Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4491/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)- 4982/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, qeyd olunan qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(006)- 4982/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Bundan sonra, cavabdeh prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-4982/2020 saylı qərardadı ilə təmin edilərək, mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir (işə apellyasiya qaydasında baxılması üçün əsas yoxdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinin tələbinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İşdən isə görünür ki, cavabdeh prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etsə də, müvafiq apellyasiya şikayəti ərizəyə əlavə olunmamışdır. Halbuki, əvvəlki apellyasiya şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(006)-4982/2020 saylı qərardadı ilə qaytarılmışdır (qaytarılmış apellyasiya şikayətinin bir nüsxəsinin işdə olması vəziyyəti dəyişdirmir). Belə olan halda isə (yəni, apellyasiya şikayəti təqdim olunmadan) buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxıla bilməzdi. Birinci instansiya məhkəməsi isə qeyd edilən halı nəzərə almamış, mülki işi mövcud olmayan apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxılması üçün əsas olmadığından, mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilsin, mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4491/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4491/2021
16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver