Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4510/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X3, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 1198/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarının ləğv edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X2 nəvələri – xx.xx.2017-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın (İddiaçı) iştirakı ilə uşağın yaşadığı Sumqayıt şəhərində ünsiyyətdə olmaq (görüş) hüququnun verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinə 02 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1198/2022 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətiylə əlaqədar mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1198/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün icraata qəbul qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-4510/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1198/2022 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4510/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4510/2022
30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver