Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4429/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları AD 259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış **-MX-*** dövlət qeydiyyat nişanlı, “Hyndai Elantra” minik markalı avtomobilə dəymiş ziyana görə 21.740 manat, mülkiyyətində olan həmin avtomobildən istifadə etmək imkanından məhrum olduğu üçün əldən çıxmış faydaya görə 3.900 manat olmaqla, cəmi 25.640 manat məbləğində maliyyə vəsaitinin İddiaçı1 müştərək olaraq ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(010)-1436/2021 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını nəzərdən keçirərək hesab edir ki, qeyd edilən mülki iş baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdən görünür ki, Cavabdeh1 Şəki rayonu üzrə pasport qeydiyyatında, digər Cavabdeh2 (VÖEN **********) isə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1ı üzrə qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisəsinin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2-nin hüquqi ünvanı ünvan 1ı olduğundan mülki iş baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Bu nəticə Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə uyğundur. Çünki, qeyd olunan normanın tələbi də bundan ibarətdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülk işi baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4429/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4429/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver