Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4536/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, 24 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 2019-cu ilin yanvar ayında İddiaçı mərhum X3 həyat yoldaşı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2012-ci ildə Cavabdeh 5000 ABŞ dolları və 4000 manat məbləğində borc verməsini əsas göstərməklə həmin pul məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh həyat yoldaşı X5 2012-ci ildə iş üzrə İddiaçı borc almış, lakin 2013-cü ildə aldığı borcu qaytarmamış vəfat etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 5500 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6636/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, 24 aprel 2019- cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 5500 manatın tutulmasına dair hissədə ləğv edilib iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmasına dair hissədə qətnaməsini ləğv edib iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi borcu Cavabdeh deyil, onun mərhum əri Ş.Nəsibova verməsini, sonuncunun vəfatından sonra Cavabdeh vərəsəliyi qəbul etməsinin müəyyən olunmamasını və Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə müvafiq olaraq müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməməsini əsas göstərmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6636/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1552/21 saylı, 10.02.2021-ci il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6636/2020 nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı cavabdehin vəkili apellyasiya şikayətinin təmin olunmasını, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, 24 aprel 2019- cu il tarixli qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, 24 aprel 2019- cu il tarixli qətnaməsinin qüvvədə saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1552/21 saylı, 10.02.2021-ci il tarixli Qərarında qeyd edilənlərə əsaslabaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, 24 aprel 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1552/21 saylı, 10.02.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar yoxlanılmadan, onlara müvafiq hüquqi qiymət verilmədən qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz.İş üzrə iddiaçı borcu Cavabdeh tələb etsə də, işin müəyyən olunmuş hallarından görünür ki, tələb olunan borc Cavabdeh mərhum həyat yoldaşı Ş.Nəsibova verilmişdir.Cavabdeh ilə iddiaçı arasında borc münasibəti mövcud olmasa da, işdən göründüyü kimi cavabdeh iddiaçıdan borc almış mərhum Ş.Nəsibovun həyat yoldaşı olmaqla onun birinci növbə vərəsəsidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə mirası qəbul etmiş vərəsə qəbul etdiyi pay müqabilində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mirasın Mülki Məcəllənin 1243-cü maddəsinin tələbinə müvafiq olaraq qəbul edilməsi məsələsini yoxlamalı və nəticəsindən asılı olaraq mübahisənin həllini təmin etməli idi. Apellyasiya instansiyası məhkəməsi miras qoyanın ölümündən sonra vərəsəliyin açılmasının müəyyən olunmaması barədə nəticəyə gəlib iddianı rədd edərkən bu istiqamətdə heç bir araşdırma aparmamış və MPM-nin 88-ci maddəsinin tələbinə uyğun yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanmamışdır.” Həmçinin, yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1552/21 saylı, 10.02.2021-ci il tarixli Qərarında qeyd edilənlər baxımından, yəni ki, Cavabdeh ilə iddiaçı arasında borc münasibəti mövcud olmasa da, işdən göründüyü kimi cavabdeh iddiaçıdan borc almış mərhum Ş.Nəsibovun həyat yoldaşı olmaqla onun birinci növbə vərəsəsi olduğundan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə mirası qəbul etmiş vərəsə qəbul etdiyi pay müqabilində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından, cavabdeh tərəfindən mirasın qəbul edilməsi məsələsinin yoxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinə 07 may 2021-ci il tarixli sorğu göndərmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin məhkəmənin 07 may 2021-ci il tarixli sorğusuna 20.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh mərhum əri X3 adına vərəsəlik işi açılmamışdır. Həmçinin, Cavabdeh mərhum əri X2 qalmış hər hansı miras əmlakı faktiki qəbul etməsi barədə iddiaçı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə mirası qəbul etmiş vərəsə qəbul etdiyi pay müqabilində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, 24 aprel 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4536/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4536/2021
10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver