Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4541/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı, 07 iyun 2024cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərində 19 sentyabr 2017-ci il tarixdə keçirilən hərracın (19 sentyabr 2017-ci il tarixli 01 saylı hərrac protokolu) etibarsızlığı və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı, 05 aprel 2024cü il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı İddiaçı MMC tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolegiyasının e-2(102)-2023/2024 saylı 08 may 2024-cü il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 may 2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş məhkəmə baxışından çıxarılmış və İddiaçı MMC-nin şikayəti qeyri-mümkün hesab edilərək prosessual qanunvericiliyin müəyyən etdiyi qaydada baxılması üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qənaətində göstərib ki, birinci instansiya məhkəməsi işin inzibati məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmiş və həmin qərardaddan verilmiş şikayəti təmin etməyərək MPM-in 32.5-ci maddəsinə istinad etməklə şikayəti baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin qaydada verilən şikayətə Ali Məhkəmədə baxılması yol verilən deyildir. Çünki aidiyyət məsələləri ilə bağlı fikir ayrılıqları mülki və ya kommerasiya məhkəmələri arasında yarandıqda MPM-nin 32.5 və 269.3-cü maddələrinə əsasən qəbul olunmuş qərardadlardan verilən şikayətlərə göstərilən xüsusi qaydada baxılması yolveriləndir. Bundan sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı, 07 iyun 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməsi və iddiaçıya Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olmasının izah edilməsi, eləcə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun dövlət büdcəsindən qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı MMC (vəkili Vəkil1) tərəfindən verilmiş şikayətdə ləğv edilməsi xahiş edilmiş və şikayət bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələbindən göründüyü kimi, məhz inzibati orqanın qəbul etdiyi aktlar üzrə mübahisələrə İnzibati Məhkəmələr baxır. İddiaçı 19 sentyabr 2017-ci il tarixli hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə iddia qaldırıb. İş materiallarından göründüyü kimi hərrac mərkəzinin qəbul etdiyi protokol inzibati orqanın qəbul etdiyi inzibati akt deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı, 21 iyun 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2024-cü il tarixli qərardadında mülki iş üzrə icraata xitam verilməsi ilə bağlı qənaətə ona görə gəlmişdir ki, “...Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia tələbindən göründüyü kimi, iddiaçının tələbi Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsində (Sumqayıt şəhəri, 5-ci mikrorayon, Səməd Vurğun küçəsində) yerləşən İddiaçı MMC-yə məxsus 133 saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir. Torpaq sahəsinin (yanacaqdoldurma məntəqəsinin) Sumqayıt şəhəri ərazisində yerləşdiyindən məhkəmə aidiyyəti baxımından iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır, buna görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, iddia tələbinin mahiyyəti baxımından da qeyd edib ki, iddiaçı tərəfindən Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi hazırkı işə ümumi məhkəmədə baxılması üçün əsas ola bilməz, belə ki, sonuncu iddiaçı tərəfindən cavabdeh qismində deyil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli idi. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata, işə ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilməlidir....” İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi həm iş üzrə icraata xitam verərəkən, həm də şikayətə baxarkən qəbul etdiyi qərardadlarda iddiaçıya hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasının, yəni ümumi məhkəmədə baxılmasının yolverilməzliyinin səbəbini qanunvericiliyə istinad etməklə tam, hərtərəfli və aydın şəkildə izah etmişdir. Lakin iddiaçı tərəf bununla razılaşmır və tələbinə məhz ümumi məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılmasını israr edir. Əlbəttə ki, qanunvericiliyin tələbi ilə formalaşan hüquqi mövqe imkan vermir ki, hazırki tələbə məhz ümumi məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılsın. Yəni, iddiaçı müvafiq tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək əvəzinə, qərardaddan şikayət vermiş, bununla da nail olmaq istədiyi məqsədə çatmaq üçün düzgün hüquqi vasitə seçməmişdir. Şikayətin dəlilləri ilə bağlı qeyd olunur ki, inzibati məhkəmə icraatı qaydasında yalnız İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulan iddialara baxılmır. Ən azından həmin maddədə 9 növ iddiaya baxılması nəzərdə tutulmuşdur. İnzibati orqanın hərrac mərkəzinin qəbul etdiyi protokolun inzibati orqanın qəbul etdiyi inzibati akt olmaması da bu xarakterli iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Qeyd olunduğu kimi inzibati məhkəmə icraatı qaydasında hazırkı xarakterli iddialar üzrə işlərə baxılır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı, 07 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı, 07 iyun 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4541/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4541/2024
22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver