Məhkəmə qərarları › İş №2(103)-4463/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4463/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4463/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı «sənədlərin tələb edilməsinin qadağan edilməsi və s.» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “sənədlərin tələb edilməsinin qadağan edilməsi və s”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Arif oğlunun iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdeh "xxxx" MMMC-yə qarşı «sənədlərin tələb edilməsinin qadağan edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -"xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; -"xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" adlı məktubların və 6 fevral 2024-cü il tarixli məktubun qanunsuz hesab edilərək, həmin "xxxx"larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; -"xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması; -İddiaçı1 işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 20.000 manatın "xxxx" MMMC-dən alınıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilməmişdir.

3. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

4. İddiaçılar qətnamədən ayrılıqda apellyasiya şikayətləri vermiş və mahiyyətcə eyniməzmunlu şikayətlərinin dəlili kimi qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, rayon məhkəməsinin mübahisənin faktiki hallarını düzgün müəyyən etmədiyini və sübutları düzgün qiymətləndirmədiyini bildirmiş və qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bununla belə, iddiaçılardan tələb edilən komunal və sair xərclərlə bağlı həmin xərclərin əsaslarına dair məlumatların iddiaçılara təqdim olunmasına razı olduqlarını bildirdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən 23 dekabr 2022-ci il tarixli Çıxarışdan, Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən və vergi uçotu haqqında şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 23 dekabr 2022-ci il tarixdə 1122-MM9-0269 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qanuni təmsilçisi X6r. Qeydiyyata alınmanın hüquqi əsasları kimi sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər çıxış edir.

8. "xxxx" MMC-nin 19 iyul 2022-ci il tarixli və 25 iyul 2022-ci il tarixli bildirişlərindən görünür ki, mülkiyyətçilərə (bildirişlər konkret şəxsə deyil, bütün mülkiyyətçilərə xitab etməklə, eyni məzmunda göndərilmişdir) kommunal xidmətlər üzrə dəyişikliklər və qiymətlərin qaldırılması ilə bağlı məlumat verilmişdir.

9. "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağının növbədənkənar iclasının 5 saylı protokolundan görünür ki, yığıncaqda müzakirə edilən məsələlərlə bağlı (eləcə də MMMC və hazırki iş üzrə İddiaçı2 MMC arasında olan anlaşılmazlıqla əlaqəli məsələlər) 40 səs lehinə, 0 səs əleyhinə, 0 səs bitərəf olmaqla müvafiq qərarlar qəbul edilmişdir.

10. "xxxx" MMMC-nin 30 yanvar 2024-cü il tarixli 97 saylı məktubundan görünür ki, həmin MMMC İddiaçı1 xəbərdarlıq tipli məktub ünvanlamışdır. Həmin məktubda qeyd olunur ki, məlum olduğu kimi, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (Cəmiyyət) Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və 12 iyul 2023-cü il tarixli qərarı (Qərar) ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümümi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Həmçinin, həmin şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsinə əsasən, mənzil qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunması istiqamətində işlərin icrasına başlanılacaqdır. Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində iddiaçının (fiziki şəxsin) mülkiyyətində olan sahələrə dair üzərinə düşən borc öhdəliklərini 3 gün ərzində lazımınca icra etmədikdə, yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanacaqdır. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən üçüncü şəxslərə icarə əsasında istifadəyə verilmiş şəxslərə bu məsələ ilə bağlı bildirişin təqdim ediləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. Bir daha xahiş edilmişdir ki, iddiaçı Cəmiyyət qarşısında xidmət haqqı üzrə olan borclarını təxirəsalınmadan ödəsin.

11. "xxxx" MMMC-nin 22 yanvar 2024-cü il, 30 yanvar 2024-cü il, 06 fevral 2024-cü il tarixli məktublarından görünür ki, eyni məzmunlu xəbərdarlıqlar digər İddiaçı2 MMC-yə də edilmişdir. Bundan başqa, 30 yanvar 2024-cü il tarixli digər məktubla "xxxx" yaşayış kompleksində olan icarədarlara xəbərdarlıq edilərək, İddiaçı2 MMC-nin və İddiaçı1 üzərlərinə düşən xidmət haqqı üzrə borc öhdəliklərini lazımınca icra etmədikləri qeyd olunmaqla, sonuncular tərəfindən icarəyə verilmiş sahələrə dair məktubda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanılacağı barədə xəbərdarlıq edilmişdir.

12. "xxxx" Kompleksinin 1 və 2 saylı Binalarının 2 və 3-cü mərtəbələrində yerləşən ofis sahələrinin mülkiyyətçisi İddiaçı1 həmin sahələri icarəyə götürmüş şəxslərin (fiziki və hüquqi) ünvanladığı 10 avqust 2023-cü il tarixli müraciətdə qeyd olunmuşdur ki, icarəçilər icarədara məxsus olan yuxarıda qeyd edilən ofis sahələrində uzun illərdir ki, bağladıqları icarə müqavilələrinə əsasən uğurlu fəaliyyət göstərirlər. Ötən dövrdə əldə etdikləri işgüzar mühit və icarəçilər üçün yaradılmış şəraitdən məmnunluqlarını bildirirlər. 08 avqust 2023-cü ildə fəaliyyət göstərdikləri ofis sahələrinin yerləşdiyi binalarda çoxmənzilli binaların idarə edilməsi məqsədilə yaradılmış "xxxx" MMMC tərəfindən 2 və 3-cü mərtəbələrdə liftlərdən istifadə tam məhdudlaşdırılmışdır. Artıq üçüncü gündür ki, baş verən hadisə onların fəaliyyətinə maneçilik törətmişdir, belə ki, şirkətlərin əməkdaşlarının, qonaq və ziyarətçilərinin ofislərə gəlib-getməsində böyük çətinliklər yaratmışdır, işgüzar nüfuzlarına xələl gəlmişdir. Həmçinin qeyd etmişlər ki, son dövrlər ərzində mütəmadi olaraq "xxxx" MMMC tərəfindən fəaliyyətlərinə müxtəlif müdaxilələr edilir, qanunsuz yoxlamalar təşkil edilir, ofisə daxil olmaq üçün gündəlik olaraq əməkdaşların şəxsi məlumatları (şəxsiyyət vəsiqəsi, mobil telefon və s.) tələb edilir, şirkətlərinə gəlib-gedən qonaqlara və ziyarətçilərə qarşı eyni davranış nümayiş etdirilir. Xatırladırlar ki, onlar X5 Məmmədəliyevlə bağlamışlar və hər hansı üçüncü şəxs qarşısında öhdəlikləri yoxdur və belə bir razılaşmaları mövcud deyil. Aralarında bağlanılmış İcarə Müqavilələrinin müvafiq bəndlərinə əsasən İddiaçı1 yer sahibi olaraq icarəçinin icarə obyektinə sərbəst daxil olması və fəaliyyətinə maneçilik yaratmamaq barədə öhdəlikləri mövcuddur. Uzunmüddətli işgüzar əlaqələrini və yuxarıda qeyd etdiklərini əsas hesab edərək, İddiaçı1 xahiş edilmişdir ki, ofis sahələrində liftlərdən istifadəyə qarşı yaradılmış məhdudiyyətlər aradan qaldırılsın, hazırkı vəziyyət nəzərə alınaraq və icarə haqqında güzəştlər edilsin. Əks halda bildirirlər ki, onlar tərəfindən İcarə müqavilələrinə xitam verilməsi təklifi irəli sürüləcək.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, M2, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, M3, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M2, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M3, m1) ünvanda yerləşən qeyri-yaşayış sahələri üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahələrinin ümumi sahələri müvafiq olaraq 563,40 m2 , 563,40 m2 , 563,40 m2 , 546,60 m2 təşkil edir.

14. 18 aprel 2023-cü il tarixdə verilmiş 23435 saylı texniki şərtdən görünür ki, «Azəriqaz» İB tərəfindən İddiaçı1 məxsus olan, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofisin) qaz təchizatı ilə bağlı sadalanan texniki şərtləri vermişdir. Texniki şərtə sorğu blankı və müvafiq sxem əlavə edilmişdir.

15. 06 iyul 2023-cü il tarixdə təsdiq edilmiş ekspertiza rəyindən görünür ki, İddiaçı1 məxsus, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qazanxanasının layihə sənədləri üçün Azərbaycan Respublikası FHN X4 Görülməsi və X7 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X3-Tədqiqat İnstitutu tərəfindən texniki təhlükəsizliyə dair müvafiq ekspertiza rəyi verilmişdir.

16. 03 avqust 2023-cü il tarixli 2169 saylı qərardan görünür ki, yuxarıda adı çəkilən ekspertiza rəyinin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.

17. 08 avqust 2023-cü il tarixli 3-183/2-8450/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası FHN X4 Görülməsi və X7 Agentliyi tərəfindən İddiaçı1 xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qazanxanasının layihə sənədlərinin texnoloji bölməsinə Agentlikdə baxılmış və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X3- Tədqiqat İnstitutu tərəfindən verilən ekspert rəyi xx.xx.2023-cü il tarixli K/2169 saylı qərarla təsdiq edilərək İddiaçı1 qaytarılmışdır.

18. "xxxx" ASC tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı2 MTK-ya verilmiş xx.xx.2009-cu il tarixli 14/1013 saylı sərəncamın (Texniki şərtlərin) tələblərinə əsasən, ünvan 3 ünvanlarda İddiaçı2 MTK tərəfindən inşa olunmuş, ümumilikdə 3 (üç) bina, 1 ədəd 2 girişli 16 mərtəbəli, 2 ədəd 1 girişli 18 mərtəbəli, A bloku (2 zirzəmi, 4 yerüstü mərtəbə), B Bloku (3 zirzəmi, 3 yerüstü mərtəbə), C Bloku (4 zirzəmi, 2 yerüstü mərtəbə) və həyətaltı avtodayanacaq mövcud olan yaşayış kompleksinin xarici su kəməri, kanalizasiya xətti, məhəllədaxili və binadaxili paylayıcı su-kanalizasiya sistemi qurulmuşdur. Ərazidən keçən, mövcud d-125mm olan su kəmərindən yaşayış binasına qədər d-50 mm su xətti inşa olunmuş və d-50 mm su xəttinə birləşmə verilməsi üçün tikinti təşkilatı tərəfindən icrası nəzərdə tutulmuş işlər TNQ-na uyğun olaraq tam yerinə yetirilmiş, 1 (bir) ədəd, d-50 mm olan birləşmə verilmişdir. Müvafiq ölçülü siyirtmə quraşdırılıb. Su xətti hal-hazırda istismara yararlıdır və istismar olunur. Ərazidən keçən mövcud d-1000mm olan təsərrüfat-məişət kanalizasiya kollektorundan, 1 (bir) ədəd d-200 mm kanalizasiya xəttinə birləşmə verilməsi üçün tikinti təşkilatı tərəfindən icrası nəzərdə tutulmuş işlər TNQ-ya uyğun olaraq tam yerinə yetirilmiş və birləşmə verilmişdir. Kanalizasiya xətti hal-hazırda istismara yararlıdır və istismar olunur. 2 (iki) sutkalıq su ehtiyyatının təmin olunması məqsədi ilə V=280.0 m3 həcmində ehtiyyat su anbarı TNQ-ya uyğun olaraq inşa olunmuşdur. İstismara tam yararlı vəziyyətdədir. Ehtiyyat su anbarı yuyulub-zərərsizləşdirilib, mühəndis-texniki qurğular saz vəziyyətdədir, hal-hazırda istismar olunur. Binanın bütün mərtəbələr səviyyəsində su təchizatının təmin edilməsi məqsədi ilə 1 (bir) ədəd nasos stansiyası TNQ-ya uyğun olaraq inşa olunmuş, 3 (üç) ədəd «Hidrofor» tipli nasoslar quraşdırılmış, ehtiyyat su anbarına və şəbəkəyə birləşdirilmişdir. Nasos stansiyası hal-hazırda istismara yararlı vəziyyətdədir və istismar olunur. Obyektin ümumi su sərfinin dəqiq uçotunun aparılması məqsədi ilə, su xəttinin girişində su sayğacı müvafiq ölçülərə uyğun mühafizə zonasında norma və qaydalara uyğun quraşdırılmışdır. Saz vəziyyətdədir, istismar olunur. Su sərfinin dəqiq uçotunun aparılması məqsədi ilə hər bir mənzil üçün d-20 mmlik mexaniki su sayğacı qoyulmuşdur. Su sayğacları pilləkən qəfəsində "xxxx" ASC tərəfindən təsdiq olunmuş xx.xx.2012-ci il tarixli normativ təlimata əsasən mühafizə şkafında quraşdırılmışdır.

19. 9035552 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, «Azəriqaz» İB-nin verdiyi texniki şərtlərə uyğun olaraq sahə qaz təchizatı ilə təmin edilmiş və sərf olunan qaz həcminin hesablanması üçün qaz sayğacı quraşdırılmışdır.

20. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, İddiaçı2 MMC xx.xx.2001ci il tarixdə qeydiyyata alınmışdır, qanuni təmsilçisi X8r, təsisçisi İddiaçı1dur.

21. Məhkəməyə təqdim olunmuş əvəzləşmə aktları, ödəniş sənədləri (ödəniş tapşırıqları) və s. görünür ki, tərəflər arasında müvafiq xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmasa da, tərəflər arasında kommunal və s. xidmətlərə görə əvəzləşmə aktları tərtib olunmuş, sənədlərdə təsbit olunmuş dövrlər üzrə ödənişlər icra edilmişdir.

22. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir.

23. Həmçinin müəyyən edilmişdir ki, sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında “Nəsimi- 48” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur.

24. Müəyyən edilmişdir ki, dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Habelə mənzil qanunvericiliyindən və nizamnamədən irəli gələn işlərin lazımi qaydada icrasını təmin etmək üçün binanı inşa etmiş İddiaçı2nə rəsmi müraciət edilərək mənzil qanunvericiliyə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilməsinə baxmayaraq, təhvil-təslim prosesi yekunlaşmadığından, həmçinin MMMC tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların ümumi paylı mülkiyyətdə olan sahələrin və digər təhlükə potensiallı qurğuların, habelə binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin MMC-MMMC arasında rəsmi təhvil-təsliminin icrasının istənilən əsasla gecikdirilməsi MMMC-nin, digər bir ifadə ilə yüzlərlə mülkiyyətçinin, sakinin, ailənin hüquqlarını pozdündan binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsi və binanı inşa edən MMC-dən asılı vəziyyətin davam etməsi ilə nəticələndiyi üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İddiaçı2nə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında İddiaçı2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsi ”RTZ” MMC-nin üzərinə qoyulması, eləcə də iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia tələbləri qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması qət edilmişdir.

25. Hazırda tərəflər arasında olan mübahisə onunla bağlıdır ki, cavabdeh iddiaçılardan kommunal və s. xərclər üzrə yarandığını hesab etdiyi həcmdə borcun ödənilməsini tələb etməklə borclar ödənməyəcəyi təqdirdə xidmətlərə və s. məhdudiyyətlər tətbiq olunacağı barədə xəbərdarlıq edir, iddiaçılar isə bunu hüquqlarının məhdudlaşdırılması və işgüzar nüfuzlarına xələl gətirməsi kimi qiymətləndirirlər.

26. Hazırkı iddia ərizəsində sadalanan iddiaçının qanunsuz sayılmasını tələb etdiyi ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə onların yaranmış borcunun ödənilməməsi ilə bağlı cavabdehin məktub və xəbərdarlıqlarıdır. Tətbiq edilən maddi hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 561. Mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülkiprosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir.

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 28.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 28.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 28.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 28.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. 28.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. 28.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. 28.6. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 28.7. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 28.8. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçıların apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən, məhdudiyyətlərin tətbiq edilməsi və sənədlərin təqdim edilməsi ilə bağlı iddia tələblərinə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissələrdə təmin edilməli, qətnamə apellyasiya şikayətlərinə əsasən, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddia ərizəsinin məzmunundan hazırkı iş üzrə birgə iddiaçıların aşağıdakı müstəqil tələbləri irəli sürmələri müəyyən olunur: 1)."xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; 2)."xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" adlı məktubların və 6 fevral 2024-cü il tarixli məktubun qanunsuz hesab edilərək, həmin "xxxx"larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; 3)."xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması; 4).İddiaçı1 işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 20.000 manatın "xxxx" MMMC-dən alınıb İddiaçı1 verilməsi.

32. Məhkəmə kollegiası "xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi barədə tələb üzrə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Belə olan halda, cavabdeh tərəfindən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin ödənilməsi barədə iddiaçılara bildirişlərin göndərilməsi qanunauyğun olmuşdur, ona görə də rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.

33. İkinci iddia tələbini təmin etməyən rayon məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçıların özləri də çoxmənzilli binada idarəetmənin cavabdeh MMMC tərəfindən həyata keçirilməsini etiraf edir, bu baxımdan MMMC-nin iddiaçılara həmin məktublar və xəbərdarlıqlarla komunal və sair ödənişləri tələb etməsi qanunsuz sayıla bilməz, eləcə də, hələləlik iddiaçılara münasibətdə cavabdehin xəbərdarlıqlarında göstərdiyi məhdudiyyətlər tətbiq edilməmiş, bu hallar baş verməmişdir.

34. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

35. Həmin Məcəllənin 122.4-cü maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

36. Mülki Məcəllənin 561-ci maddəsinə görə, mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə, dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir.

37. Göründüyü kimi, iddiaçılar tərəfindən ödənişlərin edilməməsinə görə mübahisələr yalnız məhkəmə qaydasında həll edilə bilər, odur ki, cavabdeh tərəfindən məhdudiyyətlərin tətbiq edilməsi barədə göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" və 6 fevral 2024-cü il tarixli məktublarda cavabdeh MMMC tərəfindən tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsi "xxxx" MMMC-yə qadağan edilməlidir.

38. Üçüncü iddia tələbini təmin etməyən rayon məhkəməsinin qənaəti belə olmuşdur ki, tələb edilən sənədlərin MMMC tərəfindən təqdim edilməsi öhdəliyi tərəflər arasında müqavilənin bağlanması və bunun əsasında iddiaçıların MMMC-nin iştirakçısı qismində tanınması yolu ilə mümkündür. Rayon məhkəməsi mövqeyini belə əsaslandırmışdır- “... iddiaçı tərəf bu halları sözügedən müqavilənin bağlanması zamanı müqavilə şərtləri kimi razılaşdırmalı, cavabdeh tərəf (həmçinin iddiaçı tərəf) bu şərtlərə qanuni əsas olmadan etiraz etməklə müqavilənin bağlanmasına süni əngəl yaratması halı olduqda yaranmış mübahisə məhkəmə yolu ilə həll edilməlidir. Bağlanmış müqavilədə iddia tələbində iddiaçı tərəfin əsassız saydığı hallarla (məs. ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlərin iqtisadi cəhətdən düzgün müəyyən olunması və s.) bağlı gələcəkdə hər iki tərəfindən şərtsiz yerinə yetirə bilməli olduğu razılaşdırılmış müəyyən müddəalar olmalıdır ki, bu xarakterli mübahisələr bir daha yaranmasın...”.

39. Başqa sözlə, rayon məhkəməsi hesab etmişdir ki, nə qədər ki, iddiaçılarla cavabdeh MMMC-nin arasında komunal və sair xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmamışdır, ona görə də iddiaçılar onlardan tələb edilən xərclərlərin əsasları ilə bağlı məlumatları tələb etmək hüququna sahib deyildir.

40. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mənzil Məcəlləsinin 123.0.2-ci maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələridir. Həmin Məcəllənin 128.0.3-cü maddəsinə görə, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir.

41. Mənzil Məcəlləsinin 137.5-ci maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.

42. Mənzil Məcəlləsinin 138.4-cü maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

43. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

44. Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə görə, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

45. Həmin Məcəllənin 137.10-cu maddəsinə görə, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

46. İstinad olunan maddi hüquq normalarına və hazırkı işin mübahisəsiz olan faktiki hallarına əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, rayon məhkəməsinin bu tələblə bağlı qənaəti əsaslı olmamışdır, həm də ona görə ki, MMMC-in komunal və sair xərclərlə bağlı tələbinə münasibətədə müəyyən olunmuşdur ki, hazırkı işdə iddiaçı olan mülkiyyətçinin MMMC ilə müvafiq müqavilə bağlayıb- bağlamamasından asılı olmayaraq, onların xidmətlərə görə MMMC-yə müəyyən olunmuş haqq ödəmək vəzifəsi var və onlar həmin haqqları ödəməyə borcludurlar. Belə olan halda, yəni müqavilə olmadan da xərcləri ödəməli olan mülkiyyətçinin (sahə sahibinin), hazırkı halda iddiaçıların MMMC-dən ödədiyi xərclərin əsaslandırılması və bununla bağlı müvafiq qərar və hesabatlarla tanış olmaq və onların təqdim edilməsini tələb etmək hüququ var. İddiaçıların onlardan tələb edilən ödənişlərin hüquqi əsası ilə bağlı sənədləri tələb etmək hüququ, həm də mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə də uyğundur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili də qeyd edilən həmin sənədlərin iddiaçılara təqdim edilməli olduğunu qeyd etmişdir.

47. Odur ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsi "xxxx" MMMC-nin üzərinə qoyulmalıdır.

48. Dördüncü iddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, - “...cavabdeh tərəfindən yaranmış borclarla bağlı xəbərdarlıq və məktubların İddiaçı1 mütəmadi olaraq qanun pozuntularına yol verən şəxs olması fikri yaratması kimi qiymətləndirilməsi ilə bağlı iddianın dəlilləri ilə razılaşmır. Məhkəmənin qənaətinə görə borcun yaranması və ödənilməsinin ləngidilməsi halının mövcudluğu ümumiyyətlə, cəmiyyətdə geniş kütlə arasında borclu şəxsin işgüzar nüfuzunun aşağı düşməsi kimi qiymətləndirilməsi iddiaçı tərəfin mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutlar təqdim etməmişlər...”.

49. Mülki Məcəllənin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

50. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının MMMC-yə borcu barədə onun icarədarlarına da yuxarıda qeyd edilən bildirişlərin göndərilməsində cavabdehin məqsədi aydın olmamışdır, cavabdehin nümayəndəsi də bunun ağlabatan izahını verə bilməmişdir, bu isə belə qənaətə gəlməyə əsas verir ki, bu hərəkətlər məhz iddiaçının işgüzar nüfuzunun zədələnməsinə yönəlmişdir.

51. Buna baxmayaraq, iddiaçı qeyd edilən məlumatların onun icarədarlarına çatdırılması nəticəsində həqiqətən onun işgüzar nüfuzunun ləkələnməsi və ona zərərin dəyməsi barədə sübutlar verə bilməmişdir. İddiaçı1 həmin məktubların onun icarədarlarına göndərilməsindən sonra bəzi icarədarların müraciəti əsasında icarədarlara müəyyən endirim etməsi və müvafiq olaraq da bunun nəticəsində ona zərər dəyməsi barədə dəlilləri ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

52. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; bu sübutlar birlikdə dəyərləndirilməlidir.

53. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

54. Hazırkı halda iddiaçı qeyd edilən məlumatların icarədarlarına çatdırılması nəticəsində həqiqətən onun işgüzar nüfuzunun ləkələnməsi və icarədarlara endirim etməsi nəticəsində zərər dəyməsi barədə dəlilləri ilə bağlı hər hansı sübut təqdim etmədiyindən həmin iddia tələbi ilə bağlı rayon məhkəməsinin gəldiyi nəticə düzün olmuşdur.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir (maddə 385.1.1, 385.1.2.). Nəticə:

56. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, məhdudiyyətlərin tətbiq edilməsi və sənədlərin təqdim edilməsi ilə bağlı iddia tələblərinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçıların komunal və sair ödəmələri gecikdirməsi və ya ödənilməməsi əsası ilə onların mülkiyyətlərində (sahibliyində) olan sahələrdən istifadəsinə hər hansı (suyun, qazın, elekririk enerjisinin verilməsinin, liftin dayandırılması və sair formada) məhdudiyyətin tətbiqi edilməsi "xxxx" MMMC-yə qadağan edilməli, "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsi "xxxx" MMMC-nin üzərinə qoyulmalı, qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, məhdudiyyətlərin tətbiq edilməsi və sənədlərin təqdim edilməsi ilə bağlı hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin komunal və sair ödəmələri gecikdirməsi və ya ödənilməməsi əsası ilə onların mülkiyyətlərində (sahibliyində) olan sahələrdən istifadəsinə hər hansı (suyun, qazın, elekririk enerjisinin verilməsinin, liftin dayandırılması və sair formada) məhdudiyyətin tətbiqi edilməsi "xxxx" MMMC-yə qadağan edilsin. "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsi "xxxx" MMMC-nin üzərinə qoyulsun. Qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar