Məhkəmə qərarları › İş №2(103)-4535/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4535/2022

01.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4535/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar X3 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat və qızının adına götürdüyü kart üzrə hesablanmış 1521,16 manat, ümumilikdə 5021,16 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qızı Aytəkinin həyat yoldaşı olub. Cavabdeh müxtəlif bəhanələrlə onlardan pul alıb.Belə ki,ondan 3500 manat borc alıb. Qızı Aytəkindən isə bank kartı vasitəsi ilə 1521,16 manat pul alıb.Həmin kart qızının adına olsa da qızı həmin məbləğdə pulu hissə-hissə çıxarıb cavabdehə verir. Onların ailə münasibətləri alınmamışdır.Bu səbəbdən cavabdehə verdikləri pulu geri tələb etsələr də cavabdeh pulu qaytarmaqdan imtina edir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3500 borc və 35 manat 50 qəpik ödənilmiş dövlət rüsumu alınaraq X4 verilməsi, qalan hissədə iddianın təmin olunmaması, 35 manat 50 qəpik dövlət rüsumunun İddiaçı2 aid edilməsi qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Nizami rayoin Məhkməsinə muraciət etmişlər. İddiaçılar X6 iddia tələbini belə əsaslandırmışıdır ki, guya ki cavabdeh onun yeznəsi olaraq müxtəlif bəhanələrlə ondan 3 500 manat borca pul almış və bu günə kimi həmin borcu qaytarmamışdır. Lakin, iddiaçı Sevinc Fəttəhova öz istinad etdiyi halları sübut edə bilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkməsi heç bir əsas olmadan Sevinc Fəttəhovanın iddia tələbini tam həçmdə təmin etmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçı X2 3 500 manat məbləğində borca pul götürdüyünü və həmin pulu bu günə kimi qaytarmadığını cavabdeh məhkmədə şifahi olaraq etiraf etmişdir. Halbuki, bu tamamilə yalandır: cavabdeh məhkəmdə, eləcədə polis bölməsində iddiaçı Sevinc Fəttəhovaya borclu olduğunu etiraf etməmiş, bildirmişdir ki İddiaçı2 ilə birgə nikahda olduğu zaman həqiqətən onun anası - iddiaçı X2 borca 3 500 manat pul almış pulları ailəsinə xərcləmişdir. Sonradan cavabdeh həmin borcu iddiaçıya tam məbləğdə qaytarmışdır. Cavabdeh İddiaçı2 boşananadan sonra, anası İddiaçı1 buna görə cavabdehdən qisas almaq niyyətinə düşmüş və bu məqsədlə cavabdehə şər və böhtan atmağa başlamışdır: guya ki cavabdeh onun borcunu qaytarmamışdır. Bu məqsədlə İddiaçı1 ilkin olaraq polisə şikayət etmişdir. Polis bölməsində cavabdehdən izahat almışlar və izahatında borcu tam məbləğdə qaytardığını bildirmişdir. Bundan sonra polis araşdırılmasına xitam verilmisdir. Lakin, Sevinc Fəttəhova cavabdehə qarşı şər-böhtan atmağı davam etmiş, məhkəməyə iddia ərizəsi vermiş, artıq qaytardığı pulları cavabdehdən bir daha tələb etmişdir. Lakin, öz istinad etdiyi halları sübut edə biləməmişdir. O, iddia edir ki pulları cavabdehə yazılı iltizam almadan vermişdir, cavabdeh isə bildirir ki eyni qaydada yazılı iltizam almadan pulları qeri qaytarmışdır. Lakin, məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, guya ki cavabdeh iddia tələbini etiraf etmişdir. Halbuki, iddianın etiraf edilməsi barədə məhkəmə iclas protokolundan müvafiq qeydlər edilməli və iddia etiraf edən cavabdeh protokolu imza etməlidir. Amma belə hal baş verməmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkmə iclas protokoluna qeydlər verilmişdir ki, protokolda yol verilən yanlışlıqlar aradan qaldırılsın. Məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Beləki iddiaçı borcun verilməsinə və - dair hər hansı yazılı sübut təqdim etməmişdir. Məhkmə isə özbaşına olaraq belə qənaətə gəlmişdir ki iddiaçı borca pul vermiş, lakin onu qeri almamışdır. Bu zaman məhkəmə yalnız iddiaçının şifahi izahatına əsaslanmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavbdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycab Respublikası DİN-nin X9 alayının komandiri polis general moyory Sahil Babayevin “Vətəndaş İddiaçı2 müraciətinə baxılmasının nəticəsi barədə” rəyindən görünür ki,həmin müraciət zamanı Cavabdeh X2 3300 manat borc aldığını etiraf etmiş və tezliklə qaytaracağını bildirmişdir. İddiaçı2 kartından istifadə etdiyini inkar etmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində tam deyil, iddia tələbinin təmin edilən 3500 manat hissəsində ləğv olunması xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilmiş hissəsində yoxlayır. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri sayır: AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, X6 ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, X1 Ruslan Mənsur oğluna 3500 manat borc vermişdir. Cavabdeh məhkəmə iclasında 3500 manat pulu artıqlaması ilə qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Pulun qaytarılmasını sübutetmə yükü cavabdehin üzərinə düşdüyündən və cavabdeh bunu sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə əsaslı hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Cavabdeh apellyasiya şikayətində bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclas protokolunda qeyd edilmiş cavabdeh tərəfindən borcun etirafı həqiqəti əks etdirmir. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmə iclas protokoluna nəzər saldıqda görünür ki, həmin protokolda cavabdehin borcunu etiraf etməsi ilə bağlı hər hansı bir qeyd mövcud deyildir. Cavabdeh izahatında iddiaçıdan 3500 manat borc aldığını və həmin pulu artıqlaması ilə qaytardığını bildirmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Kollegiya işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbinin 3500 manat hissəsində təmin olunmasına dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndiirlən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar