Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4540/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Cavabdeh2nə qarşı “hərracın və onun nəticələri barədə protokolun etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(004)-3461/2018 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Cavabdeh2nə qarşı “hərracın və onun nəticələri barədə protokolun etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış sahəsi, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış ev barəsində keçirilmiş hərracın və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, həmin nəticə əsasında verilmiş cıxarışın ləğv edilməsi və həmin əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC onlara qarşı kreditin, kredit faizlərinin tutulması və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 12.01.2015-ci il tarixli 2(004)-496/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və onlardan 18.460,54 ABŞ dolları məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması, tutmanın Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin 32.000 manata qiymətləndirilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellaysiya Məhkəməsinin 2(103)- 2989/2016 saylı, 11.04.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və əlavə olaraq ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satıldıqdan sonra İddiaçı2 və İddiaçı1 ən geci 1 ay ərzində çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq Cavabdeh3nə icra üçün yönəldilmişdir. Yasamal rayon icra şöbəsinin sifarişi əsasında həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı Cavabdeh1 MMC-yə tapşırılmışdır. Satılmalı olan əmlak Xaçmaz rayonu ərazisində olduğundan icra işi Cavabdeh3 tərəfindən aidiyyəti üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bu səbəbdən Cavabdeh3 tərəfindən 19.06.2017-ci il tarixdə Cavabdeh1 MMC-yə dayandırma məktubu göndərilmiş və bu məktub MMC tərəfindən qəbul edilmişdir. Lakin Cavabdeh1 MMC xidmət göstərən təşkilat olmaqla sifarişçinin tələblərini icra etməmiş, əmlakı açıq hərraca çıxararaq hərracını keçirtmişdir. Əmlak ucuz qiymətə "xxxx" KB ASC-nin balansına qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(004)-3461/2018 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9351/2018 saylı, 24.10.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7747/19 saylı 24 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9351/2018 saylı, 24.10.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2406/2020 saylı 29.07.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçılar kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-596/2021 saylı 17.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2406/2020 saylı 29.07.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı1 Xanlaba qızının cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə, “Unibank" X7 Səhmdar Cəmiyyəti nəqarşı hərracın və onun nəticələri barədə protokolun etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qət etmişdir. Qətnamə ilə tanış olduğdan sonra ondan narazı qaldığı üçün apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Belə hesab edir ki, qətnamə çox çiddi maddi və prossesual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Cavabdeh3 tərəfindən icra sənədi üzrə ipoteka predmeti Xaçmaz rayonu ərazisində yerləşdiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədini Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bu baxımdan da, hərracın dayandırılması barədə Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə məktub göndərilmişdir. Buna baxmayaraq, hərrac qanunsuz olaraq keçirilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığının və qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin İddiaçı2 və İddiaçı1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilərək, İddiaçı2 və İddiaçı1 müştərək qaydada cəmi 18.460,54 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" KB ASC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X8 küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 32.000 manat dəyərində qiymətləndirilərək, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli, 2(103)- 2989/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, "xxxx" KB ASC-nin apellyasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X8 küçəsindəki 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ən geci 1 ay ərzində boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X8 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı2 və İddiaçı1 həmin evdən çıxarılması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Məhkəməyə təqdim olunmuş Cavabdeh3 61532 və 314650 nömrəli icra işi materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli, 2(103)- 2989/2016 saylı qətnaməsi 17.11.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir və 27.01.2017-ci il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Yasamal rayon icra şöbəsinin 04.04.2017-ci il tarixli məktubu ilə Cavabdeh1 MMCyə Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X8 küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 32.000 manat olmaqla açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi barədə sifariş verilmiş, eyni zamanda həmin məktubun surəti ipoteka qoyan İddiaçı2 göndərilmişdir. Yasamal rayon icra şöbəsinin 19.06.2017-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə hərrac vasitəsi ilə satılmalı olan əmlak Xaçmaz rayonunda yerləşdiyindən, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli, 2(103)- 2989/2016 saylı icra vərəqəsi icra edilməsi üçün Xaçmaz rayon icra şöbəsinə göndərilmişdir. Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olunduğu 19.06.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. ünvan 1nür ki, icra vərəqəsində göstərilən ipoteka predmetinin satılması üçün Yasamal rayon icra şöbəsi Cavabdeh1 MMC-yə sifariş vermiş, Cavabdeh1 MMCnin 17.07.2017-ci il tarixli hərracın yekunlaşması barədə protokoluna əsasən icra vərəqəsində göstərilən ipoteka predmeti barədə hərrac yekunlaşdığından, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2989 saylı, 11.04.2016-cı il tarixli icra vərəqəsi Yasamal rayon icra şöbəsinə geri qaytarılmışdır. Yasamal rayon icra şöbəsinin sifarişi, Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə İddiaçı2 və İddiaçı1 məxsus Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi 32.000 manat ilkin satış qiyməti ilə 15.05.2017-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, «İpoteka haqqında» Qanunun 43.5 maddəsinə əsasən, ilkin satış qiyməti 15% endirilərək 27.200 manat olmaqla, 03.07.2017-ci il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından, əmlak "xxxx" KB ASC tərəfindən «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmışdır və bu barədə 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Açıq hərracın keçirilməsinə dair bildirişlərdən və poçt qaimələrdən görünür ki, 18.04.2018-ci il tarixdə, 02.06.2018-ci il tarixdə Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışı üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra şöbəsinə, tələbkar "Unibank” KB ASC-yə, borclu İddiaçı2 bildirişlər göndərilmişdir. 065 (3816) nömrəli 15-17 aprel 2017-ci il tarixli, 097 (3848) nömrəli 02.06.2017-ci il tarixli “Kaspi” qazetinin buraxılışlarının surətlərindən görünür ki, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evin hərracda satışı ilə bağlı elanlar verilmişdir. Bundan başqa Cavabdeh1 MMC tərəfindən birinci instansiya məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş məktublardan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 19.06.2017-ci il tarixində dayandırma məktubu göndərilmiş və MMC tərəfindən qeyd olunmuşdur. Qeyd olunan tarix ərəfəsində Cavabdeh1 MMC-də şirkətdaxili struktur dəyişiklikləri baş vermişdir və qeyd olunan dayanma məktubu itmişdir. Cavabdeh1 MMC tərəfindən texniki səhvlik nəticəsində Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 38.7 kv.m yaşayış, 18.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracı keçirilmişdir. Cavabdeh1 MMC olaraq texniki səhvlik əsasında hərrac keçirildiyinə görə iddia tələbini qəbul edir və hərrac nəticələri barədə 17 iyul 2017-ci il tarixli 01 saylı protokolun ləğv edilməsinə etiraz etmirlər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, hərrac qanunauyğun şəkildə həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı icra şöbəsinin hərracın dayandırılması barədə məktubunun hərrac təşkilatçısı Cavabdeh1 MMC-yə daxil olduğu və həmin məktuba rəğmən Cavabdeh1 MMC tərəfindən hərracın keçirildiyi müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, ipoteka qoyan İddiaçı2 Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi barədə məlumatlandırılmışdır və icra vərəqəsinin aidiyyəti üzrə Xaçmaz rayon icra şöbəsinə göndərildiyi barədə məlumatlı olan İddiaçı2 Cavabdeh1 MMC-dən hərracın keçirilməsinin dayandırılmasını tələb etməmişdir. Bu hal iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədlərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını formal əsaslardan dolayı uzadılması olduğu barədə əsaslı şübhər yaradır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın etibarsız sayılması üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-596/2021 saylı 17.02.2021-ci il tarixli qərarında göstərmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin 24.12.2019-cu il tarixli qərarına əsasən, apellyasiya intansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış və bunun nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir. Yasamal rayon icra şöbəsi 19.06.2017-ci il tarixli məktubla icra sənədi üzrə hərrac vasitəsi ilə satılmalı olan əmlak Xaçmaz rayonunda yerləşdiyindən, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli icra vərəqəsini icra edilməsi üçün Xaçmaz rayon icra şöbəsinə göndərildiyini bildirməklə, icra şöbəsi bu əsasla Cavabdeh1 MMC-dən hərracın dayandırılmasını xahiş etsə də, qeyd edilən məktub nəzərə alınmadan hərrac keçirilmişdir. Digər tərəfdən, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmiş və satış üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra şöbəsinə, tələbkar "xxxx" KB ASC-yə, borclu İddiaçı2 və İddiaçı1 bildirişlər göndərilmiş, lakin, həmin bildirişin İddiaçı2 və İddiaçı1 verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçılar tələblərinin əsası kimi 2 hala istinad etmişlər: icra şöbəsinin hərracın dayandırılması barədə məktubu nəzərə alınmamışdır; onlara hərracın keçirilməsi barədə bildiriş göndərilməmişdir. Yəni, hərracı keçirən ixtisaslaşdırılmış müəssisənin icra məmurunun sifarişi olmadan borclunun əmlakına sərəncam verməyə yönəlmiş hərəkətlərinin heç bir qanuni əsasının olmaması qeyd edilmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alıb qeyd edir ki, “İpoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 41.1-ci maddəsinə əsasən, İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. “İcra haqqında” Qanunun 61-ci maddəsi ilə hərracların hazırlanması və keçirilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Sadalanan normaların məzmunundan aydın görünür ki, borclunun əmlakının hərracdan satılması yalnız icra məmurunun sifarişi əsasında baş tuta bilər. Yəni, hərracı keçirən ixtisaslaşdırılmış müəssisənin icra məmurunun sifarişi olmadan borclunun əmlakına sərəncam verməyə yönəlmiş hərəkətlərinin heç bir qanuni əsası yoxdur. İcra orqanının hərracın dayandırılmasına dair məktubu da eynilə həmin hüquqi qüvvəyə malikdir və həmin məktub nəzərə alınmadan həyata keçirilən hərəkətlərin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı və «İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxlə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olunduğu 19.06.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. Həmin məktub nəzərə alınmadan, əmlak ilkin satış qiyməti 15% endirilərək 27.200 manat olmaqla, 03.07.2017-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, əmlak "xxxx" KB ASC tərəfindən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmışdır və bu barədə 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Göründüyü kimi 17.07.2017 tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, 03.07.2017-ci il tarixdə və 17.07.2017-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçılara çatdırılması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Həmin məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya qeyd edir ki, 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol və həmin protokol əsasında bağlanmış 17.07.2017-ci il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Qeyd olunan müqavilə etibarsız hesab edildiyindən və öz etibarsızlığından başqa hər-hansı hüquqi nəticələr yaratmadğından həmin müqavilə əsasında verilmiş RX seriyalı ******* saylı 19.12.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(004)-3461/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh1 MMC tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış sahəsi, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış ev barəsində keçirilmiş hərracın və hərracın nəticələri barədə 17.07.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməli və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən RX seriyalı ******* saylı 19.12.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(004)-3461/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış sahəsi, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış ev barəsində keçirilmiş hərracın nəticələri barədə 17.07.2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən RX seriyalı ******* saylı 19.12.2017-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4540/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4540/2021
04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver