kabinetə yüklənmiş, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəflərin artıq barışdıqlarını və barışıq sazişi bağladıqlarını bildirməklə sazişin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi də elektron ərizə göndərərək barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir.
17. Təqdim olunmuş notarial təsdiqli barışıq sazişinə görə, “1. İddiaçı bu Müqaviləyə imza atmaqla Bakı şəhəri Suraxanı rayon məhkəməsinin icraatında olmuş e- 2(010)-300/2023 saylı mülki iş və ondan veriləcək apellyasiya şikayəti əsasında icraatda olacaq mülki iş üzrə Cavabdehə qarşı eyni məhkəmədə qaldırdığı İddiaçıya aid olan korporativ bank kartlarında qanunsuz istifadə edilməsi ilə bağlı dəymiş maddi zərər olaraq 325 243 (üç yüz iyirmi beş min iki yüz qırx üç) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair tələbindən, habelə Cavabdehin "xxxx" MMC-də əmək fəaliyyətini tam olaraq araşdıraraq, Cavabdehin əmək fəaliyyətinə birbaşa və ya dolayısilə aid olan Cavabdehə qarşı olan bütün iddia və tələblərdən, mübahisəli və ya qeyri-müəyyən hüquqlardan (bundan sonra hamısı bir yerdə “İddialar” adlandırılacaq) imtina edir. 2. Cavabdeh bu Müqaviləni imzalamaqla hər hansı İddialar üzrə heç bir məsuliyyəti öz üzərinə götürmür və Cavabdehin İddiaçı qarşısında olan yeganəöhdəliyi bu Müqavilə üzrə aşkar nəzərdə tutulan öhdəlikləri icra etməkdir. 3. Tərəflər razılaşır ki, bu Müqavilədə olan bütün məlumatlar, həmçinin İddialar tam olaraq məxfi saxlanılmalıdır və açıq məhkəmə prosesi istisna olmaqla, heç bir üçüncü şəxsə açıqlanmamalıdır. Bu öhdəlik məcburi qaydada müvafiq məhkəmə və dövlət orqanlarına şamil edilmir. 4. Əgər İddiaçı bu Müqavilə üzrə üzərinə düşən öhdəlikləri, o cümlədən məxfiliyə dair öhdəlikləri icra etməzsə və ya gələcəkdə Cavabdehə qarşı hər hansı tələb və ya iddia irəli sürərsə, o, Cavabdehə 250 000 (iki yüz əlli min) manat məbləğində cərimə ödəməyə borclu olacaq.Lakin bu cərimə Cavabdehi qanunvericiliklə nəzərdə tutulan digər hüquqi müdafiə tədbirlərinə əl atmaq, Cavabdehə dəymiş zərəri tələb etmək (bütün hüquqi və nümayəndəlik xərcləri də daxil olmaqla) imkanlarını məhdudlaşdırmamalıdır. 5. Tərəflər təsdiq edir ki, bu Müqavilənin şərtləri, hüquqi və faktiki nəticələri barədə müstəqil şəkildə tam və dolğun hüquqi məsləhət almışdır. Tərəflər təsdiq edirlər ki, bu Müqaviləni könüllü olaraq, heç bir təzyiq və hədə qorxu və ya öz hüquqlarının həyata keçirilməsində heç bir məhdudiyyət olmadan imzalayırlar. Tərəflər bu Müqavilənin hüquqi nəticələri barədə bütün məlumatları müstəqil olaraq əldə etmişlər və ya əldə etmək imkanına malik olmuşlar. 6. Bu Müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən Azərbaycan Respublikasının mülki məcəlləsinin 881-ci maddəi ilə tənzimlənir. 7. Hər bir Tərəf təsdiq edir ki, bu Müqaviləyə daxil olarkən hər hansı yazılı və ya şifahi təqdimat, vəd, zəmanət və ya hər hansı təminata söykənməmiş və ya arxayın olmamışdır və bunlarla bağlı ola biləcək hər hansı iddia və ya tələblərdən imtina edir. 8. Bu Müqavilənin hər hansı müddəası etibarsız hesab edildiyi təqdirdə, Müqavilənin digər müddəaları öz hüquqi qüvvəsini saxlayacaqdır”.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
19. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
20. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
21. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
22. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya baxışının həddi
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
24. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. İddiaçı bu Müqaviləyə imza atmaqla Bakı şəhəri Suraxanı rayon məhkəməsinin icraatında olmuş e-2(010)-300/2023 saylı mülki iş və ondan veriləcək apellyasiya şikayəti əsasında icraatda olacaq mülki iş üzrə Cavabdehə qarşı eyni məhkəmədə qaldırdığı İddiaçıya aid olan korporativ bank kartlarında qanunsuz istifadə edilməsi ilə bağlı dəymiş maddi zərər olaraq 325 243 (üç yüz iyirmi beş min iki yüz qırx üç) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair tələbindən, habelə Cavabdehin "xxxx" MMC-də əmək fəaliyyətini tam olaraq araşdıraraq, Cavabdehin əmək fəaliyyətinə birbaşa və ya dolayısilə aid olan Cavabdehə qarşı olan bütün iddia və tələblərdən, mübahisəli və ya qeyri-müəyyən hüquqlardan (bundan sonra hamısı bir yerdə “İddialar” adlandırılacaq) imtina edir. 2. Cavabdeh bu Müqaviləni imzalamaqla hər hansı İddialar üzrə heç bir məsuliyyəti öz üzərinə götürmür və Cavabdehin İddiaçı qarşısında olan yeganəöhdəliyi bu Müqavilə üzrə aşkar nəzərdə tutulan öhdəlikləri icra etməkdir. 3. Tərəflər razılaşır ki, bu Müqavilədə olan bütün məlumatlar, həmçinin İddialar tam olaraq məxfi saxlanılmalıdır və açıq məhkəmə prosesi istisna olmaqla, heç bir üçüncü şəxsə açıqlanmamalıdır. Bu öhdəlik məcburi qaydada müvafiq məhkəmə və dövlət orqanlarına şamil edilmir. 4. Əgər İddiaçı bu Müqavilə üzrə üzərinə düşən öhdəlikləri, o cümlədən məxfiliyə dair öhdəlikləri icra etməzsə və ya gələcəkdə Cavabdehə qarşı hər hansı tələb və ya iddia irəli sürərsə, o, Cavabdehə 250 000 (iki yüz əlli min) manat məbləğində cərimə ödəməyə borclu olacaq. Lakin bu cərimə Cavabdehi qanunvericiliklə nəzərdə tutulan digər hüquqi müdafiə tədbirlərinə əl atmaq, Cavabdehə dəymiş zərəri tələb etmək (bütün hüquqi və nümayəndəlik xərcləri də daxil olmaqla) imkanlarını məhdudlaşdırmamalıdır. 5. Tərəflər təsdiq edir ki, bu Müqavilənin şərtləri, hüquqi və faktiki nəticələri barədə müstəqil şəkildə tam və dolğun hüquqi məsləhət almışdır. Tərəflər təsdiq edirlər ki, bu Müqaviləni könüllü olaraq, heç bir təzyiq və hədə qorxu və ya öz hüquqlarının həyata keçirilməsində heç bir məhdudiyyət olmadan imzalayırlar. Tərəflər bu Müqavilənin hüquqi nəticələri barədə bütün məlumatları müstəqil olaraq əldə etmişlər və ya əldə etmək imkanına malik olmuşlar. 6. Bu Müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən Azərbaycan Respublikasının mülki məcəlləsinin 881-ci maddəi ilə tənzimlənir. 7. Hər bir Tərəf təsdiq edir ki, bu Müqaviləyə daxil olarkən hər hansı yazılı və ya şifahi təqdimat, vəd, zəmanət və ya hər hansı təminata söykənməmiş və ya arxayın olmamışdır və bunlarla bağlı ola biləcək hər hansı iddia və ya tələblərdən imtina edir. 8. Bu Müqavilənin hər hansı müddəası etibarsız hesab edildiyi təqdirdə, Müqavilənin digər müddəaları öz hüquqi qüvvəsini saxlayacaqdır” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-300/20238 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə