Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4436/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(005)-356/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına qeydiyyata alınmış Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, mənzil 6 ünvanına dair ********** qeydiyyat nömrəli, **********85- 05101-093008 reyester nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 fevral 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı Hüseyinağa qızının ünvan 1 ünvanına istitifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(005)- 356/2021 saylı qərardadı ilə Cavabdeh2 İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 155 və 156 maddəsinin tələblərinə uyğun olaraq verilməmişdir, belə ki, iddia 14.09.2020-ci il tarixdə məhkəməyə daxil olmuş mülki iş üzrə cavabdeh qarşılıqlı iddia ərizəsilə mülki iş baxılmağa başlandıqdan sonra müraciət etmişdir. Digər tərəfdən İddiaçı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi irəli sürməsinə baxmayaraq qarşılıqlı iddiaçı cavabdehə qarşı “istifadə hüququnun itirlmiş hesab edilməsi tələbinə dair” iddia irəli sürmüşdür. Bu baxımdan qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməyəcəkdir. Bu baxımdan qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Kollegiya qeyd edir, iddia ərizəsi icraata qəbul edilmiş, müvafiq prosessual hərəkətlər edilmiş, cavabdeh isə mülki iş baxılmağa başlanıldıqdan xeyli sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir, həmçinin qarşılıqlı iddia ilk iddianı aradan qaldırmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(005)- 356/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4436/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4436/2021
26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver