Məhkəmə qərarları › İş №2(103)-451/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-451/2024

05.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-451/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-451/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X17 və X13 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçıların nümayəndə və vəkilləri Vəkil1 və X4 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-752/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 ha hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli, Ə4-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunan 36.500 manat və tapşırığı vicdanla icra etməyərək dəyən zərər qismində 96.700 manat, ümumilikdə 133.200 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı2 verilməsi, İddiaçı1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli, Ə4-104 nömrəli alqı-satqının icrası nəticəsində əldə olunan 33.000 manat və tapşırığı vicdanlı icra etməyərək dəyən zərər qismində 112.100 manat, ümumilikdə 145.100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X21 və onun həyat yoldaşı Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 539A saylı bağ evində yaşayaraq bağın saxlanmasna, qulluq edilməsinə işinə baxmış və bu işin görülməsi üçün xidmət haqqı almışlar. İddiaçı2 ailəsi ilə bağ sahibi olan Bağırovlar ailəsi arasında uzun illər ərzində biri-birinə inam və hörmət üzərində qurulan səmimi münasibətləri olmuşdur. Həmin ərazidə Maraqlı şəxs mərhum atası və həyat yoldaşından qalan bağ sahəsinin faktiki ərazisi 0,5 hektardan çox olmuş və bu bağa uzun illər ərzində onlar tərəfindən qulluq göstərilməklə daş hasara alınmış, darvaza qapı qoyulmuşdur. X5 dünyaca məşhur alim, dünya yarımkeçirici elektronikasın banilərindən biri, elektronika sahəsində yaddaş elementləri, lazer, çip texnologiyası, alternativ energetika, foto element və sair müasir innovativ elm sahələri üzrə 1000 çox elmi məqalənin və dünyanın bir çox aparıcı ölkələrində 400 yaxın patent almış ixtiraların müəllifi olmaqla uzun illər Azərbaycan Respublikasının (Azərbaycan SSR) X6 vəzifəsində çalışmışdır. Eyni zamanda, Maraqlı şəxs həyat yoldaşı Toğrul Bağırov 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləmişdir. 1997-ci ildən X32 Akademiyasının müxbir üzvü olmaqla, BMT-nin X23 üzrə baş eksperti, Bakı Nobel İrsi Fondunun sədri olmuş, İsveç Krallığı tərəfindən “X40” ordeni və Fransa Respublikasının Prezidenti tərəfindən “Fəxri Legion” ali ordeni ilə təltif edilmiş tanınmış Azərbaycanlı alimdir. Öz növbəsində Azərbaycan Respublikasının Prezidenti tanınmış Azərbaycanlı alim Toğrul Bağırovun vəfatından kədərləndiyini bildirərək, ailəsinə dərin hüznlə başsağlığı vermişdir. Hazırki mübahisəli bağ sahəsi Maraqlı şəxs atası və həyat yoldaşının sahibliyində və istifadəsində olmaqla, sonradan onun istifadəsinə keçmişdir. Bağ sahəsinin yaşayış yeri olan hissəsi Maraqlı şəxs tərəfindən qohumunun adına özgəninkiləşdirilmişdir. Həmin qohum diplomatik sahədə çalışdığına görə xeyli müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayır və ona görə də ümumi bağ sahəsi bir müddət nəzarətsiz qalmışdır. Belə ki, Bağırovlar ailəsinin yaşayış yeri olan sahəsindən başqa, uzun müddət onların sahibliyi və istifadəsində olan 543 saylı 0,10 ha bağ sahəsi və 543A saylı 0,09 ha bağ sahəsi də olmuşdur. X24 543 saylı 0,10 ha bağ sahəsini və 543a saylı 0,09 ha bağ sahəsini həyat yoldaşı Maraqlı şəxs adına dövlət qeydiyyatına aldırmaq istədikdə, həmin vaxt Maraqlı şəxs Azərbaycan Respublikasından kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına alınaraq, əmlak kimi Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır. Belə ki, X18 əmək fəaliyyəti və faktiki olaraq yaşayış yeri Rusiya Federasiyasının Moskva şəhərində olduğu üçün onun həyat yoldaşı Maraqlı şəxs isə vaxtının çox hissəsini Azərbaycan Respublikasından kənarda Rusiya Federasiyasında və ya qızının təhsil aldığı İsveçrədə keçirmişdir. xx.xx.2019-cu il tarixdə X9 şəhərində vəfat etmişdir. Əldə edilmiş materiallar, səs yazısı və ifadələr əsasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə X18 vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edən mərhum Toğrul Bağırovun qardaşı oğlu Cavabdeh iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 yaxınlaşaraq bu bağ sahələrinin Maraqlı şəxs istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmalı olduğunu və heç nədən narahat olmamaqlarını bildirmişdir. Bundan sonra cavabdeh iddiaçılardan öz adına etibarnamələr almış və həmin torpaq sahələrini digər şəxslərə sataraq, alqı-satqıdan əldə etdiyi pulları mənimsəmiş və bununla da iddiaçılara külli miqdarda zərər vurmuşdur. Maraqlı şəxs 2021-ci ilin may ayında Mərdəkan qəsəbəsində qonşuluqda yaşayan xalası qızı Ülviyyə Mikayılova ilə söhbət zamanı sonuncu ona mübahisəli bağ sahəsində ev inşa edildiyini ondan soruşmuşdur. Maraqlı şəxs ona bu barədə heç bir məlumatının olmadığını və hansı halda kimlərin orada ev tikdirdiklərini aydınlaşdıracağını bildirmiş, sonra işlərində ona kömək edən X12 və X25 bu məsələnin araşdırılmasını və ona məlumat verilməsini tapşırmışdır. Onlar xx.xx.2021-ci il tarixdə birlikdə olarkən zəng edərək Cavabdeh və İddiaçı2 torpaqlarla bağlı məsələni soruşmuşlar. X24 xx.xx.2019-cu ildə Moskva şəhərində vəfat etdiyi halda, Cavabdeh yalan danışmaqla bağ sahəsinin Toğrul muəllim tərəfindən satıldığını, kimə satıldığını bilmədiyini söyləmişdir. İddiaçı2 isə zəng zamanı bildirmişdir ki, “həri, xəbəri var, Rüfət o vaxt gəldi, Rüfət gəldi-getdi, kiminlə razılaşdırdırmışdır ki? Sualına bilmirəm, Vallah, 7-8 ay olar da Rüfət gəlmişdi, dedi Sevinc xanım bilir, … hamısı bilir…” cavabı vermişdir. Telefon danışıqlarından sonra aydın olmuşdur ki, Cavabdeh xx.xx.2020-ci ildə mübahisəli torpaqları özgəninkiləşdirdiyi halda yalan danışaraq, guya torpaqları 2019-cu ildə vəfat etmiş mərhum əmisi Toğrul Bağırov tərəfindən özgəninkiləşdirdiyini deməklə, onları da aldatmağa cəhd etmişdir. Bu zəngə aid olan danışıqlar X12 məxsus olan “Samsung Galaxy J6” markalı mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramı əsasında yazılmış və qeydə alınan danışıqlar məzmunu tədqiq edilməsi üçün “X16” MMC-nə təqdim edilmişdir. “X16” MMC-nin 594 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəməfonoskopik ekspertizası növündə mütəxəssis rəyində səsin və şifahi nitqin tədqiqinə dair mütəxəssis rəyində danışıqların mətnləri qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, Cavabdeh iddiaçlar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 guya Maraqlı şəxs mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan sui-istifadə etməklə özgəsinə məxsus olan əmlakı digər şəxslərə satmışdır. Belə ki, Bakı şəhəri 5 saylı Notariat ofisi xx.xx.2021-ci il tarixli, 943 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-103 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-104 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha bağ sahəsi X22 36.500 manat və 543a saylı 0,09 ha bağ sahəsini X22 33.000 manata satmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2672 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-42 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-43 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha torpaq sahəsi X26 tərəfindən X14 70.000 manata və 543a saylı 0,09 ha bağ sahəsini 60.000 manata satmışdır. Notariat işinin materiallarından aydın olur ki, X14 xx.xx.2021- ci il tarixdə X26 tərəfindən 543 və 543A nömrəli bağ sahələrinin müvafiq olaraq 0,10 və 0,09 ha satıldıqdan sonra Maraqlı şəxs faktiki olaraq sahibliyində və istifadəsində olan, həmçinin ümumi hasar daxilində olan qalan ərazi, yəni 0,245 ha bağ sahəsi, qanunsuz olaraq, onların adına özəlləşdirilmiş və X14 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və daşınmaz əmlakın reyestr nömrəsi **********64 olan Çıxarış verilmişdir. X7 tərəfindən Maraqlı şəxs, faktiki olaraq, sahibliyində və istifadəsində və ümumi hasar daxilində olan, 0,245 ha bağ torpaq sahəsi də, qanunsuz olaraq X19 tərəfindən zəbt edilmiş və özəlləşdirilmişdir. “X16” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 593 nömrəli Hesabatında (543) qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 1 ünvanda yerləşən 0,3350 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485.800 manat müəyyən edilmişdir. Yəni 0,01 ha torpaq sahəsinin qiyməti 14501 manat müəyyən edilmişdir. “X16” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 593 nömrəli Hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2 ünvanda yerləşən 0,09 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133.200 manat müəyyən edilmişdir. Yəni 0,01 ha torpaq sahəsinin qiyməti 14800 manat müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin bazar dəyərindən qat-qat aşağı qiymətə satılıb-alınması, Sevinc Bağırovlar ailəsi tərəfindən hasara alınmış 0,250 ha yaxın torpaq sahəsinin qanunsuz və əsassız olaraq (ilkin hüquqmüəyyənedici sənədlər olmadan) mülkiyyət hüququ əldə edilməsi cavabdehin digər şəxslərlə əlbirliyinin və aralarında qanunsuz sövdəşmələrin olması anlamına gəlir. Mübahisəli torpaq sahəsinə dair müvafiq əqdlərin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnamələri ilə onların tələbləri təmin edilməmiş və əqdlərin etibarlığı məhkəmə tərəfindən də tanınmışdır. Halbuki, həmin işin faktiki hallarından görünür ki, Cavabdeh iddiaçılar Elçin və Samidə Əliyevlərə yaxınlaşaraq, rəsmiyyətdə onların mülkiyyətlərində olan, lakin faktiki olaraq hazırki işdə maraqlı şəxs olmaqla, torpaq sahəsinin əsl sahibi olan Maraqlı şəxs tərəfindən satmaq istəməsinə dair yalan məlumat verməklə, onları aldadıb xx.xx.2020-ci il tarixdə etibarnamə almışdır. İddiaçılar Cavabdeh Maraqlı şəxs ilə qohum olmasına, eləcə də əvvəllərdə bu torpaq sahələrinin sənədləşdirməsi və sair işlərdə mərhum Toğrul Bağırova köməklik etməsindən onun sözünə inanmaqla, bu etibarnamələri cavabdehə vermişlər və bu etibarnamələri Maraqlı şəxs maraq və mənafelərinin təmin edilməsi üçün təqdim etdiklərini düşünmüşlər. Onların Cavabdeh tərəfindən aldadılaraq etibarnamə verdiklərinə dair işin mühüm halını yalnız xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən məsələ soruşulduqdan sonra anlamışlar. İşin bu halı məhkəmədə iddiaçıların izahatı, şahidlərin ifadəsi və sair sübutlarla tam təsdiq olunduğu halda, məhkəmə ümumiyyətlə aldadılma təsiri ilə əqd bağlanması məsələsini araşdırıb maddi hüquq normasını tətbiq etməli olduğu halda, aldatma faktına heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işdə maraqlı şəxs olan Maraqlı şəxs bu torpaqlara dair hüququnun olmasını ehtimal olsa da, sonda iddiaçıların hüquqların pozulması ilə bağlı müdafiə müddətinin artıq xx.xx.2021-ci il tarixdə, yəni 1 ildən sonra keçdiyi qənaətinə gələrək iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə işdə maraqlı şəxs olan Maraqlı şəxs bu torpaqlara dair subyektiv hüququnun olmadığı qənaətinə gəlməklə aldatma faktını araşdırmaqdan belə imtina etməklə, əqdin həqiqiliyini tanımışdır. Baxmayaraq ki, işin çox mühüm faktiki hallarından, yəni onların izahatı, şahidlərin ifadəsi, telefon danışıqları və ekspert rəylərindən görünür ki, Cavabdeh iddiaçılar Elçin və Samidə Əliyevlərdən torpaq sahəsinin əsl sahibi olan Maraqlı şəxs tərəfindən satmaq istəməsinə dair yalan məlumat verməklə onları aldadıb, xx.xx.2020-ci il tarixdə etibarnamələrin alınmasına nail olmuşdur. Həmin vaxt onların artıq Maraqlı şəxs aid bağa qulluq etməməyi, başqa yerdə yaşadıqları, Maraqlı şəxs aid telefon nömrəsinin onlarda olmamağı (Maraqlı şəxs çox vaxt Azərbaycan kənarda yaşaması faktı onlara məlum idi və mülki iş materiallarına əlavə edilmiş ümumvətəndaş (xarici) pasportda olan Azərbaycan Respublikası sərhəd hüdudlarına girişçıxış qeydləri ilə təsdiq edilir), Bağırovlar ailəsinin başçısı Toğrul Bağırovun vəfat etməsi səbəblərdən bunu dəqiqləşdirmək imkanları olmamışdır. Digər bir tərəfdən Covid-19 pandemiyası ilə əlaqədar təhlükəsi virusun yayılmasının qarşısı alınması üçün Azərbaycan Respublikası ərazisində 2020-ci ilin mart ayından başlayaraq sərt karantin rejimi tətbiq edilmiş, zərurət olmadığı halda yaşayış yerindən çıxmaq vətəndaşlara qadağan edilmişdir. Belə bir vəziyyətdə onlar bir-biri ilə ünsiyyətdə olmaq imkanına malik olmadıqları halda hüquqlarının pozulduğunu necə bilərdilər və ya bilməli idilər? Digər tərəfdən iddiaçılar Elçin və Samidə Əliyevlər etibarnamə verərkən aldadılmamışdırlarsa, onda nə üçün mülkiyyətlərində olan torpaq sahələri üçün Cavabdeh etibarnamə verməli idilər, nə üçün torpaq sahələri satıldıqdan sonra onlar əldə olunan pul vəsaitini cavabdehdən tələb etməmişlər, Cavabdeh bu pul vəsaitini onlara verməmişdir (pulun verilməsinə dair heç bir təsdiqedici sənəd yoxdur), nə üçün torpaq tez-tələsik dəyərindən aşağı qiymətə satılmışdır. İşin həqiqi və mühüm hallarına aid olan bu məsələlər məhkəmə tərəfindən aparılsa da, düzgün hüquqi qiymətini almamışdır. Məhkəmənin bu mövqeyindən sonra artıq onlar işin digər hüquqi hallarını nəzərə alaraq, cavabdehin etibarnamə almaqla tapşırıq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyin yerinə yetirilməməyi əsası ilə hazırkı iddia tələbinin verilməsi zərurəti yaranmışdır.

3. xx.xx.2020-ci il tarixli Ə4-103 nömrəli notariat işinin surətindən göründüyü kimi, Cavabdeh **********1 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən xx.xx.1968ci il təvəllüdlü İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 hektar bağ sahəsi onun tərəfindən cavabdehin adına verilmiş xx.xx.2020-ci il tarixli, 017037 nömrəli etibarnamə əsasında cavabdeh tərəfindən X22 36.500 manata satmış (Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2672 nömrəli məktubunun və həmin məktuba notariat qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-43 nömrəli notariat işindən göründüyü kimi, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543a saylı 0,09 ha bağ sahəsi X26 tərəfindən X14 60.000 manata satmışdır. X19 da sonradan həmin sahənin bir hissəsini başqa şəxslərə satmışdır), lakin tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğu halda həmin məbləği iddiaçıya hazırki vaxta kimi verməmişdir. Bundan başqa, cavabdeh, vəkalət alan şəxs kimi, tapşırığı vicdanla icra etməli və bu zaman vəkalət verən iddiaçının haqlı mənafelərini müdafiə etməklə, torpaq sahəsini real bazar qiymətinə satmalı olduğu halda, bunu etməyərək, iddiaçıya 96.700 manat məbləğində maddi ziyan da vurmuşdur. Belə ki, “X16” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 3 ünvanda yerləşən 0,09 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133.200 manat müəyyən edilmişdir. Yəni 0,01 ha torpaq sahəsinin bazar qiyməti 14.800 manat müəyyən edilmişdir. Nəticədə cavabdeh İddiaçı2 aid torpaq sahəsini ən azı 133.200 manat satmalı olduğu halda, bunu etməyərək və ya yayılmış acı təcrübəyə uyğun olmaqla edərək, alqı-satqının davamını notariat orqanından kənarda tamamlamaqla, torpaq sahəsinin satışını 36.500 manat qeydiyyata almaqla, iddiaçıya yuxarıda qeyd edilən 96.700 manat maddi ziyanı da vurmuşdur.

4. xx.xx.2020-ci il tarixli, Ə4-104 nömrəli (22 vərəqdə) notariat işinin surətindən göründüyü kimi, Cavabdeh **********6 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsi onun tərəfindən cavabdehin adına verilmiş xx.xx.2020-ci il tarixli, 017036 nömrəli etibarnamə əsasında cavabdeh tərəfindən X22 33.000 manata satmış (Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2672 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-42 nömrəli notariat işindən göründüyü kimi, Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha bağ sahəsi X26 tərəfindən X14 70.000 manata satmışdır), lakin cavabdeh tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğu halda həmin məbləği iddiaçıya bu günə kimi verməmişdir. Bundan başqa, cavabdeh, vəkalət alan şəxs kimi, tapşırığı vicdanla icra etməli və bu zaman vəkalət verən iddiaçının haqlı mənafelərini müdafiə etməklə, torpaq sahəsini bazar qiymətinə satmalı olduğu halda bunu etməyərək, iddiaçıya 112.100 manat məbləğində maddi ziyan da vurmuşdur. Belə ki, “X16” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 4 ünvanda yerləşən 0,3350 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485.800 manat müəyyən edilmişdir. Yəni alqı-satqı predmeti olmuş 0.01 ha torpaq sahəsinin qiyməti 14.501 manat müəyyən edilmişdir. Nəticədə cavabdeh İddiaçı1 aid torpaq sahəsini 0,10 ha ən azı 145.100 manat satmalı olduğu halda, bunu etməyərək torpaq sahəsini 33.000 manat satmaqla iddiaçıya yuxarıda qeyd edilən 112.100 manat maddi ziyan da vurmuşdur. Göstərilənləri nəzərə alaraq İddiaçı2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 ha hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli, Ə4- 103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunan 36.500 manat və tapşırığı vicdanla icra etməyərək dəyən zərər qismində 96.700 manat, ümumilikdə 133.200 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı2 verilməsi, İddiaçı1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli, Ə4-104 nömrəli alqı-satqının icrası nəticəsində əldə olunan 33.000 manat və tapşırığı vicdanlı icra etməyərək dəyən zərər qismində 112.100 manat, ümumilikdə 145.100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-752/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı2 xeyrinə İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 manat məbləğində pulun və İddiaçı1 xeyrinə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 manat məbləğində pulun tutulması, iddia tələbinihn qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1, 139, 140, 166.3, 359.1, 362.1, 385.1, 425.1, 442, 443.1, 443.5, 777.1, 772.2, 778.1, 779.1, 781, 782.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 16.6-cı maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

7. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

9. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək onun iddianın təmin olunan hissədə ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahələrinin mülkiyyət hüquqları əsasında iddiaçıların adında qeydiyyata alınması hər hansı bir mübahisə yaratmır və bu hal iş materiallarında olan sənədlərlə tam təsdiqini tapır. Lakin bununla belə istər iş materiallarında olan digər sənədlər, istərsə də iddiaçılar tərəfdən verilən iddia ərizəsindən, məhkəmədə vermiş olduqları izahat və ifadələrindən, bu iş ilə bağlı əvvəlki məhkəmə qətnamələrindən müəyyən olunur ki, mübahisəli torpaq sahələri iddiaçıların adına dövlət qeydiyyatına alınsa da, faktiki olaraq onlara məxsus deyil və bu hal işin təkzibolunmaz hallarındandır ki, subut olunmasına zərurət yaratmır. Belə olan halda hesab edir ki, verilmiş etibarnamələrin icrası əsasında pul tələbinə dair öhdəliyin yaranması məsələsi həll olunarkən, işə baxan məhkəmə iki əsas məqamı məyyən etməli və bundan sonra pul tələbinə dair öhdəliklərin yaranıb-yaranmaması məsələsini həll etməli idi. Birinci hal - hüquqların dövlət qeydiyyatına alınmasına baxmayaraq torpaq sahələrinin faktiki olaraq iddiaçılara məxsus olub olmaması, ikinci hal - əgər torpaq sahəsi iddiaçılara məxsus deyilsə, onda kimə məxsusdur.? Hesab edir ki, yalnız ikinci hal məyyən olunduqdan sonra pul tələbinə dair öhdəliyin yaranması məsələsi özunun qanuni və ədalətli həllini tapa bilərdi. İddiaçılar özlərinin iddia ərizələrində mübahisəli torpaq sahəsinin onlara məxsus olmamasını israrla qeyd etsələr də, qeyd olunan sahələrin faktiki olaraq X15 istifadə və sahibliyində olması, ona məxsus olması, sadəcə sənədləşmə işləri apararkən Maraqlı şəxs Azərbaycan Respublikasında olmaması səbəbindən məcburiyyət qarşısında qalıb onların, yəni iddiaçıların adına sənədləşdirilməsini qeyd etmişlər. İddianın birinci hissəsi ilə razılaşsa da, ikinci hissə, yəni torpaq sahəsinin faktiki Maraqlı şəxs məxsus olması (istifadə və sahibliyində olması) faktına istinad etsələr də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişlər. Bununla əlaqədar bildirmək istəyir ki, həqiqətən, Cavabdeh əmisi Togrul Bağırovla çox yaxın münasibətlərdə olmuş və əmisinə yaxın, qonşuluqda olması ücün Toğrul Bağırova və həyat yoldaşı Maraqlı şəxs məxsus 539 saylı bağ evinə (özlərinə məxsus yaşadıqları bağ sahəsinə) bitişik olan, eyni zamanda, həmin ərəfədə “zibillik” kimi istifadə olunan 541, 543 və 543a saylı bağ sahələrini əmisinin tövsiyəsinə əsasən almışdır. Həmin ərəfədə Cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti İdarəsinin zabiti olduğundan məlum məsələlər səbəbindən (əlavə sualların yaranmaması məqsədi ilə) yenə də əmisinin tövsiyyəsinə əsasən ailəyə yaxın olan İddiaçı2 (543a saylı ), onun həyat yoldaşı İddiaçı1 (543 saylı) və qardaşı Fuad Bağırovun (541 saylı) adına formal sənədləşmə işləri aparmışdır. Torpaqların alınması ilə əlaqədar bütün sənədləşmə işləri Cavabdeh tərəfindən aparılmış, alınan gündən satılan günə qədər onun istifadə və sahibliyində olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X10 özləri tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək öz şikayətlərinin dəlillərinə uyğun izahat vermiş, onun təmin olunmasını, cavabdehin şikayətinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya baxışında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 özləri tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək öz şikayətlərinin dəlillərinə uyğun izahat vermiş, onun təmin olunmasını, cavabdehin şikayətinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

15. İşin halları, həmçinin prosesin təxirə salınmasını xahiş edən nümayəndə və vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (xəstəliyini təsdiq edən və səlahiyyətli orqan tərəfindən verilmiş xəstəlik vərəqəsi), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

20. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

21. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

22. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

26. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

27. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

28. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə həm iddiaçılar, həm də cavabdeh tərəfindən apellyasiya şikayətləri verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların birgə verdikləri apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

38. Birinci instansiya məhkəməsinin qətnaməsi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnaməsi həmin hissəsində göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

39. Belə ki, işin hallarına əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. İddiaçılar xx.xx.2020-ci il tarixdə etibarnamə verməklə mülkiyyətlərində olan torpaq sahələrinə dair bütün hüquqi hərəkətləri etməsi, o cümlədən torpaq sahələri üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, müqavilələr bağlaması, adlarından imza etməsi, digər hərəkətlər etməsi üçün səlahiyyətləri Cavabdeh etibar etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanılmış alqısatqı müqavilələrinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi 33.000 manata və İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi 36.500 manata X3, alqı-satqı müqavilələri bağlanılarkən satıcıların (iddiaçıların) adlarından etibarnamə əsasında Cavabdeh çıxış etmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında X26 özünə məxsus olan ünvan 7 ünvanında yerləşən 0,09 ha torpaq sahəsini 60.000 manata və ünvan 8 ünvanında yerləşən 0,10 ha torpaq sahəsini 70.000 manata X2, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Səbinə Zeynalova ünvan 8 ünvanında yerləşən 0,335 ha olan torpaq sahəsinin 0,087 ha torpaq sahəsi X8 34.000 manata satmışdır. İddiaçılar mülkiyyətlərində olduğu daşınmaz əmlakların etibar etdikləri şəxs tərəfindən özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaları təmin olunmamışdır.

40. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh onlara bağ sahələrinin həmin daşınmaz əmlakların faktiki sahibi olan Maraqlı şəxs istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmasını və heç nədən narahat olmamaqlarını bildirmiş, bundan sonra onlar həmin əmlaklarla bağlı etibarnamə vermişlər. Cavabdeh tərəfindən onlara məxsus bağ sahələrinin aldatma yolu ilə dəyərindən aşağı qiymətlə özgəninkiləşdirmişdir. Cavabdeh həmin bağ sahələrini digər şəxsə satdıqdan sonra bu alqısatqılardan əldə etdiyi pul vəsaitini hazırki vaxta qədər onlara verməyərək, eləcə də bir tərəfdən torpaq sahəsini onların maraqlarına zidd olaraq bazar dəyərindən aşağı qiymətə satmaqla onlara xüsusilə külli miqdarda da zərər vurmuşdur.

41. Kollegiya ilk növbədə cavabdehin alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələrinin cavabdehə məxsus olması və bu səbəbdən onun satışından əldə olunan pul vəsaitinin formal mülkiyyət hüququ rəsmiləşdirilmiş iddiaçılara verməli olmaması barədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.

44. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

45. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

46. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır”.

47. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi daşınmaz əmlak üzərində olan hüquqların dövlət qeydiyyatına alınması heç də formal tələblərə əsaslanan bir anlayış deyildir və həmin hüquqlarla bağlı mübahisələrin mövcudluğu halında mülkiyyətçinin üçüncü şəxslər qarşısında olan müdafiəsinin əsasını təşkil edir.

48. Hazırki iş üzrə də materiallardan göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 8 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 7 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 mülkiyyətində olmuşdur.

49. Bu da o deməkdir ki, iddiaçıların mülkiyyətlərində olan və yuxarıda adları çəkilən əmlaklar üzərində olan hüquqları qanun qarşısında tam olaraq tanınmışdır və onların həmin mülkiyyətdən irəli gələn hüquqlarının müdafiəsi ilə bağlı tam şəkildə səlahiyyətləri vardır.

50. Növbəti olaraq kollegiya həmin əmlakların cavabdeh tərəfindən ona verilmiş etibarnamələr əsasında özgəninkiləşdirilməsi ilə əlaqədar əldə etdiyi pul vəsaitinin iddiaçılara verilməməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

51. Məhkəmə kollegiyası əqdin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyünü qəbul edir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Lakin nəzərə alınmalıdır ki, təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən biri də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilən edilən səlahiyyətlərdən vicdanla istifadə edilməsidir.

52. Belə ki, Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən normalarına müvafiq olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürsə də, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Eyni zamanda əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

53. İş materiallarından və işin faktiki hallarından da göründüyü kimi Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə və “Elektron notariat” X1 çıxarışına əsasən İddiaçı1 tərəfindən ünvan 8 ünvanında yerləşən 0,10 ha bağ sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s., Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təmsil etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh etibarnamə verilmişdir.

54. O cümlədən Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə və “Elektron notariat” X1 çıxarışına əsasən İddiaçı2 tərəfindən ünvan 7 ünvanında yerləşən 0,09 ha bağ sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s.,Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təmsil etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh etibarnamə verilmişdir.

55. Bakı şəhəri 5 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı1 (etibarnaməyə əsasən Cavabdeh imza etmiş) mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha torpaq sahəsini X22 36.500 manata, Bakı şəhəri 5 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı2 (etibarnaməyə əsasən Cavabdeh imza etmişdir) mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha torpaq sahəsini X22 33.000 manata satmışdır.

56. Qeyd edilən iş materiallarından da göründüyü kimi iddiaçılar cavabdehə xx.xx.2020-ci il tarixində etibarnamə versə və bunun üçün notariat ofisinə yaxınlaşsalar da, həmin etibarnamənin verilməsindən cəmi 1 gün müddət sonra cavabdeh V.Həşimov məhz həmin etibarnamə ilə iddiaçılara məxsus olan əmlakın alqı-satqısını həyata keçirmişdir və bu hal istər məhkəmə üçün, istərsə də əmlakı alacaq digər şəxslər üçün şübhə doğura bilən bir məqamdır. İddiaçıların hələ 1 gün öncə notariusa yaxınlaşaraq etibarnamə verməsi ilə onlara məxsus əmlakın iştirakı olmadan dəyərindən qat-qat aşağı qiymətə satması, o cümlədən həmin pulu mənimsəməyə cavabdehə icazə vermələri ilə bağlı tapşırıqlarının olması işin heç bir halı ilə öz təsdiqini tapmamış və həmin əqdlərin iddiaçıların tapşırığına uyğun formada bağlanmasını şübhə altına salmağa əsas yaratmışdır.

57. Yuxarıda da qeyd edildiyi kimi vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. İşin mübahisəsiz halıdır ki, iddiaçılar özlərinə məxsus əmlakların özgəninkiləşdirməsinin nəticəsi olaraq əldə edilmiş pul vəsaitinin cavabdeh tərəfindən mənimsənilməsini tapşıra bilməzdilər və bu cür mənimsənilmə qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarına görə əsassız olacaqdı. Bu isə o deməkdir ki, cavabdehə etibarnamə verilməsi ilə bağlı iddiaçıların tapşırığı həmin pul vəsaitlərinin onların özünə qaytarılması olmuş, bu tapşırıqdan kənaraçıxmaya icazə verilməsi barədə isə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh həmin pulun iddiaçılara verilmədiyini məhkəmə proseslərinin heç birində danmamış, əksinə, verilməməsi ilə bağlı hüquqauyğun addım atması qənaətində olmuşdur. Vəkalət alan olan cavabdeh vəkalət verən olan iddiaçıların göstərişlərindən yalnız o halda kənara çıxa bilərdi ki, işin hallarına görə buna müvafiq icazə ala bilmədiyini və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsasları olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edərdi.

58. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçılar tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbi alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır.

59. Lakin birinci instansiya məhkəməsi tələb olunan tələblərin müvafiq olaraq aid olduqları iddiaçıların müəyyənləşdirilməsində yanlışlığa yol verərək “Cavabdeh İddiaçı2 xeyrinə İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pul tutulsun” və “Cavabdeh İddiaçı1 xeyrinə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində pul tutulsun” olaraq qeyd etmişdir. Halbuki İddiaçı2 məxsus olmuş əmlak 33.000 manata, İddiaçı1 məxsus olmuş əmlak isə 36.500 manata satılmışdır və nəticə etibarilə həmin pul vəsaitlərinin müvafiq olaraq qeyd olunan şəxslərə verilməsi qət edilməli idi. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv olunmalı, Cavabdeh İddiaçı2 xeyrinə İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində pul tutulması, o cümlədən Cavabdeh İddiaçı1 xeyrinə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pulun tutulması qət edilməlidir.

60. Məhkəmə kollegiyası iddiaçıların tapşırığın düzgün yerinə yetirilməməsinə görə dəymiş zərərin cavabdehdən tutulmasına dair şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

61. Yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

62. Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

63. Hazırki iş üzrə birinci instansiya öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçılarla cavabdeh arasında onlara məxsus əmlakın özgəninkiləşdirilməsinə dair verilən tapşırıq müqaviləsi şifahi bağlanılmış və iddiaçılar tərəfindən belə müqavilə bağlanarkən əmlakın konkret hansı məbləğdə satılması barədə göstəriş verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Yəni onlar tərəfindən belə bir tapşırıq verilərkən əmlakın real bazar dəyərindən aşağı qiymətə satılmalı olmamasına dair göstərişin verilməsi də öz təsdiqini məhkəmə iclasında tapmamışdır. Belə bir halın gələcəkdə mövcudluğunun istisna edilməsi yalnız o halda imperativ ola bilərdi ki, tərəflər arasında bağlanılmış tapşırıq müqaviləsi yazılı formada tərtib edilsin və qeyd edilən hal şərt kimi həmin müqavilədə göstərilsin.

64. Lakin bunları qeyd edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, yazılı müqavilənin olmaması və orada konkret məbləğin göstərilməməsi həmin tapşırığın vəkalət alanın mülahizəsinə uyğun və vəkalət verənin mənafeyinə zidd istənilən formada həyata keçirilməsi demək deyildir və qeyd edilən məbləğin əmlakların dəyərindən, həqiqətən də, qat-qat aşağı olduğu da iş materialları və müəyyən olunur.

65. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçılara məxsus əmlaklar xx.xx.2020-ci il tarixdə müvafiq olaraq 33.000 və 36.500 manata satılmış və həmin alqı-satqıdan 1 il müddət belə keçmədən sonradan müvafiq olaraq 60.000 və 70.000 manata başqa şəxslərə satılmışdır. Göründüyü kimi belə qısa müddət aralığında mübahisəli əmlakların təxminən iki qat fərqlə başqa şəxslərə satılması onlar üçün ilkin olaraq müəyyən edilmiş qiymətin olduqca aşağı olması və iddiaçıların mənafelərinə uyğun olmamasını deməyə əsas verir.

66. O cümlədən həmin əmlakların ilkin müqavilə (xx.xx.2020-ci il) bağlanılan zaman dəyərinin müəyyənləşdirilməsi üçün isə apellyasiya baxışı zamanı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/101xxxx/9987 saylı rəydən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixi üzrə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 78.300 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsinin isə xx.xx.2020-ci il tarixi üzrə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 87.000 manat, məbləğində müəyyən edilir.

67. Ekspert rəyindən də göründüyü kimi mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehin digər şəxslə bağladıqları müqavilə ilə müəyyənləşdirdikləri qiymət arasında kifayət qədər böyük fərq mövcuddur və həqiqətən, iddiaçıların adından bu əqdin bağlanması ilə onun üçün son dərəcə əlverişsiz nəticələr yaranmış olacaqdı.

68. Lakin hər bir halda kollegiya qeyd edir ki, mübahisəli əmlaklar X14 2021-ci ildə müvafiq olaraq 60.000 və 70.000 manata satıldığından, həmin vaxt müqavilə tərəflərinin tələb və təklifləri məhz həmin qiymətlərdən ibarət olduğundan və faktiki olaraq alqı-satqı sırf həmin məbləğlərlə baş tutduğundan məhkəmə cavabdeh tərəfindən tapşırığın düzgün icra edilməməsi nəticəsində iddiaçılara dəymiş zərəri hesablayarkən məhz həmin rəqəmlərlə əmlakların ilkin satış qiymətləri arasındakı fərqin tutularaq iddiaçılara ödənilməli olduğu qənaətinə gəlir.

69. Qeyd olunan hesablama mexanizminə əsasən kollegiya hesab edir ki, iddiaçıların birgə verdikləri apellyasiya şikayətləri qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 1) Cavabdeh İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində pul, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 27.000 (iyirmi yeddi min) manat (60.000 – 33.000 = 27.000) məbləğində pul tutularaq İddiaçı2 xeyrinə; 2) İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pul, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 33.500 (otuz üç min beş yüz) manat (70.000 – 36.500 = 33.500) pul isə tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

71. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

72. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

73. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

74. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Kollegiya hesab edir ki, İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 424 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 196,18 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 212 manat məbləğində dövlət rüsumunun 98,09 manat olan hissəsi cavabdehdən tutularaq İddiaçı2 ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

77. Həmçinin İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 436 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 205,40 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 218 manat məbləğində dövlət rüsumunun 102,70 manat olan hissəsi cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

78. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə onun aid edilməlidir.

79. O cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 23,36 manat hissəsi cavabdehdən, qalan 26,64 manat olan hissəsi isə iddiaçılardan tutulmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçıların birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-752/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində pul, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 27.000 (iyirmi yeddi min) manat (60.000 – 33.000 = 27.000) məbləğində pul, cəmi 60.000 (altmış min) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pul, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 33.500 (otuz üç min beş yüz) manat məbləğində pul, cəmi 70.000 (yetmiş min) manat məbləğində pul tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 424 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 196,18 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 212 manat məbləğində dövlət rüsumunun 98,09 manat olan hissəsi cavabdehdən tutularaq İddiaçı2 ödənilsin. İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 436 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 205,40 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 218 manat məbləğində dövlət rüsumunun 102,70 manat olan hissəsi cavabdehdən tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə onun aid edilsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 23,36 manat hissəsi cavabdehdən, qalan 26,64 manat olan hissəsi isə iddiaçılardan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X11, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar