Məhkəmə qərarları › İş №2(103)-4538/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4538/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4538/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası hakim Musayeva Cəmilə Ceyhun qızından sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 MMMC-nin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-703/2025 saylı, 3 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 müqavilə öhdəliklərinin yerinə yetirilirək 185 m2 sahənin ona tam təhvil verilməsi və pulun tam ödənilməsinə dair maliyyə arayışının verilməsi, cavabdeh "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və ödənmiş dövlət rüsumunun və vəkil xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə aralarında bağlanmış 9 sentyabr 2014-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən sifarişçi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123cü məhəllədə tikilməkdə olan yaşayış binasının İ blokunda, İİ mərtəbədə yerləşən 8 və 9 nömrəli 2 otaqlı, ümumi sahəsi 185 m2 olan mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Lakin həmin müqaviləyə əsasən cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2 müqavilədə qeyd edilən (185m2 ) sahəni ona tam təhvil verməmiş, pulu tam ödədiyi halda ona arayış versə də düzgün maliyyə arayışı verməmiş və nəticədə mülkiyyət hüquqlarını həyata keçirməyə və bu hüquqları qeydiyyata almağına süni əngəl yaratmışdır. Bununla yanaşı müqavilə öhdəliklərini yerinə yetirmədiyi bəs deyilmiş kimi, öz qohumlarından ibarət tərkiblə mənzil mülkiyyətçilərinin xəbəri olmadan yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsi adı altında Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaraq heç kimə xəbər vermədən binanın idarə edilməsi, ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamaq üçün mənzil mülkiyyətçilərindən tələb edilən aylıq ödənişlərin miqdarının hər kvadrat metr üçün 0,30 manat olmaqla hesablanması barədə qərar qəbul etmiş və heç bir şəffaf hesabat vermədən, qərarda qeyd edilən ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamadan mülkiyyətçiləri borclu vəziyyətə salaraq, borcdan istifadə etməklə onlara istədikləri sənədə qol çəkdirməklə MMMC təsis etməyə nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-268/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı binanın saxlanması üçün xidmətlərə görə 299,70 manat məbləğində borc, hüquqi xidmət üçün ödənimiş 120 manatın iddiaçı "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun 12.60 manatının cavabdeh İddiaçı, 17.40 manatının iddiaçı Cavabdeh1nə aid edilməsi qət edilmişdir. Həmin mülki işin gedişində ona məlum olmuşdur ki, sahə mülkiyyətçilərinin qərarı ilə "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışından da göründüyü kimi Cavabdeh1 xx.xx.2023cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ var. Cavabdeh1 İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, qanunvericiliyə müvafiq qaydada binanın idarə edilməsi, ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamaq üçün mənzil mülkiyyətçilərindən tələb edilən aylıq ödənişlərin miqdarının hər kvadrat metr üçün 0,30 manat olmaqla hesablanması qərara alınmışdır . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4324/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələblərindən “xx.xx.2023-cü il tarixli qərarın ləğvi” tələbinin ayrıca icraata ayrılması qərara alınmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və ödənmiş dövlət rüsumunun və vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-703/2025 saylı 3 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMMC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının ləğvi üçün hüquqi əsaslar yoxdur. Çünki, iddiaçı tərəf özü məhkəmə iclasında qeyd etmişdir ki, Cavabdeh1 MMMC yaranana qədər 0.30 qəpikdən ödəniş etmişdir. Amma sonradan Cavabdeh1 MMMC-nin yaranmasına etiraz etdiyi üçün ödənişləri dayandırmışdır. Bu o deməkdir ki, iddiaçı özünün bəyəndiyi hərəkətləri mübahisələndirir. Həmçinin qeyd edilməlidir ki, mövcud qanunvericilik belə bir qərar olmadan belə kommunal xidmətlərlə bağlı göstərilən xidmətlərin dəyərini ödəməkdən payçıları azad etmir. Nəzərə alınsa ki, bu xidmətlərin göstərilməsini iddiaçı belə etiraf edir, o zaman iddia tələbinin də əsassız olması şübhə doğurmur. İşin hallarından görünür ki, Cavabdeh1 MMMC yaranana kimi iddiaçı 0.30 qəpikdən ödəniş etmiş, lakin MMMC yarandıqdan sonra ödəniş etməkdən imtina etmişdir. Hazırkı iş üzrə mübahisələndirilən qərar isə, iddiaçının heç bir maraqlarına toxunmur. Belə olan halda, iddiaçının belə bir iddia ərizəsilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Hazırkı iş üzrə iddia ərizəsini icraata götürüb baxan Məhkəmə bu hallara fikir verməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçı X4 cavabdeh “Binəqədi-35" MMMC-yə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair işə baxılarkən onun hansı hüquqlarının pozulması müəyyən edilməyib. İşin hallarından görünr ki, iddiaçı 0.30 qəpikdən ödəniş etməyə etiraz etməsə də, MMMC yarandıqdan sonra ödəniş etməkdən imtina etmiş və bunun əsas səbəbi kimi isə yeni yaranan MMMC-nin yaranmasını qanunsuz hesab etməsi olmuşdur. Yəni, iddia ərizəsinin təsvir hissəsi ilə əsaslandırıcı hissəsi uyğun gəlmir. Göstərilənlərə əsasən hesab edir ki, Binəqədi Rayon Məhkəməsi iddiaçının hər hansı subyektiv hüququnun və qanuni mənafelərinin pozulmaması barədə cavabdeh tərəfin irəli sürdüyü dəlillərə əhəmiyyət verməmiş və nəticədə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən maddələrinin tələbləri ilə uzlaşmayan qanunsuz qətnamə qəbul etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında ədalətli məhkəmə araşdırılması hüququnun təminatı baxımından məhkəmələr tərəfindən qəbul edilən aktların qanuni və əsaslı olmasının vacibliyini göstərmişdir. Hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001) 4324/2024 nömrəli qətnaməsi ilə cavabdehin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə təminatı hüququ pozulmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-703/2025 saylı, 3 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında xx.xx.2025-ci il tarixdə 2(103)- 4538/2025 nömrəsi ilə mülki iş Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim Cəmilə Musayeva) icraatına daxil olmuşdur. Həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında xx.xx.2024-cü il tarixdə 2(103)-3205/2024 (2(103)-214/2025) nömrəsi ilə mülki iş Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim Fuad Talışinski) icraatına daxil olmuş; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3205/2024 nömrəli 24 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işin icraatı 2(001)-4324/2024 nömrəli mülki iş, yəni hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 mülki işlərin bir icraatda birləşdirilməsi məsələsinin kolegiyanın mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMMC-nin vəkili Vəkil2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bu Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi”nin yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan mübahisələrə mümkün olan qısa müddətlərdə baxılmasıprosessual qənaət prinsipi ilə uzlaşır. Beləliklə məhkəmə kollegiyası hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Belə olan halda hazırda icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair 2(103)-4538/2025 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Fuad Talışinskinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(103)- 214/2025 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair 2(103)-4538/2025 saylı mülki iş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(103)-214/2025 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Mülki işlərə 2(103)-214/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar