Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4428/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-113/2022 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanda tikinti işlərinin aparılmasının Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanda tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)- 3923/2021 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən həyətyanı sahədə tikinti işlərinin aparılmasının müvəqqəti dayandırılması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh1 Sığorta Şirkəti ASC həmin qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli, 2(004)-3923/2021 nömrəli qərardadı və onun əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərarardaddan iddiaçılar şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılanadək iddia təmin tədbiri kimi ünvan 1 ünvanında yerləşən həyətyanı sahədə tikinti işlərinin aparılmasının müvəqqəti dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 08.07.2022-ci il tarixli 2(103)-7019/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)- 3923/2021 nömrəli qərardadından Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli 2(004)-113/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdehlər X1 və Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)- 3923/2021 nömrəli qərardadına əsasən tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)- 113/2022 saylı qərardadı ilə ərizənin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)-3923/2021 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi ünvan 1 ünvanında yerləşən həyətyanı sahədə tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-113/2022 saylı qərardadı ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(004)-113/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-113/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli 2(004)-113/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızının cavabdehlər Cavabdeh1 Sığorta şirkəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir. Kollegiya eləcə də şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçıların tikintisinin dayandırılmasını tələb etdikləri qeyri yaşayış sahəsinin tikintisi başa çatdırılmış və Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5G ünvanında yerləşən ümumi sahəsi 439,4 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində Cavabdeh2, digər ½ hissəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ 13.01.2022-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən müvəqqəti təminat tədbirin tətbiqinə zərurət aradan qalxmışdır Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-113/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-113/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4428/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4428/2022
07.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver