Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4507/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1011/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ünvan 2ə qarşı əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə etməklə yanaşı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, Cavabdeh5, ünvan 3i və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini əlavə olaraq cavabdehlər qismində cəlb olunmasını xahiş edərək yekun olaraq məhkəmədən: Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 2in Xüsusi X3 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixdə verilmiş 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh3 ilə Cavabdeh1 arasında 08 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsini; Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair ünvan 2in Xüsusi X3 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından BakıŞəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixdə verilmiş 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh3 ilə Cavabdeh1 arasında 26 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsini etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 3in Xüsusi X1 tərəfindən 4Ə-461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında 30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini; Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhər 30 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında 14 noyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi; Cavabdeh1 adına verilmiş Bakışəhəri, Yasamal rayonu, X2, 9 saylıünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101-093003 reyestr nömrəli, 09 oktyabr 2019-cu il tarixli və Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01-05101-083001 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli Çıxarışların və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Cavabdeh5 adına verilmiş Bakışəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Çıxarışların və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olan adlarına çıxarışların verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X10 iddianın artırılmasına dair ərizənin müdafiə edib göstərmişdir ki, bütün bu baş verənlər Cavabdeh2 vasitəsi ilə həyata keçirilmişdir. Belə ki, Cavabdeh2 Cavabdeh1 uzaq qohumu və dostu olaraq bu məsələdən məlumatlı olduğu halda onlardan gizlətmişdir və hətta onlarda olan məlumata görə həmin əmlakların özgəninkiləşdirilməsi üçün müştərini də o, tapmışdır. Ona görə də hesab edirlər ki, Cavabdeh2 da Cavabdeh1 ilə eyni dərəcədə məsuliyyət daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1011/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi(hakim İlahə Abbasova) ilə iddia tələbi təmin edilmiş, lakin Cavabdeh2 münasibətdə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə qənaətində göstərib ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiaları əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən ona qarşı təmin edilməməlidir. Belə ki, iddiaçılar Cavabdeh2 Cavabdeh1 uzaq qohumu və dostu olaraq daşınmaz əmlakların satılması barədə məlumatlı olduğu halda onlardan gizlətdiyini və hətta onlarda olan məlumata görə həmin əmlakların özgəninkiləşdirilməsi üçün müştərini tapdığını bildirsələr də, bununla bağlı hər hansı sübutlar məhkəməyə təqdim etməmiş, həmçinin iddia tələblərini Cavabdeh2 qarşı əsaslandırmamışdırlar. Qətnamədən Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması, mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması ilə çıxarıldığından qanunsuz və əsassızdır. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını və iş üzrə sübutları düzgün qiymətləndirməmiş, qətnaməni iddiaçıların subyektiv mülahizələri əsasında qurmuşdur. İlk növbədə bildirir ki, işə ciddi və kobud prosessual qanun pozuntuları ilə baxılmışdır. O cümlədən, birincisi, işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. Belə ki, iddia verilərkən, ərizədə cavabdeh qismində olan şəxslərdən Cavabdeh2 qeydiyyat yeri Bakı şəhəri, Xətai rayonu göstərilmişdir. Tələb irəli sürülən digər cavabdehlərin və üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələb edilən daşınmaz əmlakın ünvanı isə Bakı şəhəri, Yasamal rayonuna olmuşdur. İstər iddia ərizəsində, istərsə də iddiaya dəyişiklik edilməsinə dair ərizədə Cavabdeh2 qarşı heç bir tələb olmamışdır. Halbuki, Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinin hazırki işə baxılarkən qüvvədə olmuş redaksiyasına əsasən, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində konkret olaraq öz əksini tapmalı idi. Göründüyü kimi, Cavabdeh2 iddia tələbi üzrə cavabdeh olmamışdır və onun əsl olmayan tərəf kimi əvəz edilməsi üçün məhkəmə heç bir tədbir görməmiş, ümumiyyətlə bu barədə məsələ qaldırmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddianın müsbət həll olunmasında marağı olan şəxslər iddianın məhz, Xətai rayon Məhkəməsində baxılmasına nail olmaq üçün məqsədli şəkildə Cavabdeh2 qəsdən cavabdeh qismində uydurmuşlar (onun Xətai rayonunda qeydiyyatda olmasına dair rəsmi arayış yoxdur). Belə olan vəziyyətdə, iddia ya MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalı idi, yaxud da icraata qəbul olunmuş olsaydı da MPM-in 44.2.2-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilməli idi. Lakin Xətai rayon Məhkəməsi həmin normaların tələblərini kobud şəkildə pozmuşdur. İkincisi, birinci instansiya məhkəməsi işə baxılarkən, Cavabdeh5 işdə iştirakının təmin olunması və tərəf olaraq öz hüquqlarını həyata keçirməsi üçün qanunla nəzərdə tutulmuş tədbirləri lazımi qaydada görməmişdir. Belə ki, Cavabdeh5 işdə iştirakının təmin olunması üçün tədbir görülməsinə dair görüntü yaradılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli iş üzrə icraatın təzələnməsi barədə qərardaddan görünür ki, məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir (işdə həmin məhkəmə iclasının protokolu yoxdur). Bundan sonra tərəflərə, o cümlədən, Cavabdeh5 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdə məhkəmə iclasının xx.xx.2020-ci il tarixə təyin olunduğu qeyd edilmişdir. İşdə olan “AZ1149” möhürlə təsdiq edilmiş “X16 xx.xx.2020-ci il tarixdə göndərilən sifarişli məktubların reyestri”ndən məlum olur ki, Cavabdeh5 savayı bütün cavabdehlərə bildiriş Xətai rayon Məhkəməsinə poçt xidmətləri göstərən ünvan 6 ünvanında yerləşən 149 saylı poçt şöbəsi vasitəsi ilə məhkəmə tərəfindən rəsmi qaydada göndərilmişdir. İşdə Cavabdeh5 xx.xx.2020-ci il tarixli poçt göndərişinə dair “AZ1065” möhürü ilə möhürlənmiş poçt qəbzi (ünvan 7 ünvanında yerləşən 65 saylı Poçt şöbəsi)) mövcud olsa da, həmin poçt göndərişinin ona təqdim edilməsinə dair hər hansı bir sübut mövcud deyildir. Haqlı olaraq sual yaranır: nə üçün digər cavabdehlərə poçt göndərişi rəsmi reyestrlə göndərilir, Cavabdeh5 isə məhkəmə tərəfindən yox, hansısa fiziki şəxs tərəfindən göndərilir, məqsəd nə olmuşdur? Belə çıxır ki, məqsəd, məhkəmədə baxılan işdən onun məlumatsız saxlanılması olmuşdur. Digər tərəfdən, hətta formal olaraq qəbul etsə ki, bildirişin Cavabdeh5 rəsmi qaydada göndərilməsi təmin edilmişdir, yenə də, işə yeni cəlb olunmuş cavabdehə - Cavabdeh5 münasibətdə məhkəmə iclasının vaxtının qısa müddətə - 7 gün sonraya- təyin edilməsi yolverilməzdir. MPM-nə iddiaya etiraz bildirilməsinə dair sonuncu dəyişiklikdən əvvəl də məhkəmə təcrübəsində iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi və növbəti məhkəmə iclasının təyin olunması ən azı 20 gün vaxtla həyata keçirilirdi. İş materiallarından görünür ki, bildiriş xx.xx.2020-ci il tarixdə göndərilir, məhkəmə iclası xx.xx.2020-ci il tarixdə keçirilir, Cavabdeh5 bildirişi alıb-almaması, məhkəmədə iştirak etməməsinin səbəbi aydınlaşdırılmadan, xx.xx.2020-ci il tarixdə qətnamə qəbul edilir. Qətnamə çıxarıldıqdan sonra da qətnamənin Cavabdeh5 göndərilməsi rəsmi reyestrlə deyil, işdə olan xx.xx.2020-ci il tarixli, “AZ1008” möhürü ilə təsdiq olunmuş, ünvan 8 ünvanıda yerləşən 8 saylı poçt vasitəsi ilə göndərilmiş və xəbərnamədə guya, poçt göndərişinin “şəxsən” verilməsinə dair imza olunmuşdur, lakin imzanı edən şəxsin ad, soyadı göstərilməmişdir. Bildiririk ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh5 hazırki məhkəmə mübahisəsindən ümumiyyətlə, xəbəri olmamışdır və qətnamə ona çatdırılmamışdır. Həmin qətnamə barəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş müraciətə verilmiş cavab məktubundan sonra məlum olmuşdur (bu barədə şikayətin işin faktiki hallarına dair hissəsində ətraflı göstəriləcəkdir). Görünür, bu işi əvvəlcədən gizli şəkildə quran, məktubların Cavabdeh5 göndərilməsini öhdəsinə götürən şəxslər onun duyuq düşərək, qətnamədən apellyasiya şikayəti verməsini əngəlləmək və qətnamənin qanuni qüvvəyə minməsini tezləşdirmək məqsədi ilə qəsdən saxta yollarla qətnamənin ona kağız üzərində “şəxsən” çatdırılmasını da təşkil etmişlər və buna nail olmuşlar. İşin faktiki halları: Bildirir ki, Cavabdeh1 ilə mübahisəli mənzil və qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı danışıqları Cavabdeh5 həyat yoldaşı X13 aparmışdır. Belə ki, Füzuli Əliyev 2019-cu ilin oktyabr ayının sonlarında Cavabdeh1 ünvan 9 ünvanında yerləşən mənzilini və obyektini (qeyri-yaşayış sahəsini) satmaq istədiyini bilib onunla əlaqə saxlamış və əmlakların qiyməti ilə bağlı müvafiq danışıqlar apararaq, mənzili 90.000,00 manata, qeyri-yaşayış sahəsini isə 60.000,00 manata satın almağa razılaşmışdır. Danışıqlar zamanı, Emil əmlakların qiymətini 10.000 manat baha demiş, lakin Füzuli Əliyev razılaşmamışdır, belə olanda, Emil şərt qoymuşdur ki, hər iki əmlak kirayədə olduğu üçün ona əmlakların boşaldılıb təhvil verilməsinə 6 ay möhlət verilsin və həmin müddət ərzində kirayə haqqını özünə götürsün. Füzuli Əliyev onun bu şərtinə razı olmuşdur. Qeyd edir ki, əmlaklara yerində baxış keçirərkən və danışıqlar aparılarkən, Emil hər iki əmlakın özünün olduğunu demiş və bunu təsdiq edən çıxarışları göstərmişdir, əmlaklarla bağlı hər hansı bir mübahisənin olduğu barədə heç bir söhbət, danışıq olmamışdır. İlkin razılaşmadan sonra Cavabdeh1 ilə Cavabdeh5 arasında Bakı şəhəri, 46 saylı notariat ofisində mənzilin satın alınmasına dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli alıq-satqı müqaviləsi bağlanmışdır. Mənzilə dair müqavilə bağlayarkən, alqı-satqı xərclərini (vergi və s.) ödəmək üçün X19) 2000 manat nağd şəkildə almış, ona görə də müqavilədə mənzilin qiyməti 88.000,00 manat göstərilmiş, ümumilikdə Emilə 90.000,00 manat pul ödənilmişdir. Alğı-satqı müqavilələrini etibarnamə əsasında Füzuli Əliyev imzalamışdır. Müqavilələrdə Emil öhdəsinə götürmüşdür ki, mənzili xx.xx.2020-ci il tarixdə, qeyriyaşayış sahəsini isə xx.xx.2020-ci il tarixdə boşaldıb təhvil verəcəkdir. Alqı-satqı müqavilələri əsasında Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, mənzilə dair xx.xx.2019-cu il tarixli, qeyriyaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli çıxarışlar verilmişdir. Qeyd edir ki, Lalə və Füzuli Əliyevlərin həmin əmlakları almaqda məqsədləri icarəyə vermək olmuşdur. Göstərilən müddətlərin başa çatması vaxtı pandemiya dövrünə düşdüyündən, Emil bildirmişdi ki, kirayəçi tapmaq çətindir, imkan verilsin əmlaklar özündə qalsın, hər ay mənzilə görə 1000 manat, qeyri-yaşayış sahəsinə görə 400 manat,cəmi 1400 manat icarə haqqını özü ödəyəcəkdir. Qeyd edir ki, Emil özünü dürüst, vicdanlı bir insan kimi göstərdiyindən, Cavabdeh5 və həyat yoldaşı onun sözlərinə etibar edib razılaşmışlar. Emil bir müddət Füzuli Əliyevə fasilələrlə təxminən 10.000 manata qədər pul ödəmiş, hər dəfə də ondan ödənilməyən pulu tələb edəndə müxtəlif bəhanələr gətirərək, xaricdə olduğunu, qayıdanda hesablaşacağını, icarə pulunun qalan hissəsini ödəyəcəyini demişdir. Nəhayət, xx.xx.2023-cü il tarixdə Cavabdeh5 həyat yoldaşı növbəti dəfə əmlaklara baş çəkməyə gedəndə, Emil də oraya gəlmiş və kobud şəkildə davranaraq bildirmişdir ki, sizin burada əmlakınız yoxdur. Həmin tarixədək Emil bir dəfə də olsun əmlakların Cavabdeh5 adından çıxarılmasına dair hər hansı bir formada fikir bildirməmişdir. Emilin həmin davranışından sonra Cavabdeh5 sözügedən əmlaklara dair texniki sənədlərin surətlərinin əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin əmlaklar üzərində Cavabdeh5 mülkiyyət hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1011/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında ləğv olunmuşdur. Məhz, bundan sonra, vəkil olaraq onunla müqavilə bağlanılmış və tərəfindən edilmiş müraciət əsasında xx.xx.2023-cü il tarixdə qətnamənin surəti rəsmi qaydada əldə olunmuşdur. Qətnamənin nümayəndəsi olduğu Cavabdeh5 maraqlarına toxunan hissəsindən görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m- dən ibarət mənzili və Bakı şəhəri, Yasamal rayonu, X2, 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin alqı- satqısına dair Cavabdeh5 ilə müqavilə bağlansa da, həmin müqavilə etibarsız əqd əsasında hərəkət edən satıcı Cavabdeh1 tərəfindən formal olaraq bağlandığından, iddiaçıların həmin əmlakları satmaq niyyətləri olmadığından, həmin daşınmaz əmlaklar hələ də iddiaçıların faktiki sahibliyində və istifadəsində olduğundan, Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli və 14 noyabr 2019-cu il tarixli "Daşınmaz Əmlakm Alqı-Satqı Müqavilələri” etibarsız hesab edilməli;... Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməli”dir. Məhkəmənin həmin əqdlərlə bağlı heç bir araşdırma aparmadan və konkret sübuta əsaslanmadan gəldiyi həmin qənaətindən belə çıxır ki, (1) müqavilə formal olaraq bağlanılmışdır; (2) iddiaçıların guya, sözügedən əmlakı satmaq niyyətləri olmamışdır. Halbuki, Cavabdeh5 ilə Cavabdeh1 arasında bağlanılmış hər iki müqavilə mülki qanunvericilikdə əqdlərin etibarlılığını şərtləndirən bütün tələblərə uyğun olmuş və işdə həmin müqavilələrin formal bağlanıldığını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra MM) əsasən formal əqdlərə yalan və uydurma əqdlər (maddə 340) aid edilmişdir. Qeyd olunan əqdlər görüntü xatirinə və başqa əqdi pərdələmək məqsədi ilə bağlanır, əqdə uyğun hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmur. Mübahisəndirilən müqavilələr konkret məqsədlə, yəni əmlakları satın almaq məqsədi ilə bağlanılmış, başqa bir əqdi pərdələmək niyyəti olmamışdır. Mülki qanunvericiliyn əqdlərə aid hüquq münasibətlərini tənzimləyən normalarının məna və tələbinə əsasən əqdin etibarlı olması üçün əqd: 1) subyekt tərkibinə; 2) məzmununa; 3) formasına; 4) iradə və iradə ifadəsinə görə qüsurlu olmamalıdr. Bu ünsürlərdən hər hansı birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. İşin yuxarıda şərh olunan faktiki əsaslarından göründüyü kimi sözügedən müqavilələr qanunvericiliyin bütün tələblərinə əməl olunmaqla bağlanılmış, əmlakların real qiyməti satıcıya ödənilmişdir. Əgər əqd formal olaraq bağlanılsa idi, Cavabdeh5 tərəfindən əmlakın real qiyməti ödənilməzdi. İddiaçıların sözügedən mənzil və qeyri-yaşayış sahəsini “satmaq niyyətləri olmadığına” dair məhkəmənin qənaətinin əsassız olması ilə bağlı bildirir ki, işdə olan və məhkəmənin “başqa məqsədələr üçün verilmiş” kimi qiymətləndirdiyi etibarnamələrdə iddiaçıların təmsil edənə “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq- hesabı aparmaq və sair səlahiyyətləri”ni verdikləri təsbit olunmuşdur. Göründüyü kimi, iddiaçıların sözügedən əmlakı satmaq niyyətinin olduğu etibarnamədə açıq-aydın göstərilmişdir. Lakin işə baxan məhkəmə mühüm əhəmiyyət kəsb edən bu hala düzgün qiymət verməmişdir. Digər tərəfdən, Cavabdeh5 ilə müqaviləni məhkəmənin qənaətinə görə “etibarsız əqd əsasında hərəkət edən satıcı- Cavabdeh1” bağlamış olsa belə, Cavabdeh5 vicdanlı əldə edən (vicdanlı alıcı) olması faktını birinci instansiya məhkəməsi nəzərə almamışdır. Belə ki, Cavabdeh5 əmlaklarla bağlı kimlərinsə arasında mübahisə yarada biləcək halın olmasını, əmlakların üzərində başqalarının da hüququ olduğunu bilmədiyi vəziyyətdə satın aldığı əmlaklara münasibətdə o, vicdanlı alıcı (əldə edən) hesab olunur, ona görədə alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Yuxarıda qeyd olunduğu kimi, sözügedən əmlaklara dair daşınmaz əmlakın reyestrindən çıxarışlar Cavabdeh1 adına olmuşdur. Bu baxımdan, MM-nin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vicdanlı alıcının hüquqlarının qorurmasını vurğulamışdır. Şərh olunanlara əsasən hesab edir ki, iddia tələbinin vicdanlı alıcı olaraq Cavabdeh5 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarımın pozulması nəticəsini doğurmaqla, bu hüquqlara qeyri-taraz müdaxilədir. Beləliklə, şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi MPM-nin 385-ci maddəsinədə nəzərdə tutulmuş, qətnamənin ləğv olunmasına əsas verən hallara yol vermişdir. Odur ki, sözügedən qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması, yəni iddianın təmin olunmaması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməletmək baxımından ədalətli və qanunidir. Cavabdeh5 əmlaklarla bağlı kimlərinsə arasında mübahisə yarada biləcək halın olmasını, əmlakların üzərində başqalarının da hüququ olduğunu bilmədiyi vəziyyətdə satın aldığı əmlaklara münasibətdə o, vicdanlı alıcı (əldə edən) hesab olunur, ona görə də alqısatqı müqavilələri etibarsız sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1011/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisəsinin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2 və 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər. Əvvəla, işdən aydın olur ki, cavabdeh kimi göstərilən Cavabdeh2 başqa cavabdeh fiziki şəxslərin heç birinin rəsmi qeydə alındığı yer, eləcə də Notariat Ofislərinin hüquqi ünvanı Bakı şəhəri Xətai rayon ərazisinə aid deyil, Yasamal rayonu ərazisinə aiddir. İddiaçılar tərəfindən Cavabdeh2 qarşı nə iddia ərizəsində, nədə iddia tələbinin həcminin artırılması barədə ərizədə hər hansı bir tələb yönəlməmişdir. Çünki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdeh2 qarşı iddiaçılar konkret tələb yönəltməyibsə, onda niyə cavabdeh kimi göstərilib, cavabdeh kimi göstərilirsə bu halda niyə tələb yönəltmirlər. Əlbətdə ki, bu ritorik sual olsa da həm iddiaçılar cavabdeh kimi göstərərkən, həm də məhkəmə tərəfindən bu iddia ərizəsi icraata götürülüb baxılarkən Cavabdeh2 ona qarşı olan hansı iddiaya cavab verməli olduğu müəyyən edilməyib. Bunun müəyyən edilməsi mülki prosessual qanunvericiliyin tələbi idi, çünki, MPM-in 149.2.3-cü maddəsinin hazırki işə baxılarkən qüvvədə olmuş redaksiyasına əsasən, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində konkret göstərilməli idi, ancaq göstərilməyib. Demək, Cavabdeh2 qarşı hər hansı bir tələb yönəlmədiyindən iddia ərizəsi MPM-in 152.1.1-ci və 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalı idi, səhvən icraata qəbul edilmişdirsə, yəni məhkəmə sonradan görəndə ki, Cavabdeh2 qarşı hər hansı bir tələb yoxdur, onda MPM-in 44.2 və 44.2.2-ci maddəsinin imperativ göstərişi də tələb edirdi ki, iş ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilsin, ancaq qanunun bu tələbinə də riayət edilməyib. Demək ki, Cavabdeh5 şikayətində göstərdikləri, yəni iddianın məhz, Xətai Rayon Məhkəməsində baxılmasına nail olmaq üçün məqsədli şəkildə Cavabdeh2 qəsdən cavabdeh qismində göstərilməsi barədə dəlil açıq-aşkar əsassız olmamışdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi nəzərə alınsa, iddia ərizəsi ilkin təqdim olunan zaman ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilməli idi. Çünki, hazırki iddia üzrə həm ilkin, həm də artırılmış tələb üzrə tələblərdən biri mənzilə və qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamənin çıxarılması olmuşdur. Demək, hələ ilkin variantda iddia ərizəsi icraata qəbul edilərkən Mülki Prosessual Məcəllənin 44.2 və 44.2.2-ci maddəsinin tələbləri həm də müstəsna aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Ona görə də, bu cür vəziyyətdə də MPM-in 44.1-ci maddəsinin pozulmasından söhbət gedə bilməz. Çünki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Deməli, işin Xətai Rayon Məhkəməsində mahiyyəti üzrə həll edilməsi üçün mütləq ilkin şərt kimi, həmin iş aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edilməsi tələb olunurdu, hansı ki, bunun belə olmadığı qeyd olunanlara əsasən təsdiq olunur. Mülki işə ərazi aidiyyəti üzrə baxılmasında müstəsna aidiyyət qaydaları tətbiq olunduğundan cavabdehlərin qeydiyyat ünvanının da əhəmiyyəti yox idi. Çünki, iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsini tələb etdiyi mənzil və qeyri yaşayış sahəsi Bakı şəhəri Yasamal rayonu ərazisində olduğu işin mübahisəsiz halıdır. Buna görə də mənzilə və qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini özündə əks etdirən bir iddia tələbi üzrə mülki işə müstəsna aidiyyət qaydalarına uyğun daşınmaz əşyanın yerləşdiyi ərazidə baxılmalıdır. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli və baxılmalıdır. Ona görə də Xətai Rayon Məhkəməsi qeyd olunan normanın tələbini də pozmuşdur. Yəni, hazırki mülki işə ərazi və müstəsna aidiyyət qaydalarına uyğun Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı idi. Çünki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi bu cür iddialar üzrə imperativ hesab olunur. Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsi tərəfindən digər prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, işdə olan 03 fevral 2020-ci il tarixli məhkəmə iclas protokolunun(bax.i.v.25-26) hazırki işə heç bir aidiyyəti olmamış, üstəlik həmin iclasda məhkəmə iclasının xx.xx.2020-ci il tarixə 15:00-a təxirə salındığı qeyd olunsa da, iddiaçıların məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsində(bax.i.v.29-32) iddia ərizəsinin baxılmamış saxlanıldığı üçün xx.xx.2020-ci il tarixli mülki işin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi xahiş edilmiş, məhkəmə xx.xx.2020-ci il tarixli qərardadı ilə işdə mövcud olmayan özünün xx.xx.2020-ci il tarixli qərardadını ləğv etmiş, mülki işin icraatının təzələnməsi və xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin olunmasını qərara almışdır. İşdə xx.xx.2020-ci il tarixli iclas protokolu da olmadığından həmin tarixdə iclasın keçirilib-keçirilməməsini də müəyyən etmək mümkün olmamış, yalnız işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli məhkəmə bildirişində(bax.i.v.100) işin xx.xx.2020-ci il tarixə saat 15:00-a təyin edildiyi görünür. Göründüyü kimi, bütün bu hallar da birinci instansiya məhkəməsinin iş üzrə məhkəmə tədqiqatının keçirilmədiyi yaxud ciddi prosessual pozuntuların törədilməsi ilə keçirilməsi barədə şikayətin dəlillərinin əsaslı olduğunu təsdiq etmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin ərazi və müstəsna aidiyyət qaydalarına riayət etmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1011/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 36.13, 39.1, 40.1, 384.0.4, 385.1.1, 387.2.9 və 402.2 və 402.2.5ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1011/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi işə ərazi və müstəsna aidiyyəti qaydalarının pozulması ilə baxıldığından ləğv edilsin və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4507/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4507/2023
24.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver