Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4536/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənəvi zərərin ödənilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məlumatın təkzib edilməsi, üzr istənilməsi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1554/2024 nömrəli işi üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı iddia (tələbinin həcminin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, böhtan xarakterli bütün məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi, həmin məlumatların eyni zamanda işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi, mənəvi ziyana görə cavabdehdən 5000 manat məbləğində pul vəsaitinin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1554/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı barəsində yayılmış bütün məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi və həmin məlumatların İddiaçı işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi öhdəliyinin qoyulması,Cavabdeh dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən edildiyi üçün iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 14 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 56 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. 3.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 46; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23, 1096, 1097; “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına; “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyaya; İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə” 2009-cu il 18 sentyabr tarixli Qərarına; İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə məlumat verərək və Suraxanı RPİ-nin 31-ci PŞ-nə yazılı ərizə ilə müraciət edərək Suraxanı rayonu ərazisində yerləşən tam orta məktəbdən inşaat materiallarını qonşuluqda yaşayan və həmin məktəbdə nəzarətçi işləyən İddiaçı tərəfindən oğurlanması barədə məlumat vermiş, bununla əlaqədar qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Cavabdeh polis şöbəsində izahat verərək bildirmişdir ki, barəsində şikayət etdiyi İddiaçı onun qonşusudur və onun Etibar ilə əvvəllər də mübahisəsi olmuşdur. Torpaqla bağlı aralarında yaranmış mübahisə zamanı o, DİN-nin “102” xidmətinə məlumat vermiş və müvafiq araşdırma aparılmışdır. Cavabdeh izahatında Etibarın özbaşınalığına dözə bilmədiyindən onun nəzarətçi işlədiyi 114 nömrəli məktəbdən oğurluq etməsini görən zaman DİN-nin “102” xidmətinə məlumat vermişdir. İddiaçı da izahatında Cavabdeh ilə qonşu olduğunu və aralarında daima torpaqla bağlı mübahisə olduğunu bildirmişdir. Bu səbəbdən də Kamal ona böhtan ataraq oğurluq etməsi barədə polisə müraciət etmişdir, halbuki, şikayət tam əsassızdır, baxılan iş üzrə iddiaçı cavabdehin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə şərəf və ləyaqətlərini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına və bunun nəticəsində zərər çəkməsinə istinad edir. Qeyd olunan tələbin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların iddiaya tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. Hazırkı mübahisədə cavabdehin istinad olunan əməli (hərəkəti) törətməsi, yəni iddiaçının barəsində DİN-nin “102” qaynar xəttinə və ərizə ilə polis orqanına müraciət etməsi işin mübahisəsiz halıdır. cavabdeh tərəfindən iddiaçının barəsində polis orqanına edilən müraciət (nəzarətçi işlədiyi məktəbdən oğurluq etmək) cəmiyyətdəki əxlaqi dəyər və qiymətləndirmə meyarları baxımından qınanılan, insanların, o cümlədən kollektivin gözündə mənfi rəy formalaşdıran ifadələrdir. Nəzərə alınmalıdır ki, yayılmış məlumatın şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilməsi üçün mütləq küçə leksikasına aid, təhqiramiz, qaba, ədəbsiz və ya aqressiv xarakterli olmasına dair qanuni bir tələb (dispozisiya şərti) mövcud deyil. Əksinə, Ali Məhkəmənin Plenumu “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarında vurğulanmışdır ki, əgər məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir, şəxsin polis orqanına müraciət etmək hüququndan haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir. Lakin şəxs həqiqətə uyğun olmayan (həqiqiliyini sübuta yetirə bilmədiyi) böhtan xarakterli məlumatları bilərəkdən yaydıqda, başqa şəxsi ləkələmək məqsədilə, açıq-aşkar əsassız şəkildə, özü də haqlı bir mənafeyi olmadan müraciət etdikdə belə əməl hüquqa uyğun davranış kimi qiymətləndirilə bilməz. Hazırki işdə tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh qonşusu olan iddiaçı ilə olan şəxsi münasibətlər zəmnində sonuncu barəsində polis orqanına şikayət etmiş və həqiqi məqsədi hər hansı cinayət hadisəsi ilə bağlı məlumat vermək olmamışdır. Çünki A.Səfərov adına 114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzovanın xx.xx.2023- cü il tarixli, 23 №-li məktubundan görünür ki, məktəb sonuncu dəfə 2021-ci ildə cari təmir olunmuşdur. Təmir zamanı məktəbdə gedən işlərə (yay dövründə) məsuliyyət daşıyan - məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3 olmuşdur. Onun müdiriyyətə verdiyi təqdimata əsasən məktəbdə heç bir oğurluq hadisəsi baş verməmiş və bu səbəbdən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bundan əlavə, cavabdeh həmin məlumatların doğru olduğunu sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi Cavabdeh üzərinə İddiaçı barəsində yayılmış bütün məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi və həmin məlumatların İddiaçı işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi öhdəliyinin qoyulması hissəsində təmin edilməlidir. İddia tələbinin mənəvi ziyana görə pulun tutulması ilə bağlı hissəsinə münasibətdə, qanunvericiliyə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin onun şərəf və ləyaqətini alçaldan məlumatları yayması nəticəsində ona, 5000 manat məbləğində mənəvi ziyan dəyməsi barədə hər hansı mötəbər sübut təqdim etmədiyindən, iddia həmin hissədə qismən təmin olunaraq, cavabdehdən dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat alınaraq iddiaçıya ödənilməlidir. 4.Birinci instansiya məhkəməsində icraatı zamanı müəyyən edilmişdir: Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-dən göndərilmiş HK/1-2026 saylı materiallarda olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2023cü il tarixdə DİN-nin “102” xidmətinə məlumat verərək və Suraxanı RPİ-nin 31-ci PŞ-nə yazılı ərizə ilə müraciət edərək Suraxanı rayonu ərazisində yerləşən tam orta məktəbdən inşaat materiallarını qonşuluqda yaşayan və həmin məktəbdə nəzarətçi işləyən Etibar adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermiş, bununla əlaqədar qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir; Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, barəsində şikayət etdiyi İddiaçı onun qonşusudur. Onun Etibar ilə əvvəllər də mübahisəsi olmuşdur. O, 2012-ci il tarixdə Səfər adlı şəxsdən 0.205 ha torpaq sahəsini 19000 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsinin sənədlərinin qaydasında olmamasını Səfər ona qabaqcadan demişdi. Bu səbəbdən o, sənədləri özü düzəldəcəyini Səfərə bildirmişdir. O, həmin torpaq sahəsində evini inşa edən zaman qonşuluqda yaşayan Etibar adlı şəxs həmin torpaq sahəsinin çıxarışla ona məxsus olmasını bildirdi. O, razılığa gəlmək üçün danışıqlar etdi. Etibar onunla razılaşdıqdan sonra evdə qalacağı günlərə ondan pul istədi və razılaşdılar. Etibarla sənədləri düzəldikdən sonra o, Etibara evi satmaq istədiyini dedi. Etibar ona sənədi verəcəyini və evini rahat sata biləcəyini bildirdi. Sənədlər tam hazır olduqdan sonra Etibar sənədi verməyəcəyini ona bildirdi. Bu zaman aralarında sözlə mübahisə yarandı. Mübahisə zamanı o, DİN-nin “102” xidmətinə məlumat verdi və 31-ci PŞ-də araşdırma aparıldı. O, artıq Etibarın özbaşınalığına dözə bilmədiyindən onun nəzarətçi işlədiyi 114 nömrəli məktəbdən oğurluq etmələrini gördü. O, Etibara düzgün hərəkət etmədiyini dedikdə Etibar oğurluq etmədiyini dedi. Buna görə də o, DİN-nin “102” xidmətinə məlumat verdi; Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, barəsində şikayət edən Cavabdeh onun qonşusudur. Kamal ilə aralarında daima mübahisə var. Kamal təxminən 10 ildən artıq olar ki, Suraxanı rayonunda 0.025 Ha torpaq sahəsini Səfər adlı şəxsdən almışdır. Bununla bağlı o, Kamala ona məxsus olan torpaq sahəsində inşaat işləri aparmamasını istəsə də, Kamal buna məhəl qoymurdu. Sonradan Kamal yaşadığı evə sənəd düzəldən zaman bilindi ki, Kamalın inşa etdiyi ev ona məxsus torpaq sahəsindədir. Buna görə aralarında daima mübahisələr olurdu. Kamal bununla bağlı dəfələrlə ona şər böhtanlar atırdı. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində DİN-nin “102” xidmətinə zəng edərək guya o, işlədiyi 114 nömrəli tam orta məktəbdən boru və metlağ oğurlayırmış. Kamalın irəli sürdüyü şikayət hamısı şər-böhtandır. Kamalın istədiyi onun Kamala sənəd verməsidir. Həmin sənəd heç ona da məxsus deyil. Həmin sənəd arvadı X2 məxsusdur. Əgər o, oğurluq etmişdirsə, işlədiyi məktəbin rəhbərliyi onun barəsində müəyyən dövlət qurumlarına müraciət edərdi. Kamal adlı şəxsin barəsində etdiyi şikayət tam əsassızdır; - Bakı şəhəri, Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbdən daxil olan məktub əsasında sözügedən məktəbdən hər hansısa oğurluq faktı olmadığı üçün Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır;- A.Səfərov adına 114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzovanın xx.xx.2023-cü il tarixli, 23 №-li məktubundan görünür ki, məktəb sonuncu dəfə 2021-ci ildə cari təmir olunmuşdur. Təmir zamanı məktəbdə gedən işlərə (yay dövründə) məsuliyyət daşıyan - məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3 olmuşdur. Onun müdiriyyətə verdiyi təqdimata əsasən məktəbdə heç bir oğurluq hadisəsi baş verməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1554/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 23.1, 23.2, 23.4; “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999- cu il tarixli, 7 saylı Qərarına; “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ciil tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual 138.1, 387.1, 387.2.2 –ci maddələrinə istinadən qeyd edilməlidir ki, Plenumun qərarında qeyd edilən və məhkəmələrə işə baxılması zamanı diqqət yetirilməsi gərəkən 3 hal hazırki işdə mövcud olmamışdır. İddiaçının oğurluq malları evinə daşıdığını öz gözləriylə görmüş, bununla belə bu şikayətiylə bağlı cinayət işi açılmadığı üçün artıq bu məsələ ilə bağlı bir şey demək istəmir. Əgər məktəb bu məsələni inkar edirsə ki, artıq ona aidiyyatı qalmır. Amma ki, Plenum qərarında qeyd edildiyi kimi bu məlumatın yayılmasınını nə o təşkil etmiş, nə də ki özü yaymışdır. Belə ki, o 102 xidmətinə zəng vurub iddiaçının oğurluq etməsi ilə bağlı məlumatı vermiş, polis əməkdaşları gəlib onu Bölməyə aparmaq istəyəndə iddiaçı onlara müqavimət göstərmiş, bundan sonra isə məsələ böyüyərək ətrafdakı şəxslərin diqqətini cəlb etmişdir. O, Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə müraciət edərkən də niyyəti iddiaçının şərəf ləyaqətini alçaqlmaq deyil, aşkar etdiyi qanun pozuntusu barədə dövlət qurumlarına müraciət etməkdir. Belə ki, vətəndaşın digər vətəndaşla bağlı hər hansı məsələ ilə əlaqədar şikayət etməsi onun şərəf ləyaqətini alçaltmaq hesab edilə bilməz, belə olan halda heç bir vətəndaş aşkar etdiyi hüququ pozuntusu barədə hüququ mühafizə orqanlarına müraciət etməz. Düzdür ki, iddiaçı ilə aralarında torpaq məsələsi ilə bağlı mübahisə olmuşdur, bununla belə onun şikayətinin həmin torpaq mübahisəsinə aidiyyatı olmamışdır. Sadəcə olaraq aşkar etdiyi qanun pozuntusu ilə bağlı hüquq mühafizə orqanlarına məlumat vermişdir. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Birinci instansiya məhkəməsi iddiaçıya dəyən mənəvi ziyanın nədə ifadə olunması, eyni zamanda həmin mənəvi ziyanın dəyməsi ilə bağlı keçirdiyi sarsıntılara dair hər hansı sübut tələb etməmiş, iddiaçı sözügedən hala dair heç bir tibbi sənəd təqdim etməmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenum qərarından da göründüyü kimi birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdehin maddi durumunu da nəzərə almalıdır. Halbuki, o 4 ildir ki, işsizdir, Dövlət Məşğulluq xidmətinə də müraciət etmişdir ki onu işlə təmin etsinlər. Birinci instansiya məhkəməsi qeyd etdiyi halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, hadisə baş verən gecə 102 Daxili işlər Nazirliyinin qaynar xidmətinə zəng edərək öz gördükləri haqqında məlumat verdiyini, hadisə yerinə polislər gələrək iddiaçıya haqqında şikayət olduğunu və bununla bağlı izahat verməsi üçün polis bölməsinə getməli olduğunu bildirdiklərini, lakin iddiaçının polisə müqavimət göstərərək səs -küy yaratdığını, bölməyə getməyəcəyini bildirdiyini, əgər iddiaçının həqiqətən də heç bir günahı yox idisə polisə müqavimət göstərməsinə də ehtiyac olmadığını, polislərin də məcbur qalaraq ona güc tətbiq etməklə maşına oturdub bölməyə gətirdiklərini və bununla da ətrafdakı bütün insanların diqqətini üzərinə cəlb etdiyini, nəticə də yaxınlıqda yaşayan sakinlər,tanışlar tərəfindən bu hadisənin yayıldığını,sonradan polislər tərəfindən iddiaçının evinə baxış keçirilərkən onun iştirakının təmin olunmadığını, bunun da onda müəyyən şübhələr yaratdığını, qarşı tərəf məhkəməyə müraciət etdikdən sonra məhkəmənin bildirişi onun yaşadığı yerə deyil, qeydiyyatda olduğu yerə göndərildiyini, bununla da məhkəmə prosesində çəkişmə prinsipinin pozulduğunu, halbuki iddiaçıya onun qeydiyyatda olduğu ünvanda yaşamamasının məlum olduğunu, lakin buna baxmayaraq məhkəməyə qəsdən bu haqda məlumat vermədiyini, digər tərəfdən həmin gecə təqribi saat 12-də iddiaçının evində bir maşın oğurluq mal çıxardığının şahidi olduğunu, iddiaçının polisə pul verərək bu hadisəni ört-basdır etdiyini, hadisədən sonra dəfələrlə onun qarşısını kəsərək polisə verdiyi pulu məhkəmə yolu ilə ondan alacağını bildirdiyini, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan şikayət vermədiyini, iddiaçının yaxın qohumunun həmin polis bölməsində işlədiyindən onun verdiyi izahatın bölmədə təhrif olunacağından qorxduğunu və həqiqətən də bölməyə getdiyi zaman verdiyi izahatın təhrif olunmuş formada qeyd edildiyini gördüyünü, əvvəllər iddiaçı ilə aralarında torpaq məsələsinə dair mübahisə olduğunu, lakin bu məsələdən başqa heç bir şəxsi problemlərinin olmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, apellyasiya şikayətinə etirazını da yazılı formada elektron məhkəmə informasiya sisteminə əlavə etdiklərini, belə ki, iddiaçı haqsız yerə polis əməkdaşları tərəfindən bölməyə aparıldığından refleks olaraq onlara qarşı çıxdığını və bu hadisənin məktəbdə baş verdiyini və kifayət qədər kütlə tərəfindən də görüldüyünü,cavabdehin ümumiyyətlə, sonradan şikayəti ilə maraqlanmadığını və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da şikayət vermədiyini, bu hadisənin nəticəsində iddiaçının kifayət qədər mənəvi sarsıntı yaşadığını, cavabdeh həmin malların oğurluq olmasını iddia etsə də, hazırkı vaxta qədər bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilmədiyini, həmçinin cavabdeh məhkəmə tərəfindən onun proses barədə məlumatlandırılmadığını iddia etsə də, iddia ərizələrində cavabdehin hazırda da işlək olan onun adına portalda qeyd edilən əlaqə nömrələrini qoyduqlarını və qeydiyyat ünvanın da iddia ərizəsində qeyd etdiklərini , həmçinin tərəflər arasında başqa məhkəmə prosesi olduğunu və həmin prosesdə hər iki tərəfin iştirak etdiyini, həmin zaman cavabdehə hazırkı məhkəmə mübahisəsi haqqında da məlumat verildiyini, qarşı tərəfin işləməməsi ilə bağlı arqumentinə münasibətdə isə şəxsin işləməməsinin onun başqa şəxslər qarşısında öhdəliklərdən azad etmədiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasıdan xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Mülki Məcəllənin 21.1, 1096-1098; "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya"nın 41; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 181.2.4, Mülki Prosessual 385 - 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır ( cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 11.Həmin Məcəllənin 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 12.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz.Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. 14.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 15.Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi yalnız polis bölməsinə məlumat verməsi,iddiaçı özü polisə müqavimət göstərdikdən sonra bu məsələnin ətrafda yayılması ilə bağlı arqumentinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı yalnız bu barədə polis bölməsinə müraciət etsə, digər şəxslərə bu barədə danışmasa belə polis bölməsi tərəfindən cavabdehin şikayəti əsassında araşdırma aprması, habelə iddiaçının işlədiyi məktəbə sorğu göndərilməsi və bunun nəticəsində məktəbin kollektivi arasında bu məsələ ilə bağlı söz söhbət olması məlumatın kifayət qədər yayılmasına dəlaltə edən haldır. Digər tərəfdən cavabdeh həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasına verdiyi izahatında iddiaçının oğurluq etməsini öz gözü ilə gördüyünü israrla bildirsə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verməməsi bu qərarla razılaşmasını ifadə edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi mənəvi zərərlə bağlı iddiaçının heç bir mötəbər sübut təqdim etməməsi ilə bağlı məsələyə münasibətdə isə mənəvi zərər özü-özlüyündə iddiaçıda müxtəlif mənəvi sarsıntılar, cəmiyyətə qarşı utanğaclıq, cəmiyyətdə təcrid olma hissinin yaranmasına gətirib çıxarması şübhəsizdir. Cavabdeh həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsində onun iştirakının təmin olunmadığını qeyd etsə də, iddia ərizəsində cavabdehin qeydiyyatda olduğu ünvan və işlək telefon nömrəsi qeyd edilmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin ünvana və telefon nömrəsinə məhkəmə iclasları barədə məlumat göndərilmişdir. 16.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 16.Həmin Məcəllənin 106.1- 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 17.Qeyd edilənlərə əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xəri onu ödəyən şəxsə aid edilməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1554/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.