Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4535/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(010)- 3604/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı yekun qərarı ilə Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasının çəkilmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkən xx xxxx 1961-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonun Qıvraq Kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 iddiaçının etibarından sui-istifadə edərək təkbaşına mənimsədiyi 204.000 (iki yüz dörd min) manat məbləğində, üstəgəl Cavabdeh2 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək, mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat məbləğində hissənin, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində olmaqla, ümumilikdə 340.500 (üç yüz qırx min beş yüz) manat məbləğindəki pulun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat hissəsinin, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, ümumilikdə, 136.500 (bir yüz otuz altı min beş yüz) manat məbləğindəki pulun tutularaq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 767 (yeddi yüz altmış yeddi) manat məbləğində olan dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(010)- 3604/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 204.000 manat və 31.750 manat olmaqla, cəmi 235.750 manat məbləğində maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzinin, Cavabdeh2 31.750 manat məbləğində vurulmuş maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 767 manat məbləğində vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 558 manatının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti təqdim edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddia tələbi üzrə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 767,00 manat olmaqla Qanunun 8.1.4-cü maddəsinə uyğun olaraq dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsi ilə ona aid hissədə pulun tutulması ilə razılaşmayaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Göründüyü kimi, “Dövlət rüsumu haqqında” Qanunun 8.1-4-cü maddəsinə görə iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilməli olan məbləği 767 manat olmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayəti verilməsinə görə 8.1-ci və 8.2-ci maddələrdə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətindən müəyyən olunur ki, cavabdeh qətnaməni ona aid hissədə mübahisələndirdiyindən 263.12 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, dövlət rüsumu ödənilmədən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, apelyator tərəfindən dövlət rüsumu ödənilməmiş, lakin buna baxmayaraq, birinci instansiyası məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(010)-3604/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(010)- 3604/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4535/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4535/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver