Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4445/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-250/2022 saylı, 21 aprel 2022ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat, hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manat, dövlət rüsumu üçün ödədiyi 30 ( otuz) manatı və həmçinin mənəvi ziyana görə 1000 (bir min) olmaqla cəmi 11830 (on bir min səkkiz yüz otuz) manat dəymiş real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-250/2022 saylı, 10 fevral 2022ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-250/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(005)-250/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-250/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli, 2(005)-250/2022 nömrəli qətnaməsındən verilən şikayətdən görünür ki, apelyasiya şikayəti prosessual qanunverilciyin tələblərinə zidd olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Şikayət edən tərəfin prosessual müddətlərə riayət etməklə prosessual qanunverilciyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən, yəni Mülki Prosessual Məcəllədə nəzərdə tutulan formada(MPM-ə apellyasiya şikayətinin forması barədə 2 nömrəli əlavə edilmişdir) verilmədiyindən geri qaytarılması düzgün olmuşdur. Çünki, həm işə əlavə edilmiş, həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə olan apellyasiya şikayətlərindən görünür ki, birinci şikayətdə yalnız işin halları və apellyasiya şikayəti verən şəxsin tələbi göstərilmiş, ikinci şikayət isə apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsi, vəkili(olduğu halda) tərəfindən imzalanmamışdır. Apellyasiya şikayətinin formasına riayət edilməklə elektron kabinet vasitəsilə verilməsi Mülki Prosessual Məcəlləyə edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən məcburidir. Ona görə də məhkəmənin mövqeyi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-250/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-250/2022 saylı, 21 aprel 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4445/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4445/2022
09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver