Məhkəmə qərarları › İş №2(103)-4426/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4426/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4426/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı maneələrin aradan qaldırılması və sairə tələbinə dair ilk, Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1345/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 99.6 kv.m olan ünvan 2 üzərində 13/84 hissədə X12, 13/84 hissədə X6, 13/84 hissədə İddiaçı2, 13/84 hissədə X13, 6/84 hissədə X16, 13/84 hissədə X18 və 13/84 hissədə Cavabdeh1 paylı mülkiyyət hüquqları müəyyən edilmişdir.

2. İş materiallarında olan Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdən xx.xx.2019 cu il tarixədək “Ürəyin aterosklerotik xəstəliyi”, ÜİX A/K. Hipertenziya İİ diaqnozu. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Essensial (birincili) Hipertenziya İİ diaqnozu Endokrinologiya, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Vertebrobazilyar arterial sistem sindromu, Essensial (birincili) hipertenziya” diaqnozu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək “Beyin infarktının nəticələri' diaqnozu. xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək "Beyin arteriyalarının trombozu nəticəsində törənən beyin infarktı” diaqnozu ilə Hospitalda Reanimasiya və intensiv terapiya şöbəsində stasionar müalicədə olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən quraşdırılan müşahidə kamerasının, ümumi istifadədə olan torpaq sahəsidə quraşdırılan qapının sökülməsi, yaşadığı evin üzərində tikinti işlərinin aparılmasının qadağan edilməsi, evinin damına çıxarkən yaradılan maneələrin aradan qaldırılması, pilləkəndə qoyulmuş qapının sökülməsi, yaşadığı evə qazın verilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən sökülən tüstü bacalarının və tüstü bacalarının sökülməsi nəticəsində evinə vurulmuş ziyanın bərpa edilərək əvvəlki vəziyyətə, yəni istifadəyə yararlı vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş 459 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi ziyanın, cəmi 5459 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 99,6 kvadratmetr olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda həmçinin, 3 qardaşına və 2 bacısına məxsus yaşayış evləri vardır. xx.xx.2024-cü il tarixində qardaşı Cavabdeh2 qızı Cavabdeh1 həmin ünvanda olan evlərin ümumi istifadəsində olan torpaqda, heç bir icazəsi olmadan öz evinin sahəsini genişləndirmək məqsədilə tikinti işləri apardığı üçün ona məxsus evin qabağını kəsmişdir. Həyat yoldaşı X1 Rəhimə Əsədulla qızının həyat yoldaşı X17 haqlı iradını bildirmişdir. Yaqub öz növbəsində həyat yoldaşına evə keçid üçün yer saxlamayacağını bildirmişdir. Daha sonra Yaqub həyat yoldaşı Rəhimə ilə telefonla danışaraq əmisi arvadının iradını ona bildirmiş bundan sonra telefonun səs gücləndiricisi açaraq Rəhimənin həyat yoldaşı Çəmən Gül xanıma qarşı elədiyi təhqirləri dinlətmişdir. Qızı Səriyyə də məsələdən xəbər tutduqdan sonra onları digər qızının evinə aparmış, sonra isə ərazi üzrə MİS-nə şikayət etmişlər. Ərazi üzrə MİS-in işçiləri və polis əməkdaşları həmin həyətdə qanunsuz tikilən tikilini sökmüşlər. Söküntüdən sonrakı gün həyətə gəlmiş, cavabdeh Rəhimə onların evin üstündəki tüstü bacasını söküb onu yararsız hala salmış, həyətdə onlara məxsus zivələri bıçaqla kəsmiş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt onların ailədən heç kəs həmin həyətdə olmamışdır. Qızı Səriyyə bu hadisələrlə bağlı 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polis əməkdaşları həyətə gələrək onun və qarşı tərəfin izahatını almışlar. Polis əməkdaşı tüstü bacasının sökülməsi ilə bağlı qaz idarəsinə müraciət etməsini bildirmişdir. Noyabr ayının 5-də qızı Səriyyə qaz idarəsinə yaxınlaşıb məsələ ilə bağlı məlumat vermişdir. Qaz idarəsinin əməkdaşları evə gələrək baxış keçirmişlər. Müayinənin nəticəsində evdə dəmir sobanın yandırılmasının insan həyatı üçün ölümcül təhlükəli olması qənaətinə gələrək sobanı plomblamışlar və bununla bağlı akt tərtib etmişlər. Qızı Səriyyə onlar evdə olmayan zaman həyətdə baş verənlərdən məlumatlı olmaq üçün həyətdə müşahidə kamerası quraşdırmışdır. 14 noyabr 2024-cü il tarixdə cavabdeh yenidən həyətə gələrək dama çıxmaq üçün istifadə olunan pilləkənlərin qarşısına dəmir qapı qoydurmuş və ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni şəkildə zəbt etmişlər. 15 noyabr 2024-cü il tarixdə cavabdeh həyətdə onların evinin üz-üzə müşahidə kamerası quraşdırmışdır. Müşahidə kamerası isə onların evinin içini çəkir, nəticədə şəxsi və ailə həyatlarına müdaxilə olunur. Bu səbəbdən qızı Səriyyə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə və 102 xidmətinə şikayət etmişdir. 102 xidmətindən qızına yalnız məhkəmə qərarı olduğu təqdirdə müşahidə kamerasının sökülə biləcəyini bildirmişlər. 18 noyabr 2024-cü il tarixdə Cavabdeh1 bir qrup fəhlə ilə həyətə gələrək köç işləri həyata keçirmiş və həyətdə çoxlu səs-küy yaratmışdır. Buna etirazını bildirərkən aralarında mübahisə yaranmış hirslənərək evdən getmişdir. Bu mübahisənin üzərinə Rəhimənin həyat yoldaşı Yaqub qardaşı Cavabdeh2 və qardaşının həyat yoldaşı Cavabdeh3 onların eviə gəlmiş, evdə tək olan həyat yoldaşı X9 ilə mübahisə etmişdirlər. Rəhimə və anası Gülsüm tərəfindən həyat yoldaşını təhqir etmişlər. Mübahisəni müşahidə kameralarından izləyən qızı Səriyyə polisə və təcili tibbi yardıma zəng etmişdir. Evə gələn həkimlər yoldaşının vəziyyətinin ağır olduğunu və təcili xəstəxanaya aparılmalı olduğunu bildirdilər. Əks halda xəstəxanaya aparılmaqdan imtina edilməsi barədə sənədə imza çəkməliydilər. Onlar yoldaşını Daxili İşlər Nazirliyinin hospitalına aparmış və o 3 gün xəstəxanada reanimasiya şöbəsində müalicə olunmuşdur. Onlar xəstəxanada müalicə olunmaq üçün və dərmanlara pul ödəmişlər. Hal-hazırda mövcud vəziyyətə görə o və həyat yoldaşı həmin evdə qala bilmirlər. Çünki qanunsuz tikilisinin söküntüsündə onları günahkar bilən qardaşının ailəsi tərəfindən təzyiqlərə məruz qalır yaşlı və xəstə adamlardırlar və hər dəfə qardaşının qızı gəlib dava-dalaş saldıqda onların səhhəti pisləşir.

5. Cavabdeh1 cavabdehlər İddiaçı1, X10 və İddiaçı2 qarşı pul və kameranın sökülməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı2, X2 və X5 müştərək qaydada 1200 manat məbləğində maddi ziyanın, vəkil xidmətindən istifadəyə görə ödədiyi 500 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun tutulması, habelə cavabdehlər İddiaçı2, X2 və X5 hər birindən 500 manat olmaqla mənəvi ziyanın tutularaq ona ödənilməsi, cavabdehlər tərəfindən həyətin giriş darvazasında quraşdırılmış kameranın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan Cavabdeh1 ərizə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək, İddiaçı2 və X2 müştərək qaydada 1200 manat məbləğində maddi ziyanın, vəkil xidmətindən istifadəyə görə ödədiyi 500 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun tutulması, habelə cavabdehlər İddiaçı2 və X3 hər birindən 500 manat olmaqla mənəvi ziyanın tutularaq ona ödənilməsi, cavabdehlər tərəfindən həyətin giriş darvazasında quraşdırılmış kameranın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 86 saylı ev təkcə ilk iddiaçıların mülkiyyətində deyil, ümumi paylı mülkiyyətdə olub o da daxil olmaqla 7 nəfərə məxsusdur. Həmin ünvanda yerləşən ona məxsus, giriş-çıxışı ayrı olan və ikinci mərtəbədə yerləşən fərdi yaşayış evinin sərhədləri hüdudunda tikməyə çalışdığı hasar qarşılılqlı iddia üzrə cavabdehlərin polisə əsassız şikayəti əsasında sökülmüş, bununla da ona maddi ziyan dəymişdir. Həmin hasarın sökülməsində əsas rolu cavabdehlərin qızı X14 oynamışdır. Belə ki, X14 DİN-nin ümumi şöbəsində işləyir və xidməti səlahiyyətlərindən sui-istifadə edərək hasarın polis əməkdaşları tərəfindən sökülməsinə nail olmuş, eləcə də anası X7 özünün və DİN-nin hospitalında tibb bacısı işləyən bacısı X11 vasitəsilə yerləşdirmiş, anasının guya həmin gün halının pisləşməsi ilə bağlı saxtakarlıqlar etmiş, DİN-nin hospitalında sonuncunun daimi müalicəsi üçün mütəmadi olaraq aldıqları dərman reseptlərini və ödəniş qəbzlərini məhkəməyə təqdim edərək guya onun əməli nəticəsində ona ziyan dəydiyini iddia etmişdir. Belə ki, 75 yaşlı X9 vaxtaşırı mütəmadi olaraq DİN-nin hospitalında müayinə və müalicə olunur. İlk iddia üzrə iddiaçılar tərəfindən iddia ərizəsində qeyd olunanların heç biri doğru deyildir. Belə ki, ona məxsus ikinci mərtəbədə yerləşən fərdi yaşayış evinin sərhədləri hüdudunda özünə aid olan hissədə tikmək istədiyi hasar öz ev sahəsinin genişləndirilməsi məqsədi daşımırdı (heç istəsə də evinin sahəsini genişləndirə bilməz, belə ki, orada hər hansı bir boş sahə yoxdur), sadəcə mənzilini digər sahələrdən təcrid etmək istəyirdi. İlk iddiaçıların evinin üstündəki tüstü bacasının sökülməsinə səbəb isə həmin bacanın düz onun evinin pəncərəsinin önündə 50 sm məsafədə, tüstü bacasının sonunun evinin pəncərəsi səviyyəsində olması, tüstü bacasından çıxan istiliyin pəncərəsinin alışmasına, dəm qazının isə pəncərədən evinə daxil olaraq ailə üzvləri üçün real təhlükə yaratması olmuşdur. Həmin tüstü bacası sökülərək, ona hər hansı bir ziyan vurulmadan istifadəyə yararlı halda ilk iddiaçıların divarına söykədilmişdir. Qaz idarəsinin əməkdaşlarının tərtib etdikləri akt isə sobanın bacasının qapadılması səbəbindən istismara yararsızlığı barədədir. Həmin akt sobanın tüstü bacasının başqa yerdən qoyulmasını istisna etmir. Belə ki, təqdim etdiyi şəkil və video görüntülərdən də məlum olur ki, ilk iddiaçılar özlərinə məxsus evin eyvanının şüsəbəndindən də tüstü bacasını çəkməklə sobadan istifadə edə bilərlər və bu zaman ətrafa və qonşulara hər hansı bir təhlükə yaranmayacaqdır. Daha sonra, ilk iddiaçıların dama çıxmaq üçün istifadə olunan pilləkənin qarşısına tərəfindən dəmir qapı qoyulmaqla ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni şəkildə zəbt eməsi barədə iddiaları tam əsassız və qanunsuzdur. Belə ki, təqdim etdiyi şəkil və video görüntülərdən də açıq-aşkar göründüyü kimi, həmin pilləkən qaynatası, ilk iddia üzrə Cavabdeh2 tərəfindən 50 ildən çoxdur ki, ona məxsus evə qalxmaq üçün tikilmişdir. Həmin tikilinin tarixini sübutu olaraq 30 il bundan əvvəl çəkilmiş video görüntüləri də məhkəməyə təqdim edir. Həyətinə kənar şəxslərin icazəsiz girişinin qarşısının alınması üçün tərəfindən həmin pilləkənə qapı qoyulması isə onun konstitusion hüququdur. Digər tərəfdən, ilk iddiaçılar öz evlərinin damına həyətdən və ya küçədən nərdivan qoymaqla rahat çıxa bilərlər. Tərəfindən ona məxsus ərazidə qoyulmuş kameralar nə ilk iddiaçılara, nə də digər qonşulara hər hansı bir maneçilik törətmir, yalnız təhlükəsizlik məqsədi daşıyır. Əksinə, ilk iddiaçılar tərəfindən həyətin giriş darvazısının içəri tərəfində quraşdırılmış kamera birbaşa onun mətbəxinin pəncərəsinə baxır və bu da onlar tərəfindən onun mənzilinin daxilini rahat görməyə imkan verir ki, həmin kamera sökülməlidir. Yuxarıda da qeyd etdiyi kimi, ilk iddiaçılar tərəfindən hasarının sökülməsi nəticəsində usta pulu da daxil olmaqla ona 1200 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə, qonşuların qarşısında əsassız şəkildə doğma əminin ailəsi tərəfindən polisə cəlb edilməsi, hasarının sökülməsi, aralarında yaranmış mübahisə, ona qarşı məhkəmədə sözügedən iddianın qaldırılması onda əsəb və stress yaratmış, mənəvi əzab çəkməyimə səbəb olmuşdur. Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd etmək istəmişdir ki, cavabdehlərin ona qarşı törətdiyi qanunsuz hərəkət nəticəsində, ona vurulmuş mənəvi zərərin əvəzini hər bir cavabdehə münasibətdə 500 manat olaraq qiymətləndirir. Belə ki, cavabdehlər tərəfindən edilən qeyri-qanuni əməllər onun çox gərgin mənəvi və psixoloji sarsıntı keçirməmə səbəb olmuşdur. Bundan əlavə, ona qarşı açılmış əsassız məhkəmə işi ilə bağlı özündən asılı olmayan səbəblərdən ödənişli vəkil xidmətlərindən istifadə etməli və dövlət rüsumu ödəməli olmuşdur ki, həmin ödənişlər də daxil olmaqla ona vurulmuş bütün maddi ziyan da müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmalıdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1345/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) ilk iddia qismən təmin edilməsi, Cavabdeh1 üzərinə ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin pəncərəsinə tuşlanan müşahidə kamerasının sökülməsi vəzifəsinin qoyulması, Cavabdeh1 üzərinə ünvan 2 ünvanda ümumi istifadədə olan sahədəki pilləkənin sonunda qoyulmuş qapının öz vəsaiti hesabına sökülməsi vəzifəsinin qoyulması, ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətindən çıxan tüstü bacası Cavabdeh1 vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması, ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətin üzərində qanunsuz tikinti işlərinin aparılmasının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin damına qalxması üçün yaradılan maneələrin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə ödənilmiş 100 manatın alınaraq İddiaçı2 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 21.1, 21.2, 152.5, 157.4, 170.2, 226, 227.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən qarşılıqlı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla,araşdırılması vacib haldır ki, məhkəmənin öz qətnaməsində istinad etdiyi hal ondan ibarətdir ki, İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin hansı sahə olması bilinmir. Naturada tərəflər arasında bölgü olmadığı halda məhkəmə hansı sahənin kimə məxsus olmasını necə müəyyən edib? Qanuni əsaslarla bölgü aparılaraq naturada 13/84 hissənin hansı hissə olduğu müəyyən edilmədiyi halda məhkəmənin iddiaçılara məxsus 13/84 hissədə paylı mülkiyyətinin pəncərəsini, həmin sahənin damını müəyyən etməsi qeyri-müəyyən yanaşmadır. Məhkəmə iddianı qismən təmin edərək nəzərə almamışdır ki, İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin pəncərəsinə tuşlanan kameranın sökülməsi dedikdə müşahidə kamerasının hara tuşlanmasını necə müəyyən etmişdir? C.Məmmədquluzadə küçəsi ev 86 ünvanda ümumi istifadədə olan sahədəki pilləkənin sonunda qoyulmuş qapının öz vəsaiti hesabına sökülməsi hissəsində yanaşma əsassızdır. Məhkəmə kameralara münasibətdə toxunulmazlıq hüququnu əsas tutur, amma Cavabdeh1 mənzilinə münasibətdə eyni yanaşmanı tətbiq etmir. Nəzərə alınmayıb ki, bu qapı ümumi istifadədə olan ərazidə deyil, məhz cavabdehə məxsus yaşayış sahəsinin girişini əhatə edir. Bu qapının heç bir halda iddiaçılara aidiyyatı və maneəsi yoxdur. İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətindən çıxan tüstü bacası Cavabdeh1 vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması dedikdə tüstü bacasının qanuni olubolmaması araşdırılmamışdır. Bundan başqa tüstü bacasının əvvəlki vəziyyətə gətirilməsi dedikdə əvvəl hansı vəziyyətdə olması ilə indiki vəziyyəti arasındakı vəziyyət xarakterizə edilmir. İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətin üzərində qanunsuz tikinti işlərinin aparılmasına qadağalar qoyularkən nəzərə alınmamışdır ki, həmin sahə Cavabdeh1 evinin həyatyanı sahəsidir. Bundan başqa ünvan 2 ünvanda yerləşən sahə həm də Cavabdeh1 da mülkiyyətidir. Məlikəli Qurban oğluna məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin damına qalxması üçün yaradılan maneələr dedikdə bu maneələr nədən ibarət olması müəyyən edilməmişdir. Qeyd edir ki, iddiaçılarının dama qalxmasına heç bir maneə yaratmır və o, asanlıqla bir neçə istiqamətdən evinin damına qalxa bilər. Məhkəmə isə bu kimi halları görməzdən gəlmişdir. Məhkəmə bu hallara yanlış qiymət verməklə yanaşı Cavabdeh1 qarşılıqlı iddiasının əsaslarını da araşdırmamışdır. Hesab edir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən qeyd edilən bir sıra halları nəzərə almamış və qeyri-obyektiv nəticəəldə edilmişdir. Nəticə olaraq məhkəmə işə birtərəfli yanaşmış və Cavabdeh1 da əmlak hüquqlarını və bundan irəli gələn halları nəzərə almışdır. Pilləkan yerləşdiyi yer Cavabdeh1 isrifadəsində olan evin giriş hissəsidir. Pilləkan məhz Cavabdeh1 məxsus evə qalxmaq üçün qoyulmuş pilləkandır. Çünkü həmin evə başqa yerdən giriş mövcud deyildir. Yəni qapıdan içəri də Cavabdeh1 evinin həyatyanısahəsi hesab olunur. O qapının cavabdehlərə faktiki maneəçiliyi nədən ibarətdir? Bu hal araşdırılmamış və qətnamədə əsaslandırılmamışdır. Cavabdeh1 həyətyanı sahəsinin iddiaçılara aidiyyatı yoxdur. Bundan başqa həmin dama çıxmağın da kənardan (hər tərəfdən) nərdivan, pilləkan qoymaqla çıxılması yolları mövcuddur ( təqdim edilən fotoşəkillərdən bu aydın şəkildə görsənir). Həmin qapı məhz iddiaçının mülkiyyət hüququnun (evinin) mühafizəsi və toxunulmazlığının təmin edilmə vasitəsidir. Həmin ikincimərtəbədə iddiaçının evinin girişindəki qapının formal əsaslarla əlaqələndirilib (dama çıxamya mane olan hal kimi) sökülməsi öhdəliyinin qayulması qanunsuz və əsassız mövqedir. Hansı ki, qeyd etdiyi kimi kənardan dama çıxmanın kifayət qədər yolları mövcuddur. Qaz idarəsi orada olan Qazla bağlı vəziyyəti ölümcül elan etdiyi bir halda tüstü bacasının əvvəlki vəziyyətə gətirilməsi dedikdə niyə nəzərə alınmır ki, ümumiyyətlə orada tüstü bacası olmalıdırmı? Tüstü bacasının qanunilik əsası müəyyən edilmədiyi və onun standartı, mövcud vəziyyəti bilinmədiyi halda əvvəlki vəziyyətə gətirilməsi dedikdə nə nəzərdə tutulur? Bu hal müəəyən edilmədiyi halda cavabdehin üzərinə vəzifə qoyulması və bu vəzifənin nədən ibarət olmadığı müəyyən edilmədiyi halda hansı öhdəlikdən söhbət gedə bilər? Odur ki, məhkəmənin bu halı da aydınlaşdırmadan qərar qəbul etməsi qanuni və əsalı ola bilməz. Məhkəmə burada da iddiaçının mülkiyyətindəki 13\84 sahəyə istinad edir, amma yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus 13\84 hissə naturada müəyyən edilməmişdir. İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin damına qalxması üçün yaradılan maneələr anlayışı tam deyildir. İddiaçıların isə qəza və dama texniki xidmət halları xaric damdan istifadə edəcək hət hansı hal yoxdur. Dama isə evin hər istiqamətindən qalxmaq mümkündür. Bu, təqdim ediləcək fotolardan da görünəcəkdir. Evə qalxmanın bu qədər yolu və üsulu olduğu halda bu evə nə üçün Cavabdeh1 pilləkanından, qapısından və həyatyanı sahəsindən istifadə edilərək həyata keçirilməlidir? Bu mənzil və şəxsi toxunulmazlıq hüququna zidd deyilmi? İddiaçıların naturda bölünməmiş evdə faktiki yaşadığısahənin dam hissəsinin Cavabdeh1 məxsus evə aidiyyatı olmadığı halda, eləcə də dama qalxmağın başqa üsulları mövcud olduğu halda bunun cavabdehdən asılı edilməsi yanlış qənaətdir və qanunsuzdur. Ev bir mərtəbəli olmaqla dam hissəsi düz formadadır. İddiaçı hər bir istiqamətdən pilləkan qoymaqla dama çıxa bilər. Belə bir halda da maçıxmaqla bağlı Cavabdeh1 qadağa qoyulması qanunsuz və əsassızdır. Məhkəmə Mülki Məcəllənin 226-ci maddəsinə istinad edərək ancaq iddiaçıların maraqlarından yanaşmışdır. Məhkəmə bunu edərkən nəzərə almamışdır ki, İddiaçı2 məxsus 13/84 hissə qədər pay həm də Cavabdeh1 məxsusdur. Nəsimi Rayon Məhkəməsi ilkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər Musayeva ÇəmənX33 və İddiaçı2 qarşımaddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasını təmin etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan hallara yanlış qiymət verməklə yanaşı, qarşılıqlı iddianın əsaslarını da araşdırmamışdır. Nəticədə məhkəmə qarşılıqlı iddia tələbinə dair hissədə maddi hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin dəlil, sübut kimi istinad etdiyi hallar işin təhrif edilmiş halıdır. İş üzrə iddiaçının dəlilləri uydurmadır və həqiqəti əks etdirmir. Hörmətli Məhkəmə Kollegiyası, İş üzrə iddiaçının heç bir mötəbər dəlili yoxdur. İddiaçınınn dəlili, ancaq və ancaq əsası(mötəbərliyi) olmayan sözlərdir. İddiaçının əqdin etibarsızlığına dair heç bir sübutu olmadığı üçün buna maddi əsas da yoxdur. Məhkəmə işə baxarkən əmlakın paylımülkiyyətdə olsa da naturada tərəflərin pay hüququnun tam təmin edilməməsi kimi hallara qiymət verməmişdir. Məhkəmə iş üzrə səti araşdırma apararaq qazdan istifadə və tüstü bacası ilə bağlı eləcə də iddiada qeyd edilən digər məsələlərə münasibətdə ekspertizalar keçirə bildiyi halda bunu etməmişdir. Məhkəmə işə baxarkən tərəflərin əmlak hüquqlarına münasibətdə ədalətli araşdırmanı təmin etməyərək sübutlara yanlış qiymət vermişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinın “Qavazov Bolqarıstana qarşı iş üzrə” 2008-ci il 6 mart tarixli Qərarında qeyd etmişdir ki, Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddia üzrə iş lazımı qaydada əsaslandırılmamışdır. İstinad edilən sənədlərin təhlili göstərir ki, qətnamə qanuni və əsaslı deyildir. İşi üzrə olan natamam sübutlar və digər cavabsız suallar bir daha göstərir ki, işə obyektiv və hərtərəfli baxılmadan qərar çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin əsas “dəlil”lərindən biri ondan ibarət olmuşdur ki, “...İddiaçının izahatının təhlili bir daha göstərir ki, onun iddiası qanunsuz və əsası olmayan hallardan ibarətdir. Əvvəla, araşdırılması vacib haldır ki, məhkəmənin öz qətnaməsində istinad etdiyi hal ondan ibarətdir ki, İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin hansı sahə olması bilinmir. Naturada tərəflər arasında bölgü olmadığı halda məhkəmə hansı sahənin kimə məxsus olmasını necə müəyyən edib? Qanuni əsaslarla bölgü aparılaraq naturada 13/84 hissənin hansı hissə olduğu müəyyən edilmədiyi halda məhkəmənin iddiaçılara məxsus 13/84 hissədə paylı mülkiyyətinin pəncərəsini, həmin sahənin damını müəyyən etməsi qeyri-müəyyən yanaşmadır. (Bu “dəlilə” cavab olaraq bildirirəm ki, əgər İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin hansı sahə olması bilinmirsə, qanuni əsaslarla bölgü aparılaraq naturada 13/84 hissənin hansı hissə olduğu müəyyən edilmədiyi halda məhkəmənin iddiaçılara məxsus 13/84 hissədə paylı mülkiyyətinin pəncərəsini, həmin sahənin damını müəyyən etməsi qeyri-müəyyən yanaşmadırsa o zaman ilk iddia üzrə cavabdeh hansı əsasla “özünə məxsus mənzildən, özünə məxsus yaşayış sahəsinin girişindən, özünə məxsus evinin həyatyanı sahəsindən” bəhs edir və hansı əsasla tikinti işləri aparır?) 1. Məhkəmə iddianı qismən təmin edərək nəzərə almamışdır ki, İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin pəncərəsinə tuşlanan kameranın sökülməsi dedikdə müşahidə kamerasının hara tuşlanmasını necə müəyyən etmişdir? (Bu “dəlilə” cavab olaraq bildirirəm ki, məhkəmə qanuni və əsaslı olaraq ilk iddianı qismən təmin edərkən, ilk iddianın tələbinə uyğun olaraq İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin pəncərəsinə tuşlanan kameranın onun şəxsi toxunulmazlıq hüququnu pozmasına istinad etmişdir və bu qənaətə yerində müayinə (yerli baxış) əsasında gəlmişdir və bu da qətnamədə öz əksini tapmışdır. Məgər bir hakim yerində müayinə zamanı müəyyən edə bilməzdimi ki, həmin kamera hara tuşlanıb və həmin kamera haranı çəkir? Məgər bunun üçün xüsusi bilikmi tələb olunur? Adi gözlə istənilən insan həmin kameranın hara tuşlandığını asanlıqla müəyyən edə bilər). 2. C.Məmmədquluzadə küçəsi ev 86 ünvanda ümumi istifadədə olan sahədəki pilləkənin sonunda qoyulmuş qapının öz vəsaiti hesabına sökülməsi hissəsində yanaşma əsassızdır. Nəzərə alaq ki, məhkəmə kameralara münasibətdə toxunulmazlıq hüququnu əsas tutur, amma Cavabdeh1 mənzilinə münasibətdə eyni yanaşmanı tətbiq etmir. Nəzərə alınmayıb ki, bu qapı ümumi istifadədə olan ərazidə deyil, məhz cavabdehə məxsus yaşayış sahəsinin girişini əhatə edir. Bu qapının heç bir halda iddiaçılara aidiyyatı və maneəsi yoxdur. (Bu “dəlilə” cavab olaraq bildirir ki, məhkəmə qanuni və əsaslı olaraq müəyyən etmişdir ki, həmin qapı ilk iddia üzrə cavabdeh tərəfindən ümumi istifadədə olan torpaq sahəsində pilləkənin sonunda quraşdırılmış qapı qonşuların və müvafiq orqanın icazəsi olmadan nə qonşuluq hüququna nə də “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin tarixdən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə də uyğun deyildir.) 3. İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətindən çıxan tüstü bacası Cavabdeh1 vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması dedikdə tüstü bacasının qanuni olub-olmaması araşdırılmamışdır. Bundan başqa tüstü bacasının əvvəlki vəziyyətə gətirilməsi dedikdə əvvəl hansı vəziyyətdə olması ilə indiki vəziyyəti arasındakı vəziyyət xarakterizə edilmir (Bu “dəlilə” cavab olaraq bildirir ki, ilk iddia üzrə cavabdeh həmin tüstü bacasının qanunsuz olmasına dair hər hansı bir sübut təqdim etməmişdir və apellyasiya şikayətində də bu barədə hər hansı bir sübuta təqdim etməmişdir. Tüstü bacasının əvvəlki vəziyyəti hər kəsə məlum olduğuna görə, məhkəmə qanuni və əsaslı olaraq müəyyən etmişdir ki, tüstü bacası ilk iddia üzrə cavabdehin hesabına sökülməmişdən əvvəlki vəziyyətə gətirilməlidir). 4. İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətin üzərində qanunsuz tikinti işlərinin aparılmasına qadağalar qoyularkən nəzərə alınmamışdır ki, həmin sahə Cavabdeh1 evinin həyatyanı sahəsidir. Bundan başqa ünvan 2 ünvanda yerləşən sahə həm də Cavabdeh1 da mülkiyyətidir. (Bu “dəlilə” cavab olaraq bildirir ki, ilk iddia üzrə cavabdeh qeyd etdiyi sahənin məhz Cavabdeh1 evinin həyatyanı sahəsi olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir və bu barədə apellyasiya şikayətində hər hansı bir sübuta istinad etməmişdir. Əksinə məhkəmə öz qətnaməsində qanuni, əsaslı və düzgün olaraq müəyyən etmişdiir ki, qapı qoyulan sahə və evinin damına qalxması üçün yaradılan maneələr ümumi istifadədə olan sahədə inşa edilmişdir, tikiti və söküntü işləri, ilk iddia iddiaçıya məxsus yaşayış evinin üzərində aparılıb). 5. Məlikəli Qurban oğluna məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin damına qalxması üçün yaradılan maneələr dedikdə bu maneələr nədən ibarət olması müəyyən edilməmişdir. Qeyd edir ki, iddiaçılarının dama qalxmasına heç bir maneə yaratmır və o, asanlıqla bir neçə istiqamətdən evinin damına qalxa bilər. Məhkəmə isə bu kimi halları görməzdən gəlmişdir. Məhkəmə bu hallara yanlış qiymət verməklə yanaşı Cavabdeh1 qarşılıqlı iddiasının əsaslarını da araşdırmamışdır. Hesab edir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən qeyd edilən bir sıra halları nəzərə almamış və qeyri-obyektiv nəticə əldə edilmişdir. Nəticə olaraq məhkəmə işə birtərəfli yanaşmış və Cavabdeh1 da əmlak hüquqlarını və bundan irəli gələn halları nəzərə almışdır (Bu “dəlilə” cavab olaraq bildirir ki, məhkəmə öz qətnaməsində qanuni, əsaslı və düzgün olaraq müəyyən etmişdir ki, mübahisəli sahəyə xx.xx.2025-ci il tarixdə keçirilmiş yerində baxış və işin hallarının məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı2 yaşadığı, o cümlədən həmin əmlaka pay hüququ olan Cavabdeh1 paylı mülkiyyətinin üzərində cavabdeh tərəfindən tikinti işləri aparılmaqla, özünə yaşayış sahəsi inşa etmiş, həmin sahəyə və iddiaçının yaşadığı paylı mülkiyyətdə olan evin damına qalxmaq üçün dövlət mülkiyyətində olan və ümumi istifadə edilən torpaq sahəsində (həyətdə) quraşdırılmış pilləkənin sonunda qapı qoymaqla, iddiaçının yaşadığı və paylı mülkiyyətində olan evin damına girişi məhdudlaşdırılmışdır. Göründüyü kimi, məhkəmə dövlət mülkiyyətində olan və ümumi istifadə edilən torpaq sahəsində (həyətdə) quraşdırılmış pilləkənin sonunda qapı qoymaqla manelərin yaradılmasını nəzərdə tutmuşdur. İlk iddia üzrə cavabdehin guya iddiaçıların dama qalxmasına heç bir maneə yaratmaması və onların, asanlıqla bir neçə istiqamətdən evinin damına qalxa bilməsi barədə irəli sürülmüş “dəlil” heç bir əsası olmayan, yalandandan və qərəzli subyektiv mülahizədən ibarətdir)...” Apellyasiya şikayətinin digər əsas “dəlili” ondan ibarətdir ki, “...Nəsimi Rayon Məhkəməsi xx.xx.2025ci il tarixli, e- 2(006)- 1345 saylı qətnaməsi ilə iddianı təmin etsə də bir sıra xüsusatları nəzərə almamış və yanlış qətnamə çıxarmışdır. Nəsimi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, e- 2(006)- 1345 saylı qətnaməsi ilə qət etmişdir ki, 1.Cavabdeh1 üzərinə ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin pəncərəsinə tuşlanan müşahidə kamerasının sökülməsi vəzifəsi qoyulsun. Məhkəmənin kameralarla bağlı mövqeyi qeyri-dəqiqdir. Kameraların baxış bucağı pəncərələrə tuşlanması nə ilə ölçülmüşdür? Kameraların reallaıqda haranı göstərməsi araşdırılmamışdır. (Kameraların baxış bucağının hara tuşlanmasını adi gözlə baxmaqla müəyyən etmək mümkündürsə və kameranın quraşdırıldığı yer ilə pəncərələr arasındakı ara məsafəsi böyük deyilsə bunun ölçülməsinə nə ehtiyac vardır ki? Digər tərəfdən, ilk iddia üzrə cavabdeh çəkdiyi kamera görüntüləri ilə sübut etməli idi ki, kameraların baxış bucaqları pəncərələriə tiuşlanmayıb?)Kameraların tuşlandığı yer həyətdir ki, bu həyətin paylı mülkiyyətçisi həm də Cavabdeh1dır. Kameranın baxdığı yerin naturada iddiaçılara məxsusluğu heç nə ilə sübut olunmur. Həmin sahə paylı mülkiyyətdir və kimin payı haradır buna dair hər hansı bölgü yoxdur. Kameranın tuşlandığı yerin özü də ümumi istifadədə olan gediş-gəliş yeridir ki, burada iddiaçı özü və digər qonşular da kamera qoymuşlar. Məhkəmə işə yanaşarkən ancaq cavabdehin qoyduğu kameraya münasibət bildirərək cavabdehin evinə baxan kameranı görməzdən gələrək işə hüquların bərabərliyi prizmasından yanaşmamışdır. Odur ki, bu hissədə işə yenidən baxılmalı və işin hallarına (kameranın mövcud vəziyyətinə) uyğun olaraq qiymətləndirmə aparılmalıdır. (Bu “dəlil” ilə bağlı bir daha bildirir ki, ilk iddia üzrə cavabdehin qoyduğu kameranın ilk iddia üzr iddiaçının evini müşahidə etməsi işin təkzibedilməz halıdır və bunun üçün xüsusi biliyə və xüsusi texniki vasitələrə heç bir ehtiyac yoxdur. Belə ki, bu tip kameralar hansı tərəfə tuşlanıbsa həmin tərəfdə görmə bucağında olan bütün yerləri qeydə alır. Bu faktiki hal hakimin özünün də şəxsən iştirak etdiyi yerli baxış ilə açıq-aşkar və bilavasitə müəyyən olunmuşdur və bu barədə məhkəmə öz qətnaməsində öz əksini tapmışdır. Kameranın baxdığı yerin naturada iddiaçılara məxsusluğu heç nə ilə sübut olunmamasına və naturada bölgünün aparılmamasına gəldikdə, o zaman ilk iddia üzrə cavabdehin də paylı mülkiyyətin hər hansı bir konkret yerinə- pilləkanın yerləşdiyi yerin Cavabdeh1 istifadəsində olan evin giriş hissəsi olmasını iddia etməsi və həmin yeri özünə məxsus yer kimi qeyd etməsi tamamilə qanunsuz və əsassızdır. Bu məntiqlə paylı mülkiyyətin hər hansı bir mülkiyyətçisi naturada bölgü olmadığına görə digər istənilən paylı mülkiyyətçinin faktiki istifadə etdiyi yerə daxil olub istədiyini edə bilər.) Məhkəmə Qətnaməsində qət edilir ki, “Cavabdeh1 üzərinə ünvan 2 ünvanda ümumi istifadədə olan sahədəki pilləkənin sonunda qoyulmuş qapının öz vəsaiti hesabına sökülməsi vəzifəsi qoyulsun”. - Əvvəla, pilləkan yerləşdiyi yer Cavabdeh1 istifadəsində olan evin giriş hissəsidir. Pilləkan məhz Cavabdeh1 ya məxsus evə qalxmaq üçün qoyulmuş pilləkandır. Çünkü həmin evə başqa yerdən giriş mövcud deyildir. Yəni qapıdan içəri də Cavabdeh1 evinin həyatyanı sahəsi hesab olunur. O qapının cavabdehlərə faktiki maneəçiliyi nədən ibarətdir? Bu hal araşdırılmamış və qətnamədə əsaslandırılmamışdır. Cavabdeh1 həyətyanı sahəsinin iddiaçılara aidiyyatı yoxdur. Bundan başqa həmin dama çıxmağın da kənardan (hər tərəfdən) nərdivan, pilləkan qoymaqla çıxılması yolları mövcuddur (təqdim edilən fotoşəkillərdən bu aydın şəkildə görsənir). Həmin qapı məhz iddiaçının mülkiyyət hüququnun (evinin) mühafizəsi və toxunulmazlığının təmin edilmə vasitəsidir. Həmin ikinci mərtəbədə iddiaçının evinin girişindəki qapının formal əsaslarla əlaqələndirilib (dama çıxamya mane olan hal kimi) sökülməsi öhdəliyinin qayulması qanunsuz və əsassız mövqedir. Hansı ki, qeyd etdiyi kimi kənardan dama çıxmanın kifayət qədər yolları mövcuddur. (Bu “dəlil” ilə bildirir ki, hal-hazırki mülki iş 13/84 payın naturada bölünməsinə yönəlmədiyi üçün ilkin məhkəmə hansı sahənin kimə məxsus olması bağlı deyildir, sadəcə olaraq ilk iddia üzrə iddiaçının hüquqlarının pozulmasının qarşısının alınması və həmin pozuntuların aradan qaldırılması ilə bağlıdır. Hər iki tərəf ünvan 2 ünvanda yerləşən evlərə 13/84 pay sahibi olsa da tərəflərin yaşadıqları mənzillər həmin paya daxil deyildir. İlk iddia üzrə iddiaçı 50 il qabaq, ilk iddiaüzrə cavabdeh 40 il qabaq həmin həyətdə digər vərəsələrində razılığı ilə ev tikmişlər və buna görədə illərdir komunal ödənişlər etmişlər və 2024-cü ilin noyabr ayına kimi aralarında heç bir narazılıq olmamışdır. Belə ki, ilk iddia üzrə cavabdeh həmin vaxtdan digər paylı mülkiyyətçilərin hüquqlarını pozaraq (lakin digər vərəsələrin buna etirazı yoxdur) ümumi istifadədə olan, ilk iddia üzrə iddiaçıya məxsus mənzilin bir hissəsinin daxil olduğu evinin qabağıdı dediyi boş sahəni mənimsəyərək mənzilinin sahəsini genişləndirmək üçün zəbt edərək qeyriqanuni tikiti işlərinə başlamışdır. Onlardan bu işlərin ilk iddiaçıya məxsus mənzildən kənar aparılması xahiş olunsada buna təhqirlə cavab verilmiş və işlərinə davam etmişdirlər. İlk iddia üzrə iddiaçı da öz növbəsində 59 saylı MİS-ə şikayət etmişdir. MİS-in əməkdaşları tərəfindən qeyri qanuni tikili sökülmüş və əvvəlki vəziyyət bərpa edilmişdir. Lakin cavabdehlər yenə də 13/84 paylı mülkiyyətçilərində ümumi istifadəsində olan həyətin ikinci mərtəbəsinə qalxan pilləkənın üstündə qapı qoyaraq digər mülkiyyətçilərin ümumi istifadə hüquqlarını pozmuşlar. 59 saylı MİS-in rəhbərliyi artıq aramızdakı münasibətlər məhkəmə predmeti olduğunu bildirərək qapının sökülərək ümumi istifadənin bərpa edilməsinin təmin edilməsinin məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmişdir. İlk iddia üzrə cavabdeh əlində heç bir rəsmi sənəd olmadan evinin qabağındakı boş sahənin onun həyətyanı sahəsi olduğunu iddia edir. İlk iddia üzrə cavabdehin iddia ediyi kimi həyətdəki hər kəsin evinin qabağı ev sahibinə məxsusdursa: - Qeyd etmək istərdik ki, ilk iddia üzrə cavabdeh tərəf əlində heç bir dəlil olmadan həyətin ikinci mərtəbəsinə qalxan pilləkəni öz şəxsi vəsaiti hesabına aldığını bildirir, həmin pilləkən ilk iddiaçıya məxsus mənzillə üzbəüz yerləşir. - İlk iddia üzrə cavabdehin iddia elədiyi kimi olsa, həyətdəki hər kəsin evinin qabağındakı boş sahə ev sahibinə aiddirsə, onun iddia elədiyi kimi, ona məxsus olan pilləkənin ilk iddiaçının evinin qabağında nə işi var? - İlk iddia üzrə cavabdehin öz həyətini və hətta öz evini niyə ilk iddia üzrə iddiaçının evinin üstündə tikməyə çalışır? - İlk iddia üzrə iddiaçıya məxsus evə aid 50 ildir mövcüd olan tüstü bacasını ilk iddia üzrə cavabdeh qanunsuz əməllərə yol verərək, söküb atmış və öz qanunsuz əməllərinə standartlara uyğun deyildir şəkli verirməyə çalışır. Belə ki heç bir tərəfin standart müəyyənləşdirmək kimi hüququ yoxdur. Çox təssüf ki hüquqdan və qanunvericilikdən bu qədər çox məlumatı olan şəxslərin bu standartları müəyyənləşdirməyin müvafiq icra hakimiyyəti orqanın səlahiyyətli nümayəndələrinin sahə üzrə müvafiq normativ aklara uyğun olaraq müəyyənləşdirdiklərini bilmirlər. - Tüstü bacasının qeyd edilən yerdə olması və ilk iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq və zərərvermək məqsədilə sökülüb ilk iddiaçının qapısının qabağına atılması 21-ci Polis Bölməsinə özlənin verdikləri izahatlarında təsdiqlənmiş və bu barədə cərimələnmişlər. (cərimə ödənilməmiş, hüquq pozuntusu aradan qaldırılmamışdır). - Cavabdeh tərəfindən evimizin içinə tuşlanmış yox evimizin içini çəkən kameranın çəkiş bucağının bütün hüquqlarımızı pozduğunu məhkəmə baxışı zamanı hakimin qərarı ilə müəyyənləşdirilmişdir. 3. Məhkəmə qət etmişdir ki, ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətindən çıxan tüstü bacası Cavabdeh1 vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılsın. - Əvvəla qeyd edir ki, bacanın əvvəlki vəziyyətə gətirilməsi dedikdə nə nəzərdə tutulur? - Məhkəmə qiymət verməmişdir ki, ümumiyyətlə orada elə bir baca quraşdırıla bilərdimi? İddiaçı öz iddiasını əsaslandırarkən qeyd edir ki, “Noyabr ayının 5-də qızı Səriyyə qaz idarəsinə yaxınlaşıb məsələ ilə bağlı məlumat vermişdir. Qaz idarəsinin əməkdaşları evə gələrək baxış keçirmişlər. İddiaçı özü də qeyd edir ki, qaz idarəsinin müayinəsi əsasında qərara gəlmişdir ki, “Müayinənin nəticəsində evdə dəmir sobanın yandırılmasının insan həyatı üçün ölümcül təhlükəli olması qənaətinə gələrək sobanı plomblamışlar və bununla bağlı akt tərtib etmişlər”. - Göründüyü kimi qaz idarəsi orada olan Qazla bağlı vəziyyəti ölümcül elan etdiyi bir halda tüstü bacasının əvvəlki vəziyyətə gətirilməsi dedikdə niyə nəzərə alınmır ki, ümumiyyətlə orada tüstü bacası olmalıdırmı? Tüstü bacasının qanunilik əsası müəyyən edilmədiyi və onun standartı, mövcud vəziyyəti bilinmədiyi halda əvvəlki vəziyyətə gətirilməsi dedikdə nə nəzərdə tutulur? Bu hal müəəyən edilmədiyi halda cavabdehin üzərinə vəzifə qoyulması və bu vəzifənin nədən ibarət olmadığı müəyyən edilmədiyi halda hansı öhdəlikdən söhbət gedə bilər? Odur ki, məhkəmənin bu halı da aydınlaşdırmadan qərar qəbul etməsi qanuni və əsalı ola bilməz. Məhkəmə burada da iddiaçının mülkiyyətindəki 13\84 sahəyə istinad edir, amma yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus 13\84 hissə naturada müəyyən edilməmişdir. (Bu “dəlil” ilə bağlı bildirir ki, ilk iddia üzrə cavabdeh hər şeyi qəsdən və qərəzli olaraq təhrif etmişdir. Belə ki, əvvəllər mövcud olan tüstü bacası qanunvericiliyin tələbinə uyğun olduğuna görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il yoxlanılb istifadə icazə verilimişdir. Lakin ilk iddia üzrə cavabdeh qanunsuz olaraq həmin tüstü bacasını sökdüyünə görə ilk idda üzrə iddiaçı bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermiş, həmin qurum tərəfindən yerində baxış keçirildikdən və yoxlama aparıldıqdan sonra Akt tərtib olunmuşdur ki, tüstü bacası söküldüyünə görə həmin sahədən istifadə etmək olmaz. Qeyd edilən Aktın tərtib olunmasına səbəb və əsas məhz ilk iddia üzrə cavabdehin qanunsuz əməlləri olmuşdur. O ki qaldı əvvəlki vəziyyət deyildikdə nə nəzərdə tutulmasına, tüstü bacasının sökülməmişdən əvvəlki, yəni qanunvericiliyə uyğun vəziiyyətə gətirilməsi başa düşlür) 4. ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətin üzərində qanunsuz tikinti işlərinin aparılması Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. - ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə sahə dedikdə hansı sahədən söhbət gedir? Tərəflər arasında naturada bölgü olmadığı təqdirdə 13/84 hissədə hansı sahənin iddiaçılara məxsus olması necə müəyyən edilir? Məhkəmə hər dəfə belə bir hala istinad edərkən nəzərə almır ki, tərəflər arasında ümumiyyətlə naturada bölgü aparılmamışdır. Əvvəla, həmin sahə cavabdehin istifadəsində olmaqla evinin həyətyanı sahəsini təşkil edir. Mühafizə və təhlükəsizlik kimi hallara görə aparılan işlər məhkəmənin qadağan edəcəyi hallar hesab edilməməlidir. (Bu “dəlil” ilə bağlı bildirirəm ki, məhkəmə öz qətnaməsindən hansı sahədən söhbət getdiyini və həmin sahəsinin ilk idiaçya məxsus olmasını geniş və ətraflı şəkildə izah edib və əsaslandırıb). 5. Qət edilmişdir ki, “ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin damına qalxması üçün yaradılan maneələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin”. - İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin damına qalxması üçün yaradılan maneələr anlayışı tam deyildir. İddiaçıların isə qəza və dama texniki xidmət halları xaric damdan istifadə edəcək hət hansı hal yoxdur. Dama isə evin hər istiqamətindən qalxmaq mümkündür. Bu, təqdim ediləcək fotolardan da görünəcəkdir. Evə qalxmanın bu qədər yolu və üsulu olduğu halda bu evə nə üçün Cavabdeh1 pilləkanından, qapısından və həyatyanı sahəsindən istifadə edilərək həyata keçirilməlidir? Bu mənzil və şəxsi toxunulmazlıq hüququna zidd deyilmi? İddiaçıların naturda bölünməmiş evdə faktiki yaşadığı sahənin dam hissəsinin Cavabdeh1 məxsus evə aidiyyatı olmadığı halda, eləcə də dama qalxmağın başqa üsulları mövcud olduğu halda bunun cavabdehdən asılı edilməsi yanlış qənaətdir və qanunsuzdur. Ev bir mərtəbəli olmaqla dam hissəsi düz formadadır. İddiaçı hər bir istiqamətdən pilləkan qoymaqla dama çıxa bilər. Belə bir halda dama çıxmaqla bağlı Cavabdeh1 qadağa qoyulması qanunsuz və əsassızdır. (Bu “dəlil” ilə bağlı bildirir ki, ilk iddiaçıya məxsus evin damına çıxmaq üçün uzun müddət əvvəl mövcud olan ümumi istifadədə olan pilləkən mövcud olduğu və ilk iddiaçı on illər boyu həmin pilləkəndən sərbəst maneəsiz və etirazsız istifadə edildiyi halda nə üçün ümumi isifadə olan sahəyə qanunsuz olaraq qapı qoyulmaqla ilk iddiaçı bundan məhrum edilməlidir və ilk iddiaçı nə üçün başqa üsullar axtarmağa və ya başqa yerdən pilləkən qoymağa məcbur olmalıdır? Digər tərəfdən təxirəsalınmaz hallar və texniki xidmətə ehiyac olduğu halda nə üçün başqa yollara niyə əl atılmalıdır?) Məhkəmə Mülki Məcəllənin 226-ci maddəsinə istinad edərək ancaq iddiaçıların maraqlarından yanaşmışdır. Məhkəmə bunu edərkən nəzərə almamışdır ki, İddiaçı2 məxsus 13/84 hissə qədər pay həm də Cavabdeh1 məxsusdur. Nəsimi Rayon Məhkəməsi ilkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasını təmin etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan hallara yanlış qiymət verməklə yanaşı, qarşılıqlı iddianın əsaslarını da araşdırmamışdır. Nəticədə məhkəmə qarşılıqlı iddia tələbinə dair hissədə maddi hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir...” Apellyasiya şikayətinin bu dəlilləri ziddiyyətli və əsassızdır və yalnız heç bir əsası olmayan qərəzli subyektiv mülahizələrdən, ehtimallardan və fərziyyələrdən ibarətdir. Belə ki, cavabdeh tərəf iş materiallarında mövcud olan və iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və biridigərini mötəbər şəkildə təsdiq edən və bir-biri ilə əlaqəli olan və işə aid olan mötəbər sübutların məcmusunu görməzdən gəlmişdir və həmin sübutları yox saymışdır. Halbuki, iddia ərizəsinin mətnində mötəbər sübutlara istinad edilərək həmin sübutların ayrıayrılıqda konkret və dəqiq olaraq hansı faktları və halları təsdiq etdiyi qeyd edilmişdir. Cavabdeh tərəfin irəli sürüdüyü digər əsas “dəlilləri” də apellyasiya şikayətinin ilk “dəlil”ləri kimi heç bir əsası olmayan və işin müəyyən olunmuş faktiki halları ilə tam ziddiyyət təşkil edən və heç bir mötəbər sübut ilə təsdiq olunmayan qərəzli subyektiv mülahizələrdən və tamamilə yalandan ibarətdir. Həmin “dəlil” də əvvəlki irəli sürülən “dəlil”lərin bu və ya başqa formada təkrarıdır və həmin “dəlil”lərə tərəfindən münasibət bildirilmişdir. Cavabdeh tərəf etiraz etdiyi halları sübuta yetirməlidir və bu sahədə sübutetmə yükü məhz cavabdehin üzərinə düşür. Cavabdehin irəli sürdüyü dəlillər yalnız ehtimallar və qərəzli fərziyyələrdir. Apellyasiya şikayətində iş materialları ilə təsdiq olunan heç bir düzgün, qanuni və işin faktiki hallarına uyğu olan əsaslandırma yoxdur və cavabdeh tərəf nə birinci, nə də apellyasiya instansiya məhkəmələrində irəli sürdüyü “dəlili” təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və apellyasiya şikayətində də hər hansı bir bir mötəbər sübuta istinad etməmişdir. Apellyasiya şikayətinin “dəlili” heç bir əsası olmayan və heç bir sübutla təsdiq edilməyən qərəzli subyektiv mülahizələrdən ibarətdir. Apellyasiya şikayətində bəhs edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması qanunun tələblərinə uyğun olaraq əsaslandırılmamış, hansı maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ətraflı və aydın şəkildə və iş materiallarına istinad edilməklə izah edilməmiş və məhkəmənin işin qanuni, düzgün və ədalətli həlli üçün hansı maddi və prosessual hüquq normalarını tətbiq etməli olması düzgün əsaslandırılmamış, apellyasiya şikayətinin “dəlillərini” təsdiq edən heç bir sübuta istinad edilməmiş və apellyasiya şikayətinin “dəlillərinin” əsasını yalnız subyektiv mülahizələr və fikirlər təşkil etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 157.4, 170.2, 226, 227.1, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2, -ci maddələrinə, qarşılıqlı iddiaya münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və sair normalara istinad etməklə qannuni əsaslı və ədalətli olaraq müəyyən etmişdir ki, “... Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 99.6 kv.m olan ünvan 2 üzərində 13/84 hissədə X12, 13/84 hissədə X6, 13/84 hissədə İddiaçı2, 13/84 hissədə X13, 6/84 hissədə X16, 13/84 hissədə X18 və 13/84 hissədə Cavabdeh1 paylı mülkiyyət hüquqları müəyyən edilmişdir. İş materiallarında olan Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdən xx.xx.2019 cu il tarixədək “Ürəyin aterosklerotik xəstəliyi”, ÜİX A/K. Hipertenziya İİ diaqnozu. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Essensial (birincili) Hipertenziya İİ diaqnozu Endokrinologiya, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Vertebrobazilyar arterial system sindromu, Essensial (birincili) hipertenziya” diaqnozu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək “Beyin infarktının nəticələri' diaqnozu. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "Beyin arteriyalarının trombozu nəticəsində törənən beyin infarktı” diaqnozu ilə Hospitalda Reanimasiya və intensiv terapiya şöbəsində stasionar müalicədə olmuşdur. Mübahisəli sahəyə xx.xx.2025-ci il tarixdə keçirilmiş yerində baxış və işin hallarının məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı2 yaşadığı, o cümlədən həmin əmlaka pay hüququ olan Cavabdeh1 paylı mülkiyyətinin üzərində cavabdeh tərəfindən tikinti işləri aparılmaqla, özünə yaşayış sahəsi inşa etmiş, həmin sahəyə və iddiaçının yaşadığı paylı mülkiyyətdə olan evin damına qalxmaq üçün dövlət mülkiyyətində olan və ümumi istifadə edilən torpaq sahəsində (həyətdə) quraşdırılmış pilləkənin sonunda qapı qoymaqla, iddiaçının yaşadığı və paylı mülkiyyətində olan evin damına girişi məhdudlaşdırılmışdır. Həmin pilləkənə yaxın olan divarda, pilləkənin üstündə cavabdeh tərəfindən quraşdırılmış müşahidə kamerası iddiaçıların yaşadığı evin pəncərəsinə tuşlanmışdır. Həmçinin ilk iddia üzrə iddiaçıya məxsus sahədən çıxan tüstü bacası cavabdeh tərəfindən natamam olaraq sökülmüşdür. Cavabdehlər yaşadıqları və tikinti apardıqları 2-ci mərətəbədəki sahəyə heç bir hüquq müəyyənedici sənədə sahib deyildirlər... Eyni zamanda cavabdeh quraşdırdığı müşahidə kamerası ilə İddiaçı2 şəxsi toxunulmazlıq hüququnu pozmuşdur. Belə ki, həmin müşahidə kamerası aşkar surətdə iddiaçının yaşayış sahəsinin pəncərəsinə doğru yönəlməklə onun təhlükəsizlik tədbirləri məqsədlərinə qulluq etməsi ağlabatan deyildir. Yerində baxış zamanı və məhkəmə iclaslarında cavabdehlərə quraşdırılmış kameranın istiqamətini dəyişdirilməsi təklif edilsə də bu təklif qəbul edilməyərək, bunun yalnız iddiaçının həyətə giriş qapısının üzərində həyətə doğru istiqamətlənmiş müşahidə kamerasının söküləcəyi təqdirində mümkün olduğunu bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ-ci bənidnə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Məhkəmə tərəfindən yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan torpaq sahəsində pilləkənin sonunda quraşdırılmış qapı qonşuların və müvafiq orqanın icazəsi olmadan nə qonşuluq hüququna nə də “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin tarixdən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə də uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı2 mülkiyyətinə tuşlanan kamera, ümumi istifadədə olan sahəyə qoyulmuş qapı sökülməli, onun yaşadığı evin üzərində qanunsuz aparılan tikinti işləri cavabdehlərə qadağan edilməli, evinin damına qalxması üçün yaradılan maneələr cavabdehlərə qadağan edilməli, tüstü bacası əvvəlki vəziyyətə qaytarılmalıdır. Qeyd olunmalıdır ki, quraşdırılmış qapıya münasibətdə də yerində baxış zamanı texniki cəhətdən mümkün hesab edilən hal kimi qapının yerinin dəyişdirilməsi ilə mübahisənin həll edilməsi cavabdeh R. Musayeva və onun nümayəndəsinə təklif edilmiş, lakin həyətdəki pilləkənin onlar və digər cavabdehlər tərəfindən quraşdırıldığını və qapının da məhz pilləkənin sonunda qoyulmasının öz yaşayış sahələrinin toxunulmazlığını təmin etmək məqsədi daşıdığını vurğulamaqla etirazlarını bildirmişlər. Məhkəmə ilk və qarşılıqlı iddianın “maddi ziyanın və mənəvi ziyanın tutularaq ödənilməsnə dair” hissəsini araşdıraraq hesab edir ki, ilk və qarşılıq iddia tələbləri həmin hissədə əsassızdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1200 manat vurulmuş ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qanunsuz tikilmiş hasarın sökülməsinə görə dəymiş ziyanın ödənilməsini tələb etməkdə subyektiv hüququ mövcud deyildir. Bu hüququn mövcud olması üçün onun mülkiyyəti təsdiq edən sənədi yaxud tikintiyə icazəsi mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X15rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İlk və qarşılıqlı iddia üzrə ddiaçılar onlara mənəvi zərərin vurulduğunu göstərsələr də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmişlər, habelə göstərilən zərərin onlara vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdirlər. Buna görə də iddia tələbləri qeyd edilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir...” Birinci instansiya məhkəməsinin müvafiq qətanaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildiyinə və onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirildiyinə, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edildiyinə, habelə qərarda göstərilən hallar işin materiallarına uyğun olduğuna görə qanuni və əsaslı hesab edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmış, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər qanunun tələblərinə uyğun olaraq geniş və ətraflı şəkildə göstərilmiş, sübutlar əlaqəli şəkildə şərh edilmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada düzgün və aydın şəkildə izah edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilən sübutlar işə baxan məhkəmə tərəfindən düzgün qiymətləndirilmişdir. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün mühüm əhəmiyyəti olduğuna görə, məhkəmə sübutlarla bağlı mövqeyini öz qətnaməsində düzgün əks etdirmişdir. Birinci instansiya məhkəməsi işin hallarının araşdırılması prinsipinin həyata keçirilməsini təmin etmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam obyektiv və hərtərfli araşdırmışdır. Başqa sözlə desək, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi hansı dəlillərin, izahatların hansı əsaslarla qəbul və ya rədd edildiyi dəqiq və aydın şəkildə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin çıxardığı müvafiq qətnamə iş üzrə obyektiv həqiqətin və ədalətin təmin edilməsinə yönəlmiş, mübahisə edilən halın konkret mötəbər sübutlara əsaslanmaqla müəyyən edildiyi qərarda öz əksini tapmış, qətnamədə öz təsdiqini tapmış faktlara istinad etmiş və həmin faktlardan doğan məntiqi nəticəyə gəlmişdir Birinci instansiya məhkəməsi tərəfindən bu məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmişdir. Birinci instansiya məhkəməsi təqdim edilən və iş materiallarında mövcud olan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun olaraq düzgün hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsi təqdim edilən və iş materiallarında mövcud olan sübutların məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu düzgün yoxlamış və subyektiv mülahizələrə yol vermədən onları qiymətləndirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi maddi və ya prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam, obyektiv və hərtərəfli aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər mötəbər sübutların məcmusu əsasında sübut edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir və birinci instansiya məhkəməsinin müvafiq qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddələrini rəhbər tutaraq, MƏHKƏMƏDƏN XAHİŞ EDİRƏM: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Abbasov Nail İbad oğlunun sədrliyi ilə, İş № e- 2(006)-1345/2025) xx.xx.2025-ci il tarixli Qətnaməsinin dəyişdirilmədən, ilk iddia üzrə cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmənin iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

16. 32-ci maddəsinin İİ-ci bəndinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. 21.2- ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

20. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

23. 226-cı maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

24. 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin

25. 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.

26. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etsə də, qətnamə ilkin iddia tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia tələbi həcmində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1345/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır.  Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)  İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

40. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

42. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 99.6 kv.m olan ünvan 2 üzərində 13/84 hissədə X12, 13/84 hissədə X6, 13/84 hissədə İddiaçı2, 13/84 hissədə X13, 6/84 hissədə X16, 13/84 hissədə X18 və 13/84 hissədə Cavabdeh1 paylı mülkiyyət hüquqları müəyyən edilmişdir.

43. Belə ki, mübahisəli sahəyə xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində baxış və işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı2 yaşadığı, o cümlədən həmin əmlaka pay hüququ olan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 paylı mülkiyyətinin üzərində cavabdeh tərəfindən tikinti işləri aparılmaqla, özünə yaşayış sahəsi inşa etmiş, həmin sahəyə və iddiaçının yaşadığı paylı mülkiyyətdə olan evin damına qalxmaq üçün dövlət mülkiyyətində olan və ümumi istifadə edilən torpaq sahəsində(həyətdə) quraşdırılmış pilləkənin sonunda qapı qoymaqla, iddiaçının yaşadığı və paylı mülkiyyətində olan evin damına girişi məhdudlaşdırılmışdır. Həmin pilləkənə yaxın olan divarda, pilləkənin üstündə cavabdeh tərəfindən quraşdırılmış müşahidə kamerası iddiaçıların yaşadığı evin pəncərəsinə tuşlanmışdır. Həmçinin ilk iddia üzrə iddiaçıya məxsus sahədən çıxan tüstü bacası cavabdeh tərəfindən natamam olaraq sökülmüşdür. Cavabdehlər yaşadıqları və tikinti apardıqları 2-ci mərtəbədəki sahəyə heç bir hüquq müəyyənedici sənədə sahib deyildirlər.

44. Kollegiya şikayətin müşahidə kamerası ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, Cavabdeh1 quraşdırdığı müşahidə kamerası ilə İddiaçı2 şəxsi toxunulmazlıq hüququnu pozmuşdur. Belə ki, həmin müşahidə kamerası aşkar surətdə iddiaçının yaşayış sahəsinin pəncərəsinə doğru yönəlməklə onun təhlükəsizlik tədbirləri məqsədlərinə qulluq etməsi ağlabatan deyildir. Kameranın müşahidə bucağının iddiaçının yaşayış sahəsinin pəncərəsinə doğru yönəlməsi aşkardır.

45. Onu da qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi tərəfindən yerində baxış zamanı və məhkəmə iclaslarında cavabdehlərə quraşdırılmış kameranın istiqamətini dəyişdirilməsi təklif edilsə də bu təklif qəbul edilməyərək, bunun yalnız iddiaçının həyətə giriş qapısının üzərində həyətə doğru istiqamətlənmiş müşahidə kamerasının söküləcəyi təqdirində mümkün olduğunu bildirmişlər.

46. Kollegiya şikayətin ümumi istifadədə olan torpaq sahəsində pilləkənin sonunda quraşdırılmış qapı ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerlı baxış və iş materiallarında olan foto-şəkillərdən görünür ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ümumi istifadədə olan torpaq sahəsində pilləkənin sonunda quraşdırılmış qapı qonşuların və müvafiq orqanın icazəsi olmadan “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin tarixdən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun deyildir.

47. Qeyd olunmalıdır ki, quraşdırılmış qapıya münasibətdə də yerində baxış zamanı texniki cəhətdən mümkün hesab edilən hal kimi qapının yerinin dəyişdirilməsi ilə mübahisənin həll edilməsi cavabdeh R. Musayeva və onun nümayəndəsinə təklif edilmiş, lakin həyətdəki pilləkənin onlar və digər cavabdehlər tərəfindən quraşdırıldığını və qapının da məhz pilləkənin sonunda qoyulmasının öz yaşayış sahələrinin toxunulmazlığını təmin etmək məqsədi daşıdığını vurğulamaqla etirazlarını bildirmişlər.

48. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226-cı maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

50. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

51. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmənin İddiaçı2 mülkiyyətinə tuşlanan kameranın, ümumi istifadədə olan sahəyə qoyulmuş qapının sökülməsi, onun yaşadığı evin üzərində qanunsuz aparılan tikinti işlərinin cavabdehlərə qadağan edilməsi, evinin damına qalxması üçün yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, tüstü bacasının əvvəlki vəziyyətə qaytarılmasına dair gəldiyi nəticə əsaslı olmuşdur.

52. Kollegiya şikayətin “İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətin üzərində qanunsuz tikinti işlərinin aparılmasına qadağa qoyulmuş həmin sahənin Cavabdeh1 evinin həyatyanı sahəsi olması” dəlilinə münasibətdə hesab edir ki, qapı qoyulan sahə və evinin damına qalxması üçün yaradılan maneələr ümumi istifadədə olan sahədə inşa edilmişdir, tikiti və söküntü işləri, ilk iddia iddiaçıya məxsus yaşayış evinin üzərində aparılmışdır.

53. Kollegiya şikayətin tüstü bacası ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, ilk iddia üzrə iddiaçıya məxsus sahədən çıxan tüstü bacası cavabdeh tərəfindən əsassız olaraq natamam olaraq sökülmüşdür. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, tüstü bacası ilk iddia üzrə cavabdehin hesabına sökülməmişdən əvvəlki vəziyyətə gətirilməlidir.

54. Kollegiya şikayətin paylı mülkiyyətin damına qalxmaq üçün maneələrin olmaması dəlilinə münasibətdə hesab edir ki, ilk iddia üzrə İddiaçı2 yaşadığı, o cümlədən həmin əmlaka pay hüququ olan Cavabdeh1 paylı mülkiyyətinin üzərində cavabdeh tərəfindən tikinti işləri aparılmaqla, özünə yaşayış sahəsi inşa etmiş, həmin sahəyə və iddiaçının yaşadığı paylı mülkiyyətdə olan evin damına qalxmaq üçün dövlət mülkiyyətində olan və ümumi istifadə edilən torpaq sahəsində (həyətdə) quraşdırılmış pilləkənin sonunda qapı qoymaqla, iddiaçının yaşadığı və paylı mülkiyyətində olan evin damına girişi məhdudlaşdırılmışdır. Göründüyü kimi, dövlət mülkiyyətində olan və ümumi istifadə edilən torpaq sahəsində (həyətdə) quraşdırılmış pilləkənin sonunda qapı qoymaqla manelərin yaradılmışdır. İlk iddia üzrə cavabdehin guya iddiaçıların dama qalxmasına heç bir maneə yaratmaması və onların, asanlıqla bir neçə istiqamətdən evinin damına qalxa bilməsi barədə irəli sürülmüş dəlili də əsassızdır.

55. Kollegiya Cavabdeh1 1200 manat vurulmuş ziyanın ödənilməsi tələbinə münasibətdə hesab edir ki, qanunsuz tikilmiş hasarın sökülməsinə görə dəymiş ziyanın ödənilməsini tələb etməkdə subyektiv hüququ mövcud deyildir. Bu hüququn mövcud olması üçün onun mülkiyyəti təsdiq edən sənədi yaxud tikintiyə icazəsi mövcud deyildir.

56. Kollegiya mənəvi zərər hissəsinə münasibətdə hesab edir ki, Cavabdeh1 zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

58. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X15rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X15rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etməklə, qarşılıqlı iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1345/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar