Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4526/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 20 saylı notariat ofisi, Cavabdeh4, Cavabdeh2 Oqtay qızı və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin ləğvi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh4 Oktay qızı və Cavabdeh3 Oktay qızının iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 20 saylı notariat ofisi, Cavabdeh4, Cavabdeh2 Oqtay qızı və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 400/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mercedes Benz-180 minik markalı Sedan tipli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X9 mülkiyyətinə olmuşdur.
2. İddiaçı ilə X15 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü tarixdə 107 saylı akt qeydi tərtib edilmişdir.
3. X15 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 216 saylı ölüm akt qeydi tərtib olunmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 6653/2015 saylı qətnaməsinə əsasən iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək İddiaçı Əlipaşa qızının Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Mercedes Benz 180 minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 1/2 payda mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Bakı şəhəri 20 saylı notariat ofisinə, Cavabdeh4, Cavabdeh2 Oqtay qızına və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 1973-cü ildə X15 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 5 övladı olmuş, X15 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. O.M.Həsənov vəfat etdikdən sonra ondan miras əmlak olaraq Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzili, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Mercedes Benz-180 minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı əmlaklar qalmışdır. Mərhum X1 Təhminə Əlisəfa qızından əvvəl də başqa qadınla ailə həyatı qurmuş və onun həmin nikahından Cavabdeh4 və Yusubova (Həsənova) Raya Oqtay qızı adlı övladları olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklardakı payını müəyyən etmək üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Lakin bu qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6653/2015 saylı qətnaməsilə apellyasiya şikayəti təmin edilmiş və İddiaçı Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Mercedes Benz-180 minik markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Bu qətnamə qanuni qüvvəyə minsə də, uzun müddət iddiaçı xəstəliyi ilə əlaqədar bu qətnamənin icrası ilə maraqlanmamışdır. Lakin bu yaxınlarda Cavabdeh4 İddiaçı qarşı daşınmaz əmlakdakı payların naturada bölünməsi barədə məhkəməyə iddia ərizəsi verərkən iddiaçıya məlum olmuşdur ki, bu əmlaklarla əlaqədar Bakı şəhəri 20 saylı notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələr verilərkən onu bu əmlakdakı payı nəzərə alınmamış, şəhadətnamələrdə bütün əmlakın X3na məxsus olması müəyyən şdilmişdir. Bu məlumatı aldıqdan sonra o, Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini təqdim etmişdir. Lakin notarius bu şəhadətnamələrin yalnız məhkəmə qaydasında ləğv edilməsinin mümkün olmasını iddiaçıya bildirmişdir. Hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən, ləğv edilməlidir. Ona görə də Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-99 saylı, xx.xx.2018-ci il tarixli 2V-41 saylı, xx.xx.2018-ci il tarixli 2V-42 saylı, xx.xx.2021-ci il tarixli 2V-157 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bu şəhadətnamələr əsasında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair Cavabdeh4 Oktay qızının və Cavabdeh3 Oktay qızının adına DƏDR tərəfindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh4 Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməsi, Cavabdeh4 Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X7 Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 0,06 ha torpaq sahəsinə dair Cavabdeh3 və Cavabdeh4 Oktay qızının adına mülkiyyət hüquqlarının qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6653/2015 saylı qətnaməsi ilə İddiaçı Əlipaşa qızının Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində və Mercedes Benz 180 minik markalı 10- UN-463 dövlət qeydiyyat nişanlı avtomobildə ½ payda mülkiyyət hüququ müəyyən edilsə də, Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixli 2V- 41 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli 2V-42 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli 2V- 99 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və Mercedes Benz 180 minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras qoyanın paylı mülkiyyətində olması nəzərə alınmamış, nəticədə iddiaçının həmin əmlaklara dair mülkiyyət hüquqlarına müdaxilə olunmuşdur. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Belə ki, Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 129cu maddələri, Mülki Məcəlləsinin 152.1, 157.4, 384, 551.2.4, 1133.1, 1133.2, 1162, 1243.1, 1243.2, 1321.2, 1321.3, 1322-cu maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2023saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsinə uzun-uzadı əsaslandırma verən iddiaçı xəstəliyini əsas gətirərək qətnamənin icrası ilə uzun müddət maraqlanmadığını və yalnız icra ilə maraqlananda şəhadətnamələrin mövcud olduğunu bildiyini və bu səbəbdən iddia qaldırdığını göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi kobud maddi və prosessual hüquq pozuntularına yol verərək bu qətnaməni çıxarmış, bununla da onun və digərlərinin qanunla müəyyən edilmiş vərəsəlik hüququnu pozmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-1104/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6839/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 9076/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı bu məsələni həll etmiş və qanuni qüvvəyə minmişdir.
12. Qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsi 2(001)-400/2023,xx.xx.2023cü il tarixli qətnaməsinin tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3468/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2597 No ilə qeydiyyata alınmış Cavabdeh3 miras əmlakdan ona çatası paydan bacısı X4 xeyrinə imtina edilməsi barədə ərizəsi və Bakı şəəhəri 20 saylı notariat kontorutərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2556 Noilə qeydiyyata alınmış X5 miras amlakdan ona çatası paydan bacısı X6 xeyrinə imtina edilməsi barədə ərizəsi etibarsız hesab edilmişdir. Onun əsasında Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-157 No ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DT və XK tərəfindən xx.xx.2003-cü il tarixdə X10 verilmiş seriya nömrəsi JN:7122D Kod:00400026 olan şəhadətnaməyə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 2/7 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə verilmiş, qalan 4/7 hissəsi açıq saxlanılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 Oktay qızı çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, onların məhkəməsi 9 ildir ki, gedir. 2 dəfə apellyasiya, 2 dəfə Ali Məhkəmə, 2 dəfə rayon, 2 dəfə inzibati məhkəmədə baxılıb. İddiaçının əlində 2015-ci il tarixli apellyasiya məhkəməsinin qətnaməsi var idisə, niyə ortaya çıxarmırdı. Onun atası 2015-ci ilin fevral ayının 22-i rəhmətə gedib. Onlar 2018-ci ildə qətnaməni alıblar. O atasının birinci yoldaşının övladıdır. Bügünə qədər atasının çörəyini yeməyib. Atası dünyasını dəyişəndə niyə pay istəmədi? Dövlət atasının payından ona verib. Badamdarda atasının torpağı var, heç onun arxasınca getməyib, dövlət onu özü ora salıb. Atası 2012-ci ildən ondan ayrılmışdı. Payını da vermişdi. Ali Məhkəmənin qərarı da çıxmışdır. Asan xidmətdə 5 dəfə imtina ediblər, torpağı iddiaçının adına keçirdirlər. Payın müəyyən edilməsi ilə bağlı qətnamədən onun xəbəri olmayıb. 1 ilə yaxın proses getmişdir. İddiaçı illər sonra iddia qaldırıb. 9 ildir ki, məhkəmələrdədir. Onun məhkəmədən xəbəri olmayıb, iştirak etməyib. O, 2015-ci il tarixli qətnaməsindən kassasiya şikayət verib.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, onun atası 2015-ci ildə rəhmətə gedib. Atası dünyasını dəyişdikdən sonra o, öz payından imtina edib. Ögeylər onları tez-tez məhkəməyə verdiyinə görə, o da işi ilə bağlı məhkəməyə gedə bilmədiyi üçün imtina edib. İddiaçı 2013-cü ildə atası ilə boşanıb. O bacısının xeyrinə öz payından imtina eləyib. Onlar o ərəfələrdə gedib özlərinə pay götürüblər. O bununla bağlı 2021-ci ildə Binəqədi Rayon Məhkəməsinə müraciət edib və öz hüquqlarını bərpa edib. Bununla bağlı qətnamə və çıxarışı da var. Bu işlə bağlı Ali Məhkəmənin 2017-ci il tarixli qərarı da var ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılıb. 2013-cü ildə və 2015-ci il tarixində iddiaçı müraciət edə bilərdi.Hazırda iddiaçının hərəkəti dünyasın dəyişən insandan pay götürmək kimi çıxır. Həsənova Sevincdə və Cavabdeh4 çoxlu qətnamələr var, hamısı da eyni məzmundadır. Amma heç bir qətnamədə qeyd edilməyib ki, bu müddət ərzində iddiaçıya bu qədər pay düşür. İddiaçı onun doğma anasıdır. İcra məktubundan onun xəbəri olmayıb.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, payın müəyyən edilməsi ilə bağlı qətnamə var. O öz haqqını istəyir, öz payını istəyir, mərhumu xəstəxanaya o aparıb, pis vəziyyətində o yanında olub. 47 il dövlət işində işləyib. 2021-ci ildə Binəqədi Rayon Məhkəməsində iştirak edib amma başa düşməyib ki, nə etmək lazımdır. Yoldaşını o dəfn edib. Bir otaq bir qıza, üç otaq isə o biri qıza verilib. O nə qədər vəkil tutub, amma bir otaq ala bilməyib. O mərhum yoldaşı ilə 50 ildir yaşayıb, 5 uşaq saxlayıb.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, qüvvədə olan 2015-ci il tarixli qətnamə var. Qətnamədən cavabdehin xəbəri olmuşdur. Torpağın ½ hissəsi xanıma aiddir, amma 1/7 hissəyə bölünüb. Notariusa müraciət ediblər, dedilər ki, məhkəmə qətnaməsi ləğv edilməsə heç nə edilə bilməz. Onlar da məhkəməyə müraciət ediblər. Cavabdehlərin məlumatı da olub. Kassasiya şikayəti verilməsi üçün müddət də bərpa edilə bilməz. Çünki, müddət çox ötmüşdür. Hesab edir ki, tərəfin şikayəti əsassızdır.
19. ünvan 2 ünvanlayaraq bildirmişdir ki, İddiaçı işi üzrə olan bütün məhkəmə proseslərinə Bakı şəhəri 20 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Mülki Məcəllənin 157.4-cü maddəsində qeyd edilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
23. Mülki Məcəllənin 1321.2-ci maddəsində qeyd edilir ki, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
24. Mülki Məcəllənin 1321.3-ci maddəsində qeyd edilir ki, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
25. Mülki Məcəllənin 1162-ci maddəsində qeyd edilir ki, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda cavabdehlərin apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını onlara münasibətdə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş şəhadətnamələrə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh4, X11 və Cavabdeh3 hər birinin 1/7 hissədə miras payı müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş şəhadətnaməyə əsasən ban nömrəsi WDB2020181F530891, mühərrikin nömrəsi **********9230 və buraxılış ili 1996 olan Mercedes Benz C180 minik markalı **-UN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində Cavabdeh4 1/7 hissədə miras payı müəyyən edilmişdir.
34. İddiaçı hazırkı iddiasında Cavabdeh4 Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-41 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X7 Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh3 Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 0,06 ha torpaq sahəsinə dair Cavabdeh3 və Cavabdeh4 Oktay qızının adına mülkiyyət hüquqlarının qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6653/2015 saylı qətnaməsi ilə İddiaçı Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və “Mercedes Benz 180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ payda mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir.
36. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsində qeyd edilmişdir ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X15 arasında 06 avqust 1973-cü il tarixdə bağlanmış nikah Binəqədi Rayon Məhkəməsinin 2(001)-8847/2012 saylı, 30 dekabr 2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. X15 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-7122d saylı şəhadətnamədən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi 13 may 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 mülkiyyətindədir. 1996cı il buraxılışlı “Mercedes Benz 180” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci il tarixli gömrük vəsiqəsinə əsasən X9 mülkiyyətinə keçmişdir. Əmlaklar birgə nikah dövründə birgə qazanc hesabına əvəzli əldə edildiyindən onların birgə mülkiyyətində olmuşdur.
37. Göründüyü kimi, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və 1996-cı il buraxılışlı “Mercedes Benz 180” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil X15 ilə İddiaçı birgə nikah dövründə əldə edilmişdir. Bu əsasla İddiaçı həmin əmlaklar üzərində ½ pay hüququ müəyyən edilmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6653/2015 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında xx/xx-7024-1 saylı, xx.xx.2016cı il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda İddiaçı ½ pay hüququ müəyyən edilmiş Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi və WDB2020181F530891, mühərrikin nömrəsi **********9230 və buraxılış ili 1996 olan Mercedes Benz C180 minik markalı **-UN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində cavabdehlərin 1/7 hissədə miras payının müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və 1996-cı il buraxılışlı “Mercedes Benz 180” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində İddiaçı pay hüququ olduğundan X9 vərəsələri həmin əmlakların qalan ½ hissəsi üzərində miras payı əldə edə bilərlər.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev