Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4495/2025 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehin qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhvil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X18 katibliyi, iddiaçının vəkili vəkil2, cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkil1, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehin qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhvil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## #### 2022-ci il tarixli etibarnamə ilə Iddiaçı Cavabdeh onu bütün dövlət orqanlarında, idarə və təşkilatlarında, “ASAN Xidmət” mərkəzlərində, Icra Hakimiyyətinin orqanlarında, icra strukturlarında, Bələdiyyələrdə, arxiv idarələrində, həmçinin digər qurumlarda təmsil etməyi, sənəd verməyi, sənəd almağı, adından ərizələr verməyi, imza etməyi, o cümlədən “ASAN Kommunal Mərkəz”lərində, “Azəriqaz” IB-də, “xxxx” ASC-də, “xxxx” ASC-də, qaz, su, işıq idarələrində təmsil etməyi, sayğaclarla bağlı bütün sənədləşmə işlərini aparmağı, adına kodları almağı, sayğacların bərpa olunması, sayğacın dəyişdirilməsi ilə bağlı lazımi sənədləşmə işlərini aparmağı, ödənişlər etməyi, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 3 il müddətinə - ##.##.2025-ci il tarixinədək verilmişdir.
2. Cavabdeh tərəfindən ## #### 2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ünvanında yerləşən ona məxsus evin qazlaşdırılmasına və abonent kodunun açılmasına köməklik göstərilməsi ilə bağlı “Azəriqaz” Istehsalat Birliyinə müraciət edilmişdir.
3. Cavabdeh tərəfindən ## #### 2022-ci il tarixdə texniki şərtin alınması üçün “xxxx” ASC-yə müraciət olunmuşdur.
4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən məhkəmənin sorğusuna ## ##### 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşlar Iddiaçı və Cavabdeh adına X11 arxivində məlumat yoxdur.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhvil verilməsi, Iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh mərhum şəhid oğlu X8 vasitəsilə 2015-2016-cı illərdən tanımışdır. Belə ki, o, iddiaçının mərhum oğlu ilə bir hərbi hissədə xidmət etmiş və dost münasibətində olmuşlar. Iddiaçının oğlu 2016-cı ilin #####in #-də Lələtəpədə döyüşlərində şəhid olmuşdur. Cavabdeh hərbi xidməti başa vurduqdan sonra iddiaçının müvəqqəti olaraq yaşadığı mənzilə gəlmiş və onların ailəsi ilə birgə yaxın münasibət yaratmışdır. Hətta cavabdehin valideynləri belə iddiaçının evinə, iddiaçının ailəsi isə onlara gəlib gedirdi. Iddiaçı Iddiaçı 2016-cı ilin fevral ayında 22000 manat məbləğində pul vəsaiti verərək, hazırda mübahisələndirilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi, korpus 125-də yerləşən fərdi yaşayış evini Sevinc adlı xanımdan 22000 manata almışdır. Fərdi raşayış evini alan zaman gedib Binəqədi Bələdiyyəsində sənədləri öz adına rəsmləşdirmiş, həmçinin fərdi yaşayış evində bəzi təmir işləri də etdirmişdir. Cavabdeh də daim yaşadığı evə gəlmiş, iddiaçı ilə əlaqə saxlamış, hətta pulunu tam ödəyərək aldığı hazırda mübahisələndirilən fərdi yaşayış evinə də dəfələrlə birlikdə getmişlər. Həmin müddətdə fərdi yaşayış evi təmirsiz olduğu üçün orada yaşamamışlar. 2022-ci ilin əvvəlləri mübahisələndirilən fərdi yaşayış evinə baş çəkmək istəmiş və evdə fərdi yaşayış evinin açarlarını tapa bilməmişdir. Bir müddət işi və səhhəti ilə əlaqədar yaşayış evinə gedə bilməmişdir. 2023-cü ilin sonlarında cavabdeh iddiaçının evinə gəlmiş, həmin vaxt açarlar hələ də tapılmamışdır. Həmin gün həyətdə olan zaman cavabdehin cibindən açarlar düşüb, iddiaçı dərhal açarları götürüb və açarların hansı səbəbdən onda olduğunu soruşanda isə yerdən indi tapdığını və iddiaçıya verəcəyini bildirmişdir. Iddiaçı açarları götürmüş, cavabdeh isə evinə getmişdir. Bir neçə gün sonra iddiaçı həyat yoldaşı və kürəkəni ilə birlikdə fərdi yaşayış evinə baş çəkmək üçün getmiş və evin içərisində nüəyyən işlərin aparıldığını görmüşdür. Belə ki yataq otağı ilə mətbəxin yeri dəyişdiriib, halbuki iddiaçı evi alanda elə deyildi. Bundan sonra evdən sənədlər tapıb ki, həmin sənədlərdə kommunal xətlərin çəkilməsi üçün ərizə və blankları görüb. Həmin ərizə və müraciətlərdə cavabdehin adını görmüş, dərhal ona zəng edərə, evini niyə ələ keçirmək istədiyini, fərdi yaşayış evində ondan xəbərsiz digər işlər gördüyünü soruşduqda cavabdeh iddiaçıya bildirmişdir ki, evi ona bağışlamış və o da buna görə xırda işlər görmüşdür. Bundan sonra iddiaçı cavabdehə onunla əlaqəni kəşməsini və bir də fərdi yaşayış evinə gəlməməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya bildirib ki, təmirə 10000 manat məbləğində pul xərcləyib, həmin pulu versin, evi özünə geri qaytarım. Iddiaçı isə qanunsuz olaraq onun fərdi yaşayış evində razılıq almadan görülən işlərə pul verməyəcəyini bildirmişdir. Bundan sonra cavabdehin atası Azər Nəsiyev zəng edərək, fərdi yaşayış evini 25000 manata onlara satmağını istədi. Iddiaçı isə 100000 manat verəcəyi təqdirdə evi ona verəcəyini bildirib. Daha sonra onlarla əlaqə kəsildi. Lakin 2024-cü ilin noyabr ayında fərdi yaşayış evinə baş çəkmək üçün gedib, cavabdeh tərəfindən fərdi vaşayış evinin açarlarının dəyişdirildiyinin şahidi olmuş və fərdi yaşayış evimə daxil ola bilməmişdir. Cavabdehlə əlaqə saxlamaq istəsə də nəticə olmamışdır. Hətta cavabdeh açarları götürən zaman fərdi yaşayış evinə aid olan bütün sənədləri də götürüb aparıb ki, tapılmır və iddiaçıya geri vermir. Bu səbəbdən də iddiaçı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və pozulmuş hüquqlarının bərpa edilərək fərdi yaşayış evinin ona təhvil verilməsi və həmin fərdi yaşayış evinə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
7. Cavabdeh Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsasız olduğu üçün təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçının göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Məhəllə, korpus 125 ünvanda yerləşən fərdi yaşayış evini zəbt etməmişdir. Iddiaçı ilə aralarında olan razılaşmaya əsasən pulunu hissə-hissə ödəmək şərti ilə həmin evi cavabdehə satmışdır. Ancaq evin sənədləri bələdiyyə qərarı olduğuna görə alqı-satqı baş tutmadığı üşün ##.##.2022-ci il tarixində cavabdehə etibarnamə vermişdir. Bundan sonra o, iddiaçının göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü Məhəllə korpus 125 ünvanda yerləşən 3 otaq və 1 mətbəxdən ibarət həmin evi öz vəsaiti hesabına təmir etdirmişdir ki, bunu təsdiq edən konkret subutlar və şahidlər var. Həmin şahidlər orada yaşayan qonşular, evi təmir edən ustalar və evin əvvəlki sahibi X5r. Həmçinin, cavabdeh həmin evdə bütün kommunal xərcləri və bələdiyyənin torpaq rüsumunu vaxtlı-vaxtında ödəmişdir ki, bunu təsdiq edən subutlar var. Evi təmir edildikdən sonra iddiaçı cavabdehə qarşı əsassız olaraq iddia ərizəsi qaldırmışdır. Iddiaçının məqsədi cavabdehin təmirə xərclədiyi pulu vermədən razılaşmanı pozub cavabdehi evdən çıxarmaqdır. Iddiaçı X17 cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhvil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd olunur ki, 2016-cı ilin aprel döyüşlərində ağır yaralanıb, 2-ci dərəcəli əlil olmuşdur. Həmin vaxt iddiaçının övladı əsgər yoldaşı Cabbarxan Ilham oölu Hacıağayev şəhid olmuşdur. Onların bundan sonra ailəlikə dostluq əlaqələri yaranmışdır.
8. Cavabdeh Cavabdeh cavabdeh Iddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
9. Lakin qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh iddiaçının oğlu X8 ilə birlikdə həqiqi hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişlər, cavabdeh ağır yaralanmış, əsgər yoldaşı olan iddiaçının oğlu həmin döyüşdə şəhid olmuşdur. Cavabdeh hər dəfə Bakı şəhərinə gələrkən birlikdə hərbi xidmətdə olduğu şəhid olmuş əsgər yoldaşı X8 valideyni Iddiaçı baş çəkirdi. Bir gün cavabdeh onlarda olarkən söhbət əsnasında danışmışdır ki, Bakı şəhərində ailəsinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə torpaq sahəsi alaraq fərdi yaşayış evi tikmək istəyir. Həmin vaxt iddiaçı cavabdehə bildirdi ki, iddiaçının Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 2016cı ildə aldığı evi var, hazırda lazım olmadığına görə satmaq istədiyini, lakin təmirə ehtiyacı olduğunu bildirmişdir. Cavabdehlə iddiaçı birlikdə həmin evə baxdıqda görmüşlər ki, evi yaşayışa yararlı vəziyyətə salmaq üçün xeyli məbləğdə pul lazımdır. iddiaçı cavabdehə bildirdi ki, evi oğluna almışdı, o da şəhid olmuşdur, onsuz da bu evi satacağını, cavabdeh qismət olsun demişdir. 2022-ci ilin fevral ayında ilkin şərtlərinə görə hissə-hissə olmaqla 20.000 manata razılaşmışlar, açarları cavabdehə təhvil verən iddiaçı cavabdehə hazıda iddiaçıya pul lazım olmadığını bildirmişdir. Evi təmir etdir, köç, yaşa, ondan sonra ödəniş etməsində problem olmadığını bildirmişdir. Lakin 2023-cü ilin sentyabrında iddiaçı cavabdehə bildirdi ki, təcili pul lazımdır. Buna görə də mən 3000 manat borc-xərc edərək ilkin ödənişi etməklə qalan pulu hissə-hissə ödəməyə razılaşdıq. Bir neçə gün sonra iddiaçı cavabdehə bildirdi ki, evi 25000 manata satmaq fikrindədir. Cavabdeh də evdə atası ilə məsləhətləşmiş, hesab etmişlər ki, evə on min manatdan çox pul xərcləmiş, həmçinin də evlərin qiyməti qalxmışdır. Buna görə də cavabdeh ilə atası onun 25000 manat tələbi ilə razı olduğlarını bildirmişlər. Iddiaçı bu günlərdə zəng edərək evi 32000 manata satmaq istədiyini bildirmişdir. Bununla əlaqədar olaraq evi təmirli görən iddiaçı demək olar ki, hər ay evi baha qiymətə satmaq fikrinə düşüb. Cavabdeh qeyd edib ki, evin alınması üçün ilkin ödəniş olaraq 3000 manat məbləğində pul vermişdir. Mübahisəli fərdi yaşayış evinin onun istifadəsinə verilməzdən əvvəlki görkəmi barədə məhkəməyə sübut kimi təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi ev tamamilə təmirsiz və uçuq vəziyyətdə olmuşdur. Fərdi yaşayış evini hazırki görkəmə gətirmək üçün aşağıda qeyd olunan xərcləri çəkmişdir: 1. laminat, ləvazimatının alınması və ustanın əmək haqqı ilə birlikdə - 1830 manat; 2. şifer, bambirin, navalça, kanyok, taxta və ustanın əmək haqqı ilə birlikdə - 1500 manat; 3. kabel, vkulçatel və ustanın əmək haqqı ilə birlikdə - 1750 manat; 4. su xətləri, kanalizasiya, tamet təmiri və ustanın əmək haqqı ilə birlikdə - 1300 manat; 5. evin oboyu və ustanın əmək haqqı ilə birlikdə - 340 manat; 6. uçmuş divarların bərpası və ağardılması, patalokun təmiri və ustanın əmək haqqı ilə birlikdə - 1460 manat; 7. sınmış qapı və pəncərələrin təmiri - 190 manat; 8. sənədləşmə və vergilər - 350 manat; 9. ağacların və güllərin əkilməsi - 220 manat; 10. işıq sayğacının quraşdırılması - 1730 manat; ümumi: 10670 manat xərc çəkmişdir. Göründüyü kimi, qarşı tərəfin məqsədi bundan ibarət olmuşdur ki, cavabdehin ona inam və etibarından sui-istifadə edərək evi ona bütün təmirini qurtardıqdan, yəni işıq, qaz və su xətlərini çəkdirərək evi istifadəyə yararlı vəziyyətə saldıqdan sonra evin görkəmi dəyişmiş, bundan sonra iddiaçının evi baha qiymətə sata biləcəyi fikirinə düşmüşdür.
10. “xxxx” MMC tərəfindən verilmiş daşınmaz əmlakın texniki ekspert qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evi 35000 manat məbləğində qiymətləndirilir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 125 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçı Iddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, tərəflər arasında fərdi yaşayış evinin nisyə alqı-satqısı ilə bağlı şifahi qaydada razılaşma olmuşdur. Məhkəmə bu qənaətə gələrkən fərdi yaşayış evinin 2016-cı ildə iddiaçı tərəfindən alınması ilə bağlı işin mübahisəsiz halını, iddiaçı tərəfindən onu bələdiyyələrdə və.s qurumlarda təmsil etməklə bağlı cavabdehə etibarnamə verildiyini, kommunal xidmətlərlə bağlı müqavilələrin cavabdehlə bağlanmasını, iddiaçının 3 il ərzində mübahisəli evdə təmir aparılmasından və cavabdehin yaşamasından məlumatsız olması barədə dəlillərinin inandırıcı olmadığını nəzərə almışdır. Bununla belə məhkəmə hesab etmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmamışdır. Belə ki, əvvəla mübahisəli ev faktiki olaraq özbaşına tikilidir və tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı sənəd yoxdur. Bunun məntiqi nəticəsi olaraq hər hansı notarial qaydada bağlanmış müqavilədən də söhbət gedə bilməzdi. Hər bir halda məhkəmə hesab etmişdir ki, cavabdehin sahibliyi qanunsuzdur. Çünki tərəflər arasında nisyə alqı-satqı barədə şifahi qaydada razılaşma olsa da belə, cavabdeh razılaşmanın şərtlərinin bildirdiyi kimi olmasını, evin dəyərini iddiaçıya ödəməsini, vaxtı keçmiş öhdəliyinin olmadığını sübut edə bilmir. Odur ki, iddiaçının qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb etmək hüququ əsaslı hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsi geri qaytarılsa da cavabdehin təmirə xərclədiyi vəsaiti əsassız varlanma qaydasında iddiaçıdan tələb hüququ vardır. Məhkəmə iddia tələbini fərdi yaşayış evinə köçürülmə hissəsində ona görə əsassız hesab etmişdir ki, cavabdeh fərdi yaşayış evindən çıxardıldıqdan, ev iddiaçıya təhvil verildikdən sonra fərdi yaşayış evinə köçürülmə tələbinin yönəldiyi şəxs artıq cavabdeh ola bilməz və ümumiyyətlə bununla bağlı ayrıca məhkəmə qətnaməsinin çıxarılmasına zərurət yoxdur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1, 166.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Həmin qətnamədən cavabdeh Nəsiyev Azər Nuruş oğlu apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qətnaməsində ##.##.2022-ci il tarixli 3 il müddətinə verilmiş və ##.##.2025-ci il tarixinədək qüvvədə olan etibarnaməyə istinad etmişdir. Istinad edilən “etibarnamə ilə Iddiaçı Cavabdeh onu bütün dövlət orqanlarında, idarə və təşkilatlarında, “ASAN Xidmət” mərkəzlərində, Icra Hakimiyyətinin orqanlarında, icra strukturlarında, Bələdiyyələrdə, arxiv idarələrində, həmçinin digər qurumlarda təmsil etməyi, sənəd verməyi, sənəd almağı, adından ərizələr verməyi, imza etməyi, o cümlədən “ASAN Kommunal Mərkəz”lərində, “Azəriqaz” IB-də, “xxxx” ASC-də, “xxxx” ASC-də, qaz, su, işıq idarələrindətəmsiletməyi,sayğaclarla bağlı bütün sənədləşmə işlərini aparmağı, adına kodları almağı, sayğacların bərpa olunması, sayğacın dəyişdirilməsi ilə bağlı lazımi sənədləşmə işlərini aparmağı, ödənişlər etməyi, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından digər hərəkətlər etməyi etibar edir”. Məhkəmə işə baxarkən iddiaçı Iddiaçı cavabdeh kimi Cavabdeh hansı zərurətdən, hansı məqsədlə və hansı niyyətlə bu etibarnaməni verdiyini müəyyən etməmişdir. Həmin etibarnamədə iddiaçının cavabdehə heç bir pul vermədiyi halda iddiaçının verdiyi səlahiyyətlərdə ödənişlər etməyi, rüsumlar ödəməyi nə üçün ödəməli olduğunu məhkəmə müəyyən etmədən iddiaçının iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli evin cavabdehə verildiyi ilkin təmirsiz vəziyyətini özündə əks etdirən fotoşəkillərini və onun öz vəsaiti hesabına evi təmir etdikdən sonrakı vəziyyəti barədə məhkəməyə təqdim etdiyi bu fotoşəkillərə münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Məhkəmə hazırkı işə baxarkən mübahisəli evin hüquqi ünvanını müəyyən etməmiş, iddiaçının ünvan kimi göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb etdiyi evin bu ünvan olduğu müəyyən edilmədən iddianın təmin edilərək, çıxarılmasını təmin etməklə ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Məhkəmə iddianı təmin edərkən mübahisəli fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinin hüquqi statusunu müəyyən etməmiş, fərdi yaşayış evinin tikilməsi üçün müvafiq Icra Hakimiyyəti orqanlarından lazımı icazələr alınmamış, həmin fərdi yaşayış evinin özbaşına tikili olduğunu məhkəmə nəzərə almamışdır. Mübahisəli fərdi yaşayış evinin iddiaçı Iddiaçı məxsus olduğu heç bir mötəbər sübutla təsdiq olunmur, belə ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqa malik olub-olmadığı məhkəmə tərəfindən araşdırılmamış və nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Iddiaçının vəkili vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
18. Cavabdeh Cavabdeh və onun nümayəndəsi X4 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 nümayəndəsi nümayəndə1 məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun1.1.2-ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxs tərəfindən aparılması və qiymətləndiricinin müəyyən olunmasının Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına həvalə edilməsi qərara alınmış, mütəxəssis rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.
22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, ** nömrəli qiymətləndirmə rəyi məhkəməyə təqdim olunmuşdur.
23. Qiymətləndirmə rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125-də yerləşən fərdi yaşayış evində aparılmış təmir işlərinin ümumi təqribi dəyəri 5883,0 manat məbləğində müəyyən edilir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. xxxx qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman xxxxnin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə cavabdeh tərəfindən qətnamə qismən - iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
28. Iddiaçının əsas kimi istinad etdiyi hal bundan ibarətdir ki, cavabdehlə birlikdə mübahisələndirilən fərdi yaşayış evinə də dəfələrlə birlikdə getmişlər, həmin müddətdə fərdi yaşayış evi təmirsiz olduğu üçün orada yaşamamışlar. 2022-ci ilin əvvəlləri mübahisələndirilən fərdi yaşayış evinə baş çəkmək istəmiş və evdə fərdi yaşayış evinin açarlarını tapa bilməmişdir. Bir müddət işi və səhhəti ilə əlaqədar yaşayış evinə gedə bilməmişdir. 2023-cü ilin sonlarında cavabdeh iddiaçının evinə gəlmiş, həmin vaxt açarlar hələ də tapılmamışdır. Həmin gün həyətdə olan zaman cavabdehin cibindən açarlar düşüb, iddiaçı dərhal açarları götürüb və açarların hansı səbəbdən onda olduğunu soruşanda isə yerdən indi tapdığını və iddiaçıya verəcəyini bildirmişdir. Iddiaçı açarları götürmüş, cavabdeh isə evinə getmişdir. Bir neçə gün sonra iddiaçı həyat yoldaşı və kürəkəni ilə birlikdə fərdi yaşayış evinə baş çəkmək üçün getmiş və evin içərisində nüəyyən işlərin aparıldığını görmüşdür. Belə ki yataq otağı ilə mətbəxin yeri dəyişdiriib, halbuki iddiaçı evi alanda elə deyildi.
29. Lakin işin halları ilə iddiaçının əsas kimi irəli sürdüyü hallar təkzib olunur. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Iddiaçı tərəfindən ## #### 2022-ci il tarixdə Cavabdeh etibarnamə verilmiş və həmin etibarnamə əsasında sonuncu tərəfindən kommunal xidmətlərin öz adına rəsmiləşdirilməsi ilə bağlı müraciətlər olunmuşdur. Uzunq müddət ərzində evdə cavabdeh tərəfindən təmir işlərinin aparılması və iddiaçının bundan xəbərsiz olması barədə dəlillər inandırıcı deyildir və işin halları ilə təkzib olunur. Əksinə, iddiaçının etibarnamə verməsi, cavabdehin bu etibarnamə əsasında müxtəlif orqanlara müraciətləri, təmir işlərinin aparılması Cavabdeh onların arasında şifahi olaraq müqavilə münasibətlərinin olması, müəyyən məbləğdə pulun ödənilməsi, bundan sonra təmir işlərini aparması və digər arqumentlərinin düzgün olması qənaətinə gəlməyə əsas verir.
30. Apellyasiya instansiyası məhkəməsində evdə həqiqətən təmir işlərinin aparılmasının müəyyən olunması məqsədilə mütəxəssis rəyi alınmış və müəyyən edilmişdir ki, aparılmış təmir işlərinin ümumi təqribi dəyəri 5883 manat məbləğində müəyyən edilir. Təmir işlərinin aparılması faktını iddiaçı da öz iddia ərizəsində qeyd etmişdir.
31. Göstərilənlərin nəticəsində adi bir məntiq təsdiq olunur ki, evin açarlarının ondan icazəsiz götürülərək orada təmir işlərinin aparılması barədə iddiaçının dəlili əhəmiyyətsizdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları).
33. Konstitusiya Məhkəməsinin Plenumu "X.Mirzəliyevin şikayəti üzrə" 2021-ci il ## ######## tarixli qərarında, həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
34. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
35. Cavabdeh iddiaçıya müəyyən məbləğdə pul ödəyərək etibarnamə aldıqdan sonra yaşayış evini təmir etdirmiş, iddiaçı isə bu işlərin aparılmasına etiraz etməmiş və özü də qəbul edir ki, cavabdeh tərəfindən təmir işləri aparılmışdır.
36. Belə olduğu halda, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə etibarnamə verilməsini, fərdi yaşayış evinin təmirinin iddiaçının razılığı ilə həyata keçirilməsi və müəyyən müddət ərzində onun tərəfindən etiraz edilməməsini nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli idi. Lakin bununla bağlı qətnamədə qiymətləndirmə aparılmamışdır.
37. Birinci instansiya məhkəməsi yalnız qeyd edir ki, cavabdehin təmirə xərclədiyi vəsaiti əsassız varlanma qaydasında iddiaçıdan tələb hüququ vardır, lakin bununla bağlı verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılır.
38. Məmmədova Azərbaycana qarşı ## #### 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər.
39. Hazırkı mübahisə üzrə məhkəmə kollegiyasının gəldiyi qənaət bundan ibarətdir ki, iddiaçının digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Buna görə də iddiaçının istinad etdiyi əsaslar üzərindən hazırkı iddianın təmin olunması mümkün deyildir.
40. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunduğu hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qiymətləndirmə rəyinin verilməsinə görə 300 manat məbləğində pul vəsaiti Iddiaçı tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.