Məhkəmə qərarları › İş №2(103)-4435/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4435/2024

30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4435/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1536/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində istifadədə olan 0.19592 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 9 mərtəbəli binada 28.88 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. ünvan 2 (ümumi sahəsi 51.62 kv.m.) tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2208/2022 nömrəli qətnaməsi ilə cavabdeh xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası olması faktı müəyyən edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Cavabdeh qeyd olunması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, 85 nömrəli mənzilin və ünvan 3, 23 nömrəli mənzilin təmiri üçün ödənilmiş 120.000 manat məbləğində pul vəsaitinin və 410 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2009-cu ildə el adəti ilə toy edib ailə qurmuşlar. Cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti ötdüyünə görə nikah rəsmiləşdirilmədən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, 85 nömrəli mənzildə uşaqları ilə birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il tarixdə X11 və xx.xx.2012-ci il tarixdə X17 adında övladları dünyaya gəlmişdir. Lakin sonradan aralarında olan nikah münasibətləri pisləşmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşayış zamanı xx.xx.2010- cu il tarixdə anadan olmuş X11 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X15 atalığın müəyyən edilməsi və hər bir uşaq üçün hər ay sabit pul məbləğində 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2208/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Tərəflər birgə nikahda olduqları 12 ildən çox müddət ərzində birgə təsərrüfat aparmış, bunun nəticəsində iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi və “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmaqla əldə olunmuşdur. Faktiki birgə nikah dövründə iddiaçının qazancı hesabına ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi (5 otaqlı mənzil) tam şəkildə təmir edilmişdir. Həmin mənzilin təmir xərci iddiaçının vəsaiti hesabına 100.000 manata başa gəlmişdir. Əlavə edilən şəkillərdən həmin mənzilin ilkin vəziyyətini müəyyən etmək də mümkündür. Həmçinin, faktiki nikah münasibətlərində olan zaman ünvan 3, mənzil 23 də iddiaçının vəsaiti hesabına təmir edilmişdir. Göstərilən qeyriyaşayış sahəsinin təmir xərci isə iddiaçının vəsaiti hesabına 20.000 (iyirmi min) manata başa gəlmişdir. Hər iki yaşayış sahəsinin təmir xərclərini ekspertiza təyin etməklə müəyyən etmək mümkündür. Odur ki, 120.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

6. Məhkəmə iclasında X2, X3, X4, X13, X1 və X14 şahid qismində dindirilmişlər.

7. X2 ifadəsində bildirmişdir ki, tikinti işi ilə məşğuldur. İddiaçı 2012-ci ildən tanıyır. Həmçinin, Cavabdeh də tanıyır. O, İddiaçı 28 May metrostansiyasının yaxınlığında yerləşən mənzilində hörgü və beton işlərini görmüşdür. İddiaçı müxtəlif vaxtlarda ona 1.000, 500, 300 və s. məbləğlərdə pul ödəmiş, Cavabdeh isə heç vaxt ona pul verməmişdir.

8. X3 ifadəsində bildirmişdir ki, o, İddiaçı 10 ildən artıqdır ki, tanıyır. Cavabdeh isə Yeganə xanımın yanında görmüşdür. 2018-ci ilin mart-aprel ayında o, İddiaçı evini təmir etmiş, Cavabdeh həmin evə gəlib-getmiş, lakin pulu Cavabdeh deyil, İddiaçı vermişdir.

9. X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı 28 May metrostansiyasının yaxınlığında yerləşən mənzilinin təmiri zamanı fəhlə işləmişdir. İddiaçı işlədiyi hər gün üçün ona 30 manat pul ödəmişdir. Cavabdeh də həmin evə gəlib-getmişdir.

10. X13 ifadəsində bildirmişdir ki, o, 1979-cu ildən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 nömrəli binada yaşayır. Mübahisəli evin alıcısı kimi Cavabdeh tanıyır, İddiaçı isə uşaqları ilə birgə həmin evə girib-çıxarkən görmüşdür. Evi onlar 2019-cu ildə alıb, təmir elətdiriblər. İddiaçı bir dəfə ona demişdir ki, mənzili özünün almasına dair kağıza qol çəksin. Bundan başqa, Yeganə xanımla heç bir söhbəti olmayıb.

11. X1 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır, İddiaçı isə 1-2 dəfə görmüşdür. Cavabdeh uşaqlarının oxuduğu türk liseyinə yaxın olsun deyə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137 ünvanında yerləşən 85 nömrəli mənzili almış və təmir etdirmişdir. Lakin evdə heç kim yaşamamışdır.

12. X14 ifadəsində bildirmişdir ki, o, Cavabdeh tanıyır, lakin İddiaçı tanımır. Belə ki, o, Cavabdeh Yeni Yasamaldakı evinin qonşuluğunda yaşayır. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzildə laminat, divar kağızı və santexnika işləri görüldüyündən xəbəri var.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1536/2024 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.

14. Məhkəmə iş materiallarında olan sübutları, tərəflərin izahatları və şahid ifadələrini müqayisəli şəkildə araşdıraraq hesab etmişdir ki, həmin sübutlar cavabdehin mülkiyyətində olan mənzillərə lazımi materialların alınması və mənzillərin təmiri üçün çəkilmiş xərcin məhz iddiaçı tərəfindən ödənilməsi faktını təsdiq etmir. Belə ki, iddiaçı tərəfin qazancı barədə məhkəməyə təqdim etdiyi müqavilələr, qiymət razılaşdırma protokolları, həmçinin, baxış iclasında təqdim edilən evin təmiri üçün lazımi materialların alınmasına dair müxtəlif qaimələr, smeta, şahid ifadələri və s. – hamısı dolayı sübutlar olmaqla, xərcin məhz iddiaçı tərəfindən ödənildiyini deməyə əsas vermir. Bununla yanaşı, hazırkı iclasda təqdim edilmiş qaimələr və smeta məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, iddiaçının peşəsi və işi nəzərə alındıqda, onun tərəfindən hazırkı baxış iclasında məhkəməyə təqdim edilmiş smetanın şəxsi əlaqələrdən istifadə edilərək əldə edilməsi ehtimalı istisna edilmir.

15. Məhkəmə qeyd etmişdir ki, qaimələr müvafiq qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməmiş, belə ki, həmin sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq etdiyi “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri”nin 7 və 8 saylı əlavələrində qaimə-fakturalar üçün nəzərdə tutulan tələblərə uyğun deyil, qaiməfakturaların nömrəsi, qaimə-fakturanın sifarişçisi olan hüquqi şəxsin və ya fiziki şəxsin VÖEN-i göstərilməmiş, rəhbər və baş mühasib, həmçinin, iddiaçı tərəfindən imzalanmamış, möhür vurulmamış, ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i göstərilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin qaimə-fakturalar mötəbər sübut kimi qəbul edilə bilməz.

16. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflərin olduğu münasibətlərin mahiyyətindən görünür ki, aralarında yaranmış qeyri-rəsmi nikah münasibətlərinin saxlanılıb davam etdirilməsi mümkün olduğu təqdirdə hazırki mübahisə yaranmazdı. Mübahisəli mənzillərin təmir olunması üçün iddiaçı tərəfindən xərclər çəkilmiş olsaydı da belə, varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə faktiki nikah münasibətləri kəsildiyindən iddiaçının xərclədiyi vəsaiti cavabdehdən geri tələb etməsi məqsədə müvafiq deyildir. Çünki cavabdehin çəkilən xərcin qarşılığında faktiki nikah münasibətlərini davam etdirəcəyini öhdəsinə götürdüyü, bu münasibətləri pozduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq hüququnun yarandığı, yəni bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən bu kimi hallar işə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilməmişdir.

17. Belə halların mövcudluğu öz təsdiqini tapsaydı da belə, məhkəmə hesab edir ki, iddiaçının bağışlamaqdan imtinası yalnız bunun əsasının ona məlum olduğu gündən, yəni özünün də münasibətlərinin pozulmasına əsas olduğunu iddia etdiyi kimi – 2019-cu ildə cavabdehin anası ilə əmlaklar barəsində olan telefon danışığını eşitdiyi gündən bir il ərzində imtina haqqında bildirişi cavabdehə verdiyi halda qüvvədə ola bilərdi (iddiaçı 2019cu ildə cavabdehin məkrli niyyətindən xəbərdar olduğunu, 2021-ci ilin sonunadək barışıq üçün cəhdlər etdiklərini, lakin 2021-ci ilin sonunda münasibətlərinin tamamilə kəsildiyini bildirir və iddiaçının 2022-ci ilin mart ayında “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etməsi də onun cavabdehlə münasibətlərinin pozulmasından bir neçə il müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin göstəricisidir). Deməli, iddiaçının iddiasına bağışlamadan imtina kimi yanaşıldığı təqdirdə müəyyən edilir ki, iddiaçı həm də qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, bu müddət kəsici müddət kimi qiymətləndirilmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2-ci, 324.3, 337.1, 385.1, 386.1, 422.1-422.2, 422.2.4, 666.1, 673, 673.1, 674, 673.1.2, 674, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Vergi Məcəlləsinin 16, 16.1.8, 16.1.9-cu maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına, Mülki- Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 107, 119.1, 217.1, 218.1, 218.3, 220.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilir ki, tərəflər arasında təmir xərclərinə münasibətdə bağışlama mövcud olmuş, iddiaçı isə sonradan pulu tələb etməklə bağışlamadan imtina etmiş, yalnız 1 il ərzində iddia müddətinin axımını keçirdiyi üçün iddiası istisna olunur. Burada bağışlama yox, əsassız varlanmadan söhbət getdiyindən 1 il müddətə münasibətdə hissə istisna olunmalıdır və iş yenidən araşdırılmağa qəbul edilməlidir. Məhkəmənin mövqeyinə əsasən, əsassız varlanmanın elementləri istisna edilmiş və iş yanlış olaraq mahiyyəti üzrə bağışlama kimi qiymətləndirilmişdir. Ancaq iddiaçının bağışlama hissədə iradə ifadəsini məhkəmə müəyyən etməmiş, ümumi ifadələrdən istifadə etmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan hazırda həm fakiti, həm də hüquqi mülkiyyətində olan əmlakı İddiaçı tərəfindən təmir edilmişdir. Belə ki, iddiaçı tərəfindən əmlakların təmiri həyata keçirilərkən həmin vəsaiti cavabdehə hədiyyə etməmiş, əksinə həmin əmlaklardan istifadə edəcəyi barədə gözləntisi olmuşdur. Mübahisəyə münasibətdə onlar bərabər yaşadıqları üçün İddiaçı cavabdehin əmlakına təmir xərci etmişdir, münasibətlərə xitam veriləndə isə həmin təmir yaxşılaşdırılmasının təyinatına tənasübsüz ziyan vurulmadan ayrıla bilmədiyindən, Cavabdeh onun əvəzini istəmiş, o, isə öz növbəsindən tələb olunan pulu ödəmədiyindən əsassız varlanmışdır. Yəni, burada “bağışlama” münasibətləri istisna olunur. Cavabdeh həmin yaxşılaşdırma xərclərini ona qaytarmalı olduğu halda, həmin münasibət sanki bağışlama ilə “pərdələndi”. Halbuki, məhkəmə tərəfindən əmlaklara baxış keçirilməsi və ekspertiza barədə vəsatətlər təmin edilsəydi həmin əmlakların təmir tarixi və təmir xərci barədə sübutlar əldə edilmiş olacaqdı. Digər tərəfdən, məhkəmə əmlakların təmiri dövründə cavbabdehin işləməməsini və heç bir gəliri olmamasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəflərin uzun müddət faktiki nikah münasibətlərində yaşaması, iki övladlarının olması, birgə təsərrüfat aparmaları işin mübahisəsiz halıdır. Ölkəmizin adət ənənələrinə əsasən əldə olunmuş əmlakların kişinin adına qeydiyyada alınması geniş vüsət almış haldır. Birinci instansiya məhkəməsinin qətnaməsində bağışlama münasibətləri olması öz əksini tapmışdır. Lakin burada bağışlamadan ümumiyyətlə söhbət gedə bilməz. Belə ki, bağışlama notarial qaydada olmalı idi. Qarşı tərəf bildirir ki, iddiaçı həmin evdə yaşamayıb, həmin evi tanımır. Tərəfindən iş materiallarına əlavə edilməsi üçün fotoşəkillər təqdim olunmuşdur. Həmin şəkillərdə tərəflərin birgə nikahından olan qız övladlarının da fotoşəkli var. Orada təmir gedən proseslər əks olunub. Əgər iddiaçı həmin evdə olmamışdırsa, həmin evin təmirsiz şəkillləri onda necə ola bilər? Eyni zamanda, iş materiallarına əlavə edilməsi məqsədi ilə su filtrinin alınmasına dair sənəd təqdim etmişlər. Həmin sənəd onun adınadır. Əgər iddiaçı təmir etməyib, bağışlamışdırsa su filtrini əldə etməkdə məqsədi nə idi? Artıq 21-ci əsrdə insanların bir çoxu nikahlarını qeydiyyata aldırmadan yaşayırlar. Bu hallar Avropada daha çox təşəkkül tapmışdır. Belə olan halda şəxslər arasında olan münasibət hüquqi tənzimlədən kənarda qala bilməz və gəlirlər araşdırılmalıdır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəfindən hər hansı bir təmir aparılmamışdır. Bununla bağlı iddiaçı öz iddiasını sübut edə bilmir. İddiaçı 100.000 manat 51 kv.m üçün, 20.000 manat isə 40 kv.m üçün tələb edir. Bu isə məntiqli deyil. Heç vaxt kimsə 100.000 manatı 51 kv.m-i təmir etmək üçün xərcləməz. Bu cür məbləğlər reallığı əks etdirmir və iddiaçının cavabdehdən qisas almaq niyyəti ilə qeyd olunmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəfindən ona qarşı üç iddia irəli sürülüb və bu iddaların hər biri yalan və qərəzli iddialardır. İddiaçı 2007ci ildə vergi orqanında qeydiyyatdan keçmiş və VÖEN əldə etmişdir. Həmin müddətədək iddiaçının işi olmamışdır. İş materiallarında olan iddiaçıya məxsus müqavilələr sual altındadır və saxta sayıla bilər. Bundan başqa, iddiaçı tərəf məhkəməyə saxta sənədlər təqdim etmişdir. Belə ki, su filtrinin alınması ilə bağlı sənəddəki imzaya diqqət yetirilsə saxta olduğunu müəyyən etmək olar. Həmin imza iddiaçıya məxsus deyil. İddiada göstərilmişdir ki, 2009-cu ilin iyul ayından iddiaçı ünvan 4 ünvanda yaşayır. O, həmin mənzili xx.xx.2019-cu il tarixdə almışdırsa, iddiaçı necə 2009-cu ildən həmin mənzildə yaşaya bilər? Həmin mənzildə yaşayışın olmamasına dair qonşular tərəfindən təsdiq olunmuş arayış var. İş materiallarına sübut qismində təqdim olunmuş smeta sənədləri də saxtadır. Belə ki, ev 85 faiz təmirli olduğu halda smetada həqiqəti əks etdirməyən məlumatlar qeyd olunmuşdur. Evin təmirindən əvvəlki vəziyyətinə dair video çəkiliş var. Bundan başqa, smetada 35 saylı mənzil qeyd olunsa da, onun mənzili 85 saylı mənzildir. Smeta ilə bağlı ödəniş sənədini təqdim edə bilmirlər. Çünki smeta saxtadır və bu səbəblə köhnə tarix üzrə ödəniş sənədi təqdim edə bilmirlər. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan mənzillərin təmirinə onun tərəfindən xərclərin çəkilməsi ilə bağlı əyani sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

31. Belə ki, iddiaçı məhkəməyə mənzillərin təmir xərcləri ilə bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş sənədləri təqdim etsə də (iş İ cild, v. 161-170), həmin MMC-yə göstərilən xidmətlə bağlı ona ödənişin edilməsi barədə sənəd təqdim etməmişdir. İddiaçının təqdim etdiyi qaimələr isə malları təqdim edən və onları əldə edən şəxslər tərəfindən imzalanmamış, onlara möhür vurulmamış, ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i göstərilməmiş (v. 177-197), ümumiyyətlə təmir-tikinti mallarına görə ödənişlərin edilməsini təsdiq edən mədaxil qəbzləri, kassa çekləri təqdim edilməmişdir. İddiaçı mənzilə su filtrinin quraşdırılması ilə bağlı müqaviləyə istinad etsə də, kollegiya bununla bağlı qeyd edir ki, mənzildə su filtrinin quraşdırılması təmir xərci hesab edilə bilməz.

32. Kollegiya qeyd edir ki, iddiaçının peşəsi və fəaliyyət göstərdiyi sahə onu deməyə əsas verir ki, təmir işlərinə nəzarət, işlərin təhvil-təslimi onun tərəfindən həyata keçirilə bilərdi. Lakin iş üzrə ifadə vermiş və uzun müddət iddiaçını tanıyan şahidlər tərəfindən mənzilin təmirinə görə vəsaitin iddiaçı tərəfindən ödənildiyinin bildirilməsi, habelə iddiaçı tərəfindən təqdim edilmiş mənzilin fotoşəkilləri təmir xərclərin məhz onun vəsaiti hesabına ödənildiyini təsdiq etmir.

33. Bundan başqa, iddiaçı özünün gəlirləri ilə bağlı sənədləri məhkəməyə təqdim etsə də, işdə olan digər sənədlərdən həmçinin müəyyən edilir ki, cavabdehin mülkiyyətində bir neçə daşınmaz əmlak var və o, müxtəlif vaxtlarda bir sıra banklardan yüksək məbləğlərdə vəsaitlər məxaric etmişdir (iş İ cild, v. 134-154).

34. İşdən həmçinin görünür ki, cavabdeh tərəfindən cəmi 51,62 kv.m sahəsi olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, 85 saylı mənzil xx.xx.2019-cu il tarixdə 146.000 manata alınmışdır. Həmin mənzilin təmirinə iddiaçı tərəfindən əlavə olaraq 100.000 manat məbləğində təmir xərcinin çəkilməsi də ağlabatan görünmür.

35. Məhkəmə kollegiyası mənzillərin təmiri ilə bağlı xərclərin iddiaçı tərəfindən çəkildiyinin sübut olunmamasını nəzərə alaraq, həmin xərclərin cavabdehə bağışlandığına və ya yaxud cavabdehin həmin xərclər nəticəsində əsassız varlandığına münasibət bildirilməsinə zərurət görmür.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1536/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar