Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-451/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh-nin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 Edilməsi Agentliyi” MMC-nin nümayəndələri X6 və X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “PORSHE CAYENNE - minik” markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı avtomobilin texniki saz vəziyyətdə ona qaytarılması və ya Cavabdehdən onun xeyrinə 65.000 manat maddi zərərə görə, 20.000 manat mənəvi zərərə görə olmaqla, cəmi 85.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 65.000 manat məbləğində pulun Cavabdeh-dən alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi halları sübut edən faktlar təqdim etməmişdir. Avtomobilin kimə və hansı aktla təhvil verməsi, həmin şəxsin Bankı rəsmi əməkdaşı olub-olmadığı, avtomobili avtosalona təhvil verdiyi zaman aşkarlanmadığı halda hansı hüquqi hərəkətlər apardığı, avtomobilin tapılması üçün hansı hüquq mühafizə orqanlarına müraciətlər etməsi və nəticədə təhvil verdiyi şəxsin hansı məsuliyyətə cəlb olunduğu barədə sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə “Amay” ticarət mərkəzinin dayanacağının Banka məxsus olduğunu vurğulamışdır, halbuki bu belə deyil və bunu təsdiq edən heç bir fakt yoxdur. Hazırkı işdə o cavabdeh ola bilməz, belə ki, onunla “X7 Edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə Z.Nadixanovanın problemli borcu ilə bağlı tələb hüququ “X7 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. Mübahisə predmeti olan avtomobili ekspertiza tərəfindən 2013-cü ilin mart ayı üçün üç dəfə müxtəlif məbləğlərdə qiymətləndirilmiş, müəyyən olunan qiymətlərdən ən yüksəyini seçməsi və 65.000 manat pulun tutulması hissəsində heç bir əsaslanma olmadan təmin edilməsi Banka qarşı olan qərəzin bariz nümunəsidir, məhkəmə maddi və prosessual hüquq normalarını kobud pozmuş, işdə olan sübutlara obyektiv qiymət verməmiş, işə birtərəfli baxmış, heç bir sübutlara əsaslanmadan son nəticədə düzgün olmayan bir qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi N.Hümbətov apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, rayon məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Bank bu tələb üzrə cavabdeh ola bilməz, həm də ipoteka predmeti olan “Porshe Cayenne – minik” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bankda olması barədə sübut da yoxdur. Həmin avtomobil 2013-cü il üçün 3 dəfə müxtəlif məbləğlərdə qiymətləndirilmiş, məhkəmə qətnamə qəbul edərkən müəyyən olunan qiymətlərdən ən yüksəyini seçərək 65.000 manat pulun tutulmasına dair əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən şikayətin təmin olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Bağırov apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 Edilməsi Agentliyi” MMC-nin nümayəndələri N.Əliyev və A.Məmmədzadə apelyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirdilər. Sübutların tədqiqi: Borcverən Cavabdeh-nin “Nəsimi” filialı ilə borcalan İddiaçı arasında imzalanmış xx xxxxxx 2008-ci il tarixli 118 saylı kredit müqaviləsi və ödəniş cədvəlinin surətindən görünür ki, bank İddiaçı illik 19% hesablanmaqla 48 ay müddətinə 90.720 manat məbləğində kredit verməyi, borcalan isə bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İpotekasaxlayan Cavabdeh-nin “Nəsimi” filialı ilə ipotekaqoyan İddiaçı arasında imzalanmış xx xxxxxx 2008-ci il tarixli 118 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixli 118 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan “PORSHE CAYENNE - minik” markalı avtomobilini Cavabdeh-nin xeyrinə ipotekaya qoymuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak 113.400 manat məbləğində qiymətləndirilmişdir. AB seriyalı 195406 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “PORSHE CAYENNE - minik” markalı, **-DO-***i/o dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(006)- 3167/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı qarşı “ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcunun tutulması”na dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğində pulun alınaraq Cavabdeh-yə verilməsi, cavabdeh İddiaçı tutulmalı olan məbləğin ona məxsus «Porsche Cayenne» markalı, **- EF-*** dövlət nömrə minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən Nəsimi rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 13/2639 saylı məktubun surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-3167/2015 saylı qətnaməsinə əsasən İddiaçı 36.702,87 manat kredit borcunun, həmçinin 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh-nin xeyrinə ödənilməsi və tutmanın cavabdehə məxsus “Porcshe Cayenne” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi qət edilmişdir. Cavabdeh-nin girovunda olan, İddiaçı məxsus “Porcshe Cayenne” markalı, 90- EF-040 dövlət qeydiyyat nişanlı minik avtomobili hal-hazırda Nobel prospekti 23, “Amay” ticarət mərkəzinin dayanacağında saxlanılır. Avtomobilin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsinin təmin edilməsi xahiş edilmişdir. Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə icraata daxil olan Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3167/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 36732,87 manat məbləğində pul “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Borclu İddiaçı tutulmalı olan məbləğ ona məxsus “Porshe Cayenne” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir və həmin əmlak açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borc ödənilməlidir. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan məbləğ İddiaçı qaytarılmalıdır. İcra sənədi Nəsimi rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər tərəflərə göndərilmişdir. Tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin şöbəyə daxil olmuş xx.xx.2016-cı il tarixli məktubunda borclu İddiaçı məxsus “Porshe Cayenne” markalı, ** EF *** (hal-hazırda **-DO-***) dövlət qeydiyyat nişanlı avtomobilin Nobel prospekti 23, “Amay” ticarət mərkəzinin dayanacağında saxlanıldığı qeyd edilmişdir. Qeyd olunan avtomobilin qiymətləndirilməsi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə müraciət edilmişdir və QXM/33 saylı, xx.xx.2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən avtomobil 25.000 (iyirmi beş min) manata qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixdə göstərilən avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borc məbləğinin ödənilməsi üçün “xxxxxxxxxxx” Şirkətlər Qrupu MMC-yə məktub göndərilmişdir. Tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC xx.xx.2017- ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.6-cı maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Sözügedən avtomobil hazıradək yuxarıda qeyd olunan Cavabdeh-yə məxsus dayanacaqda saxlanılmaqdadır. “X11” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, ƏEM/Y-33-033/18 nömrəli ekspert rəyindən görünür ki, buraxılış ili 2008-ci il, universal tipli, qara rəngli, mühərrik həcmi 4800 sm olan “PORSHE CAYENNE GTS” markalı avtomobilin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 42.000 manat təşkil edir. Xidmət haqqı “X11” MMC-nin tarif cədvəlinə uyğun olaraq 150 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx 2” MMC-nin xx.xx.2018-ci il tarixli, QR-165/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **-DO-*** olan minik avtomobilinin 2018-ci il tarixinə 60.000 manat, xx.xx.2018-ci il tarixə bazar dəyəri 25.300 manat müəyyən edilmişdir. Xidmət haqqı məbləği 104 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx 2” MMC-nin xx.xx.2018-ci il tarixli, QR-227/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **-DO-*** olan minik avtomobilinin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 78.000 manat müəyyən edilmişdir. Xidmət haqqı məbləği 104 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**- DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinişlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyərinin (həm AZN, həm də ABŞ dolları ilə) müəyyən olunması sualı qoyulmuşdur. “xxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinişlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyəri manatla 82.000 AZN, ABŞ dolları ilə 104.552 ABŞ dolları (0,7843) təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında “Porshe Cayenne GTS” minik markalı, **- EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinmövcud vəziyyətininbu günə olan real bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur. “xxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinmövcud vəziyyətininbu günə olan real bazar dəyəri 20.000 manat təşkil edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş təhvil-təslim aktından məlum olur ki, Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən Agentliyə təhvil verilmiş, həmin aktda avtomobilin təhvil verilərkən yararsız vəziyyətdə olması qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsasının delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərər təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək(eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən “PORSHE CAYENNE - minik” markalı avtomobilin alınması məqsədi ilə 48 ay müddətinə illik faiz dərəcəsi 19% olmaqla 90.720 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi iddiaçıya məxsus “PORSHE CAYENNE - minik” markalı, **-DO-***i/o dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus “PORSHE CAYENNE - minik” markalı, **-DO-***i/o dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh-nin əməkdaşları tərəfindən 2013-cü ilin yanvar ayında iddiaçıdan alınmış, heç bir əsas olmadan Cavabdeh-yə məxsus dayanacaqda yerləşdirilmişdir. Avtomobil hazırda həmin dayanacaqda saxlanılır, bu günə qədər iddiaçıya geri qaytarılmamışdır. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı işdə o cavabdeh ola bilməz, belə ki, onunla “X7 Edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə Z.Nadixanovanın problemli borcu ilə bağlı tələb hüququ “X7 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, bank iddiaçıya delikt nəticəsində vurduğu ziya görə məsuliyyət daşıyır. Eyni zamamda, kollegiya bildirir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş təhvil-təslim aktından məlum olur ki, “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**- DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən Agentliyə təhvil verilmiş, həmin aktda avtomobilin təhvil verilərkən yararsız vəziyyətdə olması qeyd edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddia tələbi maddi ziyanla bağlı hissədə əsaslıdır. Kollegiya qeyd edir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 65.000 manat tutulması qənaətinə gələrkən iddiaçıya dəymiş ziyanın məhz 65000 manat olmasını əsaslandırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinişlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyərinin (həm AZN, həm də ABŞ dolları ilə) müəyyən olunması sualı qoyulmuşdur. “xxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinişlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyəri manatla 82.000 AZN, ABŞ dolları ilə 104.552 ABŞ dolları (0,7843) təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında “Porshe Cayenne GTS” minik markalı, **- EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinmövcud vəziyyətininbu günə olan real bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur. “xxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilinmövcud vəziyyətininbu günə olan real bazar dəyəri 20.000 manat təşkil edir. Beləliklə, ekspert rəyləri ilə müəyyən edildi ki, avtomobilin iddiaçıdan alındığı 2013cü il tarixdə bazar dəyəri 82.000 manat, hazırkı bazar dəyəri isə 20.000 manat təşkil etdiyindən iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərər (82.000-20.000=62.000) 62.000 manat həcmindədir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi maddi ziyana aid hissədə qismən təmin edilərək, cavabdehdən 62.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi maddi ziyan aid hissədə qismən təmin edilərək, cavabdehdən 62.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayəti qismən təmin olunduğundan şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – maddi zərərə aid hisədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi maddi ziyana aid hissədə qismən təmin edilsin. Cavabdeh-dən 62.000 (altmış iki min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Cavabdeh-dən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üçün 400 (dörd yüz) manat isə bank hesabı “xxxxxxx” MMC, H/h: № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxxxx” ASC, Kodu: 505817, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-451/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-451/2020
18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver