Məhkəmə qərarları › İş №2(103)-4433/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4433/2022

10.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4433/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(005)- 805/2021 saylı qərardadından cavabdeh “X1” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” MMCyə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC tərəfindən ona vurulmuş maddi və mənəvi zərər görə ümumilikdə ödədiyi 9040 (doqquz min qırx) manat, mənəvi ziyana görə isə 20000 (iyirmi min) manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2(005)- 805/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “X1” MMC-dən maddi zərərə görə 3133 manat və mənəvi zərər görə 1000 manat məbləğində pul vəsaitinin İddiaçınun xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh “X1” MMC-dən 30 manat məbləğində pulun tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekbar 2021-ci il tarixli, 2(103)-12160/2021 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(005)- 805/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2(005)-805/2021 saylı qətnaməsindən cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apellyasiya şikayəti ona geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, e-2(005)- 805/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-805/2021 saylı qərardadından cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmamış hesab edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, e-2(005)- 805/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(005)-805/202 saylı qərardadından cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2(005)- 805/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci tarixli, 2(005)-805/202 saylı qərardadından cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(005)- 805/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən qərardadı qəbul edərkən hesab etmişdir ki, verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə işin prosessual gedişini mürəkkəbləşdirmiş, iş üzrə müxtəlif qərardadlar qəbul etmişdir. Halbuki iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş ilk apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun hansı məhkəməyə ödənildiyi məlum olmadığı əsası ilə qeyri-mümkün hesab edilmişdir, iş məhkəməyə qaytarıldıqdan sonra cavabdeh eyni apellyasiya şikayətini yenidən məhkəməyə göndərmiş (iş vərəqəsi səhifə 146), məhkəmə isə həmin şikayəti yeni apellyasiya şikayəti kimi qəbul etmişdir, halbuki cavabdeh yenidən, yəni ikinci dəfə 11 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir, prosessual müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Lakin məhkəmə bu hala münasibət bildirmədən mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(005)- 805/2021 nömrəli qərardadı ləğv edilsin və mülki iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar