Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4537/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-426/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X3, 12.07.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh firmasından 2006-cı ildən 2016-cı ilin dekabr ayına kimi əmək haqqının hesablanıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-426/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh fırmasına qarşı 2006-cı ildən 2016-cı ilin dekabr ayınadək əmək haqqının hesablanıb ödənilməsinə dair iddia ərizəsi rədd edilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 2006-cı ildən Cavabdeh firmasında nəzarətçi vəzifəsində işləyib, 2016-cı ilin dekabr ayında onu işdən çıxarıblar. O, Əmək Müfəttişliyinə müraciət edib, ona bildiriblər ki, qanunsuz olaraq işdən çıxarılması ilə bağlı cavabdeh cərimə olunub. Bu səbəbdən, qətnamənin qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1192/2019 nömrəli, 25 fevral 2019-cu il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-224/20 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-426/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh firmasından İddiaçı xeyrinə 3123,24 (üç min yüz iyirmi üç manat iyirmi dörd qəpik) manat pul məbləğinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-399/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 224/20 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə olunmuş 01.06.2012-ci il tarixli 34 saylı əmək müqaviləsinin surətindən müəyyən olunur ki, işəgötürən “Faiq- S” firması işçi X2 Təbrik şadlıq evində baş inzibatçı işinə qəbul etmişdir. Həmin müqaviləsinin 4-cü bəndindən müəyyən olunur ki, işəgötürən aylıq tarif (vəzifə) maaşı əsasında işçiyə 01.06.2012-ci il tarixdən başlayaraq hər işlənmiş toy günü üçün 26 manat məbləğində əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin əmək müqaviləsinin surətindən daha sonra müəyyən olunur ki, müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh firmasının 01.06.2012-ci il tarixli 98 saylı əmrindən müəyyən olunur ki, X3 01.06.2012-ci il tarixdən Cavabdeh firmasına administrator vəzifəsinə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən müəyyənləşdirilmişdir. Cavabdeh firmasının 14.07.2016-cı il tarixli 166/16 saylı əmrindən müəyyən olunur ki, İddiaçı 14.07.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 25.09.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, Cavabdeh firması İddiaçı ilə 01.06.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi - bağlamış, müqaviləyə əsasən İddiaçı əməyinin ödənilməsi işəmuzd olmaqla, aylıq əmək haqqı 26 manat müəyyən olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 14.07.2016-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh firması İddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam vermişdir. Cavabdeh firmasının 29.10.2014-cü il tarixli 30 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı 2012-ci il tarixdən Cavabdeh firmasına məxsus “Təbrik” şadlıq evində nəzarətçi işləyir və əmək haqqı 700 manat təşkil edir. Cavabdeh firmasının 27.10.2015-ci il tarixli 63 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı 01.10.2006-cı il tarixdən Cavabdeh firmasına məxsus “Təbrik” şadlıq evində nəzarətçi işləyir və əmək haqqı 500 manat təşkil edir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 5 saylı region üzrə X6 ünvanladığı 05.06.2017-ci il tarixli izahatından müəyyən olunur ki, o, Cavabdeh firmasında son 3 ildə əmək haqqını ala bilmədiyini göstərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 5 saylı region üzrə X4 İddiaçı ünvanladığı 05.06.2017-ci il tarixli 480 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh firmasının təqdim etdiyi sənədlərdən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verilməsi, lakin, əmək qanunvericiliyinin tələbi pozularaq əmək müqaviləsinə düzgün xitam verilmədiyindən Cavabdeh firmasının rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq İnzibati Xəta haqqında protokol tərtib edilməsi, eyni zamanda əmək haqqının verilibverilməməsi barədə Cavabdeh firmasına məktub ünvanlanmasına baxmayaraq bu günədək firma rəhbərliyi tərəfindən heç bir cavab verilməməsi, qeyd edilənlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 05.06.2017ci il tarixli 000172 saylı inzibati xəta haqqında protokolunun surətindən müəyyən olunur ki, Cavabdeh firmasının direktoru X8 həmin firmanın sabiq işçisi X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozmaqla xitam verdiyindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(006)- 1925/2017 saylı qərardadından müəyyən olunur ki, ididaçı Cavabdeh Firmasının direktoru X11, cavabdehlər X12 v İddiaçı arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişi Cavabdeh Firması (1ci tərəf) ilə X12 və İddiaçı (2-ci tərəf) arasında yaranmış–Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1925/2017 saylı iş üzrə qeyd olunan mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır. 1-ci tərəf 2-ci tərəflə barışıq razılaşması haqqında müqavilənin bağlanmasını və bu müqavilə üzrə 2-ci tərəfin götürdüyü öhdəlikləri nəzərə alaraq, 2-ci tərəfə qarşı qaldırdığı iddia tələblərindən imtina edir. 1-ci tərəf bu müqavilədə 2-ci tərəfin üzərinə düşən öhdəliklərin icrasını qəbul edir və göstərilən əsasla Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)- 1925/2017 saylı iş üzrə qeyd olunan iddia tələbləri ilə birlikdə gələcəkdə 2-ci tərəfə qarşı hər hansı bir pretenziya və ya iddia tələbinin olmayacağına dair öhdəlik götürür. 2-ci tərəf 1-ci tərəfin məhkəmədə qaldırdığı iddia tələbindən imtinasını qəbul edir. 2-ci tərəf 1-ci tərəf ilə aralarında yaranmış mübahisə ilə bağlı hazırda və gələcəkdə 1-ci tərəfə və onun istənilən vəzifəli şəxslərinə (əməkdaşlarına) qarşı hər hansı bir pretenziya və iddia tələbinin olmayacağına dair öhdəlik götürür. Bu müqavilə imzalandığı və məhkəmə tərəfindən təsdiq olunduğu an qüvvəyə minir və hər hansı bir tərəfin təqsiri üzəndən müqavilə icra olunmazsa, öhdəliyi pozmuş tərəf təqsirli şəxs hesab olunmaqla, təqsirli şəxsin əmlakı hesabına digər tərəfin xeyrinə 5000 manat cərimə ödənilir. Bu müqavilə imzalanarkən, hər iki tərəfin iradə ifadəsi nəzərə alınmış, yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış başqa əqdi pərdələmək məqsədi daşımır. Su-istifadə, zorakılıq və aldatma gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmışdır. Bu müqavilə hər iki tərəfin arzuladığı və şəxsən özlərinin razılıq verib, bəyəndikləri müqavilədir. İddiaçı Cavabdeh Firmasının cavabdehlər X9 və İddiaçı qarşı cavabdehləri hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz hərəkətlərinə son qoyulması, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və qeyri-əmlak zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.02.2018-ci il tarixli, 24229 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi Cavabdeh Firması tərəfindən təqdim edilən arayışın kserosurətində İddiaçı 01.10.2006-cı il tarixdə Cavabdeh Firmasına məxsus Təbrik şadlıq evində nəzarətçi işlədiyi və aylıq əmək haqqının 500 manat təşkil etməsi əsaslı hesab edildiyi təqdirdə ödənilməli olan əmək haqqı məbləği 61000 manat, 01.10.2016-cı il tarixdən 01.12.2016-cı il tarixədək işlədiyi dövr əmək məzuniyyətinə çıxmadığı halda isə İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə ödənilməli olan məbləğ 3684,21 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 5 saylı region üzrə X4 04.12.2019-cu il tarixli, **********9 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh firmasına qarşı əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair mülki iş iləəlaqədar İddiaçı 2014-2016-cı illər üzrə əmək haqqısının hesablanmasının məhkəməyə bildirilməsi barədə şifahi sorğuya 5 saylı region üzrə X5 baxıldı. Bununla əlaqədar bildiririk ki, İddiaçı 24.04.2017-ci il tarixli müraciəti əsasında Cavabdeh firmasının rəhbərliyinin 5 saylı region üzrə X7 təqdim etdiyi İddiaçı əmək müqaviləsinin İX bəndində işçinin imza atmadığı məlum olmuşdur. Həmçinin bir tərəfli qaydada bağlanılmış əmək müqaviləsi olduğu halda əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Cavabdeh firması tərəfindən əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinin (Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir) və 44-cü maddəsinin 3-cü hissəsinin (Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələbləri gözlənilmədən Cavabdeh firmasının rəhbərliyi tərəfindən əmək müqaviləsinin tərəfi olan İddiaçı imzası ilə təsdiq olunmayan əmək müqaviləsi birtərəfli qaydada bağlanılmışdır. Belə ki, gözlənilmədən Cavabdeh firmasının rəhbərliyi ilə İddiaçı imzası ilə təsdiq olunmamış əmək müqaviləsi üzrə əmək haqqı barədə sorğunuzun icrası mümkün olmamışdır. Həmçinin bildiririk ki, ölkə iqtisadiyyatında son illər ərzində baş verən devalvasiyaları, İddiaçı Cavabdeh firmasında əmək fəaliyyətinə başladıqdan sonrakı dövrdə “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarını (31 avqust 2013-cü il tarixli 3112 nömrəli; 21 yanvar 2017-ci il tarixli 2608 nömrəli; 25 dekabr 2017-ci il tarixli 3545 nömrəli; 8 fevral 2019-cu il tarixli 937 nömrəli; 18 iyun 2019-cu il tarixli 1265 nömrəli), eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir) nəzərə alaraq İddiaçı işlədiyi 2014-2016-cı iş illəri üzrə əmək haqqının hesablanması zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin elan etdiyi Azərbaycan üzrə orta aylıq əmək haqqı məbləğinə əsaslanmağı məqsədəuyğun hesab edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Kollegiya iddiaçının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ali Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-399/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, ...işdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(006)1925/2017 saylı qərardadından görünür ki, ididaçı Cavabdeh Firmasının direktoru X11, cavabdehlər X12 və İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin sazişin şərtinə görə Cavabdeh Firması ilə X12 və İddiaçı arasında yaranmış mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, həmin müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi ilə X12 və İddiaçı, Cavabdeh Firması ilə aralarında yaranmış mübahisə ilə bağlı gələcəkdə firmaya və onun istənilən vəzifəli şəxslərinə (əməkdaşlarına) qarşı hər hansı bir pretenziya və iddia tələbinin olmayacağına dair öhdəlik götürmüşlər. Bundan əlavə, işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2017-ci il tarixli qərardadından görünür ki, İddiaçı bu iddianı qaldırdıqdan sonra Cavabdeh Firması həmin məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən barışıq sazişinin şərtinin pozulduğunu bildirmiş, öhdəliyin yerinə yetirilməməsinə görə razılaşmada nəzərdə tutulan 5.000 manatın sonuncudan tutulması üçün icra vərəqəsinin verilməsini xahiş etmişdir. Həmin qərardadla ərizə təmin edilərək, barışıq sazişinin cərimə ödənilməsinə dair hissəsi İddiaçı münasibətdə icraya yönəldilmişdir. Bu hal İddiaçı hazırkı iddianı qaldırmaqla əslində sazişdən irəli gələn öhdəliyini pozmasına, dolayısı ilə barışıq sazişi ilə həll edilən tələblə hazırkı tələbin eyni mübahisəyə söykənməsinə dəlalət edən mühüm dəlillərdən biridir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2017-ci il tarixli qərardadının mübahisənin eyni olması hissəsində preyudisial əhəmiyyət kəsb edib-etməməsinə hüquqi qiymət verməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(006)1925/2017 saylı qərardadından görünür ki, iş üzrə İddiaçı mahiyyət etibarı ilə hazırkı iddia tələbi ilə eyniyyət təşkil edən tələblərindən imtina etməsinə dair Cavabdeh firması ilə barışıq əldə etmiş, həmin barışıq sazişi Nəsimi rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(006)1925/2017 saylı qərardadı ilə təsdiq edilmiş, həmin qərardad da hazırda qüvvədədir. Beləliklə, Kollegiya Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2017-ci il tarixli qərardadı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, Kollegiya belə qənaətə gəlir ki, rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməmiş, bununla da mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-426/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4537/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4537/2021
09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver