Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4453/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X3 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı2, cavabdeh və cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-443/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X16 ünvanında inşa etdikləri özbaşına tikilinin inşası və təmirinə çəkilmiş 25000 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılara ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, 2003-cü il tarixdə kirvəsi olan Cavabdeh iddiaçılara 12 sot torpaq sahəsi alması üçün 1000 ABŞ dolları məbləğində pul ödəmişlər. Cavabdeh onun qarşılığında fərdi yaşayış evi tikib məskunlaşdırmaq üçün iddiaçılara torpaq sahəsi almalı idi. Cavabdehə pul verməsinə baxmayaraq o, bunun qarşılığında iddiaçılara torpaq sahəsi verməmişdir. Lakin, iddiaçılara məskunlaşmaq üçün Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən uçuq daxma olan özbaşına tikilidə məskunlaşmalarına razılıq vermişdir. İddiaçılar həmin daxmada ailə üzvləri ilə birgə 2003-cü il tarixdən məskunlaşmışlar. Lakin sonradan cavabdeh iddiaçıları həmin daxmadan da çıxartmışdır. İddiaçılar məcbur qalıb həmin daxmanın hasarına bitişik torpaq sahəsində öz şəxsi vəsaitləri hesabına 4 otaqlı, təxminən 120 kv.m-dən ibarət yaşayış sahəsi inşa etdirmişlər. Sözügedən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 ünvanında yerləşən özbaşına tikilinin inşası və təmiri üçün təxminən 25000 manat pul vəsaiti xərclənmişdir. Hətta işıq, qaz və məişət tullantılarının toplanması, daşınması xidmətlərinin göstərilməsi barədə müqavilələrdə istehlakçı qismində İddiaçı1 çıxış etmişdir. İddiaçıların mübahisəli özbaşına tikilini öz vəsaitləri hesabına inşa etdirib, təmirinə xərc qoyduqlarına bütün qonşular şahiddilər. 2017-ci il tarixdə Cavabdeh «torpaq sahəsindən və evdən çıxarılma» tələbi ilə məhkəməyə müraciət edərək onların sözügedən özbaşına tikilidən çıxarılmalarına nail olmuşdur. Halbuki, həmin fərdi yaşayış evi özbaşına tikili statusundadır. Cavabdehin özünün belə həmin özbaşına tikiliyə, həmçinin onun yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə qətnaməsi ilə öz vəsaitləri hesabına inşa və təmir etdikləri yaşayış evindən çıxarıldıqları üçün hesab edirlər ki, həmin evin tikinti və təmirinə çəkdikləri pul vəsaiti cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-443/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1 və X2 xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X16 Dəmir yolu küçəsi ev 3-68 ünvanında yerləşən həyətyanı sahədə inşa edilmiş fərdi tikilinin inşası və təmirinə çəkilmiş xərcin əvəzi 23740 manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092, 1096, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4-cü maddələrinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hər iki iddiaçı həmin evi şəxsi vəsaiti hesabına əsaslı təmir etmiş, güman etmişlər ki, ev onların xüsusi mülkiyyətidir. Daha sonradan cavabdeh iddiaçıları aldadaraq məhkəmə müraciət edərək evdən çıxarmış və hazırda cavabdeh əsassız varlanaraq onlara dəymiş ziyanı ödəməmişdir. Bu halda, iddiaçılar çəkilmiş xərcləri tələb etməkdə haqlı olmuşlar. Məhkəmə həmçinin iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçılar maddi ziyanın məbləğini 25000 manat göstərsələr də, bunu tam sübuta yetirə bilməmiş, bu halda isə məhkəmə ekspertin rəyi ilə razılaşaraq tələbi qismən təmin etməkdə əsaslı hesab edir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "xxxx" (indiki "xxxx" ASC) ASC tərəfindən verilmiş NDS 002592 nömrəli, xx.xx.2009-cu il tarixli aktın surətinə əsasən, istehlakçı İddiaçı1 yaşadığı Bakı şəhəri, Qala qəsəbəsi, Dəmir yolu küçəsində yerləşən evdə baxış keçirilmiş, abonentin qeydiyyata alınması və sayğacın quraşdırılması qeyd edilmişdir; - Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 443577 nömrəli protokolun surətinə əsasən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı1 yaşadığı Bakı şəhəri, Qala qəsəbəsi, Dəmir yolu küçəsində yerləşən evdə elekrik sayğacı quraşdırılmışdır; - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2012-ci il tarixli 298386 nömrəli aktın surətinə əsasən, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı1 yaşadığı evdə qaz sayğacı quraşdırılmışdır; - «İcraçı» qismində "xxxx" ASC ilə «Sifarişçi» qismində İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 102723 nömrəli bərk məişət tullantılarının toplanılması, daşınması xidmətlərinin göstərilməsinə dair müqavilənin surətinə əsasən, icraçı sifarişçiyə sonuncunun fəaliyyəti nəticəsində yaranan məişət tullantılarının toplanılması, daşıması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi öhdəsinə götürmüş, tullantıların toplanılması tullantı konteynerləri üçün ayrılmış xüsusi meydançalarda həyata keçirilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 659/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətinə əsasən, cavabdehlər İddiaçı2, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-7615/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır; - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(003)-3290/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğluna qarşı «torpaq sahəsindən, evdən çıxarılma, tikilinin sökülməsi, torpaq sahəsi və evin təhvil verilməsi» tələbinə dair iddiası rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-10336/2017 nömrəli, qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-3125/2018 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 7615/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3290/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı2, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğlu iddiaçı tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılmaları və tikilinin iddiaçı Cavabdeh təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə dövlət büdcəsinə ödənilmiş 40 manat dövlət rüsumunun tutulması qət edilmişdir; - İddiaçı2 sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinin təmir dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatına əsasən, ünvan 3 ünvanında yerləşən həyatyanı sahədə inşa edilmiş fərdi tikiliyə çəkilən xərc xx.xx.2021-ci il tarixə olan məlumata əsasən 30500 manat təşkil etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1419 saylı, 21 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 4 ünvanda yerləşən həyətyanı sahəsində inşa edilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 23740 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Mülki Prosessual Məcəllənin 1.2, 1.3, 2.1, 4.1, 9, 14.2, 76.1, 76.2, 80, 81, 88, 106.1; Mülki Məcəllənin 17.1, 18-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı mülki iş üzrə qətnamənin mövcudluğunu bir müddət əvvəl icra məmuru vasitəsilə bilmişdir. Belə ki, qeyd olunan iddia tələbi ilə bağlı yalnız ilkin hazırlıq iclasında iştirak etmiş, sonrakı məhkəmə iclasları barədə ona məlumat verilməmiş, ekspertizanın təyin olunması və ekspertin yerli baxışa getməsi barədə ona məlumat verməmiş və ekspertizanın rəyi ilə tanış olmayaraq son məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Cavabdehin məhkəmədə iştirakları təmin edilməməklə izahatları dinlənilməmiş və iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmayaraq qanunsuz qətnamə qəbul edilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən isə tam qanunsuz olaraq iddia təmin edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7615/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3290/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı2, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğlu iddiaçı tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılmaları və tikilinin iddiaçı Cavabdeh təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə dövlət büdcəsinə ödənilmiş 40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin icrası bu günə qədər mümkün olmamışdır. Cavabdehlər icradan yayınmaq məqsədi ilə hər dəfə müəyyən şikayətlər və iddialar irəli sürməklə vaxt uzadırlar. Nəsimi Rarayon məhkəməsinin qətnaməsində qeyd olunur ki, materiallarında olan İddiaçı2 sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli fərdi yaşayış evinin təmir dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən həyatyanı sahədə inşa edilmiş fərdi tikiliyə çəkilən xərc xx.xx.2021-ci il tarixə olan məlumata əsasən 30500 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1419 saylı, 21 iyul 202212-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 5 ünvanda yerləşən həyətyanı sahəsində inşa edilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 23740 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən işin halları tam obyektiv araşdırılmamış yalnız iddiaçıların əsassız dəllilərinə əsaslanmaqla qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, 2011-ci il tarixdə Cavabdeh Babiş oğlu ona məxsus olan Bakı şəhəri, Xəzər Rayonu, Qala qəsəbəsi, X13 yerləşən mənzilinin qiymətləndirilməsi ilə bağlı Xəzər Rayon Bələdiyyəsinə müraciəti etmişdir. Xəzər Rayon Bələdiyyəsinin və “Bələdiyyə" MMC-nin Daşınmaz Əmlakın qiymətləndirilməsinə dair xx.xx.2011-ci il tarixli rəyinə əsasən həmin əmlakın dəyəri 15100 manat təşkil etmişdir. Bununla da aydın olur ki, qeyd olunan əmlak 81 kv.m olmaqla dəyəri 15100 manat olmuş və sonradan iddiaçılar tərəfindən Cavabdeh razılığı olmadan əlavə olaraq tikinti işləri aparılmışdır ki, oda sökülməlidir. İş üzrə qeyd olunan maddələrin tələblərinə əməl olunmamış cavabdeh qismində iştirakı təmin edilməməklə qanunsuz qətnamə qəbul edilmişdir. Göründüyü kimi, işə baxan məhkəmə tərəfindən prosessual hüququ normalarına əməl edilməməklə cavabdehlərin Konstitusiyada təsbit edilmiş məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Halbuki, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan müddəaların tələblərinə əməl edilməmiş, cavabdehin mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.
5. Cavabdeh iddiaya etiraz təqdim etmiş və qeyd etmişdir ki, 1988-ci il tarixdə Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya edilmiş Cavabdeh Babiş oğlu cavabdehlər Xamayeva (Abdullayevə) Ziyafət Bəhram qızı, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən 0,07 ha torpaq sahəsi ( bundan sonra - mübahisəli sahə) və həmin torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsi ilə evin ona təhvil verilməsi barədə qətnamə və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan onların barəsində cinayət işi başlanması üçün Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinə məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdi. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnamsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsində xx.xx.2018-ci il tarixdə işə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə Xəzər rayon Qala Bələdiyyəsindən 2002-ci il tarixdə torpaq sahəsi almış, həmin torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi tikmiş, həmin vaxtdan torpaq sahəsi və ev onun faktiki sahibliyindədir. Cavabdehlərlə yaxın münasibətləri olduğundan və sonuncuların yaşamağa yerləri olmadığından o, 2006-cı ildə həmin evi 2-3 il müddətinə müvəqqəti yaşamaları üçün vermişdir. Lakin həmin müddət bitdikdən sonra o, cavabdehlərdən evdən çıxmalarını və evin ona təhvil verilməsini tələb etsə də, cavabdehlər evdən çıxmaqdan imtina etməklə orada yaşamağa davam etmişlər. Cavabdehlərdən İddiaçı2 apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə və tikiliyə heç bir hüququ yoxdur. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir və sahə üzərindəki tikililər vaxtiylə ərazidə yerləşmiş müəssisəyə məxsus olmuşdur. Yaşadıqları tikili əslində anbar olmuş, lakin imkansızlıq səbəbindən ailə üzvləri ilə birlikdə həmin tikilidən yaşayış sahəsi kimi istifadə edirlər. İddiaçı atasının dostu olmuş, onlardan torpaq sahəsi almaq adı ilə 1000 ABŞ dolları almış, lakin nə torpaq sahəsi almış, nə də ki pulu qaytarmamışdır. Ona görə aralarında mübahisə yarandığından iddiaçı ona və ailə üzvlərinə qarşı əsassız iddialar qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Bununla bərabər, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. İddiaçı iddia ərizəsinə Xəzər rayon Qala Bələdiyyəsinə ödədiyi torpaq və əmlak vergisi üzrə 18 noyabr 2011-ci il tarixli (2005-2011-ci illər üzrə), 11 fevral 2013cü il tarixli (2012-2013-cü illər üzrə), 31 mart 2014-cü il tarixli (2014-cü il üzrə), 16 noyabr 2016-cı il tarixli (2016-cı il üzrə) ödəniş qəbzlərini əlavə etmişdir. Eyni zamanda iddiaçı mübahisəli yaşayış evinə dair onu adına tərtib edilmiş xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyini məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi həmin sənədlərin iddiaçının mübahisəli sahə və tikili üzərində hüquqlarının mövcud olduğunu təsdiq etməməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin tələblərinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bununla bərabər, həmin Məcəllənin 179.3-cü maddəsinə əmlakı öz əmlaka kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüququ olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin maddənin məzmunundan göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Deməli özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir. Eyni zamanda Mülki Məcəllənin 178-ci maddəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edilməsi üsullarından biri kimi təsbit edilmişdir. Lakin apellyasiya məhkəməsi iddiaçının mübahisəli tikili üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179-cu maddəsi ilə müəyyən olunan sahiblik hüququnun mövcud olub-olmamasını müəyyən etmədən onun həmin özbaşına tikili barədə ümumiyyətlə heç bir subyektiv hüquqa malik olmaması barədə iş üzrə səhv nəticəyə gəlmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi qanunvericiliklə özbaşına tikiliyə sahiblik hüququ tanınmaqla həmin hüquqa malik olan şəxsin öz sahibliyini hər cür qanunsuz pozuntudan müdafiə etmək hüququ təsbit edilir. Bu halda apellyasiya məhkəməsi iddiaçının cavabdehlərin mübahisəli tikilidən çıxarılmaqla evin iddiaçıya təhvil verilməsi barədə iddiasını mübahisəli tikilinin özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmadığından iddiaçının həmin əmlak üzərində hər hansı hüququnun olmaması, bununla da iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə rədd edilməsi barədə nəticəyə gəlməklə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda, cavabdehlər mübahisəli tikiliyə hansı əsaslarla sahiblik etdiklərini göstərməmiş, yalnız iddiaçının həmin tikili üzərində mülkiyyət hüququnun olmadığını və tikilinin və torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirməklə iddiaya etiraz etmişlər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin ədalətli ve qanuna müvafiq həlli üçün iddiaçı tərəfindən kassasiya şikayətində irəli sürülmüş işin faktiki halları barədə dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, apellyasiya qaydasında işə baxılarkən həmin məqamlar hərtərəfli araşdırılmalıdır. İş üzrə həqiqi hallar müəyyən edilməli tərəflər arasında olan münasibətlərə qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməklə mübahisə həll edilməlidir. Bununla da kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi tam müdafiə edilərək) 2(103)-7615/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3290/2017 saylı 24 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlər İddiaçı2, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğlunun tərəfimdən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılması və tikilinin Cavabdeh təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsinin almış və qətnamə üzrə xx.xx.2019-ci il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayon icra və Probasiya Şöbəsinin icra məmuru A.Nəcəfov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-7615/2018 saylı xx.xx.2018- ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidə borcludan başqa X7 az yaşlı övladı ilə həyat yoldaşı X8 yaşayır. Həmin şəxsin adı qətnamədə tikilidən çıxarılmalı olan şəxslər sırasında qeyd edilmədiyindən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixdə işə baxaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-7615/2018 saylı xx.xx.2018-ci ii tarixli xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində aydın və dəqiq olmayan hər hansı ifadə olmadığından qətnaməyə və icra sənədinə izah verilməsi barədə ərizə təmin edilə bilməz. Belə ki, işə baxılarkən X4 iddiaçının sahibliyinə qaytarılmalı olan tikilidə yaşaması barədə məlumat olmamış, onun adı cavabdehlər sırasında göstərilməmişdir. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı xx.xx.2018-ci il tarixli xx.xx.2019-cu il tarixli qətnaməsində adı qeyd edilməyən şəxsin qətnaməyə izah verilməsi qaydasında həmin tikilidən çıxarılması təmin edilə bilməz. Qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili iddiaçıya təhvil verilməlidir. Borclular çıxarıldıqdan sonra X8 özbaşına tikilini tərk etməzsə onun çıxarılması üçün iddiaçı yeni iddia qaldırmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Xəzər rayon icra və Probaşiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilə bilməz. Bundan sonra qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili qismən mənə təhvil verilmişdir. Belə ki, X8 azyaşılı qızı ilə birlikdə tikilidən çıxmaqdan imtina etmiş və tikilinin tam boşaldılaraq ona təhvil verilməsi təmin edilməmişdir. Xamayevlər ailəsinə qarşı Xəzər rayon məhkəməsində ilkin iddia qaldırılarkən Nərgiz Xamayeva həmin mənzildə yaşamamış, sonradan gəlin kimi həmin mənzilə köçdüyü üçün onun adı ilkin iddiada cavabdeh kimi qoyulmamışdır. Mənzilin tamam boşaldılması ilə bağlı olaraq Xəzər Rayon Məhkəməsində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən Cavabdeh məxsus olan 81 kv.m sahəsi olan birmərtəbəli tikilidən və torpaq sahəsindən X4 az yaşlı uşağı ilə birlikdə çıxarılaraq tikilinin və torpaq sahəsinin bütövlükdə Cavabdeh təhvil verilməsinə dair iddia qaldırılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.01,2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Lakin bu günə qədər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi icra edilməmişdir. Xəzər Rayon icra Şöbəsinin himayədarlığı ilə cavabdehlər hər dəfə müəyyən əsassız iddialarla məhkəməyə müraciət edərək vaxt uzadılmışdır. Belə ki, iş üzrə cavabdeh (borclu) X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə Xəzər Rayon Məhkəməsində iddia qaldırsa da, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia təmin edilməmişdir. Lakin buna baxmayaraq, yenə də Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin yenə də icra edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin olunmasını və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdeh Ali Məhkəmənin müvafiq qərarında nəzərdə tutulan 81 kv.m ibarət sahədən artıq olan sahənin iki qat dəyərini verməyə hazır olduğunu bildirmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, cavabdeh tərəfindən 4000 manatın verilməsi ilə bağlı təklifi qəbul etmədiyini bildirmişdir. Mübahisəli tikilinin əvvəllər daxma olduğunu, iddiaçının həmin torpaq sahəsinə hər hansı mülkiyyət hüququnun olmadığını, həmin torpaq sahəsinin dövlətin mülkiyyətində olduğunu qeyd etməklə, oranı öz şəxsi vəsaitləri hesabına tikdiklərini, tikilinin inşasına və təmirinə 25000 manat xərc çəkdiklərini və həmin pulun cavabdeh tərəfindən onlara qaytarılmasını istədiyini bildirmişdir.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
12. Mülki Məcəllənin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
13. Məhkəmə kollegiyası qeyd edilənlərə və mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-7615/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğluna qarşı “torpaq sahəsindən, evdən çıxarılma, tikilinin sökülməsi, torpaq sahəsi və evin təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Xamayeva Ziyafət Bəhram qızı, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğlu iddiaçı tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılmaları və tikilinin iddiaçı Cavabdeh təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə dövlət büdcəsinə ödənilmiş 40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-659/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehlər X6, İddiaçı1, X11 və Xamayev Tahir Fazil oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 7615/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-659/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə 2006-cı ilə kimi hazırkı iş üzrə cavabdehin mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli, 1 otaqdan ibarət olmuş özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etməsi, tikilinin 2006-cı ildə onun tərəfindən qaçqın ailə olan cavabdeh İddiaçı2 və ailə üzvlərinə əvəzsiz olaraq müvəqqəti yaşamaq üçün verildiyi müəyyən edilmiş və iddiaçının mübahisəli özbaşına tikilini əldə etməyə və həmin əmlak üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ (hazırda subyektiv hüquqla əhatə olunmayan maraqları) olduğundan iddianın həmin tikilidən cavabdehlərin (hazırkı iş üzrə iddiaçıların) çıxarılması və iddiaçıya (hazırkı iş üzrə cavabdehə) təhvil verilməsi hissəsində təmin edilməli olduğu qeyd edilmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən, 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
14. Göründüyü kimi, preyudisiya əhəmiyyəti kəsb edən, tərəflər arasında baş tutmuş əvvəlki məhkəmə çəkişmələrində iddiaçıların özbaşına tikiliyə əmlak hüquqlarının mövcudluğu və ya əmlak hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbləri irəli sürmək hüquqları izah edilməsi müəyyən edilməmiş, əksinə cavabdehin əmlak hüquqları müzakirə predmeti olmuşdur. Hazırki iddia tələbi üzrə iddiaçıların tikili üzərində yaxşılaşdırma aparılması şərtlərinə dair cavabdehlə müqavilə münasibətləri müəyyən edilməmişdir. İddiaçıların hüquqa və müqaviləyə istinadı əsası və sübutedici dəlilləri olmayan tələbinin, yəni məhz onlar tərəfindən təmir-tikinti işlərinin aparılması, habelə onlar tərəfindən aparılan təmir-tikinti ilə bağlı kompensasiya tələbinin ödənilməsinin məhz cavabdehin mülki məsuliyyətinə aid olduğu müəyyən edilmir. İddiaçılar barədə onların öz risk dairəsinə aid hərəkətlər nəticəsində tikilidən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-659/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) məhrum olması müəyyən edilsə də, onlar bir neçə il sonra məhkəmə qərarını icra etmədən, yəni tikilini cavabdehə təhvil vermədən, müxtəlif vasitələrlə hüquqlardan sui-istifadəyə şərait yaradan hərəkətlər etmiş və ilkin mübahisə zamanı öz əmlak hüquqları barədə dəlillər irəli sürməyərək illər sonra hazırki iddia ilə müraciət etmişlər. İddiaçılar mübahisəli tikiliyə hansı əsaslarla sahiblik etdiklərini göstərməmiş, yalnız cavabdehin həmin tikili üzərində mülkiyyət hüququnun olmadığını, tikilinin və torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirmişdirlər. Qeyd edilməlidir ki, hətta tikili üzərində yaxşılaşdırma edildiyi təqdirdə belə, iddiaçılar özləri əvəzsiz olaraq bunlardan yararlanmış, əksinə cavabdeh isə gözlənilən hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur.
15. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, qətnamə ləğv və iddia tələbi rədd edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə, ekspertiza xərci isə iddiaçılara aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 443/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.